«AZƏRBAYCAN HAVA YOLLARI» QAPALI SƏHMDAR CƏMİYYƏTİ MİLLİ AVİASİYA AKADEMİYASI
BEYNƏLXALQ YÜK AVİADAŞIMALARININ SATIŞI VƏ TƏŞKİLİ DƏRS VƏSAİTİ
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 fevral 2014-cü il tarixli 240 saylı əmri ilə qrif verilmişdir.
BAKI-2014
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Müəllif:
Milli Aviasiya Akademiyası, Avianəqliyyat istehsalatı kafedrasının müəllimi Seydulla İsgəndər oğlu Əliyev.
Elmi redaktor:
Milli Aviasiya Akademiyası, Avianəqliyyat istehsalatı kafedrasının müdir müavini t.f.d., E.M. Nəcəfov.
Rəyçilər:
1. Milli Aviasiya Akademiyası, Avianəqliyyat istehsalatı fakültəsinin dekanı, h.f.d., dosent N.T. Nağıyev. 2. Milli Aviasiya Akademiyası, Aviasiya personalının hazırlıq mərkəzinin rəisi, t.f.d., dosent H.İ. İsmayılzadə.
Üz qabığının dizayneri
E. Q. Məmmədov.
2
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
“Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili” dərs vəsaitində ölkə iqtisadiyyatının əhəmiyyətli sahələrindən olan hava nəqliyyatının kommersiya fəaliyyətinin beynəlxalq səviyyədə tənzimlənməsi və dövlət iqtisadiyyatında mühüm yerlərdən birini tutan beynəlxalq yük aviadaşımalarının satışının və təşkilinin vacib problemlərindən, həmçinin onların həlli yollarından bəhs edilir. 12 moduldan ibarət olan bu dərs vəsaitində Azərbaycan Respublikasının Nəqliyyat Strategiyasının əsas istiqamətləri, dövlətin nəqliyyat sahəsindəki fəaliyyətinin mühüm vəzifələri, beynəlxalq yük aviadaşımalarının satışı və təşkil edilməsinin şərtləri, beynəlxalq müqavilələr və konvensiyalar, daşımaları hüquqi və iqtisadi cəhətdən tənzimləyən beynəlxalq hökumət və qeyri–hökumət təşkilatlarına dair məlumat, aviaşirkətlərin və yük müştərilərinin maraqlarının qorunması prinsipləri, yük müştərilərinə göstərilən müasir xidmət növləri, yüklərin qeydiyyatı və daşınması prosedurları və şərtləri, tərəflərin yük daşımalarındakı məsuliyyət məsələləri, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Yük Agentlərinin fəaliyyət sahəsi, yüklərin sığortalanması və gömrük nəzarətindən keçirilməsi qaydaları, daşımalarda tətbiq edilən sənədlərin tərtib və tətbiq edilməsi qaydaları və digər məsələlər geniş və ətraflı şəkildə şərh edilmişdir. Modul sistemi ilə hazırlanmış bu vəsaitdə “Nəqliyyatda daşımaların təşkili və idarə edilməsi” və “Avianəqliyyat istehsalının təşkili mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələr və yük daşımalarında fəaliyyət göstərən müxtəlif kateqoriyadan olan personal üçün çox faydalı olacaq və bu sahədə tədrisin yüksək keyfiyyətlə həyata keçirilməsinə əlverişli imkan yaradacaq. Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Milli Aviasiya Akademiyasının və IATA tələblərinə uyğun şəkildə hazırlanmışdır.
3
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Giriş Müasir dövrdə nəqliyyat ilk növbədə dövlətlərarası iqtisadi, siyasi əlaqələrin təmin olunmasının mühüm vasitəsi kimi təsəvvür edilir. Müasirliyin indiki qlobal problemlərindən biri kimi nəqliyyatın inkişaf problemləri əsasən inkişaf etməkdə olan suveren dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün hava nəqliyyatının inkişaf məsələləri yeni yaranmış və inkişaf etməkdə olan ölkələr üçün çox mühümdür. Bazar iqtisadiyyatına keçid və dünyada baş verən qloballaşma respublikamızın bütün sahələrinə olduğu kimi nəqliyyat sektoruna da öz təsirini göstərməkdədir. Buna görə də nəqliyyatın qloballaşması dövründə beynəlxalq nəqliyyat daşımalarının tənzimlənməsi, daşıma prosesini təşkil edərək həyata keçirən daşıyıcıların məsuliyyəti və nəqliyyat təhlükəsizliyi məsələləri bu gün daha da aktual xarakter daşıyır. Bunlar keçid dövründə təkcə şəxsi, milli mənafelər aspektində deyil, həm də beynəlxalq və regionlararası ticarət, turizm, qarşılıqlı səmərəli iqtisadi əməkdaşlığı inkişaf etdirmək və beynəlxalq nəqliyyat birliklərinin yaradılması prosesi baxımından da həlledici amillərdən biridir. Nəqliyyat dövlət iqtisadiyyatının mühüm sahələrindəndir. Nəqliyyat xidmətlərinin həcmi ölkənin iqtisadi vəziyyətindən asılıdır və bir çox hallarda nəqliyyat sisteminin inkişafı iqtisadiyyatın aktivləşməsinə stimul yaradır, istehsalatın genişlənməsi və istehlakçı ilə əlaqələrin yaranması onun vasitəsi ilə təşkil edilir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə birlikdə, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə yanaşı sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinin inkişaf etməsində mühüm rol oynayır. Nəqliyyat növlərinin arasında hava nəqliyyatı xüsusi yer tutur. Hava nəqliyyatı sahəsində daha sıx əməkdaşlıq üçün həm nəqliyyat bazarlarının açılması və təhlil edilməsi, həm də müasir dövlətlərin bazar iqtisadiyyatı prinsiplərinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Qloballaşma dövründə beynəlxalq hava nəqliyyatının üzərinə düşən əsas vəzifə və problemlərdən biri də nəqliyyatın təhlükəsizliyi üçün hüquqi təminat bazasının yaradılmasıdır. Bu faktor, beynəlxalq miqyasda nəqliyyat təhlükəsizliyi 4
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
təminatının əsaslarını müəyyən etməklə daşıma prosesində iştirak edən vətəndaşların əmlakını, həyatını, sağlamlığını qoruyur, eyni zamanda cəmiyyətin və dövlətin maraqlarını müdafiə edir. Bu gün nəqliyyat təhlükəsizliyinin təmin olunması beynəlxalq konvensiyalar, normativ–hüquqi sənədlər və milli qanunvericilik aktları ilə həyata keçirilir. Sərnişinləri və yükləri yüksək sürətlə dünyanın istənilən məntəqəsinə daşıma imkanına malik olan hava nəqliyyatı XX əsrdə yaranmışdır. Müasir zamanda yaxın və uzaq məsafələrə daşımaları ən qısa vaxt ərzində çatdırma imkanı nəqliyyat növləri arasında yalnız hava nəqliyyatına məxsusdur. Hava nəqliyyatının inkişafı nəticəsində beynəlxalq aləmdə siyasi, iqtisadi, mədəni və digər əlaqələr inkişaf etmiş və bu gün stabil və səmərəli şəkildə fəaliyyət göstərən beynəlxalq hava nəqliyyatı şəbəkəsi yaranmışdır. Hazırda bu şəbəkə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Dünya hava nəqliyyatı sistemi və aviadaşımalar bazarı çoxlu sayda müxtəlif həcmli bazarlardan və bu bazarlarda öz xidmətlərini təklif edən yüzlərlə aviaşirkətlərdən ibarətdir. XXI əsrdə aviadaşımalar bazarında cərəyan edən qloballaşma və liberallaşma prosesləri nəticəsində beynəlxalq hava nəqliyyatında beynəlxalq aviadaşıyıcılar arasında mövcud olan rəqabət mübarizəsi çox sərtləşmiş və bu mübarizədə öz iqtisadi, maliyyə və texniki imkanlarından səmərəli şəkildə istifadə etməyi bacaran, həmçinin kommersiya və iqtisadi maraqlarını beynəlxalq hüquqa uyğun şəkildə müdafiə etmə imkanına malik olan aviadaşıyıcılar bazarda öz yerlərini qoruya bilmişlər. Dövlətin beynəlxalq hava əlaqələri sahəsində düzgün və hərtərəfli düşünülmüş siyasətinin və diplomatiyasının təmin edilməsi üçün beynəlxalq hava nəqliyyatının fəaliyyətinin tənzimlənməsinin hüquqi əsaslarını bilmək vacib məsələlərdəndir. Aviadaşımalar bazarının öyrənilməsi və onun konyukturasının proqnozlaşdırılması aviadaşıyıcıların fəaliyyətlərinin əsas tərkib hissəsidir. Bu, aviaşirkətlərin səmərəli şəkildə fəaliyyət göstərmələri üçün çox vacibdir. Nəhəng aviaşirkətlərin hansı marşrutda fəaliyyət göstərdiklərini, dünyanın nəhəng beynəlxalq hava limanlarını, beynəlxalq hava əlaqələrinin tənzimlənmə sistemini, rəqabət mübarizəsinin forma və metodlarını, həmçinin aviaşirkətlərin beynəlxalq əməkdaşlıq siyasətini və alyansların fəaliyyət prinsiplərini bilmək lazımdır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dövlət tərəfindən nəqliyyat sistemində əsaslı struktur islahatları həyata keçirilmiş, bazar iqtisadiyyatı şəraitində nəqliyyat sektorunun fəaliyyətini təmin etmək məqsədi ilə vahid nəqliyyat siyasəti strategiyası işlənib hazırlanmışdır. Bu strategiyanın əsas hədəflərindən biri 5
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
də subsektorların inteqrasiyasını təmin etmək və nəqliyyat xidməti bazarında mövcud olan birləşmiş və multi model nəqliyyat sistemlərində fəaliyyət göstərən personalın professional biliklərinin və bacarıqlarının artırılmasıdır. Azərbaycan Respublikasının Nəqliyyat Strategiyası nəqliyyat sisteminin inkişaf istiqamətlərini, dövlətin nəqliyyat sahəsində fəaliyyətinin əsas vəzifələrini müəyyən edir, vahid prioritetlər sistemini təyin edir və spesifik xüsusiyyətləri nəzərə alınmaqla ayrı–ayrı nəqliyyat növlərində bu prioritetlərin həyata keçirilməsinin istiqamətlərini müəyyənləşdirir. Dövlət orqanlarının, özəl müəssisələrin və nəqliyyatdan istifadə edənlərin hüquqları bu strategiyada nəzərə alınmış və buradakı şərtlər Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Nəqliyyat haqqında Qanununun, Aviasiya haqqında Qanununun və Mülki Məcəllənin tələblərinə uyğun müəyyən edilmişdir. Son illərdə Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətə başlamışdır. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2006–2008–ci illərdə bir–birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur. Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. Heydər Əliyev Beynəlxalq Hava Limanında bütün müasir tələblərə cavab verən və MDB-də analoji obyektlər arasında ilk yerlərdən birini tutan "Baku Cargo Terminal"ı, beynəlxalq standartlara cavab verən uzunluğu 4000 metr olan yeni uçuş-enmə zolağı istifadəyə verilmişdir. MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq beynəlxalq standartlara cavab verən, Boeing–757, Airbus– 319, Airbus–320 və Boeing–767 tipli təyyarələrin trenajor mərkəzi yaradılmışdır. Regionun nəhəng aviaşirkətinə çevrilmiş «Azərbaycan Hava Yolları» QSC həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdəndir. Bununla bərabər, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi 2014–cü il aprel ayının 23–də istismara verilmişdir. Yeni aerovağzal kompleksi ildə 6 milyon sərnişinə xidmət göstərmək üçün hesablanmışdır. Ən müasir standartlara cavab verən aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılmışdır. Son on ildə dünyanın aparıcı şirkətlərindən 50-yə yaxın müasir hava gəmiləri alınmışdır. 6
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hava nəqliyyatının iqtisadi sferadakı iqtisadi və kommersiya fəaliyyəti digər nəqliyyat növləri ilə müqayisədə iki xüsusiyyətlə fərqlənir: 1. Daşımalar ən azı iki və daha çox ölkənin qanunları ilə tənzimlənir; 2. Daşımalar sözün əsl mənasında bazarın qanunları ilə tənzimlənir, çünki daşımalarda iştirak edən tərəflər öz maraqlarını müdafiə edirlər. Qeyd etmək lazımdır ki, xarici iqtisadi əlaqələrə dünya aviadaşımalar bazarı əhəmiyyətli dərəcədə təsir göstərir. Hava nəqliyyatının hüquqi cəhətdən beynəlxalq səviyyədə tənzimlənməsi məsələləri–əsas normativ sənədlər, beynəlxalq konvensiyalar, ölkələrarası və nazirliklərarası sazişlər, kommersiya müqavilələrinin tətbiq edilməsi formaları, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və IATA–nın beynəlxalq hava daşımalarının tənzimlənməsi prosesindəki fəaliyyətlərinin prioritet istiqamətləri əsasında təşkil edilir.
7
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
1– ci MODUL. Beynəlxalq yük aviadaşımalarının tənzimlənməsi 1.1. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (International Civil Aviation Organization ICAO). 1.2. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (International Air Transport Association IATA) 1.3. Beynəlxalq Ekspeditorlar Assosiasiyası Federasiyası (International Federation of Freight Forwarders Associations FIATA) 1.4. E –FREIGHT standartı
1.1. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (International Civil Aviation Organization ICAO) Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Birləşmiş Millətlər Təşkilatının xüsusiləşdirilmiş müəssisələrindən biri olaraq, mülki aviasiya üzrə beynəlxalq normaları tətbiq edən və onun inkişafını təhlükəsiz və səmərəli şəkildə təmin etmək məqsədi ilə hava nəqliyyatının fəaliyyətini koordinasiya edən hökumətlərarası beynəlxalq təşkilatdır. Bu təşkilat 1944–cü ildə Çikaqo şəhərində qəbul edilmiş «Beynəlxalq mülki aviasiya haqqında Konvensiya»nın müddəaları əsasında təsis edilmiş və 1947–ci ildən fəaliyyət göstərir. Mərkəzi qərargahı Kanadanın Monreal şəhərində yerləşir. Çikaqo Konfransı 7 dekabr 1944–cü ildə, iştirak edən ölkələrin (Liberiya istisna olmaqla) yekun aktı imzalaması ilə öz işini başa çatdırdı. Yekun akta dövlətlərin hər birinin ayrıca imzalaması tələb olunan aşağıdakı sənədlər də əlavə edildi: 1. Beynəlxalq mülki aviasiya haqqında müvəqqəti saziş (34 dövlət tərəfindən imzalandı). 2. Beynəlxalq mülki aviasiya haqqında Konvensiya və Beynəlxalq Mülki Aviasiya Təşkilatının təsis olunması (38 dövlət tərəfindən imzalandı). 8
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
3. “İki hava azadlığı“–na dair saziş kimi tanınan Beynəlxalq tranzit hava əlaqələri haqqında çoxtərəfli saziş (26 dövlət tərəfindən imzalandı). 4. “Beş hava azadlığı“–na dair saziş kimi tanınan beynəlxalq hava nəqliyyatına dair saziş (16 dövlət tərəfindən imzalandı). Çikaqo Konvensiyasının 91–ci maddəsinə uyğun olaraq, Konvensiya 26 dövlətin ratifikasiya fərmanının təqdim edilməsindən sonra qüvvəyə minməli idi. Bu isə o demək idi ki, bu Konvensiya əsasında təsis edilən Beynəlxalq Mülki Aviasiya Təşkilatının fəaliyyətə başlaması müəyyən vaxt tələb edirdi. Bu keçid dövrü ərzində təşkilati və digər məsələlərin həll edilməsi üçün Çikaqo Konfransında Müvəqqəti Beynəlxalq Mülki Aviasiya Təşkilatının (PICAO) yaradılmasına dair saziş imzalandı. PICAO 26 ay, 6 iyun 1945–ci ildən 4 aprel 1947–ci ilə qədər, yəni Çikaqo Konvensiyası qüvvəyə minənə qədər fəaliyyət göstərdi. «Beynəlxalq mülki aviasiya haqqında Konvensiya»nın (Çikaqo Konvensiyası) doqquzuncu redaksiyası əsasında 1948–ci ildən 2006–cı ilə qədər edilmiş dəyişikliklər də daxil edilməklə ICAO–nun Nizamnaməsi qəbul edilmişdir və bu Nizamnamə Çikaqo Konvensiyasının əsas maddəsinə daxil edilmiş (19) Əlavədən (Annexes) ibarətdir. Qısa şəkildə bu sənəd «ICAO Doc. 7300/9» adlanır. Bu nizamnamənin əsas məqsədi dünyada beynəlxalq mülki aviasiya sisteminin təhlükəsiz, nizamlı şəkildə və bu sahədə beynəlxalq əməkdaşlığın digər məsələlərinin, o cümlədən beynəlxalq hava daşımalarının təşkili və koordinasiya edilməsi yollarının inkişafını təmin etməkdir. Beynəlxalq hava məkanı ICAO qaydalarına uyğun olaraq naviqasiya vasitələrinin və hava hərəkətinə nəzarətin imkanlarına müvafiq uçuş informasiyası rayonlarına bölünmüşdür. ICAO–nun funksiyalarından biri də hava limanlarına aeronaviqasiya və meteoroloji informasiyanın, uçuş planlarının (flight plan) çatdırılması, həmçinin radionaviqasiya xəritələrində mülki aerodromların işarə edilməsi və s. məqsədlər üçün hava limanlarına fərdi kodların verilməsidir. 1992–ci ildə ICAO A29–1 Qətnaməsi ilə 7 dekabr gününü Mülki Aviasiya Günü elan etdi və bu qərarı Birləşmiş Millətlər Təşkilatı (BMT) dəstəklədi. ICAO–nun ali orqanı üzv dövlətlərin nümayəndələrinin təmsil olunduğu Assambleyadır. Assambleya üç ildən bir toplanır, ehtiyac olduqda isə Şuranın və ya üzv dövlətlərin 1/5 tələbi üzrə növbədən kənar sessiyalar keçirir. Assambleyanın işində üzv dövlətlərin nümayəndələri iştirak edir və hər üzv dövlət bir səsə malikdir. Assambleyanın sənədləri 6 dildə: ərəb, ingilis, fransız, çin, ispan və rus dillərində dərc edilir. ICAO–nun daimi orqanı olan Şura 36 dövlətlin nümayəndələri ilə təmsil olunur və Assambleyaya tabedir. ICAO Şuranın Prezidentini 3 il müddətinə 9
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Assambleya seçir və Assambleya onun tərəfindən idarə olunur. ICAO–nun tərkibində fəaliyyət göstərən orqanlar şəkil 1.1–də göstərilmişdir.
Katiblik Secretariat.
Texniki əməkdaşlıq üzrə komitə Technical Cooperation Committee
Kadrlar üzrə komitə Personal Committee
Beynəlxalq hava daşımalarına qeyri – qanuni müdaxiləyə nəzarət komitəsi Committee on Unlawful Interference
Maliyyə komitəsi Finance Committee
Aeronaviqasiya təminatının birgə dəstəklənməsi komitəsi Committee of Joint Support of Air Navigation Service
Hüquq komitəsi Legal Committee
Avianəqliyyat komitəsi Air Transport Committee
Aeronaviqasiya komissiyası Air Navigation Commission
ICAO - nun işçi orqanları
Şəkil 1.1.
ICAO–nun icraçı orqanı, Assambleyanın, Şuranın və onun daimi və müvəqqəti orqanlarının fəaliyyətlərini tənzimləyən və zəruri informasiyanın toplanması və işlənib hazırlanmasını təmin edən Katiblikdir. Bu orqana ICAO–nun baş icraçı şəxsi hesab edilən Baş katib rəhbərlik edir. Katiblik beş bürodan (departament) ibarətdir: aeronaviqasiya, avianəqliyyat, hüquq, texniki yardım və inzibati. Dünyanın aeronaviqasiya regionlarına bölünməsi nəticəsində ICAO–nun həmin regionlarda bürolarının yaranmasına zərurət yaranmışdır. Bu bürolar ICAO– nun qərarlarının yerinə yetirilməsi proseslərində həmin regionlarda yerləşən dövlətlərlə əməkdaşlıq edir (marşrut kataloqlarının hazırlanması, uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı layihələrin işlənib hazırlanması, hava gəmilərinin hərəkətinə dair avtomatlaşdırılmış sistemlərin tətbiq edilməsi, hava limanlarına müxtəlif növ yardımların göstərilməsi, aviasiya sahəsində fəaliyyət göstərən milli komitələrin işinə nəzarət və s.), zərurət olduqda isə hətta yardım da göstərirlər. Regional büroların Proqramı ICAO–nun Doc. 9699 saylı sənədində ətraflı şəkildə qeyd edilmişdir. Bu bürolar Baş katibin təbeçiliyində fəaliyyət 10
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
göstərir və əsasən regionda yerləşən dövlətlərlə və digər müvafiq təşkilatlarla daimi təmasda olur və ICAO–nun qərarlarının və tələblərinin yerinə yetirilməsi siyasətinə dair məsuliyyət daşıyırlar. Dünyanın müxtəlif regionlarında ICAO–nun 7 bürosu fəaliyyət göstərir (şəkil 1.2.).
ICAO – nun regionlarda fəaliyyət göstərən büroları Qərbi Avropa və və Şimali Atlantika Mərkəzi Afrika Paris
Dakar
Yaxın Şərq
Cənubi Amerika
Asiya və Sakit okean
Qahirə
Lima
Banqkok
Şimali və Mərkəzi Amerika və Karib hövzəsi Mexiko
Şərqi və Cənubi Afrika
Nayrobi
Şəkil 1.2.
Bu bürolar əsasən aşağıdakı məsələləri həll edirlər: Zərurət yarandıqda region üzrə rəsmi və qeyri–rəsmi müşavirələrin, həmçinin seminarların keçirilməsinə dair informasiya verir və bu tədbirlərin təşkilində fəal iştirak edirlər. Mərkəzi Qərargahın tapşırığına əsasən qeyri–aviasiya təşkilatlarının işində ICAO–nu təmsil edirlər. ICAO–nun xidmət Kodeksi, personal haqqında Qaydalar və personala dair Təlimatlar və regionlardakı büroların fəaliyyətinə dair rəhbər sənədlərə uyğun büronun işini təşkil edirlər. Baş katibin sərəncamı ilə digər tədbirləri həyata keçirirlər. Bürolardan əlavə ICAO–nun regionlarda komissiyaları da fəaliyyət göstərir. Bu komissiyalar aşağıdakılardır: 1. Avropa iqtisadi komissiyası; 2. Asiya və Sakit okean üzrə iqtisadi və sosial komissiya; 3. Qərbi Asiya üzrə iqtisadi və sosial komissiya; 4. Afrika iqtisadi komissiyası; 5. Latın Amerikası və Karib hövzəsi iqtisadi komissiyası. Beynəlxalq hava daşımaları hava nəqliyyatının kommersiya istismarının əsas hissəsini təşkil edir. Bunun üçün beynəlxalq hava daşımalarının nizamlanmasındakı əsas amilləri nəzərdən keçirmək lazımdır. Adından da göründüyü kimi beynəlxalq 11
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
daşımalarda minimum iki ölkənin ərazisindən istifadə edilir. Ölkə qanunları və beynəlxalq sənədlər onun hava məkanında suverenliyini təsdiq edir. Bunları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, beynəlxalq hava daşımalarının əsas xüsusiyyəti onun beynəlxalq hüquqi nizamlanma prosesi əsasında həyata keçirilməsidir. Beynəlxalq hava daşımalarının beynəlxalq hüquqi nizamlanması aşağıdakı tələblərin yerinə yetirilməsinin vacib olduğunu göstərir: beynəlxalq uçuşları həyata keçirən daşıyıcının dövlətin milli qanunlarına uyğun bayrağının olması; beynəlxalq daşımada ərazisindən istifadə edilən dövlətlərin milli hava qanunlarının olması; beynəlxalq uçuşları və daşımaları tənzimləyən ikitərəfli və çoxtərəfli müqavilələrin imzalanması. Milli qanunlara uyğun olaraq, xarici hava gəmilərinin bu ölkənin hava sahəsindən istifadə etməsi üçün beynəlxalq müqavilələrin və ya birdəfəlik uçuşlar üçün təyin edilmiş qaydada verilən icazənin (permission for operation) olması kifayətdir. Xarici ölkənin hava sahəsindəki uçuşları hava gəmisinin mənsub olduğu ölkənin daxili qanunları və beynəlxalq normativ sənədlər tənzimləyir. Hava nəqliyyatının beynəlxalq aviadaşımaları iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirməsinin əsasını daşımaların qiyməti, yəni tariflərin müəyyən edilməsi təşkil edir. Dünya ölkələrinin iqtisadiyyatının və əhalisinin yaşayış səviyyəsinin müxtəlif olması, ölkələrin yerləşdiyi coğrafi ərazilər və əhalinin hava daşımalarına olan tələbatı tariflərin müəyyən edilməsi prosedurlarının mürəkkəb olmasını göstərir. Bu səbəbdən dövlətlər tariflərin təyin edilməsini ICAO və IATA vasitəsi ilə həyata keçirilməsinin vacib olduğunu birmənalı şəkildə qəbul etmiş və son zamanlar bu işi bəzi istisnalar edilməklə aviadaşıyıcıların öhdəsinə qoymuşlar. ICAO tariflərin tənzimlənməsi sahəsində ciddi çalışmalar həyata keçirmiş və bunun nəticəsində “Beynəlxalq hava nəqliyyatının iqtisadi tənzimlənməsinə dair siyasət və instruktiv material” (Policy and Guidance Material on the Economic Regulation of International Air Transport Doc 9587) hazırlamışdır. Bu sənədin 4–cü hissəsində «Beynəlxalq sərnişin və yük tarifləri» bölməsi öz əksini tapmışdır. Bu bölmədə, dövlətlər tərəfindən tariflərin tənzimlənməsinin səbəbləri, “tarif“ sözünün lüğəti mənası, aviasiya sənayesində mövcud olan tariflərin növləri və xüsusiyətlərinə dair məlumat, tariflərin təyin edilməsi metodları, həmçinin tariflərin tənzimlənməsi prosesində beynəlxalq və milli mexanizmlərdən istifadə edilməsi və tariflərlə bağlı digər əsas problemlərin həlli yolları göstərilmişdir. Bu sənəddən başqa ICAO hava daşımalarının tənzimlənməsinə dair müxtəlif mövzularda Doc. 9375-AN/913, Doc. 9626, Doc. 9740, Doc. 9958 sənədlərini hazırlamışdır. 12
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Beynəlxalq hava daşımaları qaydaları aşağıda qeyd edilən konvensiyalar vasitəsi ilə tənzimlənir: Varşava Konvensiyası: Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya (Varşava, 12.10.1929). Haaqa Protokolu: 1929–cu ildə Varşavada imzalanmış Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiyaya düzəlişlər haqqında Protokol (Haaqa, 28.09.1955). Qvadalaxara Konvensiyası: Müqavilə üzrə daşıyıcı olmayan şəxslərin həyata keçirdikləri beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Varşava Konvensiyasına Əlavə Konvensiya (Qvadalaxara, 18.09.1961). Monreal Konvensiyası: Beynəlxalq hava daşımaları unifikasiyası haqqında Konvensiya (Monreal, 23.11.1999).
qaydalarının
Yuxarıda qeyd edilənlərdən başqa, beynəlxalq hava daşımalarının beynəlxalq–hüquqi tənzimlənməsi mülki aviasiya sahəsində qəbul edilmiş müxtəlif beynəlxalq konvensiyalar əsasında həyata keçirilir. ICAO–ya üzv dövlətlər beynəlxalq hava xətlərinin səmərəli və gəlirli şəkildə istismar edilməsi üçün zəruri olan bütün tədbirləri həyata keçirməlidirlər. Aviaşirkətlər arasında əməkdaşlıq və iqtisadi münasibətlər, tariflərin hesablanması, təyin və tətbiq edilməsi məsələləri IATA–nın qətnamə və normativ–hüquqi sənədləri əsasında tənzimlənir. Hava daşımalarını tənzimləyən əsas saziş hava əlaqələri haqqında hökumətlərarası sazişdir. Bu sazişlərdə beynəlxalq uçuşların və daşımaların şərtləri müəyyən edilir, “razılaşdırılmış hava xətti”nin birgə istismarı və tərəflərin kommersiya hüquqları təyin edilir. Kommersiya hüquqları dedikdə sərnişinlərin, baqajın, yükün və poçtun müqaviləni imzalamış ölkələrin və ya üçüncü ölkənin ərazilərinə daşınması hüquqları nəzərdə tutulur. Kommersiya hüquqları həcminə görə doqquz “hava azadlığı”ndan ibarətdir. Hökumətlərarası sazişlərdən başqa beynəlxalq hava daşımaları nazirliklər səviyyəsində razılaşdırılmış müxtəlif sənədlərlə də tənzimlənir. Mülki aviasiya orqanı rəsmi surətdə ölkələrarası hava əlaqələri haqqında sazişin bağlanmasından əvvəl beynəlxalq uçuşların təşkilinə dair müvəqqəti inzibati uçuş icazəsi vermək hüququna malikdir.
13
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Mülki aviasiya orqanları, əgər belə uçuşlar üçün diplomatik kanallarla razılığa ehtiyac olmazsa, birdəfəlik uçuşlar üçün təyin edilmiş qaydada xüsusi uçuş icazəsi verə bilər. Adətən belə reyslərə çarter, əlavə və xüsusi reyslər aid edilir. Hökumətlərarası və nazirliklərarası sənədlərdə beynəlxalq hava xəttinin kommersiya məqsədi ilə istismarına dair şərtlərin qeyd edilməsi faktlarına tez–tez rast gəlmək olur. Bu şərtlər adətən sərnişin və yük tariflərinin səviyyəsini, tərəflərin məsuliyyət dərəcəsini və s. müəyyənləşdirir. Qeyd edilən sənədlərdən başqa beynəlxalq hava xəttinin kommersiya məqsədi ilə istismarı və beynəlxalq hava daşımalarının təşkilinə dair şərtlər aviaşirkətlərarası iki və çoxtərəfli müqavilələrdə, həmçinin aviaşirkət ilə müxtəlif agentlər arasında bağlanmış müqavilələrdə göstərilir.
1.2. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (International Air Transport Association IATA) Dövlət təşkilatlarını təmsil edən ICAO– dan fərqli olaraq qeyri–hökumət təşkilatı IATA, müntəzəm aviadaşımalar təşkil edən avaişirkətləri təmsil edir. Bu təşkilat 1945–ci ildə yaradılmışdır. Hazırda bu təşkilata 140 ölkənin 265–dən çox aviaşirkəti üzvdür. Bu aviaşirkətlər iki hissəyə bölünür: aktiv və assosiativ. Aktiv üzvlər müntəzəm beynəlxalq aviadaşımaları həyata keçirən və ICAO–ya üzv olan dövlətlərin aviaşirkətləridir. Assosiativ üzvlər adətən müntəzəm daxili aviaşirkətlərdir və onlar IATA konfranslarında səsvermə hüququna malik olmurlar. IATA–ya üzv olmaq üçün təqdim edilən ərizə İcra komitəsi və Baş assambleyada müzakirə edilir. IATA–nın tərkibindən çıxmaq istəyən aviaşirkət bu barədə baş direktora 30 gün əvvəlcədən yazılı ərizə ilə müraciət etməlidir. ICAO–ya üzvlükdən məhrum edilən dövlətlərin aviaşirkətləri avtomatik olaraq IATA–dan da xaric edilirlər. IATA–nın əsas vəzifəsi müntəzəm hava əlaqələrinin təhlükəsiz və iqtisadi cəhətdən səmərəli inkişafına yardım göstərmək, hava nəqliyyatının kommersiya fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsinə və bununla bağlı yaranan çətinliklərin aradan qaldırılmasına yardım etməkdən ibarətdir. 14
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
IATA–nın strukturu şəkil 1.3–də göstərilmiş.
Baş Assambleya General Assembly İcra Komitəsi Executive Committee
Daimi işçi komitələr Texniki Komitə Technica l
Avianəqliyya t Komitəsi Air Transport Committee
Maliyyə Komitəsi Finance Committee
Hüquq Komitəsi Legal Committ
Tibb Komitəsi Medical Committ
Daimi işçi qruplar Stavka və yığımlar üzrə işçi qrup Working group rates and fees
Poçt üzrə ekspertlər qrupu
Konsultativ Komitə Advisory Committee
Group of experts mail
Reklam və informasiy a Komitəsi Advertisin g and Informatio nCommitte
Şəkil 1.3. IATA–nın strukturu.
IATA bir beynəlxalq agentlik kimi hava daşımaları, maliyyə, hüquqi, texniki, tibbi, ictimai informasiya və digər, aviaşirkətlərin müstəqil şəkildə həll edə bilmədikləri məsələlərin aradan qaldırılmasında aktiv rol oynayır. Eyni zamanda IATA üzv aviaşirkətlər üçün informasiya mərkəzi hesab edilir, tərkibində Beynəlxalq hesablamalar mərkəzi və müxtəlif komitələr fəaliyyət göstərir, həmçinin beynəlxalq təşkilatlarda üzv aviaşirkətlərin maraqlarını təmsil edir. IATA–nın ali orqanı aktiv aviaşirkətlərin üzv olduqları və hər il çağırılan Baş Assambleyadır. Assambleyanın keçirilməsi üçün zəruri olan kvorum hər birinin bir səsvermə hüququ olan aktiv üzvlərin iştirakı ilə baş tutur. Baş Assambleyanın funksiyaları aşağıdakılardan ibarətdir: IATA–nın Prezidentinin və İcra komitəsinin üzvlərinin seçilməsi; İcra və digər işçi komitələrin hesabatlarının müzakirəsi və təsdiq edilməsi; 15
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Maliyyə hesabatlarının və büdcənin təsdiq edilməsi; İcra komitəsinin təyin etdiyi texniki və digər komissiyaların tərkiblərinin təsdiq edilməsi; Müzakirə edilməsi üçün gündəliyə çıxarılan digər məsələlər. Bunlardan əlavə IATA, Baş Assambleyanın və ya xüsusi sessiyaların iclaslarında hava daşımalarında tariflərlə bağlı konfransları təşkil edir. Baş Assambleyanın qəbul etdiyi qətnamələr aktiv üzvlər tərəfindən yerinə yetirilməlidir. Beynəlxalq hava nəqliyyatının xüsusiyyətlərini və hökumətlərin maraqlarını nəzərə alaraq IATA Nizamnaməsində qeyd edilir ki, “ ... əgər bu tələblərin müvafiq daxili qanunlarla razılaşdırılmasına zərurət yarandıqda üzv aviaşirkətlər bu barədə İcra komitəsinə yazılı bildiriş göndərməlidirlər.” (m.8, § 6). Bu tip bildirişləri alandan sonra İcra komitəsi digər üzvlərə buna dair məlumat verir, qətnamənin qüvvədən düşməsini və ona düzəlişlərin edilməsini bildirir, eyni zamanda növbəti Baş Assambleyada bu məsələnin yenidən müzakirə ediləcəyinə dair məlumat verir. İcra komitəsinin əsas funksiyaları aşağıdakılardan ibarətdir: Təşkilatın fondlarına və vəsaitlərinə ümumi rəhbərlik və onlarla bağlı işlərin idarə edilməsi; Baş assambleyada qəbul edilmiş qərar və qətnamələr çərçivəsində təşkilatın siyasətini müəyyənləşdirmək və həyata keçirmək; IATA–nın filiallarının və regionlardakı şöbələrinin fəaliyyətinə rəhbərlik etmək; IATA–nın rəhbər orqanlarına seçkiləri təşkil etmək və təsdiq üçün onu Baş Assambleyaya təqdim etmək. Daimi komitələr. İcra komitəsi IATA–nın gündəlik fəaliyyətinə rəhbərlik edir. Bu komitəyə 5 daimi komitə tabedir. Hava nəqliyyatı komitəsindən başqa bu komitələrin hamısı fəaliyyətlərini daimi komitələr üçün mövcud olan qayda və təlimatlara uyğun həyata keçirirlər. Hava nəqliyyatı (daşımaları) komitəsi xüsusi olaraq bu komitə üçün hazırlanmış qayda və təlimatlar əsasında fəaliyyət göstərir. Daimi komitə üzvləri, fəaliyyətləri IATA–nın fəaliyyəti ilə sıx bağlı olan mütəxəsislərdən təşkil edilir və onların sayı IATA–nın Nizamnaməsi ilə müəyyən edilir. Məsələn: texniki komitə–24, maliyyə–20, hava nəqliyyatı–18 və s. Daimi komitələrin üzvlərini İcra komitəsi təyin edir və Baş Assambleya da onları təsdiq edir. Onların fəaliyyət müddəti iki ildir.
16
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Daimi komitələrin hər birində 4 rəhbər işçi olur: sədr, vitse–sədr, ikinci vitse–sədr və katib. İlk üç işçi daimi komitələr tərəfindən bir il müddətinə seçilir və sonrakı il üçün təkrar seçilə bilmək hüququna malik olurlar. Katib və digər personal IATA–nın baş direktoru tərəfindən təyin edilirlər. Daimi komitələrin katibləri IATA –nın məmurları sayılırlar və IATA üzvlərinə tabe deyillər. Daimi komitələr (hava nəqliyyatından başqa) tərəfindən qəbul edilən qərarlar İcra komitəsində, zərurət olduqda isə Baş Assambleyada təsdiq edildikdən sonra qüvvəyə minir. İcra komitəsi daimi komitələrə müstəqil qərar qəbul etmək hüququ vermək səlahiyyətinə malikdir. Daimi komitələr İcra komitəsinin köməkçi orqanlarıdır. İctimaiyyətə və aviaşirkət personalına IATA–nın fəaliyyətinə dair informasiya əsasən tarif konfranslarının işi ilə bağlı məlumdur. Ancaq onun fəaliyyətinin əsas hissəsi ictimaiyyətə az bəlli olan vacib bir sahəyə həsr edilir ki, bu da 5 daimi komitələrin fəaliyyəti ilə bağlıdır. Hava nəqliyyatı komitəsi (şəkil 1.4.) IATA–nın 5 daimi komitələrindən biridir və əsasən tarif konfranslarının fəaliyyətini koordinasiya etmək məsələləri ilə məşğul olur. Bu konfransların fəaliyyət istiqamətini bu komitə müəyyənləşdirir və konfranslarda müzakirə edilən məsələlərin həlli ilə məşğul olur. Bununla yanaşı komitənin fəaliyyəti aşağıdakı məsələləri də əhatə edir: 1. Sərnişin və yük daşımalarındakı tariflər, ödəmələr və yığımlar; 2. İstismar xərclərinin təhlili; 3. Uçuş cədvəlləri; 4. Agentlərlə əməkdaşlıq; 5. Sərnişin və digər müştərilərə göstərilən xidmət qaydaları və standartları; 6. Tarif konfranslarında qaldırılan məsələlərlə bağlı işçi qrupların təşkili və təsdiq edilməsi; 7. Hava daşımalarına dair konfranslarda təsdiq edilənə qədər məmurların müvəqqəti rəhbər vəzifələrə təyin edilməsi. Bu komitənin üzvləri IATA–nın digər daimi komitələrində olduğu kimi İcra komitəsi tərəfindən təyin edilir və hər il keçirilən Baş Assambleyada təsdiq edilir. Hazırda bu komitədə 11 üzv fəaliyyət göstərir. Fəaliyyətinin əhəmiyyətinə görə bu komitə digər komitələrdən daha çox əhəmiyyət kəsb edir. IATA–nın tarif konfranslarının siyasətinə rəhbərlik edən və sessiyalar zamanı onların fəaliyyətini istiqamətləndirən bu komitə tariflərlə, uçuş cədvəlləri, daşımanın ümumi şərtləri, təxsisetmə prosedurları, agentlərlə əməkdaşlıq 17
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
və s. məsələlərlə bağlı tövsiyyələr verir. Bu tövsiyyələri qəbul edən konfranslar onları qətnamə və ya qərar formalarında təsdiq edir. Beləliklə, hava nəqliyyatı komitəsi rəsmi olaraq qətnamə və tövsiyyələr hazırlamasa da bu sənədlərin hazırlanması və qəbul edilməsi proseslərinə güclü təsir göstərir. IATA Baş direktorunun daşımalar üzrə köməkçisi
Konfranslar bürosu Tarif konfranslarının katibi
Katibin tarif və stavkalar üzrə köməkçisi Katibin konfransların protokolları üzrə köməkçisi
Hava daşımaları bürosu (Nyu –
Agentlərin administrasiyası
Agent administratorunun köməkçisi (Şərq yarımkürəsi) Agentliyin zabiti (Qərb yarımkürəsi)
Hava daşımaları bürosu (Sinqapur)
Daşımalar xidməti IATA direktorunun daşımalar üzrə müavini
Sərnişin daşımaları üzrə direktor. Yük daşımaları üzrə direktor. Nöqsanların aradan qaldırılması üzrə zabit. Tariflərin dərc edilməsi üzrə zabit
Hesablama mərkəzi Direktor
Qətnamələrin layihəsi bürosu Direktor Qətnamələrin layihələrinin tərtibi üzrə zabit
Reyslər üzrə agentlik
Şəkil 1.4. Hava nəqliyyatı komitəsinin funksional strukturu.
IATA strukturunun əsas hissəsini yarımuxtariyyət statusu olan tarif konfransları təşkil edir. IATA–nın fəaliyyəti tarif zonaları ətrafında cəmləşir və tarif konfranslarının qəbul etdikləri qətnamələrlə ifadə edilir. Tarif konfransları (zonaları) IATA–nın müstəqil orqanlarıdır və fəaliyyətini hava nəqliyyatı komitəsi ilə sıx əməkdaşlıq etməklə həyata keçirir. Bu konfransların müstəqil olmasına baxmayaraq, onlar eyni zamanda IATA–nın əsasını təşkil edirlər. İcra komitəsi onların büdcəsini müəyyən edir və büdcə təyin edilmiş həmin müddət ərzində dəyişilməz olaraq qalır. IATA konfranslarının əsas vəzifələrindən biri dünyanı tarif zonalarına bölməkdən ibarətdir. Tariflərin hesablanması və razılaşdırılması prosedurlarının 18
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
sadələşdirilməsi məqsədi ilə IATA yer kürəsini üç tarif zonasına bölmüş və regionlarda “Tarif konfransları” adlanan orqanlar təsis etmişdir (şəkil 1.5.). Birinci zona – Şimali, Mərkəzi və Cənubi Amerika və ətrafdakı adalar (Qrenlandiya, Bermud, Karib dənizi hövzəsi, Havay, Miduey və Palmir adaları) TC 1 İkinci zona – Avropa (Rusiya Federasiyasının Avropa hissəsi, İslandiya, Azor və Seyşel adaları), Afrika və ətrafdakı adalar, həmçinin İran da daxil olmaqla Asiyanın qərb hissəsi (İran və Yaxın Şərq) TC 2 Üçüncü zona – Asiya (Asiyanın ikinci zonaya daxil olan hissəsi istisna edilməklə), Avstraliya, Yeni Zelandiya və Cənibi Sakit okean adaları (birinci zonaya daxil olan adalar istisna edilməklə) TC3. • Şəkil 1.5.
IATA–nın Nizamnaməsinə əsasən tarif konfransının (zonasının) iki və daha çox məntəqələri arasında müntəzəm uçuşları həyata keçirən aktiv üzv olan aviadaşıyıcı bu konfransların tam hüquqlu üzvü seçilə bilər, əgər o, iki və daha çox konfrans (zona) ərazisində uçuşlar təşkil edirsə, bu zaman həmin daşıyıcı iki və ya üç konfransın üzvü də ola bilər. Konfrans üzvləri iki hissəyə bölünürlər: səsvermə hüquqi olan və olmayan. Səsvermə hüququ olmayanlar da öz növbəsində iki qismə bölünürlər: bir zona daxilində uçuşlar təşkil edən IATA–nın aktiv üzvü digər uçuşları təşkil etmədiyi zona və ya zonalara səsvermə hüququ olmayan üzv kimi seçilə bilər. Assosiativ üzvlər istədikləri zonaya və ya zonalara konfrans katibinə yazılı şəkildə müraciət etməklə səsvermə hüququ olmayan üzv kimi qəbul edilə bilərlər. Qeyd etmək lazımdır ki, konfranslara səsvermə hüququ olan və ya olmayan üzvlük məsələləri IATA–ya üzvlük məsələləri ilə uyğun olmalıdır. IATA–dan ayrılan üzvlər avtomatik olaraq konfranslardakı üzvlük hüquqlarından məhrum edilirlər. Bu konfranslar beynəlxalq hava əlaqələrində mövcud olan bütün problemlərin, o cümlədən istehsalat xərclərinin təhlili, tariflərlə, sərnişin və yük daşımalarındakı yığımlarla, uçuş cədvəli, agentlərin təyin edilməsi və onların fəaliyyətinə nəzarətin həlli məsələləri ilə məşğul olurlar. Bu məsələlərin həllində çoxlu sayda çətinliklər mövcuddur, xüsusən tariflərin müəyyən edilməsi və tətbiqi məsələlərində. Məhz bu səbəbdən konfranslarda qəbul edilən qərarların iştirakçılar tərəfindən yekdilliklə qəbul edilməsi çox əhəmiyyətlidir. Konfranslar, IATA–nın digər daimi komitələrində olduğu kimi aşağıdakı vəzifəli şəxslərdən təşkil edilir: sədr, birinci vitse–sədr, ikinci vitse–sədr və katib. Katib və personal IATA–nın Baş direktoru tərəfindən təyin edilir. Digər daimi 19
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
komitələrdən fərqli olaraq, konfrans sədrinin IATA–ya üzv aviaşirkətlərin nümayəndələrindən (işçilərindən) təyin edilməsinə icazə verilmir və o da Baş direktor tərəfindən təyin edilir. Birinci və ikinci vitse–sədrlər hər il keçirilən konfranslarda üzvlər tərəfindən seçilirlər. Sədr eyni zamanda Baş direktorun müvafiq konfrans üzrə məsləhətçisi sayılır. Konfranslar daimi və müvəqqəti subkomitələr yaratmaq hüququna malikdirlər və onların vəzifələri yarandıqları vaxt müəyyən edilir. Subkomitələr adətən istismar xərclərinin təhlili, uçuş cədvəlləri, agentlərin fəaliyyətinə nəzarət və s. məsələlərlə məşğul olurlar. Onların konfranslara təqdim etdikləri tövsiyyələr demək olar ki, həmişə qəbul edilir. Konfrans üzvlərinin toplantıları iki ildə bir dəfə ayrıca və yaxud iki və ya üç konfransların hamısı birlikdə keçirilir. Birlikdə keçirilən toplantılar bir qayda olaraq tariflərin, yığımların və digər əhəmiyyətli qərarların qəbulu ilə bağlı olur. IATA–nın konfransları əsasən iki sahədə fəaliyyət göstərirlər. Birinci: konfranslar aviaşirkətlər arasında əlaqələrin yaranması və hərtərəfli əməkdaşlığın qurulması (standart aviayük sənədlərinin, aviabiletlərin, baqaj qəbzlərinin, uçuş cədvəllərinin hazırlanması, aviaşirkətlər arasında hesablamaların təşkili və s.) istiqamətində fəaliyyət göstərirlər. Bu sahədəki fəaliyyət hökumətlər və ictimaiyyətin diqqətini cəlb etmir və Varşava Konvensiyasının (1929) müddəalarına uyğun həyata keçirilir. İkinci: ictimaiyyət və hökumətlər tərəfindən həmişə təşvişlə qarşılanan tariflərlə bağlı problemlər. Qeyd edilənlərdən başqa konfransların fəaliyyəti daşımaların şərtlərinin müəyyənləşdirilməsi prosesləri ilə bağlıdır. Tariflər daşıma şərtləri ilə sıx əlaqədə olduğu üçün bu proseslərin həlli çox əhəmiyyətlidir. Konfranslar, aviaşirkətlər arasında mövcud olan problemlərin hamısının həll olunması istiqamətində fəaliyyət göstərirlər, çünki hansısa məsələdə razılıq əldə edilmədikdə bu “tarif müharibələri”nin yaranmasına səbəb olur və nəticədə konfransın işi hədər getmiş olur. Məhz bu səbəbdən daşıma şərtlərinin müəyyənləşdirilməsi tarif məsələləri ilə eyni səviyyədə həll edilir. IATA öz fəaliyyətində beynəlxalq daşımalar xidmətinin tənzimlənməsi məsələlərinə böyük əhəmiyyət verir. Bu fəaliyyət, aviaşirkətlərin xərclərinin minimuma endirilməsinə və müştərilərə göstərilən xidmətin, yeni texnologiya və müasir standartlardan istifadə etməklə maksimuma çatdırılmasına istiqamətlənib. IATA standartlarından dünyanın hər yerində həm aviaşirkət personalı, həm də xidmət göstərən agentlər və digər aviadaşımalarda iştirak edən təşkilatların 20
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
personalı istifadə edir. Qətnamə və tövsiyyə formasında tərtib edilən IATA standartları müasir zamanın tələblərinə uyğun olaraq yeniləşir və tez–tez dəyişikliklərə məruz qalır. IATA yüklərin daşınması qaydalarına dair vaxtaşırı çoxlu sayda qətnamə və təlimatlar hazırlayır, bu sənədlər təsdiq edildikdən sonra onları üzv aviaşirkətlərə və digər daşıma və satış ilə məşğul olan firma və agentliklərə göndərir. Bunlardan aşağıdakıları xüsusi ilə qeyd etmək lazımdır: Yük aviatarifləri (The Air Cargo Tariff TACT). Beynəlxalq avianəqliyyat statistikası (World Air Transport Statistics WATS). Şəhərlərin kodları (City code directory). Aviaşirkətlərin kodları (Airline coding directory). Beynəlxalq interlayn müqavilələrinin tətbiq edilməsi (Multilateral Interline Traffic Agreements Manual). Təhlükəli yüklərin daşınması qaydaları (Dangerous Goods Regulations DGR). Canlı heyvanların daşınması qaydaları (Live Animals Regulations). Tez xarab olan yüklərin daşınması qaydaları (Perishable Cargo Handling Manual). Yükləmə vasitələrinə dair texniki məlumatlar (ULD Technical Manual). Yük daşımalarına dair konfranslar haqqında məlumatlar (Cargo Services Conference Resolutions Manual). Yük aviaqaiməsinə dair məlumat kitabçası (Air Waybill Handbook). Yük agentlərinin konfransları haqqında məlumatlar (Cargo Agency Conference Resolutions Manual). Yük Agentinin məlumat kitabçası (Cargo Agents Handbook). CASS prosedurlarına dair məlumat kitabçası (CASS Procedures Manual). CASS məlumat kitabçası (CASS Quick Reference Handbook). Beynəlxalq aylıq statistika (Monthly International statistics). Yük daşımaları haqqında illik məlumat (Air Cargo Annual). Hava limanlarının texniki imkanları (Airport capacity/demand Profile). The Air Cargo Tariff (TACT) IATA–nın yük aviadaşımalarına dair əsas məlumat kitabçasıdır. TACT 1975–ci ildən IATA tərəfindən dərc edilir, burada aviasiya sahəsinin əsas fəaliyyəti, iş prinsipləri göstərilir və izah edilir, həmçinin IATA–nın rəsmi tarifləri də qeyd edilir. İstifadə edilməsinin asanlaşdırılması məqsədi ilə TACT üç hissəyə bölünüb: 21
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
1. Qaydalar (RULES)–əsas qayda və prosedurları, həmçinin ölkələrin və aviaşirkətlərin qayda və tələblərinə dair informasiyanı özündə əks etdirir. İldə iki dəfə, 1aprel və 1oktyabr tarixlərindən qüvvəyə minmək şərti ilə nəşr edilir. 2. Şimali Amerika tarifləri (RATES NORT AMERICA ISSUE)–Kanada və ABŞ–da və IATA–nın birinci tarif zonasında yerləşən digər ölkələrdə mövcud olan tarifləri və onların növlərini özündə əks etdirir. Hər iki aydan bir, fevral, aprel, iyun, avqust, oktyabr və dekabr aylarının 1–dən qüvvəyə minmək şərti ilə nəşr edilir. 3. Beynəlxalq tariflər (RATES WORLDWIDE ISSUE)–Şimali Amerika tarifləri (RATES NORT AMERICA ISSUE) istisna edilməklə dünyada mövcud olan tarifləri əhatə edir və hər iki aydan bir, fevral, aprel, iyun, avqust, oktyabr və dekabr aylarının 1–dən qüvvəyə minmək şərti ilə nəşr edilir. IATA–nın fəaliyyətinin əsas istiqamətlərindən biri də hava nəqliyyatı subyektləri arasındakı hesablamaların təşkil edilməsi prosedurlarıdır. IATA–nın Hesablama Palatası (Clearing House) 1948–ci ildən fəaliyyətə başlamışdır. Onun yaranması ödəmələri elektron vasitələrlə həyata keçirmək imkanı yaratdı. 1972–ci ildən beynəlxalq hava nəqliyyatında aviabiletlərin neytral mühit şəraitində satışını təmin edən BSP IATA sistemi tətbiq edilir. 2007–ci ildən IATA, Monreal Konvensiyasının (1999) müddəaları əsasında elektron biletlərin satışının tətbiq edilməsi proqramının həyata keçirilməsinə başlamışdır. Clearing House həmçinin digər təşkilatlarla, məsələn SITA və s. hesablaşmalar zamanı bir kollektiv orqan kimi də fəaliyyət göstərir. Yuxarıda qeyd edilənlərdən əlavə IATA aviaşirkət, hava limanı və hava gəmiləri, həmçinin şəhərlər uçun xüsusi kodlar təsis edir. IOSA–IATA–nın aviaşirkətlərin təhlükəsiz istehsalat auditi Proqramıdır (IATA Operation Safety Audit) və bu proqram istehsalatın idarə edilməsi və ona nəzarətin qiymətləndirilməsi üçün tətbiq edilir. IOSA Proqramı, hazırda dünya aviasiya istehsalatında, aviadaşımaların təhlükəsiz yerinə yetirilməsi sahəsində tətbiq edilən müasir və təkmilləşdırılmış bir standartdır. Bu Proqram daim aktualdır, vaxtaşırı ona düzəlişlər edilir və aviasiya sənayesində tətbiq edilən normativ və reqlament sənədlərin tələblərinə uyğun şəkildə həyata keçirilir. IATA–nın tələblərinə uyğun olaraq üzv aviaşirkətlərin hamısı IOSA Proqramına uyğun auditdən keçməlidirlər. Bu auditdən müvəffəqiyyətlə keçmiş aviaşirkətlər IOSA– nın Operatorları reyestrində qeyd edilirlər. Hazırda IOSA–nın sertifikasiyasını, yəni IATA–ya üzv aviaşirkətlərin IOSA Proqramına uyğun auditdən keçməsi prosedurunu IATA–da akkreditasiya olunmuş 22
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
səkkiz müstəqil audit şirkəti həyata keçirir. IOSA standartları üzrə rəhbər sənəd özündə 872 maddədən ibarət tələbləri ehtiva edir və auditdən keçən aviaşirkətlər bu tələblərə uyğun fəaliyyət göstərirlər. IOSA sertifikatı almış aviaşirkət nəhəng aviaşirkətlərin daxil olduğu alyanslara üzv ola bilər və bu sertifikatın alınması IATA–ya üzv aviaşirkətlər üçün məcburidir. Aviaşirkətin beynəlxalq səviyyədə təhlükəsiz fəaliyyəti onun üçün həm daxili və həm də beynəlxalq aviadaşıyıcılar bazarında yüksək statusa malik olmasına zəmanət verir. IATA çoxlu sayda ofislərə malikdir. Onun mənzil qərargahı Monreal şəhərində, icraçı ofisi isə Cenevrədə yerləşir, həmçinin bu təşkilatın nəzdində 7 regional büro fəaliyyət göstərir (şəkil 1.6.).
IATA – nın regionlarda fəaliyyət göstərən büroları Yaxın Şərq Əmman
Latın Amerikası Santyaqo
Avropa
Afrika
Brüssel Nayrobi
Çin Pekin
Asiya
ABŞ
Sinqapur Vaşinqton
Şəkil 1.6.
1.3. Beynəlxalq Ekspeditorlar Assosiasiyası Federasiyası (International Federation of Freight Forwarders Associations FIATA) Beynəlxalq Ekspeditorlar Assosiasiyası Federasiyası (FIATA) 31 may 1926–cı ildə Avropanın 16 milli və regional assosiasiyaları tərəfindən Avstriyanın paytaxtı Vyana şəhərində yaradılmışdır. Hazırda FIATA–ya 150 ölkənin 40 mindən çox ekspeditor firma və təşkilatları daxildir. Mənzil qərargahı İsveçrənin Sürix şəhərində yerləşir. FIATA Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında, Ticarət və İnkişaf üzrə Konfransında və Beynəlxalq Ticarət Hüququ Komissiyasında konsultant statusuna malikdir. Bu təşkilat Beynəlxalq Ticarət Palatasında, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında, Beynəlxalq Dəmir Yolları Şurasında, Beynəlxalq Avtomobil Nəqliyyatı Şurasında, Beynəlxalq Gömrük Təşkilatında və Beynəlxalq Ticarət Palatasında ekspeditorların maraqlarını təmsil 23
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
edir. Ümumiyyətlə FIATA nəqliyyat və ekspeditorların fəaliyyətini tənzimləyən 29 beynəlxalq təşkilat ilə müntəzəm şəkildə əməkdaşlıq edir. FIATA–nın tətbiq etdiyi sənədlər ekspeditorların fəaliyyətlərinin, ümumilikdə isə beynəlxalq ticarət əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb edir. Belə ki, beynəlxalq ticarət əlaqələrinin tənzimlənməsi prosesləri beynəlxalq sənədlərin dövriyyəsinin sadələşdirilməsini və optimal şəkildə tətbiq edilməsini tələb edir. Hazırda bu əlaqələrin sürətlə inkişaf etməsi məqsədi ilə beynəlxalq yük daşımalarında Beynəlxalq Ticarət terminlərinin izahı Qaydaları (International Commotional Terms–Incoterms) adlı sənəd tətbiq edilir. Sonuncu belə sənəd 1 yanvar 2011–ci ildən qüvvəyə minmiş və INCOTERMS–2010 adlanır. INCOTERMS–2010, beynəlxalq səviyyədə dövlətlər, hüquq təşkilatları və kommersantlar tərəfindən qəbul edilmiş beynəlxalq qaydaları özündə əks etdirir. Bu qaydalar və terminlər Beynəlxalq Ticarət Palatası tərəfindən hazırlanmış və müqavilələrin bağlanması prosesində tərəflər arasında qayda və terminlərin tətbiqi ilə yaranan çətinlik və anlaşılmazlıqların aradan qaldırılması məqsədi daşıyır. Bu sənəddəki terminlərin sayı əvvəlki sənədə (INCOTERMS–2000) nisbətən 13–dən 11–ə endirilmiş və iki yeni prinsip DAP və DAT əlavə edilmişdir. INCOTERMS– 2010 əsasən aşağıdakı terminləri özündə əks etdirir: 1. DAP (delivered at place)–məntəqəyə çatdırma və DAT (delivered at terminal)–terminal çatdırma terminlərinin tətbiqi multimodal daşımalar üçün nəzərdə tutulmuşdur. Bu tip daşımalarda tətbiq edilən əvvəlki terminlər DAF, DES, DEQ və DDU ləğv edilmişdir. 2. DAT termini INCOTERMS–2000–də olan DAQ terminini əvəz etməklə yanaşı onun multimodal daşımalarda tətbiq edilməsinə imkan yaradır ki, bu da ekspertlərin rəyincə daha çox limanlardakı logistika təcrübəsinə uyğundur. 3. DAP termini ümumi bir termin kimi istifadə edilsə də, burada təyinat məntəqəsinin düzgün göstərilməsi çox vacibdir. Bu termin (DAP) üç termini (DAF, DES və DDU) əvəz etməklə yanaşı malın (yükün) alıcıya göndərilməsi üçün hazır vəziyyətdə təqdim edilməsini bildirir. Nizamnaməsinə əsasən FIATA–nın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 1. Müxtəlif ölkələrdə fəaliyyət göstərən ekspeditorları vahid bir təşkilatda birləşdirmək və onların maraqlarını beynəlxalq səviyyədə təmsil etmək. 2. Yüklərin qəbul edilməsi və daşınması, həmçinin satışı ilə məşğul olan ekspeditorların maraqlarını, hökumət və kommersiya təşkilatları qarşısında müdafiə etmək və qorumaq. 3. Keyfiyyət standartlarının işlənib hazırlanması və tətbiq edilməsi sayəsində 24
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
ekspeditorların fəaliyyət keyfiyyətinin yüksəldilməsi və inkişaf etdirilməsi. 4. İşgüzar dairələri və ictimaiyyətin geniş kütləsini iqtisadiyyatın nəqliyyat sahəsində fəaliyyət göstərən ekspeditorların vəzifə, maraq və rolu ilə yaxından tanış etmək. 5. Ekspeditor sahəsi üçün peşəkar kadrların hazırlanmasına yardım göstərmək. 6. Ekspeditor sənədlərinin işlənib hazırlanmasını və sadələşdirilməsini (unifikasiya), həmçinin onların praktiki tətbiqini və bunun nəticəsində ekspeditor xidmətinin yüksək səviyyədə təşkil edilməsini təmin etmək. FIATA–ya üzv olan milli assosiasiyalar 4 regiona bölünmüşlər: 1. Afrika və Orta Şərq 2. Asiya və Sakit okean regionu 3. Avropa 4. Şimali və Cənubi Amerika
FIATA Multimodal daşımalar institutu
Peşəka r tədris
Hava daşımaları institutu
Gömrük xidməti institutu
İnformasiya texnologiyaları ııı Şəkil 1.7. FIATA–nın təşkilati strukturu.
Hüquq məsələləri
İctimaiyyətl ə əlaqə
Konsultativ şura
Təhlükəli yüklər
1955–ci ildən başlayaraq FIATA tərəfindən aşağıdakı ekspeditor sənədləri işlənib hazırlanmış və hazırda tətbiq edilməkdədir: Ekspeditor təlimatı (FFI: FIATA Forwarding Instructions); Yükgöndərənin intermodal çəki (tərəzi) şəhadətnaməsi (SIC: Shippers Intermodal Weight Certificate); Təhlükəli yüklərin daşınmasına dair yükgöndərənin bəyannaməsi (SDT: Shippers Declaration for the Transport (of Dangerous Goods)); Yük anbarının qəbzi (FWR: FIATA Warehouse Receipt); Ekspeditor qəbzi (FCR: Forwarders Certificate of Receipt); Ekspeditorun daşıma sertifikatı (FCT: Forwarders Certificate of Transport); 25
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Dövri multimodal nəqliyyat yükləmə konosamenti (FBL: FIATA Bill of Lading (negotiable Multimodal Transport)); Qeyri–dövri multimodal nəqliyyat qaiməsi (FWB: FIATA Waybill (nonnegotiable Multimodal Transport)). Yuxarıda qeyd edilən sənədlərdən əlavə FIATA ekspeditorları 1986–cı ildən başlayaraq yük aviadaşımalarında «Neytral aviaqaimə» (Not Negotiable Air Waybill) tətbiq edirlər. FIATA sənədləri şərti olaraq üç qrupa (şəkil 1.8.) bölünür:
I qrup
• Ekspeditor təlimatı FFI: FIATA Forwarding Instructions • Yükgöndərənin intermodal çəki (tərəzi) şəhadətnaməsi SIC: Shippers Intermodal Weight Certificate • Təhlükəli yüklərin daşınmasına dair yükgöndərənin bəyannaməsi SDT: Shippers Declaration for the Transport (of Dangerous Goods)
II qrup
• Yük anbarının qəbzi FWR: FIATA Warehouse Receipt • Ekspeditor qəbzi FCR: Forwarders Certificate of Receipt • Ekspeditorun daşıma sertifikatı FCT: Forwarders Certificate of Transport
III qrup
• Dövri multimodal nəqliyyat yükləmə konosamenti FBL: FIATA Bill of Lading (negotiable Multimodal Transport) • Qeyri - dövri multimodal nəqliyyat qaiməsi FWB: FIATA Waybill (non-negotiable Multimodal Transport • Neytral aviaqaimə Not Negotiable Air Waybill Şəkil 1.8.
Birinci qrupa daxil olan sənədləri ekspeditor yükgöndərənə tərtib etmək və imzalamaq üçün təqdim edir, o da bu prosedurları yerinə yetirdikdən sonra onları ekspeditora icra edilməsi üçün geri qaytarır. Bu sənədlərin düzgün tərtib edilməsi məsuliyyəti yükgöndərənin üzərinə düşür. İkinci qrupa daxil olan sənədləri yükgöndərənin təlimatı ilə ekspeditor tərtib edir, onları yükgöndərənə təqdim edir və burada ekspeditor, sərbəst qərar qəbul etmə hüququna malik olmayan yükgöndərənin agenti rolunu oynayır. Qeyd edilən sənədlərə əsasən ekspeditor burada daşıyıcı rolunu icra edə bilməz və daşımaya dair məsuliyyət daşımır. 26
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Üçüncü qrupa daxil olan sənədləri yükgöndərənə ekspeditor təqdim etməklə bir daşıyıcı kimi yükün yükalana çatdırılmasına dair məsuliyyəti öz üzərinə götürür. Bundan əlavə ekspeditor bu sənədlər əsasında yükgöndərən qarşısında yükün daşınması və çatdırılmasına, həmçinin daşımada iştirak edən hər hansı üçüncü tərəfə görə masuliyyət daşıyır. Bu məsuliyyət müvafiq qaydalarla tənzimlənir. FIATA–nın tətbiq etdiyi sənədlərinin nümunələri aşağıda göstərilmişdir: Ekspeditor təlimatı (FFI: FIATA Forwarding Instructions)
27
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yükgöndərənin intermodal çəki (tərəzi) şəhadətnaməsi (SIC: Shipper’s Intermodal Weight Certification)
28
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Təhlükəli yüklərin daşınmasına dair yükgöndərənin bəyannaməsi (SDT: Shipper’s Declaration for the Transport (of Dangerous Goods))
29
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yük anbarının qəbzi (FWR: FIATA Warehouse Receipt)
30
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Ekspeditor qəbzi (FCR: Forwarders Certificate of Receipt)
31
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Ekspeditorun daşıma sertifikatı (FCT: Forwarders Certificate of Transport)
32
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Dövri multimodal nəqliyyat yükləmə konosamenti (FBL: FIATA Bill of Lading (negotiable Multimodal Transport))
33
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Qeyri - dövri multimodal nəqliyyat qaiməsi (FWB: FIATA Waybill (non-negotiable Multimodal Transport))
34
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Neytral aviaqaimə (Not Negotiable Air Waybill)
Ekspeditor təlimatı (Forwarding Instructions FFI) Yükün ölçülərini və yükgöndərənin şərtlərini özündə əks etdirən bu sənəd ekspeditora, BMT–nın “Beynəlxalq ticarət və Beynəlxalq daşımalara dair sənədlərin standartlaşdırılması və sadələşdirilməsi” üzrə rəhbər sənədinə əsasən ekspeditor xidmətlərinin təşkil edilməsi hüququnun verildiyini təsdiq edir və eyni zamanda ekspeditor müqaviləsi bağlamaq üçün hüquqi sənəd hesab edilir. Onun 35
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
tərtib edilməsi yükgöndərən tərəfindən təşkil edilir. Yükgöndərənin imzaladığı bu sənəd yükə dair məlumatı tam şəkildə əks etdirir: yükün xüsusiyyətini, nişanlanmasını, çəkisini, həcmini və ümumi yerlərin (yüklərin) sayını. Bu sənədin düzgün tərtib edilməsinə görə yükgöndərən məsuliyyət daşıyır. Ekspeditor təlimatı 24 qrafadan ibarətdir, qrafaların hamısına kod və nömrə təsis edilir ki, bu da öz növbəsində onun elektron informasiya sistemində tətbiq edilməsinə imkan yaradır. Ekspeditor bu sənədi icraata qəbul etdikdən sonra o, qüvvəyə minir və tətbiq edilməsi prosedurları milli ekspeditor qanunları ilə tənzimlənir. 1984–cü ildən tətbiq edilir. Yükgöndərənin intermodal çəki (tərəzi) şəhadətnaməsi (Shipper’s Intermodal Weight Certification SIC) Bu sənəd yükgöndərən tərəfindən tərtib edilir və digər nəqliyyat sənədlərində yükün çəkisinin düzgün göstərilməsi üçün ekspeditora təqdim edilir. Ekspeditor bu şəhadətnaməni daşıyıcıya, yükləri müxtəlif yerlərdən topladıqda və daşımada yükgöndərən kimi iştirak etdikdə verə bilər. Belə hallarda ekspeditor öz çəki şəhadətnaməsini yük sahiblərinin tərtib etdikləri şəhadətnamələr əsasında tərtib edir. Yükün çəkisinin düzgün göstərilməsinə dair tərəflərin məsuliyyətini təsdiq edir, nəqliyyat vasitələrinin optimal şəkildə yüklənməsini və normadan artıq yüklənmələrin qarşısının alınmasını təmin edir. 1997–ci ildən tətbiq edilir. Təhlükəli yüklərin daşınmasına dair yükgöndərənin bəyannaməsi (Shipper’s Declaration for the Transport (of Dangerous Goods) SDT) Bu sənəd təhlükəli yüklərin əsasən avtomobil və dəniz nəqliyyatı ilə daşınmasında tətbiq edilir. Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınmasında IATA tərəfindən qəbul edilmiş “Yükgöndərənin təhlükəli yüklərə dair bəyannaməsi” (Shipper’s Declaration for Dangerous Goods) tərtib edilir. Bu sənəd yükgöndərən tərəfindən tərtib edilir və Ekspeditor təlimatı ilə birlikdə ekspeditora təqdim edilir. Ekspeditor da hər iki sənədi yük ilə birlikdə daşıyıcıya təhvil verir. 1984–cü ildən tətbiq edilir. Yük anbarının qəbzi (Warehouse Receipt FWR) Bu sənəd anbarın sadələşdirilmiş (unifikasiya) standart sənədi hesab edilir və yükün anbarda saxlanması, çeşidlənməsi, cəm edilməsi və sarğısının dəyişilməsi təqdirdə ekspeditor tərəfindən yükgöndərənə verilir. Anbar əməliyyatlarının tətbiq edildiyi zaman ekspeditor bu sənəddən istifadə edir. Bu sənəd alqı–satqı 36
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
müqaviləsinin mövcud olduğunu təsdiq edir və həm də bankdan kredit almaq hüququ verir. 1975–ci ildən tətbiq edilir. Ekspeditor arayışı (Forwarders Certificate of Receipt FCR) Hüquqi cəhətdən bu sənəd, ekspeditorun yükü qəbul etdiyini və onun məsuliyyətini öz üzərinə götürdüyünü, həmçinin yükalana göndərməsini və ya onun göstərişi ilə yükü saxlamasını bildirir. Ekspeditor arayışı qeyri–dövri sənəddir və bir nüsxədə (original), zərurət yarandıqda isə “qeyri – dövri surət” göstərilməklə onun surətinin tərtib edilməsinə icazə verilir. Əsasən malların «franko–zavod» şərtləri ilə yüklərin cəm edilib çatdırılmasında tətbiq edilir. Bu sənəd ixrac edənin öz öhdəliklərini yerinə yetirdiyini təsdiq edir və akkreditivdən pul çıxarmaq hüququ verir. 1955–ci ildən tətbiq edilir. Ekspeditorun daşıma sertifikatı (Forwarders Certificate of Transport FCT) Dövriyyədə olan qiymətli kağızdır, bu sənəd ekspeditorun yükü, daşıyıcının şərtlərinə uyğun şəkildə daşımaya cəlb etdiyini və onu yükalana çatdırmaq məsuliyyətini öz üzərinə götürdüyünü bildirir. Bu sənədə əsasən ekspeditor daşıma prosesində daşıyıcı kimi çıxış edə bilməz, amma daşıyıcının seçilməsinə görə məsuliyyət daşıyır və öz nöqsan və səhlənkarlıqlarına görə cavabdehdir. Sertifikat təqdim edilmiş şəxsin tələbinə əsasən daşınma ilə bağlı daşıyıcıya iddia ərizəsi və şikayət ilə müraciət etmək üçün daşınmaya dair bütün sənədləri ekspeditor ona təqdim etməlidir. Bu sənəd ixrac edənin öz öhdəliklərini yerinə yetirdiyini təsdiq edir və akkreditivdən pul çıxarmaq hüququ verir. 1959–cü ildən tətbiq edilir. Dövri multimodal nəqliyyat yükləmə konosamenti (Negotiable FIATA Multimodal Transport Bill of Lading FBL) Ekspeditorun nəqliyyat sənədidir, daşıyıcının və ya müxtəlif nəqliyyat növləri ilə cəm edilmiş yüklərin daşınması operatorunun müqaviləsi hesab edilir, eyni və müxtəlif növ nəqliyyat vasitələri ilə yük daşımalarında tətbiq edilir. Burada operator, öz adından və ya onun səlahiyyət verdiyi digər şəxs onun adından müqavilə bağlayaraq daşınmada agent və ya yükgöndərən kimi deyil, müqavilə bağlamış tərəf kimi çıxış edir. Bu konosamenti təqdim edən ekspeditor daşınma prosesinin və yükün yükalana çatdırılmasının tam məsuliyyətini öz üzərinə götürür. Bu məsuliyyət dərəcəsi konosamentdə göstərilən şərtlər ilə məhdudlaşır və bütün 37
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
ölkələrdə eyni qaydada tətbiq edilir. Məsuliyyət dərəcə və şərtləri konosamentin arxa tərəfində göstərilir. Daşıma prosesindəki bütün nöqsanlara görə, hətta daşınmaya üçüncü tərəf cəlb edilsə belə məsuliyyət ekspeditorun üzərinə düşür. Bu sənəd ekspeditora daşınmanı istədiyi şəkildə və marşrutla həyata keçirmək, yükün emal edilməsi, yığılması və yükgöndərənin hesabına anbarlarda saxlanması hüququnu verir. Belə təqdirdə ekspeditor yükün xarab olması və ya itməsi ilə bağlı hər bir yer üçün 666,67 SDR, yaxud hər bir kiloqram brutto üçün 2 SDR, əgər daşımada su sahəsindən istifadə edilməzsə 8,33 SDR məbləğində məsuliyyət daşıyır. Konosament müqavilənin icra edildiyini təsdiq edir və mal üçün ödəmənin yerinə yetirilməsi üçün əsas sayılır. 1970–ci ildən tətbiq edilir. Hazırda tətbiq edilən Dövri multimodal nəqliyyat yükləmə konosamenti 1994–cü ildə işlənib hazırlanmışdır. Qeyri–dövri multimodal nəqliyyat qaiməsi (Non-Negotiable FIATA Multimodal Transport Waybill FWB) Bu qaimə daşıma sənədidir və FIATA–nın konosamentinə əlavədir, konosamentin mal ilə bağlı sərəncam vermək istisna edilməklə bütün xüsusiyyət və üstünlüklərinə malikdir. Qaiməni malın alınmasında təqdim etmək zərurəti yoxdur. Bu sənəd malın kreditlə çatdırılmasında tətbiq edilir. Ekspeditor bu sənədi tərtib edib yükgöndərənə təqdim etdikdən sonra yükə dair Dövri multimodal nəqliyyat yükləmə konosamentində göstərilən şərtlərə uyğun (əgər yük yükgöndərən tərəfindən qiymətləndirilməmişsə) məsuliyyət daşıyır. Ekspeditorun məsuliyyət dərəcəsi, yükün nasazlığının baş verdiyi nəqliyyat növündəki mövcud qaydaların şərtləri ilə məhdudlaşdırıla bilər. 1997–ci ildən tətbiq edilir. Neytral aviaqaimə (Not Negotiable Air Waybill) Bu sənəd, daşıyıcının adı qeyd edilməmiş IATA sənədidir və FIATA ilə razılaşdırıldıqdan sonar ekspeditorlar tərəfindən tətbiq edilməyə başlanmışdır. Daşıyıcı müəyyən edildikdən sonar aviaqaimədə onun adı göstərilir, burada daşıyıcı aviaşirkət və ya aviaşirkətin Agenti kimi ekspeditor da ola bilər. Aviaqaimə, daşıyıcının malın çatdırılması ilə bağlı öz öhdəliklərinə əməl etdiyini təsdiq edən və bunun müqabilində akkreditivdən pulun çıxarılması üçün banka təqdim edilən sənəddir. Bu sənəd Varşava Konvensiyası (1929) və Monreal Konvensiyası (1999) tənzimlənir. 1986–cı ildən tətbiq edilir. Hazırda tətbiq edilən Neytral aviaqaimə 1996–cı ildə işlənib hazırlanmışdır. 38
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
1.4.
E –FREIGHT standartı
Malın (yükün) yükgöndərəndən yükalana birbaşa çatdırılmasını nəzərdə tutan müasir logistika, daşımaların multimodal sxemlər üzərində təşkil edilməsini və yükün vaxtında çatdırılmasına, qorunmasına, həmçinin qeyd edilməsinə görə məsuliyyətin vahid orqan tərəfindən həyata keçirilməsini özündə ehtiva edir. Beynəlxalq aviadaşımalar bazarında mövcud olan azad rəqabətə tab gətirmək üçün nəqliyyat şirkətləri öz fəaliyyətlərini müasir standartlara və texnologiyalara uyğun şəkildə təşkil etməlidirlər. Bununla bağlı yüklərin qeydiyyatı və daşınmasına dair sənədləşdirmələr elektron variantda təşkil edilməlidir. Sənədləşdirmənin kağızsız təşkil edilməsi E–FREIGHT standartının tətbiq edilməsi vasitəsilə həyata keçirilir və yük aviadaşımalarında bu proses e –Cargo texnologiyası adlanır. Müasir yük daşımalarında bu texnologiyanın ancaq hava nəqliyyatında tətbiq edilməsi məsələnin tam şəkildə həll edilməsini təmin etmir, çünki daşıma prosesində bir neçə nəqliyyat növü iştirak edir və bu səbəbdən bütün daşıma sənədləri elektron formada tətbiq edilməlidir. 2013–cü ilin mart ayında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkət və ekspeditor təşkilatlarının çoxtərəfli elektron müqavilələri (Multilateral e–AWB Agreement) standartı olan E-FREIGHT (vahid elektron qaimə) proqramının tətbiq edilməsini təsdiq etdi. E-FREIGHT standartı IATA–nın tövsiyyəsi əsasında yük aviadaşımalarının inkişaf etdiyi ölkələrdə yüklərin hava nəqliyyatı ilə daşınması və müşayiət edilməsinin rəsmiləşdirilməsində tətbiq edilən beynəlxalq kağızsız sənədləşdirmə standartıdır. Bu standart, IATA–nın biznes fəaliyyətinin sadələşdirilməsinə dair Beynəlxalq Proqramı (Simplifying the Business of Air Cargo) çərçivəsində həyata keçirilir. E-FREIGHT standartının tətbiq edilməsi yük aviadaşımalarının rəsmiləşdirilməsində istifadə edilən daşıma sənədlərinin tam elektron formasında olmasını və daşımada iştirak edən tərəflərin, həmçinin dövlət nəzarət orqanlarının yük aviadaşımaları ilə bağlı fəaliyyətlərinin sənədləşdirilməsinin kağızsız təşkil edilməsini təmin edir. IATA–nın məlumatlarına görə yük daşımaları zamanı tərtib edilən sənədlərin ümumi sayı 38, bu sənədlərin hazırlanmasına sərf edilən vəsait isə 30 ABŞ dollarıdır. 2005–ci ildə istifadə edilən yük aviaqaimələrinin sayı təxminən 35 milyon olmuşdur. Yük daşımalarının kağızsız sənədləşdirilməsini nəzərdə tutan E– FREIGHT proqramının tətbiq edilməsi 270 aviaşirkəti, 200 milli gömrük təşkilatını 39
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
və 10000–dən çox nəqliyyat–ekspeditor, həmçinin ən azı 20 nəhəng sənaye təşkilatını əhatə edir. Bu proqramın tətbiq edilməsi üçün ilk və əsas məsələ yerli logistika sistemindəki şəbəkələrin və proqramların tələb olunan səviyyəyə çatdırılmasıdır. Bunun üçün daşımada iştirak edən şirkətlərin informasiya sistemləri tətbiq edilən proqramın tələblərinə uyğun olmalıdır. Digər çətinliklərə daşımada ərazilərindən istifadə edilən ölkələrin qanunlarında, xüsusən gömrük sistemlərindəki fərqlilik, vahid texniki standartların olmaması, informasiyaların məxfiliyinin və qorunmasının təmin edilməsi, bəzi ölkələrdə elektron imza haqqında qanunun olmaması və nəhayət bu proqramın baha olması (422 milyon ilə 2,2 milyard dollar arası) amillərini aid etmək olar. Texniki baxımdan IATA–nın bu istiqamətdəki fəaliyyəti, yüklərin idxal/ixrac edilməsi proseslərini idarə etmək üçün mövcud olan “Cargo 2000” sistemi ilə birbaşa bağlıdır. “Cargo 2000” sisteminin əsas məqsədi, multimodal daşımalar zamanı sənədləşdirmə prosedurlarının avtomatlaşdırılmasını təmin etmək və beynəlxalq yük daşımaları sahəsində yeni idarəetmə sisteminin tətbiqi sayəsində aralıq (tranzit) məntəqələrdəki dayanmaları minimuma çatdırmaqdır. Bu sistemin tətbiq edilməsi nəticəsində göstərilən xidmət səviyyəsi yüksəlmiş və yüklərin hava nəqliyyatı ilə daşınmasındakı proseslərin sayı 40–dan 19–a endirilməklə yanaşı əməliyyatlara sərf edilən vaxt və xərclər xeyli azalmışdır. “Cargo 2000” sisteminin tətbiq edilməsi əsasən aşağıdakı nəticələrə nail olmaq imkanı yaradır: 1. Müştərini “əldə tutmaq” və onların sayını artırmaq, həmçinin göstərilən xidmətin yüksək və imtiyazlı olması prinsipi əsasında fəaliyyət dairəsini genişləndirmək nəticəsində yüksək gəlir əldə etmək. 2. Əl əməyinin avtomatlaşdırılması və çətinliklərin idarə edilməsi, standart proseslərin tətbiqi nəticəsində anbardaxili və yükün çatdırılması prosedurlarındakı səhvlərin və şikayətlərin sayının azalması sayəsində əməliyyatlara sərf edilən vaxtın və xərclərin azalmasına nail olmaq. IATA və “Cargo 2000” yük aviadaşımalarında standartların tətbiq edilməsini nəzərdə tutan proqram əsasında birgə fəaliyyət göstərirlər və bu əməkdaşlıq daşımalarda iştirak edənlər tərəfindən rəğbətlə qarşılanır. Hazırda “Cargo 2000” sistemi əsasında 50 nəhəng aviaşirkət, 350 şəhərdə yerləşən yük agentlikləri və nəqliyyat şirkətləri fəaliyyət göstərirlər. Belə nəticəyə gəlmək olar ki, E–FREIGHT proqramının tətbiq edilməsi daşımada iştirak edənlərin fəaliyyətlərinin yüksək səviyyədə koordinasiya edilməsini, daşımalardakı xidmət keyfiyyətinin yüksəlməsini, texnoloji qərarların 40
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
qəbul edilməsinə sərf edilən vaxtın və xərclərin azalmasını təmin edir. Bu proqramın tətbiq edilməsi səmərəli olmaqla yanaşı bir çox mürəkkəb məsələlərin həll edilməsini tələb edir. Daşımada aviaşirkət və yükgöndərəndən başqa dövlət orqanları, xüsusi ilə də gömrük orqanları iştirak edirlər. Nəzərə almaq lazımdır ki, ölkələr arasında gömrük qanunları müxtəlifdir. Bu problemin həlli üçün maliyyə ilə bağlı ümumi standart informasiyanın hazırlanması və tətbiq edilməsi, həmçinin aviaşirkətlər ilə ekspeditor, agent və gömrük orqanları arasında əlaqələrin optimal şəkildə təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Bu proqramın tətbiq edilməsinin yüksək səviyyədə təmin edilməsi və hesabatların sadələşdirilməsi məqsədi ilə IATA Dünya Gömrük Təşkilatı (World Customs Organization) ilə sıx əməkdaşlıq edir. Buna misal olaraq, E–FREIGHT proqramının tətbiqi istiqamətində IATA–nın tərəfdaşı olan CHAMP Cargosystems informasiyanın təkrarlanmasının və mürəkkəbləşməsinin qarşısının alınması, həmçinin hesabatların avtomatlaşdırılması məqsədi ilə gömrük orqanları üçün Global Customs Gateway adlanan proqram hazırlamışdır. IATA–nın E–FREIGHT proqramının mənfi cəhəti daşımada iştirak edən daşıyıcı və agentliklərin İnternet sisteminə demək olar ki, fasiləsiz bağlanması amilidir. Bu sistemdə nasazlıqlar meydana gəldikdə (elektrik kəsintisi, xaker hücumları və s.) E–FREIGHT proqramının tətbiqində çətinliklər yarana bilər. IATA–nın dəyərləndirməsinə görə bu standartın tətbiq edilməsi nəticəsində dünya üzrə bu sahədə olan xərclərə ildə 5 milyard dollara yaxın qənaət ediləcək, yüklərin qeydiyyatı və daşınması ilə bağlı digər prosedurlara sərf edilən vaxt təxminən 10 dəqiqədən çox olmayacaq, sənədlərin dəqiq və düzgün olması, həmçinin şəffavlıq təmin ediləcək. Bu proqramın tətbiq edilməsi təkcə aviaşirkətlər üçün deyil, eyni zamanda logistika sahəsində fəaliyyət göstərən və iştirak edən bütün tərəflər üçün əlverişlidir. Müasir logistikada malın (yükün) göndərəndən alana çatdırılması multimodal sxemlər əsasında çatdırılma müddəti, qiyməti, saxlanması və mühafizə edilməsi, həmçinin qeyd edilməsi prosedurları bir operatorun məsuliyyəti altında təşkil edilir ki, bu da öz növbəsində mal sahibini bu tip rəsmi prosedurlardan bir növ azad edir. Bundan əlavə E–FREIGHT standartının tətbiq edilməsi daşımaları təşkil edən şirkətlərin dünyada mövcud olan müasir standart və texnologiyalar səviyyəsində fəaliyyət göstərmələrini tələb edir və nəticə etibarı ilə daşımada iştirak edənlərin hamısı bu proqramın tətbiqi ilə bağlı əldə edilən bütün faydalardan yararlana bilirlər. Bu proqram beynəlxalq layihə olmaqla yanaşı bir tərəfdən daşımada iştirak edən bütün tərəfləri (yükgöndərən/yükalan, yük agentləri və ekspeditorları, 41
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
aviadaşıyıcılar, hava limanı strukturları, yüklərə göstərilən yerüstü xidmət agentləri), digər tərəfdən isə dövlət orqanları işçilərini daşımaları yüksək səviyyədə təşkil etmək məqsədi ilə birgə fəaliyyət göstərməyə istiqamətləndirir. E–FREIGHT standartının Azərbaycan Respublikasında tətbiq edilməsi ilə bağlı müxtəlif elmi və praktiki araşdırmalar aparılır. Bunun üçün ilk növbədə Azərbaycan Respublikasının Monreal Konvensiyasına 1999 və Monreal Protokoluna (№ 4) qoşulması (ratifikasiya) və e–Cargo biznes proqramına uyğun normativ–hüquqi bazanın yaradılması lazımdır. E–FREIGHT standartının tətbiq edilməsi aşağıdakı prosedurların həyata keçirilməsini tələb edir: a) ölkənin qanunlarına və IATA–nın bu standartın tətbiq edilməsi ilə bağlı hazırladığı Əməliyyatlar prosedurlarına (E–FREIGHT Operational Procedures– EFOP) uyğun yük aviadaşımalarının qeydiyyat texnologiyasını işləyib hazırlamaq, həmçinin bu daşımadakı iştirakçılar ilə dövlət orqanlarının elektron sənədləşdirmə müstəvisindəki münasibətlərini tənzimləmək; b) elektron sənədləşdirmənin legitimləşdirilməsi məqsədi ilə mövcud hüquqi–normativ sənədlərdə dəyişikliklərin edilməsini təmin etmək; c) elektron əlaqələrin və elektron imzanın tətbiq edilməsi üçün zəruri texniki məsələlərin və informasiya texnoloji sistemlərin hazırlanmasını təmin etmək; d) yük aviadaşımalarında iştirak edən dövlət orqanları nümayəndələrinin və aviaşirkətlərin personalının hazırlanması məqsədi ilə tədris və təlim–məşq tədbirlərinin həyata keçirilməsi. Kağızsız texnologiyanın bir növü olan e–Cargo proqramının əsasını daşima prosesinin kağızsız sənədləşdirmə dövriyyəsini təmin edən E–FREIGHT standartı təşkil edir. Bu proqram təkcə hava daşımaları üçün nəzərdə tutulmayıb və ondan digər nəqliyyat növlərində də istifadə edilməsi planlaşdırılıb. e–Cargo proqramı aşağıdakı prosedurlardan ibarətdir: 1) yük daşımalarının kağızsız qaimə (e–AWB) əsasında qeyd edilməsi; 2) multimodal daşımalarda tətbiq edilən, hava və avtomobil nəqliyyatı ekspeditorlarının istifadə etdikləri elektron ev qaiməsi e–HAWB–ın tətbiq edilməsi; 3) kommersiya, nəqliyyat və gömrük sənədlərinin elektron şəkildə təşkil edilməsi və hərəkəti; 4) elektron imza tətbiq etməklə, iki və çoxtərəfli müqavilələrin elektron variantda bağlanması (EDI–Agreement, Multilateral e–AWB Agreement); 5) yükün təhlükəsizlik bəyannaməsinin elektron variantı (e–Security Declaration). 42
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hazırda bu proqram 42–dən çox ölkədə tətbiq edilməyə başlanıb ki, bu da əsasən Avropa–Asiya–Şimali Amerika istiqamətində daşımalar təşkil edən aviaşirkətlərin mənsib olduqları ölkələrdir. Qeyd etmək lazımdır ki, E–FREIGHT standartını tətbiq edən aviaşirkətlər yük aviadaşımaları bazarlarındakı paylarını artırmaqla yanaşı, xidmət prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi sayəsində bazara əlavə tələbatın daxil olmasına da nail olmuşlar. Yük daşımaları sahəsində fəaliyyət göstərən mütəxəssislərin rəyinə görə bu proqramın tətbiq edilməsində əsas çətinlik nəqliyyat sistemlərində daşıma sənədlərinin müxtəlif olmasıdır. Bu problemin aradan qaldırılması üçün vahid standart daşıma sənədlərinin işlənib hazırlanması və tətbiq edilməsi lazımdır. Bu məqsədlə dörd əsas daşıma və kommersiya sənədinin–invoys, qablaşdırma sənədi, malın mənşə sertifikatı və ev qaiməsinin XML formatı adlanan sistem üzrə standart formaları hazırlanmışdır. Hazırda hava və avtomobil nəqliyyatlarında yük daşımalarında bu sənədlər tətbiq edilir. IATA 2012–ci ilin dekabr ayında Cargo– XML standartı adlanan sənədin ilk nüsxəsini nəşr etmişdir. Cargo–XML–in əvvəlki sənəddən–Cargo–IMP–dən əsas fərqi ondan ibarətdir ki, bu sənəd təkcə hava nəqliyyatı üçün deyil və digər nəqliyyat növlərində də tətbiq edilə bilər. Hazırda IATA 20 sənədin (12 əsas, 8 əlavə) elektron formasında tətbiq edilməsi istiqamətində fəaliyyət göstərir. 1–ci Modula aid sınaq sualları: 1. Beynəlxalq hava daşımaları qaydaları hansı sənəd və konvensiyalar vasitəsi ilə tənzimlənir? a) Varşava Konvensiyası 1929, Haaqa Protokolu 1955, Qvadalaxara Konvensiyası 1961, Monreal Konvensiyası 1999; b) Çikaqo Konvensiyası 1944, Varşava Konvensiyası 1929, Cenevrə Konvensiyası 1948, Monreal Konvensiyası 1971; c) Tokio Konvensiyası, Çikaqo Konvensiyası 1944, Varşava Konvensiyası 1929, Cenevrə Konvensiyası 1948; d) Qvadalaxara Konvensiyası 1961, Monreal Konvensiyası 1999. 2. Bu təşkilatlardan hansı beynəlxalq səviyyədə avaişirkətlərin kommersiya maraqlarını təmsil edir? a) ICAO; b) IATA; c) FIATA; d) ECAC. 3. The Air Cargo Tariff (TACT) yük aviadaşımalarına dair əsas məlumat kitabçasını hansı təşkilat hazırlayır və nəşr edir? a) ICAO; b) IATA; c) FIATA; d) ECAC. 4. FIATA daşımalarda əsasən neçə sənəd tətbiq edir? a) 5; b) 7; c) 9; d) 8. 43
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
2–ci MODUL. Yük Agenti və onun əsas funksiyaları
2.1. Yük Agenti. 2.2.Yük Konsolidatoru.
2.1. Yük Agenti Müasir hava daşımalrı proseslərinin ayrılmaz bir hissəsinə çevrilən turizm və yük agentlikləri daşımaların satışında əhəmiyyətli rol oynayırlar. Onların fəaliyyətini tənzimləyən sənədlərin işlənib hazırlanması IATA qarşısında duran əsas məsələlərdən sayılır. 1950–ci ildə IATA yük agentləri adlanan (ekspeditorları ilk dəfə düzgün adlandırdılar–«nəqliyyat agentləri») xidmət sahəsini təsis etməklə yanaşı, onların seçilməsi və təyin edilməsi prosedurlarını, agent haqqında müqavilənin məzmununu və formasını müəyyənləşdirdi: yük agenti öz fəaliyyətini peşakar səviyyədə təşkil etməli, maddi imkanları tələb olunan dərəcədə olmalı, yük aviadaşımalarını aviasiya qaydaları çərçivəsində təşkil etməli, yükləri hava nəqliyyatı ilə daşımalara cəlb etməli və bu daşımalarda IATA–nın rəsmi yük tariflərini (General Cargo Rates– GCR) tətbiq etməlidir. Qeyd edilənlərin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə IATA xüsusi proqram (Agency Program) hazırlamış və bu proqram çərçivəsində akkreditasiyadan (Agency Accreditation System) keçən, həmçinin mövcud tələblərə uyğun və xidmət səviyyəsinə malik olan turizm və nəqliyyat–ekspeditor şirkətləri rəsmi şəkildə IATA–nın agenti statusuna malik olurlar. Beləliklə, akkreditasiya prosedurlarından keçmiş və IATA agenti statusunu almış nəqliyyat–ekspeditor şirkəti IATA–nın Yük Agenti adlanır. Bu status ancaq turizm və nəqliyyat– ekspeditor təşkilatlarına verilir və bu təşkilatların personalı IATA–nın müvafiq tədris proqramlarında iştirak etdikdən və imtahan verdikdən sonra diplom alırlar və rəsmi IATA Agenti kimi fəaliyyət göstərirlər. IATA–nın yük agenti statusu almış nəqliyyat–ekspeditor təşkilatları IATA ilə müqavilə (Cargo Agency Agreement) bağladıqdan sonra onlara IATA–nın rəsmi 44
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
identifikasiya nömrəsi verilir və bu nömrə yük aviaqaiməsinin tərtib edildiyi zaman xüsusi qrafada qeyd edilir. Bu agentlər IATA–ya üzv aviaşirkətlərin rəsmi daşıma sənədləri, o cümlədən ciddi hesabat blankları (CHB) ilə təchiz edilmə hüququna malikdirlər. Burada IATA üzvləri (ancaq aviaşirkətlər) ilə IATA agentlərini (ancaq turizm və yük agentləri) bir birindən aydın şəkildə ayırmaq lazımdır. Hazırda IATA üzvlərinin sayı 265–dən, agentlərin sayı 5000–dən çoxdur. Nəqliyyat–ekspeditor təşkilatları bu statusa malik olmadan da fəaliyyət göstərə bilirlər, amma onlar müştərilər tərəfindən yüksək səviyyəli professional kimi qəbul edilmirlər. Yük agentlərinin sayının çox olması və fəaliyyətlərinin səmərəli olması, eyni zamanda onların IATA üzvü olan aviaşirkətlərlə münasibətlərinin, o cümlədən maliyyə məsələlərinin nizamlanması və optimal şəkildə inkişaf etməsi məqsədi ilə IATA tərəfindən sistem şəklində proqram hazırlanmışdır. Bu sistem Yük Sisteminin Maliyyə məsələlərinin həlli (CASS–Cargo Accounts Seltlement Systems) adlanır və agent ilə aviaşirkət arasında olan informasiyanın toplanması və işlənib hazırlanması məqsədi ilə vasitəçi (Seltlement office) kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulur. Bu sistem (CASS) əsasən aşağıdakı prosedurları həyata keçirir: elektron informasiyanı və verilən şablon məlumatları standartlaşdırır; maliyyə hərəkətinə nəzarət edir (aviaşirkət və agentlərdən alınan informasiyanı toplayıb bütün sistem iştirakçılarına yekun hesabatları (borclara dair hesabatları və hesaba köçürülən məbləğləri) təqdim edir; ödəmə sistemini sadələşdirir: hər bir agent vasitəçiyə ödəmələri cəm şəklində bütün daşımalar üçün ödəyir, o isə hər aviaşirkətin payını həmin aviaşirkətin hesabına köçürür; iddialar ilə bağlı vahid standartların hazırlanmasıni təmin edir; hər bir sistem iştirakçısına dəqiq statistik məlumatların verilməsini təmin edir. Aviaşirkətlər yük daşımaları ilə bağlı maliyyə sənədlərini IATA–nın Hesablama Palatasına (ICH–Clearing House) göndərirlər. CASS sistemində bu sənədlər yoxlanılır və daşımada iştirak edən agent və aviaşirkətlərin hesablarına daşımadakı paylarına müvafiq müəyyən məbləğlər köçürülür. Bu sistem tətbiq edilməmişdən əvvəl agent və aviaşirkətlər hesablamaları vaxtında və tam şəkildə aparmaqda bir çox çətinliklərlə üzləşirdilər: banklarda köçürmələrdə yubanmalar yaranırdı, hesablamalarda qeyri–dəqiqliklər olurdu və s. Bu sistemin tətbiq edilməsi bütün bu çətinlikləri aradan qaldırdı və hesablamaların yüksək səviyyədə və sürətlə təşkil edilməsinə imkan yaratdı. Hazırda IATA üzvləri bütün hesablamaları bu proqram əsasında həyata keçirirlər. Aşağıda şəkil 2.1–də CASS proqramından əvvəl və sonra hesablamaların aparılması sxem şəklində göstərilmişdir. 45
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
CASS-dan əvvəlki struktur Aviaşirkət
Aviaşirkət
Aviaşirkət
Aviaşirkət
Aviaşirkət
Aviaşirkət
Agent
Agent
Agent
Agent
Agent
Agent
CASS – dan sonrakı struktur və səmərəlilik
Şəkil 2.1.
Hazırda dünyanın 30–dan artıq ölkəsində 9500–dən çox aviaşirkət və agentliklər bu sistemdən (CASS) müvəffəqiyyətlə istifadə edirlər. Yük aviadaşımaları bazarında ekspeditorların özünəməxsus rolu var. Qvadalaxara Konvensiyasının (1961) faktiki aviadaşıyıcı müddəaları əsasında onlar «konsolidasiya/kontrakt» hüquqi anlayışını təsis etmişlər və bunun sayəsində çarter daşımalarında aktiv rol oynama imkanına malik olmuşlar. Bunun nəticəsində aviaşirkətlərdən müxtəlif formada təyyarə kiralama imkanı əldə etmişlər: heyətsiz təyyarə lizinqi (dry lease), heyətlə, yerüstü xidmət avadanlığı və yanacaqla birlikdə təyyarə lizinqi (wet lease), təyyarənin bir hissəsini (həcmini) kiralama (part 46
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
charter), eyni təyinat məntəqəsi olan bir neçə yük agentinə təyyarənin yükgötürmə həcmini kira formasında vermək (part load charter, split, slot charter), müxtəlif təyinat məntəqəsi olan ekspeditorlar arasında təyyarənin yükgötürmə həcmini bölmək (single entity charter) və s. Yük agenti aşağıdakı funksiyaları yerinə yetirir: 1. Məsləhətlərin verilməsi: bu müştəriyə göstərilən ilk xidmət növüdür və bir çox hallarda pulsuz göstərilir. Bəzi hallarda Yük Agentinin qərarına əsasən bu xidmət pullu da ola bilər. Məsləhətlər sadəcə daşımanı əhatə etməyə də bilər və bura gömrük prosedurları, ölkədən yükün göndərilməsi, tranzit və təyinat ölkələri üçün zəruri olan sənədlər, müxtəlif məlumat xarakterli informasiya və s. daxildir. Yük Agentinin bu mərhələdəki əsas vəfizəsi yükün hava nəqliyyatı ilə daşınmasını müəyyən etmək və onu müştəri ilə müzakirə etməkdir. Daşımanın marşrutunu müəyyənləşdirmək və qiyməti hesablamaq da bu xidmətə daxildir. 2. Müştəri ilə ödəmənin hansı formada olmasını razılaşdırmaq: müştəri ilə marşrut və qiymətə dair razılaşma əldə edildikdən sonra Yük Agenti müştəri ilə göstərilən xidmətlərin ödənilməsinin hansı formada olacağını müzakirə edir. Ən geniş tətbiq edilən ödəmə formaları bunlardır: Əvvəcədən, Fakt üzrə, Girov, Kollekt, Əmtəə (mal) və daşıma üçün yük çatdırıldıqdan sonra olan ödəmə. a) Əvvəcədən ödəmə–Yük Agentinin öhdəliklərini yerinə yetirməmişdən əvvəl qəbul etdiyi ödəmədir. Bu tip ödəmənin əsas nöqsanı ondan ibarətdir ki, yükün dəqiq ölçü və çəkisi təyin edilməmişdən əvvəl hesablamalar aparılır və bu da tam şəkildə dəqiq olmur. b) Fakt üzrə ödəmə–Yük Agentinin öhdəliklərini yerinə yetirdikdən sonra, yəni yük çatdırıldıqdan sonra qəbul etdiyi ödəmədir. Bu tip ödəmələr zamanı bir çox hallarda müştəridən zəmanət məktubu tələb edilir. c) Girov–Yük Agenti öz funksiyalarını yerinə yetirməmişdən əvvəl müştəridən ödəmənin müqabilində girov (qiymətli kağız, nağd pul və s.) qəbul edir. d) Kollekt–ödəmə yükalan yükü təyinat hava limanında aldıqdan sonra yerinə yetirilir. e) Əmtəə (mal) və daşıma üçün yük çatdırıldıqdan sonra olan ödəmə (Cash On Delivery COD)–yük (mal) təyinat məntəqəsinə çatdırıldıqdan sonra mal və daşıma üçün ödəmə yükü alan şəxs tərəfindən yerinə yetirilir. Bu tip ödəmə təyinat ölkəsində etibarlı Agent tərəfindən də buna onun razılığı olduğu təqdirdə təşkil edilə bilər. 3. Yükgöndərəndən yükü onun göstərdiyi ünvandan alıb, göndərilmə məntəqəsinə çatdırmaq (Pick up): yükgöndərəndən yükü alıb onu Yük Agentinin 47
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
anbarına çatdırma proseduru, daşımanın təşkil edilmə imkanı və ödəmə ilə bağlı məsələlər həll edildikdən sonra həyata keçirilir. Yükün anbara çatdırılması üçün ödəmələr adətən movcud avtonəqliyyat tarifləri ilə hesablanır. Hava nəqliyyatında tarifin çəkiyə görə tətbiq edildiyi təqdirdə həcmi 1m³ olan yükün çəkisi 167 kq–dan az olmamalıdır (1ton=6m³), avtonəqliyyatda isə bu çəki 300 kq–dır (1ton=3m³), dəmiryol nəqliyyatında (1ton=4m³), dəniz nəqliyyatında (1ton=1m³) və bu xüsusiyyəti müştəri ilə əvvəlcədən razılaşdırmaq lazımdır. 4. Anbar prosedurları (Handling): yük Yük Agentinin anbarına daxil olduqdan sonra mövcud tələblərə uyğun prosedurlardan keçməlidir. Bu prosedurları şərti olaraq iki hissəyə bölmək olar: a) Zəruri prosedurlar (pulsuz xidmətlər): qəbuletmə, yükün xarici görünüşünü və sarğısını yoxlamaq, yükü çəkmək, anbarda yerləşdirmək və s. b) Əlavə xidmətlər (ödənişli): qablaşdırma, nişanlama, quru buz əlavə etmə və s. Əlavə xidmətlər aviaşirkətin xüsusi tələbləri, yükün xüsusiyyəti, sarğının etibarlı olması və s. əsasında təşkil edilir. Bu xidmətlərin təşkil edilməsi və ödəniş şərtləri müştəri ilə əvvəlcədən razılaşdırılır və onun tərəfindən ödənilir. 5. Sənədlərin yoxlanılması: müştəri sənədləri təqdim etdikdən sonra onların düzgün tərtib edilməsi Yük Agenti tərəfindən yoxlanılmalıdır. Bu zaman Yük Agenti sənədlərin IATA–nın, aviaşirkətin və ərazilərindən istifadə edilən ölkələrin mövcud qaydalarının tələblərinə uyğun olmasına ciddi şəkildə diqqət etməli, nöqsanlar olduğu təqdirdə onların aradan qaldırılmasını, yəni sənədlərin bu tələblərə uyğun olmasını müştəridən tələb etməlidir. Ölkə və aviaşirkətlərin tələbləri IATA–nın dərc etdiyi TACT Rules kitaçalarında göstərilir. 6. Təxsisetmə: Yük Agenti müştərinin istəyinə uyğun olaraq aviaşirkətin reysinə təxsisetməni həyata keçirməlidir. Burada müştərinin çatdırılma müddəti ilə bağlı istəyi, tranzit ölkələrin tələbləri və s. diqqətə alınmalıdır. 7. Gömrük qeydiyyatı: bu xidmət növü nəqliyyat– ekspeditor firmalarının göstərdiyi xidmətlər arasında xüsusi yer tutur. Bu prosedurları təşkil edən şəxs və ya firma “gömrük brokeri” (Customs broker) adlanır. Yükgöndərən Yük Agentinə gömrük orqanlarının tələbinə uyğun sənədləri (yük manifesti və s.) və Agentə bu yükün gömrük qeydiyyatından keçməsini təmin edən hüquqi sənədləri (etibarnamə və s.) təqdim etməlidir. Bu sənədlərin sayı yükün xarakterindən, çatdırmanın şərtlərindən və gömrük rejiminin xüsusiyyətindən asılıdır. Gömrük qeydiyyatı bilavasitə hava limanında və ya yük terminalında təşkil edilə bilər. 48
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
8. Nəqliyyat sənədlərinin tərtib edilməsi: Yük Agenti aşağıdakı sənədləri tərtib edir: a) əsas yük aviaqaiməsi–Master aviaqaimə MAWB (Master Air Way Bill); b) yardımçı yük aviaqaiməsi–Ev aviaqaiməsi HAWB (House Air Way Bill); c) Yük manifesti (Cargo Manifest). Bu sənədlərin tərtib edilməsi qaydaları TACT Rules b. 6.2. (Completion of Air Way Bill) və IATA–nın 600a sayılı Qətnaməsində göstərilmişdir. Bu sənədlərdən əlavə yüklərə yapışdırılması üçün özündə göndərilmə və təyinat hava limanlarının kodlarını, MAWB və HAWB nömrələrini, həmçinin yerlərin ümumi sayını əks etdirən yarlıqlar hazırlanır. 9. Sığorta və əlavə xidmətlər: Yük Agenti yükgöndərənə aviadaşımadan başqa digər xidmətlər də təklif edə bilər. Məsələn təşkilati xidmətlər (sərgilərin təşkili, işgüzar səyahət və s.) və sığorta xidmətləri. Bir qayda olaraq Yük Agentlərinin sığorta şirkətləri ilə müqavilələri olur ki, bu da yükün sığorta edilməsi üçün əlverişli şərait yaradır. Belə hallarda sığorta şirkəti Agentə sərfəli şərtlərlə təkliflər (xüsusi güzəştlər) təqdim edir və bu da yükün sığorta xərclərini azaldır və sığorta sənədlərini Agent özü tərtib edir (sığorta şirkəti ilə olan müqavilə əsasında). Təcrübə göstərir ki, yüklərin, xüsusilə də şəxsi və həssas (şüşə və s.) əşyaların sığortalanması məqsədəuyğundur, çünki bu daşımada iştirak edənlərin məsuliyyətini artırır və nəticədə daşıma prosesinə öz müsbət təsirini göstərir. 10.Yükün hava limanının yük anbarına təhvil verilməsi: hazırlıq prosedurları tamamlandıqdan sonra Agent yükü aviaşirkətin anbarına təhvil verir və ya əgər aviaşirkət ilə müqavilə varsa, o zaman yükü yük vahidinə (ULD–Unit Load Device) və ya palletə yükləyir və onu aviaşirkətə təqdim edir. Yük Agenti yükü hava limanının anbarına təhvil verərkən sənədlər mövcud tələblərə uyğun və tam şəkildə olmalıdır. Aviaşirkətlərin yük anbarlarında yüklərin saxlanması qiymətləri çox yüksək olduğu üçün yükü təhvil verəndə bu xüsusa diqqət etmək lazımdır. 11. Yükün hərəkətinə nəzarət etmə: yük göndərildikdən sonra Agent yükgöndərənə əlavə xidmət kimi yükün hərəkətinə dair informasiya verə bilər. Bu MAWB–ın nömrəsi əsasında aviaşirkətin və ya HAWB–ın nomrəsi əsasında Agentin İnternet saytına daxil olmaqla təşkil edilir. Bu informasiya əvvəlcədən razılaşdırılmış istənilən formada verilir (telefon, faks və s.) 12. Təyinat hava limanındakı agentə məlumat vermə: yük göndərilmə hava limanından göndərildikdən sonra zərurət yarandıqda nəqliyyat–ekspeditor təşkilatı 49
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
təyinat hava limanındakı Agentinə buna dair məlumat verir. Bu məlumat aşağıdakı səbəblərdən ola bilər: a) daşımanın şərtlərinə (müqavilə) uyğun olaraq yükalan ilə əlaqə yaradılması məqsədi ilə; b) yük təyinat hava limanına çatdırıldıqdan sonra hansısa əlavə xidmətin göstərilməsinə dair öhdəlik olduqda (yükün “qapiya” çatdırılması, gömrük qeydiyyatı və s.); c) digər ölkələrdəki nəqliyyat–ekspeditor şirkətləri ilə olan müqavilələrin xüsusiyyətləri səbəbindən və s. Yükə dair olan bu informasiya “Pre Alert” adlanır və aşağıdakıları özündə əks etdirir: MAWB–ın nömrəsi; HAWB–ın nomrəsi; reysin nömrəsi və tarixi; göndərilmə hava limanı; təyinat hava limanı; HAWB–dakı yükün sayı və çəkisi (hər bir HAWB ayrılıqda); yükgöndərənin HAWB–dakı adı (hər bir HAWB ayrılıqda); yükalanın HAWB–dakı ünvanı və əlaqə telefonları (hər bir HAWB ayrılıqda); ödəmənin şərtləri, əgər ödəmə Collect və ya COD olarsa, o zaman ödənən məbləğ; təyinat hava limanında göstərilməsi vacib olan (müqaviləyə əsasən) xidmətlərin siyahısı. Pre Alert istənilən vasitə ilə çatdırıla bilər, yazılı şəkildə olması (İnternet– sayt, elektron poçt və ya SITA) daha məqsədəuyğun hesab edilir. 13.Sənədlərin təhvil alınması və yükün dekonsolidasiya edilməsi: yük və nəqliyyat sənədləri təyinat hava limanına çatdırıldıqdan sonra onlarla həmin ölkədəki Yük Agenti məşğul olmağa başlayır. O, yükalana yükün gəlməsinə dair məlumat verir və bu yüklə bağlı göstərə biləcək xidmətləri ona təklif edir. Yükü təyinat hava limanında MAWB–da adı qeyd edilən firma və ya şəxs ala bilər. Əgər MAWB–da Yük Agentinin adı qeyd edilibsə, o zaman zərfdəki HAWB–larda göstərilən yükalanlara yüklərin hava limanına gəldiyinə dair Agent məlumat verir və müqavilələrin şərtlərinə uyğun prosedurları təşkil edir. 14. İdxal (import) gömrük qeydiyyatı: yük və nəqliyyat sənədləri təyinat hava limanına çatdırıldıqdan sonra gömrük prosedurları başlayır. Bu prosedurların kimin 50
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
hesabına təşkil ediləcəyi əvvəcədən müqavilədə göstərilir. Bu xidmət yükalanın özü və ya Agent tərəfindən də təşkil edilə bilər. Bu xidməti təşkil edən şəxs və ya firma Gömrük Brokeri adlanır. 15.Yükün alınması və onun yükalana təhvil verilməsi: gömrük prosedurları tamamlanandan sonra Yük Agenti və ya yükalan yükü birbaşa hava limanında alır, əgər müqavilənin şərtləri digər xidmətləri də (daxili gömrük nəzarəti və s.) nəzərdə tutarsa, o zaman onların icrasına başlanılır. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, Yük Agenti, aviaşirkətin imkanlarını və ölkədəki mövcud qanunları nəzərə almaq şərti ilə müştəriyə “qapıdan – qapıya” xidmətini təklif etmək imkanına malikdir. 2.2. Yük konsolidatoru IATA–nın nəşr etdiyi tədris vəsaitlərində Agentdən başqa Konsolidator (Consolidator) termini də tətbiq edilir. Konsolidator agent ilə müqayisə edildikdə, onun praktiki fəaliyyətinin daha geniş olduğunu, amma hazırda bu terminin ancaq xırda yüklərin bir yerə cəm edilib bir yük aviaqaiməsi ilə daşınmaya qəbul edildiyi hallarda tətbiq edildiyini müşahidə etmək olar. Məlumdur ki, daşınan yükün miqdarı və çəkisi çox olduqca onun daşınma tarifi ucuz olur. Bu prinsip Konsolidasiya (Consolidation) anlayışının əsasını təşkil edir, yəni Yük Agenti müxtəlif yükgöndərənlərdən eyni istiqamətdə daşınan yükləri bir yerə cəm edir və onların daşınmasını «Master yük aviaqaiməsi» adlanan (MAWB) vahid yük aviaqaiməsi tərtib etməklə təşkil edir. Bu zaman yükün çox olduğu nəzərə alınır və güzəştli tarif tətbiq edilir. Bu prinsip əsasında fəaliyyət göstərən, yəni müxtəlif yükgöndərənlərdən eyni istiqamətdə daşınan yükləri bir yerə cəm edən və onların daşınmasını «Master yük aviaqaiməsi» (MAWB) əsasında ucuz tarif tətbiq etməklə təşkil edən Yük Agenti Konsolidator adlanır. Bu növ daşımalar daşınmada iştirak edənlərin hamısı üçün əlverişli olur: aviaşirkət böyük miqdarda yük daşıyır və öz tarifini tətbiq edir, konsolidatorun müştərilərin sayı çox və yükün miqdarı böyük olduğuna görə gəliri də çox olur və nəhayət, müştərilər ucuz tariflə yüksək səviyyədə göstərilən xidmətdən istifadə etmək imkanı əldə edirlər. Qeyd etmək lazımdır ki, bu növ daşımalar zamanı iki növ tarifdən istifadə edilir: NET RATE–aviaşirkətin Agentə verdiyi tarif və SELLING RATE– Agentin tətbiq etdiyi tarif. Bu tariflərin tətbiqi ilə bağlı bir məsələni nəzərdən keçirək: Çəkisi 50 kq olan yük 300 kq olan yük ilə birlikdə daşınır, ümumi çəki 350 kq. 51
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Agentin tətbiq etdiyi Aviaşirkətin tarifi NET RATE çəkisi 45 kq çox olan yüklər üçün 5 avro/kq–dır. Agentin tətbiq etdiyi Aviaşirkətin tarifi NET RATE çəkisi 300 kq çox olan yüklər üçün 3,80 avro/kq–dır. Adi hallarda Agentin tətbiq etdiyi tarif SELLING RATE çəkisi 45 kq çox olan yüklər üçün 5,80 avro/kq–dır. Bizim qeyd etdiyimiz halda Agentin tətbiq etdiyi xüsusi tarif SELLING RATE 5,10 avro/kq–dır. (bu tarifin tətbiq edilməsi qərarını Agent mövcud tariflər və daşımanın maya dəyərini nəzərə alaraq müstəqil şəkildə verir, yəni 3,80 ilə 5,80 avro arasında). Müştərinin mənfəəti: adi halda 50 kq yük üçün 50×5,80=290 avro ödəməli idi. Bizim qeyd etdiyimiz halda isə 50×5,10=255 avro ödəmək lazımdır. Aradakı fərq 290–255 =35 avrodur.
2 – ci Modula aid sınaq sualları: 1. Bunlardan hansı aviaşirkətin Yük Agentinə təqdim etdiyi tarifdir? a) Selling rate; b) Net rate; c) ULD rates; d) Cargo rates. 2. Bunlardan hansı Yük Agentinin tətbiq etdiyi tarifdir? a) Selling rate; b) Net rate; c) ULD rates; d) Cargo rates. 3. IATA–da akkreditasiya prosedurundan keçmiş və IATA–ya üzv aviaşirkətlərin agenti hüququna malik olan nəqliyyat–ekspeditor şirkəti necə adlanır? a) ICAO–nun Agenti; b) FIATA–nın Agenti; c) IATA–nın Yük Agenti; d) belə agent yoxdur. 4. Yüklərin daşınmasında bu sənədlərdən hansı tərəflərin məsuliyyətini müəyyənləşdirir? a) Tokio Konvensiyası 1963; b) Monreal Konvensiyası 1971; c) Monreal Protokolu 1988; d) Monreal Konvensiyası 1999.
52
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
3–cü MODUL. Yük aviadaşımalarının coğrafiyası 3.1. Yük alyanslarının yaranması. 3.2. Aviaşirkətlərin kodları məlumat kitabçası (Airline Coding Directory). 3.3. Xüsusi diqqət tələb edən yüklərin kodları. 3.4. Tarif zonaları.
3.1. Yük alyanslarının yaranması 2000–ci ildən sonra dünyanın aparıcı nəhəng aviaşirkətləri yük aviadaşımalarının maya dəyərini aşağı salmaq və beynəlxalq yük ekspeditor operatorlarının bu sahədəki fəaliyyətini zəiflətmək, daşımalar bazarında onların malik olduqları daşıma həcmlərinə yiyələnmək, həmçinin yük daşımalarındakı xidmət səviyyəsini yüksəltmək və nəticədə yüksək gəlir əldə etmək məqsədi ilə yük alyansları yaratmağa başladılar. Buna misal olaraq yeni yaranmış «Japan Air Lines Cargo», «Lufthansa Cargo», «SAS Cargo», «Singapore Airlines Cargo» və digərlərini göstərmək olar. «Star Alliance» 43 yük və 760 sərnişin təyyarəsindən ibarət «New Global Cargo» alyansını təsis etmiş və hazırda dünyada hava nəqliyyatı ilə daşınan yüklərin təxminən 20% bu alyansın təyyarələri ilə daşınır. «Sky Team» alyansı «Sky Team Cargo» yaratmış və canlı heyvanların, qiymətli yüklərin, bədii və incəsənət əsərlərinin, tez xarab olan və sair yüklərin daşınması ilə əlaqədar vahid bir standart tətbiq edir. «Oneworld» və yuxarıda qeyd edilən alyanslar yük daşımalarının səmərəli olması və müştərilərə göstərilən xidmətin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə daşıma və bronlaşdırma, həmçinin sənədləşdirmə proseslərində müasir texnologiyadan geniş istifadə edirlər. Məsələn: yüklərin dəqiq və vaxtında çatdırılması, bir pəncərə sistemi və s. 2013–cü ilin iyul ayında keçirilmiş Air Cargo Forum–da nəhəng təyyarə istehsalçısı olan «Airbus» və «Boeing» şirkətləri 2020–2021–ci illər üçün öz proqnozlarında hava nəqliyyatında yük daşımalarının təxminən 3–5 dəfə artacağını və bu daşımalar üçün tələb olunan yük təyyarələrinin sayının, yükgötürmə qabiliyyəti 50–60 ton olan 3000–3400, ağır yük təyyarələrinin isə 800 olacağını proqnozlaşdırmışlar. Yük daşımalarının effektiv və səmərəli şəkildə idarə edilməsi üçün Avropada Air Cargo Europe Conference adlı təşkilat yaradılmışdır. 53
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
2012–ci ildə yük aviadaşımalarının 75% – i Boeing–747, 777, IL–76 və N–124 təyyarələri, 25% - i isə digər təyyarələr (Boeing–767, Airbus–330 və s.) vasitəsi ilə həyata keçirilib. 1985–2005–ci illərdə beynəlxalq yük aviadaşınalarının nəticələrini təhlil etdikdə Asiya/Sakit okean regionunda qeydiyyatdan keçmiş aviaşirkətlərin yüksək nəticələr əldə etdikləri müşahidə edilir. ICAO–nun 2007–ci il sentyabr ayında dərc etdiyi “Hava nəqliyyatının 2025– ci ilə qədər inkişaf proqnozu” adlı Cir 313 AT/134 sayılı sənədində 2025–ci ildə beynəlxalq yük aviadaşımalarının həcminin 110 mln. ton, daxili daşımaların isə 35 mln. ton olacağı göstərilmişdir. Regionlar üzrə 2025–ci ildə yük aviadaşımalarındakı artım tempinin ehtimal olunan həcmi aşağıdakı cədvəl 3.1–də qeyd edilmişdir: Artım % Regoinlar Asiya / Sakit okean Afrika Yaxın Şərq Avropa Latın Amerikası / Karib hövzəsi Şimali Amerika Cədvəl 3.1.
Beynəlxalq 47,6 1,3 8,8 21,2 2,3 18,8
Daxili 34,6 0,2 0,4 1,9 2,4 60,5
Beynəlxalq aviasiya parkının əsasını ABŞ istehsalı olan «Boeing» (B–727, 737, 747, 757, 767, 777, 787 və onların modifikasiyaları), «McDonnell Douglas» (DC–8, 9, 10, MD–11, 80), «Lockheed» (L1011 Tristar), Kanada istehsalı olan «Bombardier» (CRJ700, CRJ900), Braziliya istehsalı olan «Embraer» və Avropanın «Airbus Industries» konserninin istehsalı olan «Airbus» ( –300, 320, 321, 340, 350, 380) hava gəmiləri təşkil edir. Bu təyyarələrin satış qiyməti çox baha (55– 280 milyon dollar) olduğuna görə aviaşirkətlərin böyük əksəriyyəti təyyarələri lizinq müqavilələri əsasında istismar edir. Qeyd etmək lazımdır ki, dünya aviasiya parkının 70% - dən çoxu ABŞ–ın ərazisində cəmləşib, buradakı aviaşirkətlər böyük kapitala malikdirlər və bu səbəbdən dünya aviadaşımalarının böyük hissəsinə nəzarəti öz əllərində saxlayırlar. Müxtəlif dövlətlərin ərazilərindən keçən beynəlxalq hava xətlərinin səmərəli şəkildə istismar edilməsinə nail olmaq üçün milli aviaşirkətlər arasında beynəlxalq səviyyədə qarşılıqlı sürətdə xidmətlərin göstərilməsinə, aviadaşımaların satışı və təşkilinə, həmçinin yerüstü xidmətin göstərilməsinə dair əməkdaşlığın yüksək səviyyədə təşkil edilməsi əsas amil sayılır. Bu əməkdaşlıqlar hökumətlər arasında 54
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
bağlanan iki və çoxtərəfli sazişlər, həmçinin avianəqliyyat sahəsində fəaliyyət göstərən beynəlxalq və qeyri–hökumət təşkilatlarının normativ sənədləri əsasında təşkil edilir və tənzimlənir.
Müasir dövrdə inkişaf etmiş ölkələrdə yük aviadaşımaları sahəsində fəaliyyət göstərən nəhəng müəssisələrin sayı 100–dən çoxdur. Buna misal olaraq «Lufthansa Cargo» (LH), «Federal Express» (Fed Ex), «DHL Worldwide Express», «United Parcel Service» (UPS), «Air France» (AF), «British Airways World Cargo» (BA), «Japan Airlines Cargo», «SAS Cargo», «Singapore Airlines Cargo», «Cargolux» (CV) və digərlərini göstərmək olar. Qeyd etmək lazımdır ki, 2013–cü ildə hava nəqliyyatı ilə daşınan yüklərin 60% – i sərnişin, 40% – i isə yük təyyarələri ilə həyata keçirilib.
IATA–nın 2013–cü ilin may ayının nəticələrinə görə dərc etdiyi statistik rəqəmlərə əsasən yük aviadaşımalarının həcmi ümumilikdə 2012–ci ilin may ayı ilə müqayisədə 0,8% artmışdır: beynəlxalq daşımalarda 2,3%, daxili də isə 1,7%, yükləmə əmsalı müvafiq olaraq 48,4 və 30,8% təşkil etmişdir. 55
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yaxın Şərq regionunda fəaliyyət göstərən yerli aviaşirkətlər ən yüksək (+9,7%), Avropa və Afrika aviaşirkətləri müvafiq olaraq 1,0 və 0,2% artıma nail olmuşlar. Şimali Amerika (–1,2%), Asiya–Sakit okean (–0,5%) və Latın Amerikası (–0,1%) aviaşirkətləri ötən il ilə müqayisədə yük aviadaşımalarının həcmini azaltmışlar. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının dərc etdiyi statistik məlumatlara əsasən 2014–cü ilin fevral ayında sərnişin daşımalarında 2013–cü ilin müvafiq ayına nisbətən artım 5,4%, yük daşımalarında isə 4,5% olmuş, yüklənmə əmsalı isə 0,2% artaraq ümumilikdə 78,1% təşkil etmişdir. Qeyd etmək lazımdır ki, dünya üzrə yük aviadaşımalarının təxminən 40% -i Asiya – Sakit okean regionunda fəaliyyət göstərən aviaşirkətlərin payına düşür. IATA–nın proqnozlarına əsasən 2014–cü ildə aviaşirkətlərin gəliri 18,7 mlrd. dollar olacaq, ümumi qazanc isə 745 mlrd. təşkil edəcək. Sərnişin və yük daşımalarına tələbat artsa da, yanacağın qiymətinin bahalaşması və dünyanın bəzi regionlarındakı qeyri–sabit vəziyyət aviaşirkətlərin gəlirinin artmasına mənfi təsir göstərəcək. Yanacağa sərf edilən xərclər təxminən 3 mlrd. olacaq. Aviaşirkətlərin ümumi xərclərinin 30% – ni yanacaq xərcləri təşkil edir. 2014 – cü ilin yanvar ayında yük aviadaşımalarına olan tələbat ötən ilin müvafiq dövrünə nisbətən Asiya – Sakit okean regionunda 3,8%, Avropada 6%, Latın Amerikasında 6,8%, Afrikada 4,1% və Şimali Amerikada isə 0,7% artmışdır. 3.2. Aviaşirkətlərin kodları məlumat kitabçası (Airline Coding Directory) Aviaşirkətlərin kodları məlumat kitabçası aviaşirkətlərin işarə edilməsi (kod verilməsi) və onun yerləşdiyi ünvanın göstərilməsi məqsədi ilə nəşr edilən rəsmi məlumat mənbəyidir. Bu sənəddə aviaşirkətlərin kodları və ünvanlarından başqa, Beynəlxalq Standartlar Təşkilatının (International Organization for Standardization, ISO) standartlarına uyğun ölkələrin və bu ölkələrin valyutalarının 56
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
kodları, bronlaşdırma bürolarının, departament rəhbərlərinin, nəzarət ofislərinin ünvanları və aviadaşımalarla bağlı digər zəruri məlumatlar göstərilmişdir. Bu kitabça ildə 3 dəfə nəşr edilir. IATA, 763 sayılı Qətnaməyə uyğun olaraq hava limanlarına Latın əlifbası ilə üç hərifdən ibarət kod təyin edir. Bu kodlardan, aviaşirkətlər və satış agentliklərindən əlavə hava nəqliyyatının kommersiya fəaliyyəti ilə bağlı informasiyaların verilməsi və təhlil edilməsi proseslərində iştirak edən digər təşkilatlar da istifadə edir. IATA kodu ICAO kodundan fərqli olaraq daxili struktura malik deyil və bu üç hərif bir bölünməz kimi qəbul edilir. Məs: GYD–H. Əliyev adına Bakı beynəlxalq hava limanı. Hazırda tətbiq edilən kodların sayı 11 mindən çoxdur. ABŞ və Kanadada yerləşən hava limanlarının IATA kodu dünyanın digər hava limanlarından fərqlidir və ICAO kodu ilə eynidir, yəni iki və ya dörd hərifdən ibarətdir. IATA–nın aviaşirkətlər üçün təyin etdiyi kod iki və ya üç simvoldan ibarətdir və bu kodlar 762 sayılı Qətnaməyə uyğun verilir. Kodların siyahısı ildə iki dəfə dərc edilir və IATA–nın rəsmi saytında qeyd edilir. Qeyd etmək lazımdır ki, hazırda üç simvollu kodların tətbiq edilməsi mümkün deyil. Bunun əsas səbəbi dünyada aviadaşımaların satışı sahəsində fəaliyyət göstərən bütün elektron satış vasitələrində aviaşirkətlər iki simvol ilə göstərilmişdir və yeni kodların (üç simvollu) tətbiq edilməsi satış sistemlərinin yenidən proqramlaşdırılması zərurətini yaradır ki, bu da müəyyən vaxt və vəsait tələb edir. Bu proses çətin olsa da yaxın gələcəkdə həyata keçirilməlidir, çünki aviaşirkətlərin sayı çox olduğuna görə iki simvoldan ibarət olan kodların sayı mövcud tələbatı ödəmək imkanına malik deyil. Yaranmış bu çətinlik hazırda IATA tərəfindən tətbiq edilən iki metod əsasında həll edilir: 1. İstifadədən çıxarılmış kod çıxarılma tarixindən 6 ay sonra təkrar tətbiq edilməyə başlanılır. 2. «Təkrar nəzarət» («Controlled duplicates») siyasəti tətbiq edilməklə, eyni kod, hazırda və yaxın gələcəkdə uçuşları cöğrafi cəhətdən kəsişməyən kiçik aviaşirkətlərə verilir. 3.3. Xüsusi diqqət tələb edən yüklərin kodları Bəzi yüklərə göstərilən xidmət zamanı aviasiya personalından diqqətli olması və bu yüklərin daşınması və yükləmə–boşaltma prosedurlarına xüsusi nəzarət etməsi tələb olunur. Bu yüklərə adətən ağırçəkili və iriqabaritli, tez xarab olan, təhlükəli və radioaktiv yüklər, həmçinin canlı heyvanlar, insan cəsədləri və digərləri 57
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
aid edilir. Daşıma sənədlərində və teleqramlarda bu yüklər kodlarla qeyd edilir və digər yüklərdən öz xüsusiyyətlərinə görə fərqlənirlər. Cədvəl 3.2–də bu yüklərin kodları göstərilmişdir: KOD AOG BAL ВЕН CAO COM DHC ЕАТ ELD FKT HEG ICE MAG NIL OHG РЕА PEM PER VAL SOC
Yükün adı KOD Təyyarənin ehtiyat hissələri AVI Təyyarədə ballast BED Yük anbarında xərək (xəstə üçün) BIG Yük təyyarələrində daşınan təhlükəli CAT yük Xidməti poçt CSU Sərnişin salonunda gəmi heyəti DIP Ərzaq məhsulları(ət və balıqdan EIC başqa) Yük anbarlarındakı əlavə avadanlıqlar FIL Manifestdə göstərilməyən uçuş НЕА komplekti Damazlıq yumurta HUM Quru buz LHO Maqnit xüsusiyyətli maddələr MOS Yükləmə yoxdur OBX Paletdən kənara çıxmış yük PAD CITES–ə daxil edilmiş ov məhsulları PEF Ət PEP Tez xarab olan yüklər PES Qiymətli yüklər XCR Baqaj, yük, poçt ilə yüklənmiş yerlər XPS Cədvəl 3.2.
Yükün adı Canlı heyvanlar Göyərtədə xərək (xəstə üçün) İriqabaritli yük Yük təyyarələrində müşayiət olunan yük İstifadə edilməyən mətbəx avadanlığı Diplomatik poçt Manifestdə göstərilməyən avadanlıq İşıqlandırılmamış film və fotolentlər Ağır yük (150 kq çox) İnsan cəsədi (tabut) İnsan orqanları (canlı) Texniki heyət “Ölü yük”, kəskin qoxulu yük Xidməti sərnişinlər (aviapersonal) Güllər Meyvə və tərəvəz Balıq / dəniz məhsulları Uçuş yerləri tələb olunan uçuş heyəti Üstünlüyə malik olan kiçik yüklər
3.4. Tarif zonaları IATA–nın tariflərin təyin edilməsi mexanizmi, tariflərin IATA–ya üzv olan aviaşirkətlər tərəfindən yekdilliklə qəbul edilməsini özündə əks etdirir. Tariflərin hesablanması və razılaşdırılması prosedurlarının sadələşdirilməsi məqsədi ilə IATA yer kürəsini üç tarif zonasına bölmüş və regionlarda “Tarif konfransları” adlanan orqanlar təsis etmişdir. Tarif zonalarına daxil olan qitə və regionlar şəkil 3.1–də göstərilmişdir.
58
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Şəkil 3. 1.
Ölkələrin hansı tarif zonasında yerləşdiyini göstərən dəqiq siyahı TACT Rules b. 1.2.2. Zonaların müəyyən edilməsi (Definitions of Areas) bölümündə qeyd edilmişdir. Bu zonalar arasında tariflərin tətbiqi ilə bağlı məsələlərin həllinin sadələşdirilməsi məqsədi ilə IATA Qlobal İstiqamət (GI) adlanan 7 marşrut tətbiq edir. Bu marşrutlar şəkil 3.2–də qeyd edilmişdir. WH – Western Hemisphere TC1 - birinci zona daxilində daşımalar EH – Eastern Hemisphere TC23 - ikinci və üçüncü zonalar daxilində və yaxud bu zonalar arasında daşımalar AT – Atlantic Route TC12 - Atlantik okeanı üzərindən keçən birinci və ikinci zonalarda başlayan daşımalar AP – Atlantic and Pacific Route TC23 - Atlantik və Sakit okeanları üzərindən keçən ikinci və üçüncü zonalarda başlayan daşımalar TS – Trans Siberian Route - Avropada başlayan Moskvadan keçməklə Uzaq Şərq istiqamətindəki daşımalar PA – Pacific Route TC13 - Sakit okeanı üzərindən keçən birinci və üçüncü zonalarda başlayan daşımalar PO – Polar Route - Avropada başlayan Alyaskadan keçməklə Uzaq Şərq istiqamətindəki daşımalar Şəkil 3.2. 59
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Bu əsas 7 Qlobal İstiqamətdən əlavə tariflərin hesablanmasının daha da sadələşdirilməsi və yaranan bəzi çətinliklərin aradan qaldırılması məqsədi ilə IATA daha 4 istiqamət tətbiq edir (şəkil 3.3.). FE – Far East - üçüncü zona ölkələri (Yaponiya və Cənubi Koreya istisna olmaqla) ilə Rusiya və ya Ukrayna arasında təşkil edilən daşımalar PN – Şimali və Mərkəzi Sakit okeandan keçməmək şərtilə, Cənubi Amerika və Cənub – Qərbi Sakit okean arasında Şimali Amerikadan keçməklə təşkil edilən daşımalar RU – Russian Route - Avopa ölkələrindən yalnız Rusiya və üçüncü zona ölkələrindən Yaponiya və Cənubi Koreya istiqamətində təşkil edilən daşımalar SA – Cənubi Amerika ölkələrindən Argentina, Braziliya, Çili, Paraqvay, Uruqvay və Cənub – Şərqi Asiya arasında Atlantik Okeanı, Mərkəzi Afrika, Cənubi Afrika və Hind okenı adalarından keçməklə və ya birbaşa təşkil edilən daşımlar Şəkil 3.3.
3– cü Modula aid sınaq sualları: 1. ICAO – nun dərc etdiyi “Hava nəqliyyatının 2025 – ci ilə qədər inkişaf proqnozu” adlı Cir 313 AT / 134 sayılı sənədində 2025 – ci ildə beynəlxalq yükaviadaşımaları nə qədər göstərilib? a) 100 mln. ton; b)110 mln. ton; c) 120 mln. ton; d) 150 mln. ton. 2. ICAO – nun dərc etdiyi “Hava nəqliyyatının 2025 – ci ilə qədər inkişaf proqnozu” adlı Cir 313 AT / 134 sayılı sənədində 2025 – ci ildə daxili yük aviadaşımaları nə qədər göstərilib? a) 25 mln. ton; b) 30 mln. ton; c) 35 mln. ton; d) 40 mln. ton. 3. a) 4. a)
Aviaşirkətlərin ICAO kodu neçə hərifdən ibarətdir? iki; b) üç; c) dörd; d) belə kod mövcud deyil. Aviaşirkətlərin IATA kodu neçə simvoldan ibarətdir? iki; b) üç; c) dörd; d) belə kod mövcud deyil.
60
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
4 – cü MODUL. Uçuş cədvəli 4.1. Beynəlxalq vaxt cədvəli. 4.2. Uçuş cədvəlindən istifadə edilməsi qaydaları.
4.1. Beynəlxalq vaxt cədvəli Hər bir aviaşirkət uçuş cədvəlinə malikdir. Bu cədvəllər ümumiləşdirilərək özündə bütün beynəlxalq müntəzəm reysləri əks etdirən “Beynəlxalq uçuş cədvəli” adlanan cədvəl şəklində tərtib edilir. Onlar iki qismə bölünür: sərnişin reysləri və yük reysləri. Yük reyslərinə aid cədvəllərdən istifadə edilməsini asanlaşdırmaq məqsədi ilə ABŞ şirkəti Official Airline Guide (OAG) onları 3 hissəyə bölərək aşağıda göstərilən adlarda nəşr edir: 1. Aviayüklərin daşınması kitabçası (OAG Air Cargo Guide). 2. Dünyadakı reyslərə dair kitabça (OAG Worldwide Flight Guide). 3. Şimali Amerikadakı reyslərə dair kitabça (OAG North America Flight Guide). Bu kitablar uçuş cədvəlindən başqa aşağıdakı məlumatları özündə əks etdirir: Beynəlxalq vaxt cədvəli (Qrinviç vaxtı): vaxtın standartlaşdırılması və ondan istifadə edilməsinin sadələşdirilməsi məqsədi ilə yer kürəsi 24 vaxt zonasına bölünmüşdür. Burada yerli vaxtla qonşu zonadakı vaxt arasındakı fərq bir saat təşkil edir. Ənənəvi olaraq qəbul edilmiş 0 saylı meridian Böyük Britaniyanın Qrinviç şəhərindən keçir və buradakı yerli vaxt «Qrinviç vaxtı» (Greenwich Mean Time GMT) adlanır. Bu meridiandan Şərq tərəfə olan 12 zonada meridianlar arasında fərq bir saat olmaqla artır, Qərb tərəfə isə eyni şəkildə azalır. Bundan əlavə bəzi ölkələrdə qış və yaz vaxtları tətbiq edilir. Dünyanın istənilən nöqtəsində yerli vaxtla «Qrinviç vaxtı» arasındakı fərqi təyin etmək üçün Beynəlxalq Vaxt Kalkulyatoru (International Time Calculator) cədvəli tərtib edilmişdir. Bu cədvəldə ölkələr əlifba sırası ilə qeyd edilmiş və «Qrinviç vaxtı» ilə aradakı fərq göstərilmişdir. Bu cədvəl OAG (bölüm 23) və digər məlumat kitablarında, həmçinin bəzi aviaşirkətlərin uçuş cədvəllərində qeyd edilir. Bu cədvəllərdən bir hissə dinləyicilərin nəzərinə təqdim edilir. Cədvəl 4.1 – dəki qeydlərin izahı: Country / area – ölkə / vilayət. Standart Clock time – ölkədəki/vilayətdəki vaxtla «Qrinviç vaxtı» arasındakı fərq. Dayling saving time (DST) – ölkədəki/vilayətdəki yay vaxtı ilə «Qrinviç vaxtı» arasındakı fərq. 61
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
DST effective period – yay vaxtının tətbiq edilməsinin müddəti.
Cədvəl 4.1.
Yuxarıda qeyd edilən xüsusi məlumatlar kitabçaları uçuş cədvəllərindən əlavə aşağıdakı məlumatları da özündə əks etdirir: a) Beynəlxalq vaxt cədvəli (Qrinviç vaxtı); b) milli bayramlar; c) dünya aviaşirkətlərinin siyahısı; d) aviaşirkətlərin kodları və onların izahı (açılışı); e) aviaşirkətlərin prefiksləri və onların izahı (açılışı); f) şəhərlərin və hava limanlarının kodları; g) reyslərin marşrutları; h) təyyarələrin kodları və onların izahı (açılışı); i) cədvəldən istifadə edilməsi təlimatı. 4.2.
Uçuş cədvəlindən istifadə edilməsi qaydaları
Cədvəl 4.2–də yuxarıda qırmızı lövhədə göndərilmə məntəqəsi (ştat / vilayət, ölkə və şəhərin üç hərfli IATA kodu) göstərilmişdir. Sonrakı sətirlərdə həmin şəhərdə olan hava limanları (üç hərfli IATA kodu) və şəhər ilə aradakı məsafə göstərilmişdir. Sərnişinlər üçün ictimai nəqliyyat ilə şəhərə qədər məsafənin qət edilməsinin vaxtı da burada göstərilir. Sonrakı sətirlərdə göndərilmə məntəqəsindən alifba sırası ilə hansı hava limanlarına yükün göndərilməsinin mümkün olduğu göstərilir. 62
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Cədvəl 4.2.
Cədvəl 4.3–də cədvəllərdən istifadə edilməsi qaydaları göstərilmişdir. Burada qeyd edilənlərin izahı: Dates when the service starts – reysin yerinə yetirilməsinin başlandığı tarix. Date when the service ends – reysin yerinə yetirilməsinin sona çatdığı tarix. Days of the week on which the service operates – reysin həftənin hansı günlərində olduğu (1 – bazar ertəsi, 2 – çərşənbə axşamı və s.). Departure time and code departure airport – qalxış vaxtı (yerli) və göndərilmə hava limanının kodu. Arrival time and code arrival airport – eniş vaxtı (yerli) və təyinat hava limanının kodu. Eniş vaxtının əvvəlində qeyd edilən işarələr: ¶ – ötən gün; * – ikinci gün; ‡ – üçüncü gün; §–dördüncü gün; #–beşinci gün; Y–altıncı gün. Flight number–reysin nömrəsi (aviaşirkətin iki simvollu kodu və reysin nömrəsi). Type of aircraft–təyyarənin tipinin kodu. Class of service – xidmət sinifi (AC – yük təyyarəsi, BC – sərnişin təyyarəsi, PC – kombi,P–dargöyərtəli sərnişin təyyarəsi). Number of stops – marşrutda texniki enmələrin sayı. Cədvəllə tanış olarkən reysin birbaşa və ya aralıq məntəqələrdə enişlərlə yerinə yetirilməsinə diqqət etmək lazımdır. Birbaşa reys (direct flight) – göndərilmə və təyinat məntəqələri arasında bir təyyarə ilə təşkil edilən reysdir (aralıq məntəqələrdə texniki enişlər ola bilər) və cədvəllərdə belə uçuşların uçma – enmə vaxtı eyni sətirdə qalın yazı ilə göstərilir. Eyni zamanda reysin nömrəsinin ilə işarə edilməsi reysin cədvəldə göstərilən aviaşirkətin təyyarəsi ilə deyil başqa, bu aviaşirkət ilə kod – şerinq müqaviləsi (Code – shareing agreement) olan aviaşirkətin təyyarəsi ilə yerinə yetirildiyini bildirir. 63
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Cədvəl 4.3.
4 – cü Modula aid sınaq sualları: 1. Bu kodlardan hansı yük təyyarəsinə aiddir? a) BC; b) AC; c) PC; d) P. 2. Standart Clock time – nəyi bildirir? a) qalxış vaxtını; b) eniş vaxtını; c) ölkədəki / vilayətdəki yay vaxtı ilə «Qrinviç vaxtı» arasındakı fərqi; d) ölkədəki / vilayətdəki vaxtla «Qrinviç vaxtı» arasındakı fərqi. 3. Reysin nömrəsinin önündə tətbiq edilən bu işarələrdən hansı reysin cədvəldə göstərilən aviaşirkətin təyyarəsi ilə deyil başqa, bu aviaşirkət ilə kod – şerinq müqaviləsi (Codeshare agreement) olan aviaşirkətin təyyarəsi ilə yerinə yetirildiyini bildirir? a) ; b) # ; c) • ; d) + .
5 – ci MODUL. Hava gəmisi və onun quruluşu 64
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
5.1. Təyyarələrin növləri. 5.2. Yüklərin daşınmasında tətbiq edilən məhdudiyyətlər. 5.3. Təyyarənin maksimal çəkisinə görə tətbiq edilən məhdudiyyətlər. 5.4. Yük vahidləri (Unit Load Devices ULD). 5.5. Yük vahidlərinin kodlaşdırılması. Müasir hava gəmilərinin əksəriyyəti daxili quruluşuna görə iki qismə bölünürlər: əsas göyərtəli (main deck) və aşağı göyərtəli (lower deck), yalnız Boeing 747 və yeni Airbus 380 tipli təyyarələr yuxarı göyərtəyə də (upper deck) malikdirlər (şəkil 5.1.).
Şəkil 5.1.
Sərnişin təyyarələrində sərnişinlər və onların əl baqajları yuxarı (upper deck) və əsas göyərtədə (main deck), kommersiya xarakterli yüklər isə aşağı göyərtədə (lower deck) daşınır. Yük və kombinə edilmiş təyyarələrdə isə yük əsas göyərtədə də daşınır. Geniş göyərtəli müasir təyyarələrdə yük və yük vahidlərinin (ULD) daşınması üçün təyin edilmiş aşağı göyərtə (lower deck) ön (forward hold) və arxa (aft hold) seksiyalara bölünür, həmçinin yükün səpələnmiş (loose) halda daşınması üçün seksiya da (bulk hold) olur. Ön (forward hold) və arxa (aft hold) seksiyalar da daxildə bölümlərə (compartments) ayrılırlar. Bu bölümlər stasionar möhkəm divarlarla (yanğına davamlı–fire barrier wall) və yumşaq torlar (separator net) vasitəsi ilə bölünürlər. Yumşaq torlardan baqajın və ya yükün səpələnmiş (bulk hold) şəkildə yükləndiyi seksiyalarda və yük təyyarələrində uçuşun təhlükəsizliyinin təmin edilməsi üçün qapıların önündə onların rahat açılması (door protection net) məqsədi ilə də istifadə edilir. 5.1. Təyyarələrin növləri 65
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Daxili quruluşlarına və avadanlıqlarına görə təyyarələr aşağıdakılara bölünürlər: sərnişin təyyarələri (yuxarıda qeyd edidiyi kimi sərnişinlər yuxarı və əsas göyərtələrdə,baqaj və yüklər isə aşağı göyərtədə daşınır); yük təyyarələri (yüklər əsas göyərtədə daşınır); kombinə edilmiş təyyarələr (əsas göyərtədə eyni zamanda həm sərnişin və həm də yük daşımaq mümkündür, məs: Boeing 747 – Combi); konvertasiya edilmiş təyyarələr (sərnişin kresloları ilə təchiz edilmiş bu təyyarələri qısa vaxt ərzində yük variantına çevirmək mümkündür). Göyərtəsinin eninə görə təyyarələr aşağıdakılara bölünürlər: dargöyərtəli (narrow body və ya conventional); genişgöyərtəli (wide body). Dargöyərtəli təyyarələr də öz növbəsində aşağıdakılara bölünürlər: sərnişin salonunda iki cərgə kresloları və onların arasında hərəkət etmək üçün bir keçid yolu olanlar; yük vahidlərinin (ULD) daşınması üçün xüsusi qurğusu olmayan və yüklərin səpələnmiş şəkildə daşınması üçün nəzərdə tutulanlar (Airbus 320 istisna edilir, çünki bu dargöyərtəli təyyarə olsa da pallet və konteyner daşıma imkanına malikdir); göyərtəsinin ən enli yerinin ölçüsü 472 sm – dən çox olmayanlar. Dargöyərtəli təyyarələrə aşağıdakılar aid edilir: a) Airbus Industries: A318, A319, A320, A321; b) Boeing: B707, B727, B737, B757; c) Fokker: F100; d) McDonnell Douglas: DC – 8, DC – 9, DC10 – 30 Freighter, DC10, MD – 80 series, MD – 90; Antonov: AN – 72, AN – 74. AIRBUS 319
Şəkil 5.2. 66
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Airbus–319 təyyarəsinin (şəkil 5.2.) yük anbarlarının qapılarının ölçüləri:
A–ön anbar 1,817 m × 1,192 m; B–arxa anbar 1,817 m × 1,192 m. AIRBUS 320
Şəkil 5.3.
Airbus–320 təyyarəsinin (şəkil 5.3.) yük anbarlarının qapılarının ölçüləri:
A–ön anbar 1,817 m × 1,192 m; B–arxa anbar 1,817 m × 1,192 m; C–arxa son anbar 0,954 m × 0,880 m. e) Genişgöyərtəli təyyarələr aşağıdakılara bölünürlər: sərnişin salonunda üç cərgə kresloları və onların arasında hərəkət etmək üçün iki keçid yolu olanlar; yük vahidlərinin (ULD) daşınması üçün xüsusi qurğusu olanlar; göyərtəsinin eni 472 sm – dən böyük olanlar. Genişgöyərtəli təyyarələrə aşağıdakılar aid edilir: a) Airbus Industries: A300, A310, A330, A340, A380; b) Boeing: B747, B767, B777; c) Lockheed: L1011 Tristar; d) McDonnell Douglas: DC – 10, MD – 11; e) Antonov: AN – 124, AN – 224; f) Ilyushin: IL – 86, IL – 96. BOEING 767
Şəkil 5.4. 67
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Boeing–767–200 (200ER) təyyarəsinin (şəkil 5.4.) sərnişin və yük anbarlarının qapılarının ölçüləri: A – ön sərnişin qapısı 1,07 m × 1,83 m; B – ön sərnişin qapısı 1,07 m × 1,88 m; C – arxa sərnişin qapısı 1,07 m × 1,83 m; D – arxa sərnişin qapısı 1,07 m × 1,88 m; E – ön yük anbarının qapısı 3,40 m × 1,70 m; F – ön yük anbarının qapısı 1,78 m × 1,70 m; G – arxa yük anbarının qapısı 1,78 m × 1,70 m; H – arxa yük anbarının qapısı 0,97 m × 1,09 m. 5.2. Yüklərin daşınmasında tətbiq edilən məhdudiyyətlər Hava gəmilərinin yük bölmələrinin seksiyaları onların konstruksiya quruluşuna və xüsusiyyətinə, həmçinin təyyarənin tipinə görə yüklənən yüklərin həcm və çəkisində müəyyən məhdudiyyətlərin tətbiq edilməsini tələb edir. İriqabaritli yüklərin daşınmaya qəbulundakı məhdudiyyətlər bir çox hallarda hava gəmisinin yük bölmələrinin qapılarının ölçulərinin kiçik olması səbəbindən yaranır, baxmayaraq ki, bölmələrin daxili ölçuləri bu tip yüklərin orada yerləşdirilməsinə imkan verir. Bu səbəbdən təyyarə istehsal edən müəssisələr, yüklərin qəbulu və yüklənməsi prosedurlarını asanlaşdırmaq məqsədi ilə hər bir təyyarənin tipinə uyğun xüsusi yükləmə cədvəli (loading charts) tərtib edirlər və hava gəmisinin istismarına dair normativ sənədlərdə bu cədvəllər qeyd edilir. Bu cədvəllər TACT Rules kitabçalarında b. 8.2.2. Loading charts göstərilir (cədvəl 5.1. və 5.2.). ədvəllərdə yuxarıdan aşağıya olan cərgədə yükün hündürlüyü, soldan sağa isə yükün eni qeyd edilir və onların kəsişdiyi nöqtədə həmin yükün maksimal uzunluğu göstərilir. Burada qeyd edilən ölçülər 5–10 sm ara ilə göstərilir və axtarılan ölçü olmadıqda yuxarı (böyük olan) ölçü tətbiq edilir. Soldan sağa olan ölçülər iki ölçü vahidi ilə göstərilir: yuxarıda santimetr, aşağıda isə düym. Cədvəllərdən istifadə edilməsi qaydalarının daha aydın olması üçün ölçüləri uzunluğu 245 sm, eni 62 sm və hündürlüyü 74 sm (245×62×74) olan yükün Boeing 737–300 təyyarəsinə yüklənməsinin mümkün olmasını nəzərdən keçirək. Yükün eni 62 sm olduğuna görə cədvəldə bu rəqəmi axtarmalıyıq. Cədvəl 5.1– də 50 və 63 rəqəmləri mövcuddur və burada 62 sm– ə ən yaxın olan 63 rəqəmini tətbiq 68
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
etməliyik. Sonra yükün hündürlüyü 74 sm olduğu üçün bu rəqəmi cədvəldə təyin etməliyik. Burada da 74 rəqəmi yoxdur, 71 ilə 76 mövcuddur və qaydaya əsasən böyük olan rəqəm (76) tətbiq edilir. Bu iki rəqəmin kəsişdiyi nöqtədəki rəqəm 238 sm – dir. Bizim yükün uzunluğu 245 sm olduğuna görə (245>238) onu qeyd edilən təyyarəyə yükləmək mümkün deyil. Yükün xüsusiyyəti imkan verdikdə və yükgöndərənin razılığı ilə bu yükün enini uzunluğuna çevirmək ilə ölçüləri: uzunluğu 245 sm, eni 74 sm və hündürlüyü 62 sm (245×74×62) olan yükün yüklənməsini nəzərdən keçirək. 76 ilə 66 rəqəmlərinin kəsişdiyi nöqtədə 289 rəqəmi var və bu onu göstərir ki, yük, eni 74 sm, hündürlüyü 62 sm və uzunluğu 245 sm olduqda B737 – 300 tipli təyyarənin yük anbarlarına rahat şəkildə yüklənə bilər. Yükün ölçülərindən başqa onun çəkisinə də məhdudiyyətlər tətbiq edilir, çünki təyyarənin yük anbarlarının döşəməsi hər bir kvadrat metrə düşən ağırlığa görə hesablanır. Bu məhdudiyyətə əməl edilmədikdə yük anbarının döşəməsi, hətta təyyarənin konstruksiyası da zədələnə bilər. Belə hallarda palletlərdən istifadə edilir ki, bu da ağırlığın döşəmə üzərinə bərabər şəkildə paylanmasını təmin edir. Yüklər bu şəkildə yükləndikdə palletin çəkisi də yükün çəkisinə əlavə edilir (brutto).
Cədvəl 5.1. 69
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Cədvəl 5.2.
Hava gəmilərinin konstruksiya quruluşu və yük bölmələrinin döşəmələrinin hazırlandığı material müəyyən edilmiş ağırlığa tab gətirmək üçün hesablanır (kq/kv.m.). Bu məhdudiyyətə əməl edilmədikdə yük bölümlərinin döşəmələri və hətta təyyarənin bütövlükdə konstruksiyası sıradan çıxa bilər. Bunun qarşısının alınması üçün ağır yüklərin daşınmasında ağırlığı hər tərəfə bərabər şəkildə paylamaq xüsusiyyətinə malik olan palletlərdən istifadə edilir. 5.3. Təyyarənin maksimal çəkisinə görə tətbiq edilən məhdudiyyətlər Təyyarənin qalxışdakı maksimum çəkisi aşağıdakı amillərin cəmi ilə hesablanır: 1. Baza çəkisi (Basic weigth) – təyyarənin avadanlığı ilə birlikdə olan çəkisi. 2. Gəmi heyəti və onun baqajı (crew and crew baggage). 3. Təyyarədəki yeməklərin çəkisi (Pantry). 4. Təyyarənin yanacaqsız, uçuş üçün hazır operativ çəkisi (Dry operating weigth–DOW). 5.Yanacağın çəkisi (Take – off fuel – TOF). Yuxarıda qeyd edilənlərin çəkilərinin cəmi Operativ çəki (Operating weigth) adlanır. 1. Operativ çəki (Operating weigth) – yanacaqla birlikdə uçuşa hazır təyyarənin çəkisi. 2. Ödənilən yüklənmə (Payload) – kommersiya yüklənməsi (sərnişinlər və onların baqajı və yüklər). Yuxarıda qeyd edilən Operativ çəki ilə Ödənilən yüklənmə çəkilərinin cəmi təyyarənin qalxışdakı faktiki çəkisi (Take off weigth TOW) adlanır. 3. Təyyarənin qalxışdakı faktiki çəkisi (Take off weigth TOW). Operativ çəki ilə qalxışdakı çəkiyə aviadaşımaların və hava gəmisinin 70
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
texnoloji konstruktiv xüsusiyyətlərinə görə məhdudiyyətlər tətbiq edilir. Hava gəmilərinin yük anbarlarının seksiyaları onların konstruksiya quruluşuna və xüsusiyyətinə, həmçinin təyyarənin tipinə görə yüklənən yüklərin həcm və çəkisində müəyyən məhdudiyyətlərin tətbiq edilməsini tələb edir. Bu məhdudiyyətlər konstruktiv adlanır və aşağıdakılardır: 1. Düz xətt üzrə olan məhdudiyyət: təyyarənin yük anbarının döşəməsinin üzərinə icazə verilmiş maksimum ağırlıq, ölçü vahidi kq/m.; 2. Seksiyalara tətbiq edilən məhdudiyyətlər: yük anbarının hər – hansı bir seksiyasına yükləmədəki məhdudiyyətlər, ölçü vahidi kq.; 3. Zona üzrə məhdudiyyətlər: hər–hansı bir sahədəki döşəməyə tətbiq edilən məhdudiyyətlər, ölçü vahidi kv. m.; 4. Döşəmədəki təmas nöqtəsinə tətbiq edilən məhdudiyyətlər, ölçü vahidi 2 kq/ m ; 5. Hər–hansı bir nöqtədəki yükləməyə tətbiq edilən məhdudiyyətlər; 6. Assometrik məhdudiyyətlər. İstehsalçı tərəfindən hava gəmilərinin balans və çəki üzrə təyin edilmiş məhdudiyyətlər. Burada «Assometrik Yükləmə Məhdudiyyəti» və ya «Assometrik olmayan Yükləmə Məhdudiyyəti» göstərilir. Məs: 3,038kq/m. Bu o deməkdir ki, 3.16 m uzunluğa (standart palletin PAG uzunluğu) ümumi çəkisi 3,16 m × 3,038 kq = 9.600 kq ağırlığında seksiyanın hər bir tərəfinə 4.800 kq olmaq şərti ilə yük yerləşdirmək olar; 7. Kombinə (cəm) edilmiş yükləmədəki məhdudiyyətlər: ön və arxa hissələr arasındakı seksiyanın əsas və aşağı göyərtələrinə birlikdə maksimum yükləmənin ağırlığını bildirir; 8. Ön seksiyaya maksimum yükləmədiki məhdudiyyətlər. Bu məhdudiyyətlər istehsalçı tərəfindən hava gəmilərinin balans və çəki üzrə təyin edilmiş məhdudiyyətlərində göstərilir. 9. Yük anbarlarının torları. Bu torlar yüklərin anbarda hərəkətinin qarşısını alır, ölçü vahidi kq.; Yüklərin hava gəmilərinə yüklənməsində onların ağırlığından əlavə ölçülərinə də diqqət etmək lazımdır, çünki yük anbarlarının qapıları müəyyən ölçülərə malikdir. 5.4. Yük vahidləri (Unit Load Devices ULD) Yük vahidləri (ULD) böyük yük kütlələrinin emalının və daşınmasının asanlaşdırılması məqsədi ilə tətbiq edilir. Belə hallarda müxtəlif yükgöndərənlərə 71
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
məxsus kiçik yüklər göndərilmə hava limanının yük anbarında bu yük vahidlərinə doldurulur və sonra hava gəmisinə yüklənməsi üçün perrona daşınır. Yük vahidlərinin forma və ölçüləri hava gəmisinin yük bölümlərindən səmərəli istifadə etmək məqsədi ilə bu bölümlərin həcm və ölçülərinə görə hazırlanır. Xüsusiyyətlərinə görə yük vahidləri iki növ olur: 1) Universal yük vahidləri–sırf aviadaşımalar üçün və təhlükəsizlik tələblərinə uyğun şəkildə hazırlanmış, təyyarələrin yük seksiyalarının ölçülərinə uyğun forması və xarici bərkidilmə vasitələri olan, həmçinin bir çox təyyarələrdə istifadə edilə bilən yük vahidləri. 2) Universal olmayan yük vahidləri–multimodal daşımalar üçün nəzərdə tutulmuş, kub və ya paralelepipedə bənzəyən formada olan və təyyarəyə xüsusi bərkidilmə vasitələri ilə bərkidilən yük vahidləri. İstismar edilən müasir hava gəmilərinin yük bölmələrinin ölçü və həcmlərindən asılı olaraq baqaj və yüklər aşağıda göstərilmiş konteyner və palletlər vasitəsi ilə daşınır: Lower Deck Container-IATA Type 8D-IATA Prefix: APA-APA: LD-2 Maksimum yükgötürmə qabiliyyəti (brutto) 1,225 kq, həcmi 3,4 m³, tara (konteynerin boş çəkisi) 60 kq, ölçüləri (L x W x H) 1,194 mm x 1,534 mm x 1,626 mm, B767 və B777 tipli təyyarələrdə istifadə edilir.
Lower Deck Container-IATA Type 8-IATA Prefix: AK-ATA: LD-3 Maksimum yükgötürmə qabiliyyəti (brutto) 1,588 kq, həcmi 4,53 m³, tara (konteynerin boş çəkisi) 70 kq, ölçüləri (L x W x H) 1,562 mm x 1,534 mm x 1,626 mm, B747, B767, B777, DC10-30 Freighter və DC10 tipli təyyarələrdə istifadə edilir.
Lower Deck Container-IATA Type 6-IATA Prefix: ALF-ATA: LD-6 Maksimum yükgötürmə qabiliyyəti (brutto) 3,175 kq, həcmi 6,94 m³, tara (konteynerin boş çəkisi) 180 kq, ölçüləri (L x W x H) 3,175 mm x 1,534 mm x 1,626 mm, B747, B747F və L1011 tipli təyyarələrdə istifadə edilir. 72
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili Lower Deck Container-IATA Type 6B-IATA Prefix: AQ-ATA: LD-8 Maksimum yükgötürmə qabiliyyəti (brutto) 2,449 kq, həcmi 6,94 m³, tara (konteynerin boş çəkisi) 120 kq, ölçüləri (L x W x H) 2,438 mm x 1,534 mm x 1,626 mm, B767 və B777 tipli təyyarələrdə istifadə edilir. Container-IATA Type 5-IATA Prefix: AAP-ATA: LD-9 Maksimum yükgötürmə qabiliyyəti (brutto) 6,033 kq, həcmi 9,91 m³, tara (konteynerin boş çəkisi) 200 kq, ölçüləri (L x W x H) 3,175 mm x 2,235 mm x 1,626 mm, B747, B747F və L1011 tipli təyyarələrdə istifadə edilir. Upper Deck Container-IATA Type 5-IATA Prefix: AAK-ATA: LD-7 Maksimum yükgötürmə qabiliyyəti (brutto) 6,033 kq, həcmi 9,91 m³, tara (konteynerin boş çəkisi) 200 kq, ölçüləri (L x W x H) 3,175 mm x 2,235 mm x 1,626 mm, B747, B747F və 1011 tipli təyyarələrdə istifadə edilir. Main Deck Container-IATA Type 2/2Q-IATA Prefix: AMA Maksimum yükgötürmə qabiliyyəti (brutto) 6,804 kq, həcmi 17,16 m³, tara (konteynerin boş çəkisi) 260 kq, ölçüləri (L x W x H) 3,175 mm x 2,438 mm x 2,438 mm, B747F tipli təyyarələrdə istifadə edilir.
Lower Deck Container-IATA Type 2BG-IATA Prefix: AMU Maksimum yükgötürmə qabiliyyəti (brutto) 6,033 kq, həcmi 13,7 m³, tara (konteynerin boş çəkisi) 200 kq, ölçüləri (L x W x H) 3,175 mm x 2,438 mm x 1,626 mm, B747,747F tipli təyyarələrdə istifadə edilir.
73
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili Lower Deck Pallet with Net-IATA Type 6-IATA Prefix: PL Maksimum yükgötürmə qabiliyyəti (brutto) 3,175 kq, həcmi 6,94 m³, tara (konteynerin boş çəkisi) 90 kq, ölçüləri (L x W x H) 3,175 mm x 1,534 mm x 1,626 mm, B747, B777, DC10-30 Freighter və DC10 tipli təyyarələrdə istifadə edilir.
Pallet with Net-IATA Type 5-IATA Prefix: PA
Maksimum yükgötürmə qabiliyyəti (brutto) 4,626 kq, həcmi 9,91 m³, tara (konteynerin boş çəkisi) 120 kq, ölçüləri (L x W x H) 3,715 mm x 2,235 mm x 1,626 mm, B747, B747F, B767-300, B777, DC1030 Freighter və DC10 tipli təyyarələrdə istifadə edilir.
Pallet with Net-IATA Type 2WA-IATA Prefix: PM
Maksimum yükgötürmə qabiliyyəti (brutto) 5,035 kq, həcmi 15,8 m³, tara (konteynerin boş çəkisi) 130 kq, ölçüləri (L x W x H) 3,715 mm x 2,438 mm x 1,626 mm, B747, B747F, DC1030 Freighter və DC10 tipli təyyarələrdə istifadə edilir.
Main Deck Pallet with Net-IATA Type 2H-IATA Prefix: PM Maksimum yükgötürmə qabiliyyəti (brutto) 6,804 kq, həcmi 21,16 m³, tara (konteynerin boş çəkisi) 130 kq, ölçüləri (L x W x H) 3,715 mm x 2,438 mm x 2,997 mm, B747F və DC10-30 Freighter tipli təyyarələrdə istifadə edilir Main Deck Pallet with Net-IATA Type 2/2Q-IATA Prefix: PM Maksimum yükgötürmə qabiliyyəti (brutto) 6,804 kq, həcmi 17,16 m³, tara (konteynerin boş çəkisi) 130 kq, ölçüləri (L x W x H) 3,175 mm x 2,438 mm x 2,438 mm, B747F və DC10-30 Freighter tipli təyyarələrdə istifadə edilir.
74
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili Main Deck Pallet with Net-IATA Type 1/1S-IATA Prefix: PG Maksimum yükgötürmə qabiliyyəti (brutto) 13,608 kq, həcmi 33,25 m³, tara (konteynerin boş çəkisi) 400 kq, ölçüləri (L x W x H) 6,058 mm x 2,438 mm x 2,438 mm, B747F və DC10-30 Freighter tipli təyyarələrdə istifadə edilir.
Konteynerlərlə daşınan yüklər formalaşdırılma xüsusiyyətlərinə görə iki qismə bölünürlər: 1. FCL (Full Container Load Cargo) «tam yüklənmiş konteyner», yüklər böyük miqdarda daşındığı zaman yükgöndərən, müəyyən edilmiş sayda tam yüklənmiş vəziyyətdə konteynerləri konteyner terminalına təhvil verir. 2. LCL (Lessthan Container Load Cargo) «tam yüklənməmiş konteyner», yüklər kiçik miqdarda daşındığı və bir konteynerdə yüklərin müxtəlif yükgöndərənlərə mənsub olduğu zaman tətbiq edilir. Yük, konteynerlərin göndərilmə məntəqəsinə CFS (Container Fright Station) çatdırılır və orada çeşidləndikdən sonra konteynerə yüklənir. Yüklər konteynerlərlə daşındıqda yükgöndərən, ekspeditor və ya daşıyıcı ilə müqavilə bağladıqdan sonra yüklərini konteynerlərin yükləndiyi məntəqəyə və ya hava limanının yük anbarına göndərir. Bu məntəqələrdə yüklər konteynerlərə yüklənir və daşıyıcı yükə dair məsuliyyəti öz üzərinə götürür.
Beynəlxalq ticarət təcrübəsində terminlərin məzmununu müəyyənləşdirmək məqsədi ilə ticarət terminlərinin izahı (tətbiqi) Qaydaları–International Commotional Terms–Incoterms tətbiq edilir. Bu Qaydalar Beynəlxalq Ticarət Palatası tərəfindən müqavilələr imzalanarkən və icra edilərkən iştirakçıların terminləri eyni şəkildə qəbul etmələri məqsədi ilə işlənib hazırlanır. Sonuncu dəfə bu Qaydalar 2010–cu ildə dərc edilmiş və İnkoterms 2010 (Incoterms 2010) kimi 75
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
qəbul edilmişdir. İnkoterms 2010 hökumət orqanları, hüquq təşkilatları və kommersantlar tərəfindən tanınmış və qəbul edilmiş beynəlxalq qaydalardır. Bu Qaydalar 1 yanvar 2011–ci ildən qüvvəyə minmişdir. 5.5. Yük vahidlərinin kodlaşdırılması İstismarın səmərəli və asan olması üçün yük vahidlərinə (ULD) IATA tərəfindən hazırlanmış 9 işarəli kodlar (şifrələr) tətbiq edilir: a) 1 – ci işarə (bir hərf) – Yük vahidinin kateqoriyasını bildirir; b) 2 – ci işarə (bir hərf) – əsas ölçülərin (qabarit) kodunu bildirir; c) 3–cü işarə (bir hərf)–digər tip təyyarələrin konteynerləri ilə uyğunlaşma kodudur. Bu kodların izahı IATA–nın nəşr etdiyi «Konteyner daşımalarına dair texniki təlimat»da (IATA ULD Technikal Manual) göstərilir; d) 4, 5, 6 və 7–ci işarələr (4 rəqəm) – seriya nömrəsini bildirir; e) 8 və 9–cu işarələr (rəqəm və ya hərif)–konteynerin sahibinin kodudur. Yük vahidinin (ULD) kateqoriyaları aşağıdakı cədvəl 5.3–də göstərilmişdir. A F J K M R V
universal aviakonteyner D universal olmayan aviakonteyner universal olmayan aviapallet H atlar üçün qurğu termonəzarətli “iynə” konteyner G universal olmayan aviapallet üçün tor iribuynuzlu heyvanlar üçün qurğu P universal aviapallet termonəzarətli universal olmayan N universal aviapallet üçün tor aviakonteyner termonəzarətli universal aviakonteyner U “iynə” konteyner üçün qurğu avtomobillərin daşınması üçün qutğu B sərnişin salonu uşun aviakonteyner Cədvəl 5.3.
Hava gəmilərinin yük bölümlərinin həcmi və qapıları kiçik olduğu üçün yük vahidlərinin ölçüləri aviadaşımalarda böyük əhəmiyyət kəsb edir. Yük vahidlərinin əsas ölçüləri aşağıdakı cədvəl 5.4– də göstərilmişdir: A E G J L N Q
2,235 x 3,175 mm B 2,235 x 2,743 mm 1,346 x 2,235 mm F 2,438 x 2,991 mm 2,438 x 6,058 mm H 2,438 x 9,125 mm 2,438 x 12,192 mm K 1,534 x 1,562 mm 1,534 x 3,175 mm M 2,438 x 3,175 mm 1,562 x 2,438 mm P 1,198 x 1,534 mm 1,534 x 2,438 mm R 2,438 x 4,938 mm Cədvəl 5.4.
Məsələn: PAP5001FM – ölçüləri 2,235mm × 3,175 mm olan, P kodlu 5001 nömrəli və sahibinin kodu FM olan universal aviapallet.
76
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yük vahidlərinin texniki xarakterlərinə dair ətraflı məlumat IATA–nın «Konteyner daşımalarına dair texniki təlimat» (IATA «ULD Technical Manual») sənədində göstərilmişdir. 5 – ci Modula aid sınaq sualları: 1. Bunlardan hansı Yük vahidinin (ULD) universal təyyarə konteyneri olduğunu bildirir? a) D; b) A; c) P; d) R. 2. Yük vahidinin kodundakı birinci hərif nəyi göstərir? a) qabarit kodunu; b) kateqoriyasını; c) digər tip təyyarələrin konteynerləri ilə uyğunlaşma kodunu; d) sahibinin kodunu. 3. Yük vahidinin (ULD) kodu neçə işarədən ibarətdir? a) 2; b) 5; c) 8; d) 9.
77
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
6 – cı MODUL. Hava limanlarında təşkil edilən prosedurlar 6.1. Hava limanı. 6.2. Yüklərin daşınmaya qəbul edilməsinin şərtləri. 6.3. Qəbul edilən yükə tətbiq edilən ümumi tələblər. 6.4. Yüklərin sarğısına tətbiq edilən tələblər. 6.5. Yüklərin nişanlanmasında tətbiq edilən tələblər. 6.6. Yüklərin çəkilməsi qaydaları. 6.7. Beynəlxalq hava limanlarında yük aviadaşımalarının inkişaf perspektivləri və əsas məsələlər. 6.1. Hava limanı Dünyanın hava limanları sisteminə 30 mindən yuxarı hava limanı daxildir ki, onların da təxminən 400–ü beynəlxalq magistral və regional statusuna malikdir. Digərləri isə əsasən yerli xətlərdə uçan təyyarələrə xidmət göstərirlər. Dünyanın hava limanları beynəlxalq hava nəqliyyatı sisteminin əsaslarından biridir və mülki aviasiya sahəsində iqtisadi münasibətlərin inkişafında əhəmiyyətli rol oynayırlar. Aviaşirkətlər kimi dünya hava limanları da böyüklüyünə və buraxılış imkanlarından asılı olan iqtisadi vəziyyətinə görə müxtəlif olurlar. Eyni zamanda dövlət və bələdiyyə orqanlarına mənsub olması, həmçinin dövlətdən subsidiya alması ilə də hava limanları fərqlənirlər. Beynəlxalq uçuşlara xidmət göstərən hava limanları beynəlxalq adlanır. Beynəlxalq hava limanlarında miqrasiya, gömrük və sanitar–karantin nəzarətinin və digər xüsusi şöbələrin olması vacibdir və bu hava limanları həm beynəlxalq və həm də daxili uçuşlara xidmət göstərmə imkanına malikdirlər. Hava limanının buraxılış imkanı dedikdə, onun illik qəbul etdiyi və yola saldığı sərnişinlərin ümumi sayı, illik qəbul edilən və göndərilən yükün və poçtun ümumi çəkisi və illik cüt əməliyyatların (uçuş) sayı hesaba alınır. Nəhəng hava limanları–illik buraxılış imkanları 30 milyon sərnişindən, cüt əməliyyatları 400 mindən və yük və poçtun çəkisi 100 min tondan çox olan hava limanları nəzərdə tutulur. Hazırda bu tip hava limanlarının sayı 30–dan çoxdur və ilk üç yeri müvafiq olaraq Hartsfield–Jackson (Atlanta, ABŞ), Beijing Capital (Pekin, ÇXR) və Heathrow (London, Böyük Britaniya) hava limanları tuturlar. 78
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hava limanlarının əksəriyyətinin əsas gəlir mənbəyi, təyyarə sahibi olan aviaşirkətlərin təyyarələrinə göstərilən uçuş–eniş, aeronaviqasiya və kommersiya xidmətləri üçün ödədikləri yığımlardır. Bunun nəticəsində hava limanları ilə aviaşirkətlər arasında çox ziddiyyətli və mürəkkəb olan qarşılıqlı iqtisadi münasibətlər mövcuddur. Bu münasibətlərin yaranmasının əsas səbəbi hava limanlarının rəhbərliyinin, onların xidmətindən istifadə edən aviaşirkətlərin ödədikləri yığımlar hesabına həm hava limanlarının istismarına xərclənən vəsaitlərin təmin edilməsinə və həm də mümkün olduqca daha artıq gəlir əldə etməyə çalışmalarıdır. Aviaşirkətlərin ödədikləri hava limanı yığımlarının miqdarı dünyanın müxtəlif hava limanlarında bəzən o qədər yüksək olur ki, inkişaf etməkdə olan ölkələrin aviaşirkətləri bu yığımları ödəməkdə çətinlik çəkir və bu ödəmələr onların ümumi xərclərinin 40% –nə qədər olur. Hava limanları hava gəmiləri, sərnişin və yük müştərilərinə göstərilən xidmətin yüksək səviyyədə təşkil edilməsi üçün müasir infrastruktura malik olmalı və zəruri texniki vasitələrlə təmin edilməlidirlər. Aşağıda şəkil 6.1–də müasir hava limanının yük daşımaları üçün nəzərdə tutulmuş perron və anbar binaları, şəkil 6.2– də isə sxemi göstərilmişdir:
Şəkil 6.1.
Şəkil 6.2. 79
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hava limanının inkişafı üçün ən zəruri amil onun fəaliyyət strategiyasının işlənib hazırlanması və istehsalatda tətbiq edilməsidir. Bu strategiyanın əsas məqsədi mövcud tələbatı təmin etmək, istehsalat imkanlarından optimal şəkildə istifadə etmək və göstərilən xidmətləri kiçik xərclərlə yüksək səviyyədə təşkil etməyə istiqamətlənməlidir. Nəticə etibarı ilə fəaliyyət strategiyası istehsalat proseslərini kompleks şəkildə həll etməklə yanaşı hava limanına xidmətlər bazarında lider mövqe tutmağa imkan yaratmalıdır. Hava limanının səmərəli fəaliyyət göstərməsinin əsas şərtlərindən biri də onun müasir struktura malik olmasıdır. Strukturun əsas vəzifəsi, təhlükəsizlik tələblərinə riayət etməklə, minimal xərclərlə səmərəli şəkildə yüksək səviyyədə xidmət göstərməklə hava limanının qarşısına qoyulan məsələlərin həllinə nail olmaqdır. Aşağıda şəkil 6.3–də müasir hava limanının strukturu göstərilmişdir. Baş direktor İctimaiyyətlə əlaqələr üzrə direktor
Kadrlar şöbəsinin rəisi
Mətbuat ilə əlaqələr
Planlaşdırma və inkişaf şöbəsi
Maliyyə direktoru Maliyyə müfəttişi
İstehlakçı və ictimaiyyətlə əlaqələr
Kommersiya direktoru
Restoran və təyyarə yeməkləri
Kommersiya üzrə icraçı
Təchizat və satınalma Mühasibat uçotu İnformasiya xidməti
Pərakəndə ticarət və xidmət Kommersiya xidməti
Mülkiyyət üzrə icraçı Marketinq üzrə icraçı Şəkil 6.3. 80
Konsessiya İcarə və kiralama Biznesin inkişafı Müqavilələr
Uçuş üzrə direktor Aerovağzalın istismarı Nəzarət zonasında uçuş əməliyyatları Uçuşların təhlükəsizliyi və xidmətlər Texniki xidmət Layihəyə rəhbərlik
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yerüstü xidmət ICAO və IATA–nın rəhbər və normativ sənədləri: «Aircraft Maintenance Manual», «Airplane Characteristics for Airport Planning», «Facility and equipment planning (Boeing)», «Facility Planning Manual (Airbus)», «Maintenance Facility planning (Airbus)», «IATA Airport Handling Manual» və aviasiya haqqında ölkənin qanunu, həmçinin hava limanlarında göstərilən xidmətlərə dair texnoloji qrafik və əldə edilmiş beynəlxalq təcrübə əsasında təşkil edilir. Xüsusi texnikanın yerüstü xidmət zamanı hava gəmilərinə yaxınlaşması /uzaqlaşması qaydaları hava gəmilərinə perronda göstərilən texnoloji qrafikə uyğun tətbiq edilir. Hava gəmilərinin dayanacaqlarının zonasında xidmət üçün təyin edilmiş xüsusi texnika yanğınsöndürmə avadanlığı və təkərlərin bərkidilməsi üçün nəzərdə tutulmuş bərkidicilərlə, həmçinin yükləmə/boşaltma prosedurlarını yerinə yetirən texnikanın və trapların hava gəmisinə toxunan hissələri yumşaq materialdan hazırlanmış qoruyucularla təmin edilir. Yerüstü xidmət zamanı istismar edilən xüsusi texnikaya: konteyner və palletlərin yüklənməsi üçün nəzərdə tutulmuş “Trepel 300”, “TUG 660” tipli konveyer, dartıcı qurğu “Douglas 10/8”, avtoyükləyici “Balkankar” və “KLARK”CMP–70, “Tiger–60” tipli traktor və bu işlər üçün nəzərdə tutulmuş digər xüsusi texniki vasitələri göstərmək olar. 6.2. Yüklərin daşınmaya qəbul edilməsinin şərtləri Beynəlxalq hava xətlərində yüklərin daşınması qaydaları ölkənin imzaladığı beynəlxalq müqavilə və konvensiyaların müddəaları, ölkənin hava haqqında qanunu və digər qanunverici aktları ilə, aviaşirkətlər arasında bağlanmış müqavilələr, hava daşımaları haqqında beynəlxalq sənədlər (TACT Rules b. 2.1.1. Acceptance of consignments / Yüklərin qəbulu) və aviaşirkətin bu sahədəki təlimatının tələblərinə uyğun şəkildə tənzimlənir. Aviaşirkətlər yükləri IATA–nın Yük Agentindən və ya Yükgöndərəndən The Air Cargo Tariff (TACT)–də göstərilmiş tələblərə uyğun şəkildə qəbul edirlər. Yüklərin daşınması uçuş cədvəlində mövcud olan müntəzəm reyslərlə, mümkün olmayanda isə yüklərin təyin edilmiş hava xətləri ilə qeyri–müntəzəm reyslərlə, müntəzəm reyslərin yerinə yetirilmədiyi məntəqələrə hava nəqliyyatından da istifadə etməklə müxtəlif növ nəqliyyat vasitələri ilə təşkil edilir. Yüklər əksər hallarda qısa marşrutlarla, adətən birbaşa reyslərlə daşınır. Birbaşa reyslərlə daşımanın təşkil edilməsi mümkün olmadıqda, daşıma yükün aralıq hava limanlarında digər reyslərə yüklənməsi (transfer) və aviaqaimədə müvafiq qeydlər edilməklə yerinə yetirilir. Yüklər hava nəqliyyatı ilə ardıcıllıqla və növbədənkənar 81
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
daşınır. Bu yüklərin daşınma qaydası şəkil 6.4. və 6.5–də göstərilmişdir. Ardıcıllıqla daşınan yüklər 2. Yükgöndərən ilə 3. Dövlət idarə və bağlanmış xüsusi 1. Təsdiq edilmiş təşkilatlarının daşınma planına müqavilə əsasında təsdiq birdəfəlik sifarişləri edilmiş daşınma planından uyğun əsasında kənar
4. Baqaj tarifi əsasında qəbul edilmiş kiçik yüklər
Şəkil 6.4.
Növbədənkənar daşınan yüklər
1.Hökumət tapşırığı ilə göndərilən
2.Təbii fəlakətlərin, epidemiya və qəzaların qarşısının alınması və ya dağıntıların bərpası üçün nəzərdə tutulan
3.Xüsusi təyinatlı yüklər (seçki, səpin, məhsul yığımı və s. ilə bağlı)
4.Vətəndaşlardan birdəfələk sifariş əsasında daşınmaya qəbul edilmiş şəxsi əşyalar
5.Təyinatı üzrə səhvən göndərilmiş və ya müvəqqəti saxlanılmış
Şəkil 6.5.
Yük daşıyıcının məsuliyyəti altında olduqda da onun ilə bağlı qərarvermə hüququna ancaq yükgöndərən malikdir. Bu qərarlar aşağıda qeyd edilən hallarda yazılı şəkildə daşıyıcıya təqdim edilir: a) göndərilmə hava limanında: yük hava gəmisinə yüklənməmişdən əvvəl; b) aralıq hava limanında: əgər bu qərar reysin yubanmasına səbəb olmazsa; c) transfer hava limanında: yükün bu limanın yük anbarında saxlandığı müddət ərzində; d) təyinat hava limanında: yük yükalana təhvil verilməmişdən əvvəl. 6.3. Qəbul edilən yükə tətbiq edilən ümumi tələblər Yükün daşınmaya qəbul edilməsi daşıyıcı tərəfindən müəyyənləşdirilir və adətən aşağıdakı şərtlər əsasında təşkil edilir: yükün tərkibində hava nəqliyyatı ilə daşınması qadağan edilmiş maddələr olmadıqda; 82
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
yükün xüsusiyyəti uzun müddət mənfi 60˚C ilə müsbət 60˚C temperatur və atmosfer təzyiqinin 145 mm. civə sütununa qədər düşdüyü zaman dəyişilmədikdə; yükün göndərilməsi, çatdırılması və tranzit kimi daşınması prosedurlarının həyata keçirildiyi ərazilərin mənsub olduğu ölkələrin qayda və qanunlarına zidd olmadıqda; yükün ölçüləri yükləmə və boşaltma, təyyarənin yük bölməsinə yerləşdirilmə və bərkidilmə işlərində əngəl və maneələr törətmədikdə; hər bir yerin çəkisi 5 kq az və 200 kq çox olmadıqda; daşınma sərnişin təyyarələrində təşkil edildikdə yükün çəkisi və ölçüləri təyyarənin yük anbarlarının qapılarının ölçülərindən böyük olmadıqda; yükə dair tələb olunan sənədlər tam və düzgün şəkildə tərtib edildikdə; hər yer ayrıca nişanlanmış, yükgöndərən və yükalanın rekvizitləri ilə qeyd edilmiş olduqda; yük təyyarə və sərnişinlər üçün təhlükə yaratmadıqda.
Çəki və ölçülər üçün müəyyən edilmiş məhdudiyyətlərdən böyük olan yük, aviaşirkətin razılığı ilə daşınmaya qəbul edilir. Xarakter və qiymət baxımından qəbulu, saxlanılması və daşınması xüsusi diqqət tələb edən yüklər (təhlükəli, tez xarab olan, canlı heyvanlar və digər xüsusi yüklər) aşağıdakı şərtlərlə daşınmaya qəbul edilir: başqa yüklərdən seçilməsi üçün xüsusi birka və nişanı olmalıdır; təhlükəli yükün daşınmasına dair yükgöndərənin bəyannaməsi (Shipper’s Declaration for Dangerous Goods) tərtib edilməlidir; bu tip yüklərin göndərilməsi əvvəlcədən təxsis (bron) edilməli və razılaşdırılmalıdır. Yuxarıda qeyd olunan yüklərin qablaşdırılması zədələnmiş və ya xarab olarsa, onların bu vəziyyətdə göndərilməsi qəti qadağandır. Təyyarədə xüsusi yükün olmasına dair gəmi heyəti mütləq xəbərdar edilməlidir (kapitana bildiriş–Notification to Captain NOTOC şəkil 6.6.). 83
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Təyyarədə xüsusi yükün olmasına dair yekun yükləmə cədvəlinin (LOAD– SHEET) “REMARKS” qrafasında təyyarədə xüsusi yükün olmasına dair qeydlər edilməlidir. Kodlardan istifadə edilməsi qaydaları IATA–nın “Hava gəmilərinin yükləmə–boşaltma işlərinin təşkil edilməsi prinsipləri” sənədinin 10–cu başlığında göstərilmişdir. Daşınan yük, yükgöndərənə dair informasiya ilə təmin edilməli, nəqliyyat nişanı, lazım olduqda isə xüsusi birka və ya etiketlərlə nişanlanmalıdır. Nişan daşıyıcının qayda və təlimatlarına uyğun şəkildə tərtib edilməli və aşağıdakı informasiyanı əks etdirməlidir: göndərilmə və təyinat məntəqələrinin adları; göndərilmə və təyinat məntəqələrinin dəqiq ünvanları; hər yerin ayrıca çəkisi (brutto); digər əlavə və ya tələb olunan informasiya.
Şəkil 6.6.
Yükün hər bir yerinə yükalanın adını və ünvanını göstərən birka və ya buna bənzər etiketlər yapışdırılır. Tərkibi xüsusiyyətinə görə yükün qablaşdırılması daşımada həyata keçirilən əməliyyatlar zamanı onun xarab olması və tərkibinin pozulması, həmçinin insanların zərər görməsi hallarına qarşı davamlı və yükün tam qalmasına dair tələblərə uyğun olmalıdır. Qiyməti elan edilən yüklərin hər yerinin qabı və ya sarğısı yük sahibi tərəfindən möhürlənməlidir. Bu möhürlər mövcud standartlara uyğun olmalı və üzərindəki yazıları və rəqəmləri aydın oxunmalıdır. Yük aviaqaiməsində möhürlənməyə dair qeydlər edilməlidir. 84
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Ağır və iriqabaritli yüklərin qəbulundan ilk mərhələdə aviaşirkətin yük şöbəsinin nümayəndəsi aşağıdakı tədbirləri həyata keçirməlidir: mövcud məhdudiyyətlərə riayət edilməsini; yükləmə–boşaltma mexanizmlərinin və fəhlə qüvvəsinin kifayət qədər olmasını; yükləmə–boşaltma əməliyyatlarının təyyarənin yubanmasına səbəb olmasının qarşısının alınmasını. Bu tip yüklərin daşınması üçün yükləmə–boşaltma əməliyyatlarının təşkil ediləcəyi hava limanlarına, onların razılığını almaq üçün müraciətlər (adətən teleqramlar) göndərilir. Müraciətdə göstərilən informasiya yükləmə–boşaltma əməliyyatlarının təşkil edilməsi üçün zəruri olan məlumatları tam şəkildə əks etdirməlidir: hər yerin çəkisi; hər yerin ölçüləri (uzunluğu × eni × hündürlüyü); yüklə əlaqədar digər faydalı informasiya (yükün forması, onun yüklənmə tərzi və s.). Yükün daşınması ilə bağlı xərclərin hamısı yükü göndərən şəxs və ya müəssisə tərəfindən ödənildikdən və ya buna dair yazılı şəkildə zəmanət verildikdən sonra yük daşınmaya qəbul edilir. Marşrutdakı hava limanlarının yükü qəbul etməyə hazır olduqlarını təsdiq edən cavab alındıqdan sonra daşınma həyata keçirilir. İriqabaritli yüklərin daşınması zamanı yekun yükləmə cədvəlinin (LOAD– SHEET) “REMARKS” qrafasında yükün yerləşdiyi yer, çəkisi və kodu (BIG) qeyd edilir. Məs: BIG/AB/2300. Avtomobillərin daşınması zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: ICAO və IATA–nın qəbul etdiyi təhlükəli yüklərin daşınması qaydalarına əsasən avtomobillərin yanacağı benzin olduqda, onun ¼ hissəsi, dizel olduqda isə hamısı bakda qala bilər; akkumulyatorların vertikal şəkildə avtomobilə bərkidilmiş vəziyyətdə daşınmasına icazə verilir; əl əyləcləri daşınma zamanı işlək vəziyyətdə, avtomobilin açarları isə onun şüşələrinə ya da qapının qulpuna bağlanmalıdır; avtomobilin bərkidilməsi zamanı onun dönməyən hissələrindən istifadə edilməlidir; avtomobilin bərkidilməsi zamanı onun boyasının zədələnməsinin qarşısını 85
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
almaq üçün tədbirlər görülməlidir; avtomobilin bərkidilməsi zamanı onun boyasının zədələnməsinin qarşısını almaq üçün tətbiq edilən standart üsullardan biri də iplərin onun döşəməsinin altından bərkidilməsidir; avtomobilin hərəkətinin qarşısını almaq üçün təkərlərin hamısı iki yerdən bağlanmalıdır. Daşıyıcı aşağıda qeyd edilən tələblər yerinə yetirilmədikdə yükün qəbul edilməsindən imtina etməlidir: yükgöndərənin tərtib etdiyi yük aviaqaiməsi mövcud qayda və tələblərə uyğun olmadıqda; hər bir yerin çəkisi, ölçüləri və həcmi bu yükün daşınacağı hava gəmisi üçün nəzərdə tutulmuş normativlərdən böyük olduqda; sarğı və tara mövcud tələblərə uyğun olmadıqda; yükgöndərən sanitar, karantin və digər orqanların tələblərinə uyğun sənədləri təqdim etmədikdə; yük öz xarakter və xüsusiyyətinə görə daşınmaya yararsız olduqda; sarğıda və ya taranın üzərindəki nişanlar qeyd edilmədikdə və ya tələblərə uyğun olmadıqda; təqdim edilən yüklərin daşınmasına dövlət orqanları tərəfindən məhdudiyyətlər (embarqo) tətbiq edildikdə; yükün qiymətləndirilməsində razılıq əldə edilmədikdə.
6.4. Yüklərin sarğısına tətbiq edilən tələblər Sarğının hava nəqliyyatı ilə daşınan yüklər üçün nəzərdə tutulan tələblərə uyğun olmasına dair məsuliyyət yükgöndərənin üzərinə düşür. Daşıyıcı sarğının tələblərə uyğun olmasına və yükün tərkibinə nəzarət etmək hüququna malikdir. Sarğı mövcud qaydalara və aşağıdakı tələblərə uyğun olmalıdır: təmiz və quru, həmçinin küncləri təyyarənin yük anbarındakı digər baqaj 86
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
və yüklərə zərər verməsinin qarşısı alınması məqsədi ilə yuvarlaq olmalıdır; hava daşımaları zamanı yükün saxlanmasını təmin etməlidir; maye üçün nəzərdə tutulmuş qablar xaricdəki təzyiq dəyişildiyi zaman daxildəki təzyiqə tab gətirməlidir; kənd təsərrüfatı məhsulları yükün saxlanmasını təmin edən standart olmayan sarğı ilə qablaşdırıla bilər; qiymətli yüklərin sarğısı möhürlənmiş vəziyyətdə olmalıdır; transfer hava limanında sarğısı xarab olmuş və ya mövcud tələblərə uyğun olmayan yüklər aşkar edildikdə, onların sarğı ilə təmin edilməsi göndərilmə hava limanının hesabına təşkil edilir; məişət texnikası, qara və əlvan metallar, xırda hissələrdən ibarət olan yüklər sarğısı zədəli və ya tələblərə uyğun olmadıqda daşınmaya qəbul edilmir.
6.5. Yüklərin nişanlanmasında tətbiq edilən tələblər Hər bir yük yükgöndərən tərəfindən onun adını, ünvanını və yük aviaqaiməsini əks etdirən məlumat ilə təmin edilməli və bu yazılar daşımanın sonuna qədər pozulmamalıdır. Burada qeyd edilən məlumatları aydın şəkildə oxumaq mümkün olmalı və onlar daşınmanın sonuna qədər yüklərin üzərində qalmalıdır. Bu qeydlər şəkil 6.7–də göstərilən məlumatları özündə əks etdirməlidir:
Əsas məlumat
• • • •
Əlavə məlumat
• Yükgöndərənin adı • Göndərilmə məntəqəsi • Yükün xarakteri
İnformasiya xarakterli məlumat
Yükgöndərənin adı Yükalanın adı Təyinat məntəqəsi Yüklərin sayı və hər bir yerin ardıcıl olaraq sıra nömrəsi
• Brutto və netto çəki (kq) • Yükün kubmetr ilə həcmi • Yükün ölçüləri (sm) Şəkil 6.7. 87
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Manipulyasiya işarələri ağ fon üzərində qara rənglə və ya bunun əksi formasında göstərilməlidir. Yükün ölçülərindən hər hansi biri 70 sm–dən kiçik olarsa, onları göstərmək lazım deyil. Bu işarələrin bəziləri şəkil 6.8–də göstərilmişdir. Yük aviadaşımalarında tətbiq edilən nişanlar Nişanın adı Diqqət! Sınan əşya
Nişanın adı Günəş şüalarından qorunan
Təsviri
Nəmişlikdən qorunan
Şüalanmadan qorunan
Temperatur məhdudiyyəti Bağlanma yeri
Qarmaqla qaldırılması qadağandır Yuxarı
Hermetik qablaşdırma
Buradan açmaq
Avtokar ilə buradan qaldırmaq qadağandır Radioaktiv maddələrdən qorunmalı Buradan sıxmaq qadağandır
Buradan qaldırmaq lazımdır
Üst-üstə yığılan rəflərin sayındakı məhdudiyyətlər Dişli avtokardan istifadə etmək qadağandır Ağırlıq mərkəzi
Üst-üstə yığmaq qadağandır
Təsviri
Diyirlətmək qadağandır Buradan sıxmaq
Üst-üstə yığmaq məhdudlaşdırılıb Tropik qablaşdırma Şəkil 6.8.
6.6. Yüklərin çəkilməsi qaydaları Yükün çəkisi, daşınma qaydalarında xüsusi şərtlər tətbiq edilmədikdə daşınmaya qəbul edilərkən yükgöndərən və daşıyıcı tərəfindən müəyyən edilir. Daşıyıcı, yükü qəbul edərkən onu yükgöndərənin va ya onun nümayəndəsinin iştirakı ilə çəkməli və faktiki çəkini yük aviaqaiməsində göstərməlidir. Əgər yükgöndərənin bəyan etdiyi çəki ilə daşıyıcının müəyyən etdiyi faktiki çəki arasında fərq olarsa, o zaman daşıyıcının müəyyən etdiyi çəki əsas hesab edilir. Yüklərin daşınması müvəqqəti və ya mülki aviasiyaya aid olmayan (hərbi və s.) aerodromlardan və yaxud daşıyıcının xüsusi qaydaları əsasında təşkil edildikdə yükün çəkisi yükgöndərən tərəfindən təyin edilir. Bu şərtlərlə daşınan yüklərin çəkilərinin yük aviaqaiməsində və ya zəmanət məktubunda düzgün göstərilməsinə görə yükgöndərən qanuna uyğun şəkildə məsuliyyət daşıyır. 88
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Bir neçə yerdən ibarət olan yük partiyalarının qəbulu zamanı daşıyıcı yükün hamısını və ya bir neçəsini çəkmək hüququna malikdir.
6.7. Beynəlxalq hava limanlarında yük aviadaşımalarının inkişaf perspektivləri və əsas məsələlər Yük aviadaşımaları sahəsində fəaliyyət göstərən hava limanları müxtəlif növ çətinliklərlə rastlaşırlar. Bu çətinliklərin qısa müddət ərzində aradan qaldırılması üçün hava limanı rəhbərliyi müasir zamanda sürətlə inkişaf edən bu sahədəki yenilikləri, aviadaşımalar bazarındakı şərtləri, hava daşımalarına olan tələbatın əsas prioritet istiqamətlərini, tariflərlə bağlı normativ – hüquqi sənədləri, tətbiq edilən müasir texnoloji prosedurları və informasiya texnologiyalarını, həmçinin dünyada baş verən siyasi və iqtisadi dəyişiklikləri dərindən bilməli, təhlil etmə və düzgün şəkildə proqnozlaşdırma qabiliyyətinə malik olmalıdır. Qeyd edilənlər düzgün və dəqiq təyin edildikdən sonra, istehsalat imkanları nəzərdən keçirilməli və aviadaşımalar bazarında mövcud olan sərt rəqabətə tab gətirmək, həmçinin səmərəli fəaliyyət göstərmək üçün zəruri tədbirlərin hava limanında təşkil edilməsinə nail olmaq lazımdır. Bu tədbirlərə personalın hazırlığı, müasir texnikanın əldə edilməsi, aviadaşımalar sahəsindəki qabaqcıl təcrübənin istehsalatda tətbiq edilməsi və sair ilə yanaşı yük daşımalarına birbaşa təsir göstərən yük anbarlarında müasir texnoloji proseslərin tətbiq edilməsi kimi amil də əsas məsələlərdəndir. Bu səhədə tətbiq edilən müasir təcrübələrdən biri də yüklərin elektron cihazlar vasitəsi ilə uçota alınması və anbardaxili hərəkətinə nəzarətin tətbiq edilməsidir. Uçot, idarəetmənin əsas funksiyalarından olaraq hazırlıq, emal və realize proseslərini dəqiq əks etdirən bir amil kimi anbarın fəaliyyətini planlaşdırmaq üçün çox önəmli prosedurlardandır. Hava limanlarının yük anbarlarında yük və onun hərəkəti dəqiq, fasiləsiz və hərtərəfli şəkildə qeydə alınır. Yüklərin uçota alınmasının əsas vəzifələri aşağıdakılardır: 89
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
1) 2) 3) 4)
yükə dair informasiya bazasının formalaşması; yüklə bağlı bütün əməliyyatların düzgün və vaxtında sənədləşdirilməsi; yüklərin saxlanması və hərəkətinə nəzarətin təmin edilməsi; anbardakı boş yerlərin aşkar edilməsi və bunun səbəbinin təhlili.
Yüklərin hərəkətinin uçota alınmasındakı əsas tələb operativlikdir, yəni bu işin vaxtında və tam şəkildə icra edilməsidir ki, bu da öz növbəsində anbarda və mühasibatda aparılan uçotla uyğunluğu təmin edir. Müasir anbarların idarə edilməsində tətbiq edilən yeni texnoloji sistemlərdən biri də yüklərin anbardakı ünvanını göstərmə funksiyası olan «Anbarların avtomatlaşdırılmış idarəetmə sistemi» (AAİS) adlanan avtomatlaşdırılmış intellektual sistemdir. AAİS anbarların idarə edilməsi proseslərinin avtomatlaşdırılması üçün zəruri olan məsələlərin kompleks şəkildə həll edilməsini təmin etməklə bərabər yükün qəbul edilməsinə, sayına və keyfiyyətinə, saxlanma şəraitinə, bronlaşdırılmasına, sifarişlərin verilməsinə, qablaşdırılma və nişanlanmasına, sənədləşdirilmə və ştrix–kodlaşdırılmasına, inventarizasiya edilməsinə, həmçinin personalın fəaliyyətinə nəzarət edilməsini də təmin etmə imkanı yaradır. Bu sistemin tətbiq edilməsinin əsas mahiyyəti istehsalatın insanlar deyil məhz sistem tərəfindən idarə edilməsidir. Müasir AAİS ona yerləşdirilmiş proqramlar bazasında yüksək keyfiyyətlə anbarları idarəetmə imkanına malikdir. Bu sistemlər, istifadəçilər qarşısında kimin nəyi və nə vaxt yerinə yetirməsinə, hansı yükün harada və yaxud haradan haraya yerləşdirilməsinə, sifarişlərin nə şəkildə və hansı ardıcıllıqla təşkil edilməsinə dair məsələlər qaldırır. Bu prosedurlar sistemə daxil edilmiş və eyni zamanda mövcud qanun və normativ sənədlər əsasında tərtib edilmiş proqramlar bazasında həyata keçirilir. AAİS ilə anbar personalı arasında vasitəçi rolunu radioterminal və ya səslə idarəetmə vasitələri icra edir. Yük anbarı üçün əsas məsələlərdən biri qəbul edilən yüklər pallet üzərində yerləşdirildikdən sonra sistemin göndərilmə vaxtına, palletin ölçü və çəkisinə, həmçinin saxlanma şərtlərinə uyğun bu palletlər üçün ən optimal yer müəyyən etməsidir. Bunlardan əlavə təyinat məntəqəsi eyni olan yüklərin bir–birinə yaxın məsafədə yerləşdirilməsi də sistem tərəfindən mütləq nəzərə alınmalıdır. Sistemə yerləşdirilən proqramların hazırlanması və tətbiq edilməsi hava limanı rəhbərliyinin ciddi nəzarəti altında təşkil edilir. IATA – nın proqnozlarına əsasən 2014–cü ildə yük aviadaşımalarına olan tələbat 2013–cü il ilə müqayisədə artacaq və nəzərə alsaq ki, hazırda hava nəqliyyatının ümumi gəlirinin təxminən 15% bu tip daşımaların payına düşür bu amilin bu sahədə fəaliyyət göstərənlər üçün nə qədər əhəmiyyət kəsb etməsini izah 90
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
etməyə ehtiyac qalmaz. Müasir dövrdə yük aviadaşımalarını digər nəqliyyat növlərindəki daşımalardan ayrı təsəvvür etmək etmək olmaz və bu daşımaların həcminin artırılması hava limanlarının fəaliyyətlərinin inkişaf perspektivləri ilə eyni zamanda həll edilməlidir.
Hava limanlarının inkişaf perspektivləri çox mürəkkəb bir prosesdir və onların böyük əksəriyyətinin dövlətə məxsus olduğunu, idarəetmədə dövlətin müdaxiləsinin yüksək olmasını diqqətə aldıqda bu işin nə qədər çətin olduğu özünü bariz şəkildə göstərir. Buna baxmayaraq bu iş sürətlə həyata keçirilməlidir və burada hava limanları rəhbərliyi bir sıra çətinliklərlə üzləşir. Yük daşımalarını cəlb etmək üçün hava limanı aviaşirkətlərin, yükgöndərənlərin və nəqliyyat agenliklərinin tələblərini yüksək səviyyədə təmin etməlidir. Burada əsas məsələ aviadaşımaların inkişafı üçün zəruri olan aviayüklərin emalı obyektlərinin həcmini və növünü müəyyən etməkdir. Aşağıdakı cədvəllərdə bu işlərin necə təşkil edilməsindən bir neçə nümunə göstərilmişdir: Yük aviadaşımalarının inkişafı ilə bağlı hava limanının əsas vəzifələri Səmərəliliyin artırılması Mövcud müştəriləri saxlamaqla yenilərini cəlb etmək (aviaşirkətlər, nəqliyyat-ekspeditor və logistika firmaları) İstehsal xərclərini aşağı səviyyədə tutmaqla konkret nəticəyə nail olmaq Sifarişçilər üçün güzəştli sxemlər İntermodal daşımalarda yeniliklərin tətbiq edilməsi
Xüsusi iqtisadi prosedurların tətbiqi hesabına əhatə dairəsini genişləndirmək Hava nəqliyyatı ilə daşınan yüklərə dair statistik məlumatların əldə edilməsi Aviayüklərlə bağlı qərarların qəbulunda yeni metodların tətbiq edilməsi Dövlət orqanlarını, xüsusi iqtisadi zonanın yaranmasının hava limanının maraqlarına xidmət etməsinə inandırmaq Müvafiq inzibati tədbirlər tətbiq edilmir
Yük aviadaşımalarındakı etibarlılıq hesabına “cəlbedici effektlər”in yaranmasına və hava limanının mövqeyinin möhkəmlənməsinə nail olmaq 91
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yükgöndərən və nəqliyyat agentliklərinin tələbləri
Gömrük prosedurlarının sürətləndirilmə si
Vergi güzəştləri
İstehsal mərkəzlərinin coğrafi yaxınlığı
Aviaşirkətlər yükgöndərənlər / nəqliyyat agentlikləri
Keyfiyyət və etibarlılıq
Əlavə yüklənmələr və maneələr olmamalı
Nəhəng daşıyıcıların fəaliyyət göstərdikləri “HAB”
Müasir infrastruktur Elastiklik
Yük aviadaşımalarının inkişafına dair qərar qəbul edərkən hava limanı rəhbərliyi aşağıdakı məsələləri həll etməlidir: YYY
92
Yeni infrastrukturun yaradılması üçün maliyyə imkanları varmı?
İstehsal imkanları sifarişçilərin tələbini ödəyə bilirmi?
Logistik obyektlərin inkişaf planı varmı?
Baş layihə inkişaf planına uyğundurmu?
İstehsal imkanları daşıma həcmlərinin artması üçün yetərlidirmi?
Əsas bazarın müəyyən edilməsi (beynəlxalq və ya daxili)
Yük aviadaşımalarının inkişaf perspektivləri
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
İnfrastrukturun təkmilləşdirilməsi ilə bağlı hava limanının əsas vəzifələri
Müasir infrastruktur • Köhnəlmiş infrastruktur • Hazırki infrastruktur sifarişçilərin tələblərini ödəmir • Sifarişçilərin müəyyən edilməsini aviaşirkət məhdudlaşdırır
İnkişaf planı • Aviadaşımalar axınının inkişafı • Faktiki göndərilmə və təyinat (O&D) məntəqələri • Ticarətdəki tendensiya • Normativ-hüquqi tənzimləmədə və prosedurlardakı tendensiya
Yük aviadaşımaları infrastrukturunun planlaşdırılması və inkişafı
Proses və prosedurlar • İstehsal proseslərinin təkmilləşdirilməsi • Yeni tələblərə təcili reaksiya göstərmək • Sifarişçilər üçün əlverişli şərait • Mühəndis-texniki nailiyyətlərin tətbiqi
93
İnvestisiyaların maliyyələşdirilməsi • İnvestisiyaların özünüdoğrultmasında qeyri-müəyyənlik • İnvestisiyaların həcmi • Mövcud infrastrukturun təkmilləşdirilməsi üçün imkanlar
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hava limanının yük aviadaşımalarındakı rəqabətdə üstünlük əldə etməsinin əsas istiqamətləri Aviayüklərin emalı üçün avadanlıqlar
Aviayüklərin emalı üçün avadanlıqlar və istehsal imkanları bazardakı sifarişçilərin tələblərinə uyğundur
İstehsalatın idarə edilməsi
İstehsal səmərəliliyinin artımı nəticəsində qiymətlərdə üstünlük əldə etmək və aviaşirkətlərə güzəştlər təklif etmək (məs: E – FREIGHT)
Birləşən aviamarşrutlar
Müxtəlif aviaşirkətlərin marşrut şəbəkələrində birləşmələri təkmilləşdirmək Beynəlxalq və daxili aviadaşımalar bazarlarındakı daşıyıcılara yüksək səviyyəli xidmətlərin göstərilməsi (aviaşirkətlər,nəqliyyat-ekspeditor və logistika firmaları)
Logistika fəaliyyəti
Siyasət və inzibatı qərarlar
Multimodal daşımalarla bağlı gömrük və inzibati orqanlar tərəfindən innovasiya xarakterli qərarların tətbiq edilməsi
94
Avtomatlaşdırma və müasir informasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək
Multimodal daşımalarda müxtəlif variantlar tətbiq etmək
Rəqabətə tab gətirmək və keyfiyyəti artırmaq məqsədi ilə xidmət üzrə beynəlxalq ekspertləri cəlb etmək
Müxtəlif marşrut şəbəkələrinin birləşməsi
Yeni prosedur və qərarların tətbiq edilməsində qabaqcıllıq
Gömrük anbarları (mərkəzi depolar)
Beynəlxalq və yerli nəqliyyatekspeditor şirkətlərinin birləşmiş mərkəzləri
Əhatə dairəsi (istehsalat, əlavə xidmətlər və logistik fəaliyyət)
Beynəlxalq hava limanlarında yük aviadaşımalarının inkişaf etdirilməsində əldə olunan təcrübə
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hava gəmilərinə göstərilən aeronaviqasiya və kommersiya xidmətləri və hava limanı yığımları ilə bağlı problemlər bu gün aviaşirkətlər ilə hava limanları səviyyəsində deyil, bütövlükdə beynəlxalq hava nəqliyyatının ən aktual iqtisadi problemi kimi ICAO və dövlətlər səviyyəsində həll edilməkdədir. Belə nəticəyə gəlmək olar ki, hazırda dünya hava nəqliyyatı sistemində liderlik sənayesi inkişaf etmiş, nəhəng aviaşirkətləri və hava limanları olan ölkələrə məxsusdur. Onu da qeyd etmək lazımdır ki, son illər dünya hava nəqliyyatı sistemində iqtisadi bərabərlik uğrunda mübarizədə inkişaf etməkdə olan ölkələrin hava nəqliyyatı müəssisələri öz səylərini artırır və bu da bir çox ölkələr və beynəlxalq aviasiya təşkilatları tərəfindən dəstəklənir. Bunun nəticəsində inkişaf etmiş ölkələr, dünya hava nəqliyyatı sistemindəki iqtisadi siyasətlərini istədikləri kimi həyata keçirməkdə çətinliklərlə qarşılaşırlar. Buna misal olaraq müasir dövrdə hava nəqliyyatında baş verən qloballaşma və nəhəng aviaşirkətlərin regional və kiçik aviaşirkətləri, dünya aviadaşımalar bazarında daha çox paya sahib olmaq məqsədi ilə yaratdıqları alyanslara cəlb etmək ilə bağlı apardıqları siyasəti göstərmək olar. Son illər beynəlxalq hava daşımalarında baş verən dəyişiklikləri nəzərdən keçirərkən bunu aydın şəkildə müşahidə etmək olar. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) və bu sahədə fəaliyyət göstərən digər agenliklərin apardıqları təhqiqatları nəzərdən keçirək. Belə ki, 2011/12–ci illərin statistik rəqəmlərinə əsasən müxtəlif məlumatlar dərc edilmişdir. Dünyada hava nəqliyyatı ilə həyata keçirilən sərnişin daşımalarının ümumi həcminin 22% - i 300 marşrut üzrə cəmləşmişdir. Bu marşrutlar üzrə illik sərnişin daşımalarının həcmi 1 milyondan çoxdur. Daşımaların 69% - i illik daşıma həcmi təxminən 100 min sərnişin olan marşrutların payına düşür. Regionlar
Daşınan sərnişinlərin sayı (mln.) Artım 2011 2012 (%)
Asiya Avropa Şimali Amerika Latın Amerikası Yaxın Şərq Sakit okeanın Cənub – Şərq regionu Afrika Cəmi
724 656 587 178 97 79 51 2372 Cədvəl 6.1. 95
787 680 597 189 99 82 52 2486
9 4 2 6 2 4 2 5
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
2011–ci il ilə müqayisədə 2012–ci ildə dünya üzrə sərnişin daşımalarında artım 5% təşkil etmişdir. Sərnişin aviadaşımaları bazarları arasında 2012–ci ildə artım ən çox Asiya (9%) və Latın Amerikası (6%) qitələrində olmuşdur. Regionlar üzrə sərnişin daşımalarının həcmi cədvəl 6.1– də göstərilmişdir: Sərnişin aviadaşımalarının həcminin artmasına baxmayaraq, bu daşımalar bəzi regionlarda daha çox cəmləşmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi daşımaların 22% – i 300 marşrutda, 40% – i isə, əvvəllər çox populyar olan 1000 marşrutda təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, Avropa və Şimali Amerikadakı aviadaşımaların 35% – i daşımaların intensivliyi çox az və illik həcmi 100 mindən aşağı olan marşrutlarda həyata keçirilmişdir. Sərnişin daşımalarının əsas hissəsi, dünyanın intensivlik baxımından ən yüksək olan 10 marşrutundan Asiya qitəsində yerləşən 7–si ilə daşınmışdır. Sərnişin aviadaşımalarına olan ən böyük tələbat Cənubi Koreyada yerləşən iki şəhər Jeju (CJU) ilə Seul (SEL) arasında (10,156 mln) qeyd edilmişdir. Sərnişin daşımalarında həcminə görə bu marşrutdan sonra ikinci yeri Sapporo–Tokio (8,211 mln) və üçüncü yeri isə Cənubi Amerikada yerləşən Rio–de–Janeyro – San–Paulo (7,716 mln) arasındakı daşımalar tutmuşdur. İntensivliyi yüksək olan marşrutlardan Pekin –Şanxay, Okinava–Tokio və s. göstərmək olar. Son üç ildə dünya avianəqliyyat sahəsində rəqabət daha da sürətlə inkişaf etmiş və sərnişin daşımalarının bir və ya iki aviaşirkət tərəfindən yerinə yetirilməsi faktı 2010–cu ildən başlayaraq hər il 2% azalmağa başlamışdır, 2010–cu il 39% – dən 2012–ci il 35% –ə düşmüşdür. Eyni zamanda bu daşımaların 4 və daha çox aviaşirkət tərəfindən təşkil edilməsi göstəricisi 35%–dən (2010) 38%–ə qədər yüksəlmişdir. 2012–ci ildə sərnişin daşımaları Asiyada daha çox inkişaf etmiş və buradakı daşımaların 75% üç və daha çox, 27% isə beş və daha çox aviaşirkətin payına düşmüşdür. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yaxın Şərq və Avropadakı daşımaların təxminən yarısını üç və daha çox aviaşirkət həyata keçirmişdir. Rəqabətin sərt olması amili aviadaşımalar bazarında aşağı (ucuz) tariflərlə daşımalar təşkil edən aviaşirkətlər (low-cost airlines) üçün münbit şərait yaratmış və onların sürətlə inkişaf etməsinə səbəb olmuşdur. Hazırda bu tip aviaşirkətlər Avropa və ABŞ bazarlarında çox aktiv fəaliyyət göstərirlər və 2012–ci ilin yekunlarına görə Avropadakı daşımaların 38%, Sakit okeanın Cənub–Qərbi regionundakı və Şimali Amerikadakı daşımaların müvafiq olaraq 37% və 30% onların payına düşür. Bu 96
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
göstəricilər Latın Amerikasında–30%, Yaxın Şərqdə– 14% və Afrikada 10% olmuşdur. «Lou–kost» (low–cost airlines) və ya «diskaunter» (discount carrier) adlanan bu aviaşirkətlər Avropa və Asiyada sərnişin aviadaşımalarında öz fəallıqları ilə seçilirlər. Belə ki, sərnişin aviadaşımalarının İspaniyada 57%, Böyük Britaniyada 52%, Filippində 65% və Tailandda 61% bu aviaşirkətlər tərəfindən yerinə yetirilmişdir. Bu aviaşirkətlər arasında Ryanair və Easy Jet aviaşirkətlərini xüsusilə qeyd etmək lazımdır. Təyyarə parkının kiçik olmasına baxmayaraq (Ryanair 303, Easy Jet 197) bu şirkətlər sərnişin daşımaları üzrə dünyanın 10 ən böyük aviaşirkətləri sırasına daxil ola bilmişlər. Bu statistik məlumatlar Amadeus Air Traffic Travel Intelligence şirkəti tərəfindən 2013–cü ilin may ayında dərc edilmişdir. IATA–nın məlumatlarında 2012–ci ildə aviaşirkətlər 1374 yeni təyyarə almışlar və istismarda olan təyyarələrin ümumi sayı 24911 olmuşdur. IATA–nın proqnozlarında qeyd edilir ki, 2014–cü il aviaşirkətlər üçün son yüz ilin ikinci, 2010–cu ildən sonra ən gəlirli ili olacaq. 2010–cu ildə aviaşirkətlərin xalis gəlirləri 19,2 mlrd. dollara qədər yüksəlmişdisə, bu göstəricinin 2014–cü ildə 16,4 mlrd, ümumi gəlirin isə 743 mlrd. olacağı ehtimal edilir. 2013–cü ilin yekunlarına əsasən sərnişin daşımalarının həcminə görə dünyanın 10 ən böyük aviaşirkətlərinin siyahısı dərc edilmişdir. Aşağıdakı cədvəl 6.2–də aviaşirkətlərin 2013–cü ildə yerinə yetirdikləri sərnişin aviadaşımalarının həcmi və istismar edilən təyyarələrin sayı, cədvəl 6.3–də isə 2012–ci ildə qitələr üzrə ən böyük aviaşirkətlərin siyahısı göstərilmişdir. № 1 2 3 4 5 6 7 8 9 10
Aviaşirkətlər American Airlines Delta Air Lines United Airlines Southwest Airlines China Southern Airlines Ryanair China Eastern Airlines Air China Lufthansa Easy Jet
2013 – cü ildə daşınan sərnişinlər (mln) 193,7 164,6 139,2 133,2 91,8 81,4 80,0 77,7 76,3 61,3 Cədvəl 6.2. 97
Təyyarələrin sayı (ədəd) 1537 909 1265 676 452 303 358 316 431 197
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Aviaşirkətlər
Qitələr Afrika Asiya
2012 – ci ildə Ölkələr daşınan sərnişinlər (mln) 7,4 MƏR 86,5 ÇXR
Egypt Air China Southern Airlines Lufthansa Group
Avropa
103,1
Şimali Amerika Delta Air Lines Avstraliya Qantas Airways Cənubi Amerika LATAM
164,6 45,2 (2011) 65,0
Almaniya,Avstriya, İsveçrə ABŞ Avstraliya Braziliya, Çili
Cədvəl 6.3.
Müasir dövrdə hava nəqliyyatı ilə yerinə yetirilən sərnişin aviadaşımalarını əksər hallarda turizm təşkilatlarının təşkil etdikləri turist qrupları tutur. IATA–nın 2012–ci il üçün dərc etdiyi yekun məlumatlarda bu tip aviadaşımalar xüsusi qeyd edilir. Turist aviadaşımalrında liderlik «Star Alliance» məxsusdur. Bu alyansın təyyarələri ilə müntəzəm sərnişin aviadaşımalarının ümumi həcminin 25,2%,–i «SkyTeam» və «Oneworld» ilə isə müvafiq olaraq 19,8% və 14,1% daşınmışdır. Regionlar arasında turistlərin hava nəqliyyatı ilə daşınması bazarı ABŞ–ın ərazisində daha çox inkişaf etmişdir ki, bunun da əsas səbəbi ölkə iqtisadiyyatının inkişafıdır. 1.
WATS Air Transport World: № 1 2 3 4 5 6 7 8 9 10
Aviaşirkətlər
Daşınan yüklərin həcmi (mln. ton/kilometr) 16,108 10,416 9,319 8,433 8,145 7,175 6,695 4.733 4,538 4,470
FedEx UPS Airlines Emirates Cathay Pacific Airways Korean Air Lines Lufthansa Singapore Airlines British Airways China Airlines EVA Air Cədvəl 6.4.
Yük aviadaşımalarına dair 2012–ci ilin yekun rəqəmlərini IATA–nın verdiyi məlumatlar əsasında Air Transport World dərc etmişdir. Burada göstərilən məlumatlar həqiqəti tam şəkildə əks etdirmir, çünki bu sahədə fəaliyyət göstərən 98
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
bəzi agentliklərin dərc etdiyi rəqəmlər uyğun gəlmir. Aviaşirkətlər aviadaşımaları birgə həyata keçirdiklərinə baxmayaraq agentliklərin təqdim etdikləri məlumatlar hər bir aviaşirkət üçün ayrıca olmuşdur. Qeyd edilənlərə baxmayaraq iki nüfuzlu agentliyin dərc etdiyi məlumatlar aşağıdakı cədvəl 6.4. və 6.5–də göstərilmişdir. 2. №
Digital Supply Chain: Aviaşirkətlər Marşrutların sayı 1 FedEx Express 375 2 UPS Airlines 766 3 DHL Aviation 150 4 Cathay Pacific Cargo 59 5 Korean Air Cargo 116 6 Lufthansa Cargo 39 7 China Airlines Cargo 38 8 Singapore Airlines Cargo 72 9 Emirates Sky Cargo 21 10 Cargolux 64
Təyyarələrin sayı (ədəd) 688 + 37 sifariş (643 IATA) 519 + 21 sifariş (237 IATA) 95 + 13 sifariş (250 IATA) 22 + 18 sifariş (22 IATA) 33 + 12 sifariş (27 IATA) 18 + 10 sifariş (20 IATA) 19 (21 IATA) 13 10 + 16 sifariş 16 + 14 sifariş (20 IATA)
Cədvəl 6.5.
Aviadaşımaların təşkilində hava limanlarının fəaliyyəti mühüm amillərdən sayılır. Məhz bu səbəbdən onların səmərəli şəkildə beynəlxalq təşkilat və aviaşirkətlərlə, həmçinin müştərilərlə əməkdaşlıq məsələləri həmişə diqqət mərkəzində olur. Hava limanlarının fəaliyyətləri müntəzəm olaraq təhlil edilir, yerləşdikləri coğrafi mövqe və sənaye, həmçinin istehsal mərkəzləri nəzərə alınmaqla inkişaf planları tərtib edilir, xidmət sahələrində yeni texnologiyalar və müasir infrastrukturlar tətbiq edilir, bu proseslərin yüksək səviyyədə təşkili üçün müvafiq personal hazırlanır. Yuxarıda qeyd edilənlər qeyri–hökumət təşkilatı olan Beynəlxalq Hava Limanları Şurası (Airports Council International ACI) tərəfindən tənzimlənir və bu məsələlərin həllində hava limanlarına zəruri məsləhətlər verilir və yardımlar göstərilir. Bundan əlavə Beynəlxalq Hava Limanları Şurası tərəfindən hava limanlarının fəaliyyətinə dair əlaqədar təşkilatlara və ictimaiyyətə vaxtaşırı məlumatlar verilir. Hava limanlarının fəaliyyətləri ilə bağlı mətbuatda çoxlu sayda materiallar dərc edilir, onların arasında beynəlxalq səviyyədə müxtəlif nominasiyalarda müsabiqələr təşkil edilir və hər il bu müsabiqələrin nəticələri ictimaiyyətə IATA, ACI və digər agentliklər tərəfindən çatdırılır. Aşağıdakı cədvəllərdə bu məlumatların bir hissəsi göstərilir. 2013–cü ildə sərnişin daşımalarına görə dünyanın 10 ən böyük hava limanlarının siyahısı cədvəl 6.6–da göstərilmişdir. 99
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
№
Hava limanları
1 2 3 4 5 6 7 8 9 10 18
Hartsfield–Jackson Beijing Capital Heathrow Tokyo O'Hare Los Angeles Garhoud Charles de Gaulle Dallas-Fort Worth Soekarno-Hatta Atatürk
Yerlışdiyi şəhər və ölkə
IATA Göndərilən /ICAO kodu sərnişinlərin sayı Atlanta ABŞ ATL/KATL 94430785 Beijing ÇXR PEK/ZBAA 83712355 London Böyük Britaniya LHR/EGLL 72368030 Tokio Yaponiya HND/RJTT 68906636 Çikaqo ABŞ ORD/KORD 66883271 Los Anceles ABŞ LAX/KLAX 66702252 Dubay BƏƏ DXB/OMDB 66431533 Paris Fransa CDG/LFPG 62052917 Dallas ABŞ DFW/KDFW 60436266 Tanqeranq İndoneziya CGK/WIII 59701543 İstanbul Türkiyə IST/LTBA 51172626 Cədvəl 6.6.
2013–cü ildə yük daşımalarına görə dünyanın 10 ən böyük hava limanlarının siyahısı cədvəl 6.7–də qeyd edilmişdir. №
Hava limanı
1 2 3 4 5 6
Hong Kong Memphis Shanghai Pudong Incheon Dubai Ted Stevens Anchorage Louisville Frankfurt Charles de Gaulle Narita
7 8 9 10
Yerlışdiyi şəhər və ölkə
Göndərilən yüklərin həcmi (ton) Chek Lap Kok Honkong HKG/VHHH 4161718 Memfis ABŞ MEM/KMEM 4137801 Şanxay ÇXR PVG/ZSPD 2928527 Seul Cənubi Koreya ICN/RKSI 2464384 Dubay BƏƏ DXB/OMDB 2435567 Alyaska ABŞ ANC/PANC 2421145 Kentukki ABŞ Frankfurt Almaniya Paris Fransa Narita Yaponiya
IATA /ICAO kodu
SDF/KSDF FRA/EDDF CDG/LFPG NRT/RJAA
2216079 2094453 2069200 2019844
Cədvəl 6.7.
6 – cı Modula aid sınaq sualları: 1. a) b) c) d)
Yüklərin nişanlanmasında yükün ölçüləri hansı şərtlərdə göstərilmir? ölçülərindən hər hansi biri 85 sm az olarsa; ölçülərindən hər hansi biri 90 sm az olarsa; ölçülərindən hər hansi biri 70 sm az olarsa; ölçülərindən hər hansi biri 80 sm az olarsa. 100
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
2. Yük aviadaşımaya çəkisinə görə qəbul edilmir: a) hər bir yerin çəkisi 2 kq az olduqda; b) hər bir yerin çəkisi 3 kq az olduqda; c) hər bir yerin çəkisi 5 kq az olduqda; d) hər bir yerin çəkisi 10 kq az olduqda. 3. Yekun yükləmə cədvəlinin (LOAD – SHEET) iriqabaritli yüklərin daşınması hansı kodla göstərilir? a) BIG; b) AVI; c) PER; d) HEA.
101
“REMARKS” qrafasında
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
7– ci MODUL. Xüsusi yüklər (Special Cargoes) 7.1. Təhlükəli yüklər (Dangerous Goods). 7.1.1. Təhlükəli yüklərin təsnifatı. 7.1.2. Təhlükəli yüklərin daşınmaya qəbul edilməsi. 7.1.3. Təhlükəli yüklərin hava gəmisinə yüklənməsi. 7.1.4. Gizli təhlikəli əşyalar. 7.2. Qiymətli yüklər (Valuable cargo VAL). 7.3. Tez xarab olan yüklər (Perishable cargo). 7.3.1. Meyvə və tərəvəzin daşınması. 7.3.2. Yumurtaların daşınması. 7.3.3. Güllərin daşınması. 7.3.4. Ətin daşınması. 7.3.5. Balıqların daşınması. 7.3.6. Qan və insan orqanlarının daşınması. 7.3.7. Xüsusi xidmət tələb edən yüklərin daşınması (Other cargo needed special handling). 7.3.8. Nəşriyyat materialları. 7.4. Yük kimi daşınan baqaj. 7.5. “Nəm yüklər” (Wet cargo). 7.6. İnsan cəsədinin daşınması (Human remains). 7.7. Şəxsi əşyaların (müşayiət olunmayan baqajın) daşınması (Personal effects (unaccompanied baggage)). 7.8. Kəskin qoxulu yüklərin daşınması (Strongly smelling goods). 7.9. İriqabaritli və ağır yüklərin daşınması (Outsized and heavy cargo). 7.10. Silah, hərbi ləvazimat və malların daşınması (Arms, Ammunition, War material).
Daşınmasına və emalına xüsusi hazırlıq tələb olunan, bir çox hallarda sarğısına və nişanlarına xüsusi tələblərin tətbiq edildiyi, həmçinin xüsusi sənədlərin tərtib edilməsi və xüsusi tariflərin tətbiq edilməsi ilə daşınan yüklər Xüsusi yüklər adlanır. Xüsusi yüklər kateqoriyasına aid edilən yüklərin siyahısı cədvəl 7.1 –də göstərilmişdir.
102
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Digər yüklər
Silah, hərbi ləvazimat və mallar
İriqabaritli və ağır yüklər
Kəskin qoxulu yüklər
Şəxsi əşyalar
İnsan cəsədi
“Nəm” yüklər
Tez xarabolan yüklər
Qiymətli yüklər
Canlı heyvanlar
Təhlükəli yüklər
Xüsusi yüklər
Cədvəl 7.1.
7.1.
Təhlükəli yüklər (Dangerous Goods)
İnsan həyatı və sağlamlığı, həmçinin ətraf mühit və əşyalar üçün təhlükə yarada bilən yüklər təhlükəli yüklər adlanır. Bu yüklərə partlayıcı maddələr, müxtəlif kimyəvi turşular, qazlar, tezalışan maddələr və s. aid edilir. Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması yük aviadaşımaları sahəsinin ən məsuliyyətli prosesi hesab edilir. Bu tip yüklərin daşınması ilə bağlı IATA çoxlu sayda normativ sənədlər hazırlayır ki, bunlardan da ən əsası “Təhlükəli yüklərin daşınması qaydaları”–dır (Dangerous Goods Regulations DGR). Bu sənəd hər il yeni redaksiyada nəşr edilir və bura müxtəlif dəyişikliklər əlavə edilir. Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması prosedurlarına, bu sahədə fəaliyyət göstərən beynəlxalq və qeyri – hökumət təşkilatlarından başqa bu daşımalarda maraqları olan dövlətlər və onların səlahiyyətli orqanları da nəzarət edirlər. Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasının 18–ci Əlavəsi, ICAO–nun “Təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasına dair texniki təlimat“ (Technical Instructions for the Safe Transport of Dangerous Good by Air. Doc. 9284–AN/905) və IATA–nın “Təhlükəli yüklərin daşınması qaydaları” (Dangerous Goods Regulations DGR) sənədləri və dövlətlərin müvafiq qanunları ilə tənzimlənir. Azərbaycan Respublikasında bu daşımalar Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş «Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları»na uyğun təşkil edilir. Yuxarıda qeyd edilən sənədlərin əsas tələbi: təhlükəli yüklərin təsnifatı tələblərə uyğun və müvafiq sənədlərə malik olmalı, təhlükəsizlik tədbirlərinə riayət 103
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
edilməli, müəyyən edilmiş qaydada markası və nişanı olmalı və texniki təlimatın tələblərinə uyğun olaraq daşınmaya yararlı vəziyyətdə olmalıdır. Bu şərtlər yerinə yetirildikdən sonra onların hava nəqliyyatı ilə daşınmasına icazə verilir. Buradan belə nəticəyə gəlmək olar ki, təhlükəli yüklərin daşınmasına dair xüsusi hazırlıq kurslarının təşkil edilməsinə və bu prosedurları həyata keçirən IATA təlimatçılarının tələb olunan yüksək bilik və bacarığa malik olmalarına, həmçinin bu kurslarda təlim alan aviasiya personalının zəruri bilik və bacarığa yiyələnmələrinə böyük əhəmiyyət verilir. Bu kurslar aviasiya personalının fəaliyyət sahəsindən asılı olaraq, müxtəlif kateqoriyalar (1–dən 12–yə qədər) üzrə həyata keçirilir. Texniki təlimat hazırda qüvvədə olan “Təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasına dair texniki təlimat” (ICAO, Doc. 9284–AN/905), bu sənədə edilmiş və ICAO Şurası tərəfindən təsdiq və dərc edilmiş əlavələr və dəyişikliklərdir. Burada əsas tələblər təhlükəli yüklərin təhlükəsiz daşınmasının təmin edilməsidir ki, bu da öz növbəsində IATA–nın “Təhlükəli yüklərin daşınması qaydaları”nda (Dangerous Goods Regulations DGR) öz əksini tapmışdır. DGR baş verən dəyişikliklər və əlavələri nəzərə alaraq hər il dərc edilir və təhlükəli yüklərin daşınması ilə məşğul olan yükgöndərənin, Agentin və daşıyıcının əsas rəhbər sənədi hesab edilir. Bu sənəd (DGR) 10 bölümdən (şəkil 7.1.) və 7 Əlavədən (Appendixes) ibarətdir: A: terminlərin siyahısı; B: nomenklatura; C: maddələr; D: IATA üzvlərinin, potensial üzvlərinin və digər aviaşirkətlərin siyahısı; E: səlahiyyətli orqanlar; F: sarğıların sınaqdan keçirilməsi üçün avadanlıq, istehsalçı və satıcı; G: oxşar xidmətlər.
Şəkil 7.1. 104
Radioaktiv materiallar Radioactive materials
Emal Handling
Sənədləşdirmə Documentation
Nişanlama və yapışdırılan etiketlər Marking and labeling
Test və sarğıya olan tələb Packing specifications and performance tests
Bağlama Packing
İdentifikasiya Identification
Təsnifat Classification
Məhdudiyyətlər Limitations
Qaydaların tətbiqi Applicability
Təhlükəli yüklərin daşınması qaydaları Dangerous Goods Regulations DGR
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Aviasiya üzrə səlahiyyətli orqanların icazəsi olmadan aviaşirkətlər təhlükəli yüklərin daşınmasını həyata keçirə bilməzlər. Təhlükəli yüklərin daşınması ilə daimi məşğul olanlara xüsusi Sertifikat verilir. Bu Sertifikat təhlükəli yüklərin daşınmasına dair xüsusi kurslar və təlimlər keçmiş, təhlükəli yüklərə aid təlim və informasiya sənədlərinə (IATA sertifikatı) malik olan və daşınmanın bütün mərhələlərində onunla təhlükəsiz davranış qaydalarına yiyələnmiş personalı olan müəssisələrə verilir. Bu müəssisələr isə öz növbəsində, aviasiya üzrə səlahiyyətli orqanların təsdiq etdikləri “Təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasına dair texniki təlimat”ın (ICAO Doc.9284) tələblərini həyata keçirmək üçün xüsusi proqramlar hazırlamalı və bu sahədə ondan istifadə etmə qaydalarını tətbiq etməlidirlər. Təhlükəli yüklərin daimi daşınması ilə məşğul olan və Sertifikatı olan müəssisə aşağıdakı tələblərə riayət etməlidir: 1. Təhlükəli yüklərin qəbulu ilə məşğul olan personal xüsusi təlim keçməli və ona bu işi icra etmə hüquqi verən 6–cı kateqoriyadan olan sertifikatı olmalıdır. Xüsusi təlim minimum aşağıdakı məsələlərin öyrənilməsini özündə ehtiva etməlidir: təhlükəli yüklərə dair ümumi məlumatı; hava nəqliyyatı ilə daşınan təhlükəli yüklərə tətbiq edilən məhdudiyyətləri; yükgöndərən üçün ümumi tələbləri; təsnifləndirməni; təhlükəli yüklərin siyahısı; ümumi qablaşdırma tələblərini; qablaşdırma təlimatını; etiketləmə və nişanlamanı; göndərənin bəyannaməsi və digər müvafiq sənədləşdirməni; qəbuletmə prosedurlarını; bəyan edilməmiş təhlükəli yüklərin tanınmasını; saxlama və yükləmə prosedurlarını; hava gəmisi kapitanına təqdim edilən bildirişin tərtib edilmə və verilmə qaydasını (Notification to Captain NOTOC); sərnişin və gəmi heyəti üçün məlumatları; fövqəladə prosedurları. Qeyd edilən personal, təhlükəli yüklərin qəbul edilməsində və yaxud ondan imtina edilməsində verəcəkləri qərarın düzgün olmasına əmin olmaq üçün yoxlama siyahısı (check list) adlanan sənədi tam şəkildə tərtib etməlidirlər. 105
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
2. Təhlükəli yüklərin yerdə saxlanması və yüklənməsi ilə məşğul olan personal öz vəzifə borcunu yerinə yetirmək üçün lazım olan biliyə yiyələnmək üçün təlim keçməlidir. Keçirilən təlimlər minimum 1–ci bənddə qeyd edilən, yükgöndərən üçün ümumi tələblər, təsnifləndirmə, təhlükəli yüklərin siyahısı, qablaşdırmaya tətbiq edilən ümumi tələblər və təlimatlar, yükgöndərənin yükə dair sənədləri və sərnişinlərin baqajında olan təhlükəli əşyalara dair suallardan başqa digərləri ilə bağlı məsələləri də geniş şəkildə əhatə etməlidir. Bu personal təhlükəli yüklərin tanınmasında, onlarla davranış və yükləmə qaydalarına əməl edilməsində dərin biliyə malik olmalıdır. 3. Ümumi yüklərin daşınması ilə məşğul olan personal təhlükəli yüklərlə davranma qaydalarına dair təlim kursları keçməli və aşağıdakıları bilməlidir: təhlükəli yüklərə dair ümumi məlumatı; hava nəqliyyatı ilə daşınan təhlükəli yüklərə tətbiq edilən məhdudiyyətləri; təhlükəli yüklərin qablaşdırılması və etiketlənməsini; təhlükəli yüklərin yüklənməsinin və onlarla davranmanın xüsusiyyətlərini. 4. Gəmi heyəti üzvləri aşağıdakı məsələlərə dair təlim keçməli və minimum aşağıdakıları bilməlidirlər: təhlükəli yüklərə dair ümumi məlumatı; hava nəqliyyatı ilə daşınan təhlükəli yüklərə tətbiq edilən məhdudiyyətləri; təhlükəli yüklərin siyahısını; bəyan edilməmiş təhlükəli yüklərin tanınmasını; saxlama və yükləmə prosedurlarını; hava gəmisi kapitanına təqdim edilən bildirişin tərtib edilmə və verilmə qaydasını (Notification to Captain NOTOC); sərnişin və gəmi heyəti üçün məlumatları; fövqəladə prosedurları. Təşkil edilən təlim kursları personala yüklərin yoxlanılması zamanı baş verə biləcək təhlükə dərəcəsinə və təyyarədə daşınma qaydalarına dair yetərli bilik verilməsini təmin etməlidir. 5. Sərnişin kateqoriyaları: sərnişinlərə xidmət personalı; sərnişinlərin və onların baqajının yoxlanılması sahəsində fəaliyyət göstərən aviasiya təhlükəsizliyi personalı; uçuş heyətindən başqa, təyyarə bələdçiləri də 4–cü bənddə göstərilən 106
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
məsələlərə dair təlim keçməlidirlər.
Bu personal qeyd edilən kateqoriyadan olan yüklərin daşınması ilə əlaqədar yarana biləcək təhlükəni dərk etmək, həmçinin bu tip əşyalar daşınarkən sərnişinlərə tətbiq edilən tələblərin nədən ibarət olduğunu bilmək üçün hazırlanmalı və dərin biliyə malik olmalıdır. Təhlükəli yüklərin daimi daşınması ilə məşğul olan və Sertifikatı olan müəssisə, öz personalının təhlükəli yüklərin emalı və daşınması ilə əlaqədar hər iki ildən bir yenidən hazırlıq kurslarına cəlb edilməsinə dair zəmanət verməlidir. Bu kursların təşkil edilməsinə dair sənədlər müəssisənin arxivində saxlanılmalıdır. Bundan əlavə müəssisə onun yük satışını həyata keçirən agentlərlə də yuxarıda qeyd edilən təlim kurslarının keçirilməsini təşkil etməlidir. Bu müəssisələr agentlərinin bu sahədəki fəaliyyətinə görə məsuliyyət daşıyır. 7.1.1. Təhlükəli yüklərin təsnifatı Təhlükə dərəcəsindən asılı olaraq BMT–nin ekspertlər qrupu təhlükəli yükləri 9 sinifə bölmüşdür. Bəzi hallarda isə, yükün spesifik təhlükəsini nəzərə alaraq bu siniflərin özləri də bir neçə kateqoriyaya bölünmüşdür. Təhlükəli yüklərin təsnifatı onların hava nəqliyyatı ilə təhlükəsiz daşınması üçün böyük əhəmiyyət kəsb edir. Təhlükəli yüklər daşınmaya qəbul edilərkən aşağıdakı tələblər yerinə yetirilməlidir: bu təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qadağan edilməyib; yük tələb olunan şəkildə təsnifləndirilməli, qablaşdırılmalı, etiketi və markası olmalıdır; yükgöndərənin bəyannaməsi (Shipper`s Declaration for Dangeraus Goods) düzgün tərtib edilməli və imzalanmalıdır; təhlükəli yük kateqoriyasına aid edilən yüklərin yükgöndərən tərəfindən 107
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
hazırlanmış pallet və ya konteynerə yüklənməsi qəti qadağandır. Təhlükəli yüklərin daşınma qaydalarının əsas tələblərindən biri də budur ki, bu tip yüklərin təyyarəyə yüklənməsi barədə gəmi heyəti kapitanına mütləq məlumat verilməli və onun təyyarəyə yükləndiyi yer yazılı şəkildə standart blankda (Notification to Captain NOTOC) qeyd edilməlidir. Təhlükəli yüklərin təsnifatı BMT–nin ekspertlər Komitəsi tərəfindən hazırlanmış amillər əsasında tərtib edilir. Bu amillər yüksək səviyyəli mütəxəsislər tərəfindən ciddi və hərtərəfli şəkildə təhlil edildikdən sonra müəyyənləşdirilir. Hava nəqliyyatı ilə daşınan təhlükəli yüklər IATA–nın Dangerous Goods Regulations (DGR) sənədi əsasında tənzimlənir. Bu sənəd ildə bir dəfə dəyişikliklər və düzəlişlər edilməklə IATA tərəfindən nəşr edilir və bir il müddətinə, 1 yanvar – 31 dekabr tarixləri arasında qüvvədə olur. Yükün qablaşdırılması, onun tərkibini və xüsusiyyətini nəzərə alaraq, adi davranış və yükləmə zamanı onun qorunmasını təmin etməli, insanlara, digər yüklərə və daşıyıcının malına zərər yetirməsinin qarşısını almalıdır. Təhlükəli yüklər 9 sinifə bölünür. Bu siniflərə aid edilən yüklərin kateqoriyası cədvəl 7.2–də qeyd edilmişdir.
Cədvəl 7.2. 108
IX Digər təhlükəli yüklər Miscellaneous dangerous goods
Corrosives
VIII Korroziya edici maddələr
Radoiactive materials
VII Radioaktiv materiallar
Toxic and Infectious substances
VI Zəhərli və yoluxucu maddələr
Oxidizing substances and Organic peroxides
V Oksidləşən maddələr və ülvi peroksidlər
yanmağa meyilli maddələr, su ilə birləşəndə yanacaq qazı əmələ gətirən maddələr Flammable solids, Substances liable to spontaneous combustion, Substances which, in contact with wather, emit flammable gases
IV Tezalışan bərk maddələr, özü özündən
I Partlayıcı maddələr
Explosives II Qazlar Gases III Tezalışan mayelər Flammable liquids
Təhlükəli yüklər
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
7.1.2. Təhlükəli yüklərin daşınmaya qəbul edilməsi Təhlükəli yüklər daşınmaya aşağıdakı sənədlər tərtib edildikdən və prosedurlar yerinə yetirildikdən sonra qəbul edilir: yük aviaqaiməsi (Air Waybill); sertifikatlarla birlikdə yükgöndərənin bəyannaməsi (Shipper`s Declaration for Dangeraus Goods) iki nüsxədə; ixrac, tranzit və idxal edilən ölkələrin (TACT Rules b. 7.3.) və aviadaşıyıcıların (TACT Rules b. 8.3.) bu yüklər üçün tətbiq etdikləri ümumi tələblər nəzərə alınmalıdır; yük aviaqaiməsinin «Handling information» qrafası aşağıdakı şəkildə tərtib edilə bilər: a) Dangerous goods as per attached shipper`s declaration və ya Dangeraus goods as per attached DGD; b) Dangerous goods – shipper`s declaration not required; c) Cargo aircraft only və ya CAO. Bu qeydlərdən hansının yazılması şərtləri DGR – də göstərilmişdir. təhlükəli yüklərin sarğı və nişanlarına olan xüsusi tələblər DGR – də göstərilmişdir; təhlükəli yükün qəbul edilməsi üçün yoxlama siyahısı (Check list); hava gəmisi kapitanına bildiriş (Notification to Captain NOTOC); ödəmə adətən yüksək tariflə təşkil edilir (bəzi aviaşirkətlər Agentin komisyon ödəmələrini tətbiq edilən tarifə daxil etmirlər). Təhlükəli yükün emalında və daşınmasında iştirak edən personal mövcud olan təhlükə və şəraitə qarşı diqqətli olmağa dair təlim keçməlidir. Təhlükəli yüklər daşınmaya “Təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasına dair texniki təlimat”ın tələblərinə uyğun olaraq qəbul edilir. Qablaşdırmanın zədəsiz olması, təhlükəni bildirən etiketlərin mövcudluğu və sənədlərin düzgün tərtib edildiyi yoxlanıldıqdan sonra təhlükəli yük daşınmaya qəbul edilir. 7.1.3. Təhlükəli yüklərin hava gəmisinə yüklənməsi Təhlükəli yüklərin hava gəmisinə yüklənməsi prosesinə aviaşirkətin səlahiyyətli nümayəndəsi və gəmi heyəti üzvlərindən biri, adətən ikinci pilot rəhbərlik edirlər. Bir–birinə yaxın olması ilə əlaqədar təhlükə yarada biləcək təhlükəli yüklər, təyyarəyə mümkün qədər aralarında təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulmuş məsafə olmaqla yüklənir. Zəhərli və infeksiya tərkibli maddələr canlı heyvanlardan, ərzaq və yem məhsullarından ayrı olaraq, minimum 109
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
təhlükəsiz məsafəyə riayət edilməklə və ya təyyarənin digər yük bölməsində daşınır. Təhlükəli yüklərin təsnifat cədvəli cədvəl 7.3 –də göstərilmişdir.
Sinif
1
2
Ka teqo riya 1.1 1.2 1.3 1.4 1.5 1.6 2.1 2.2 2.3
3
4
5
6
7 8 9
4.1 4.2 4.3 5.1 5.2
6.1 6.2
I ağ II sarı III sarı Bölünən lər
Təhlükə xarakteri Partlayıcı maddələr(PM) Kütlə halında partlama təhlükəsi olan PM Dağılma təhlükəsi olan, kütlə halında partlama təhlükəsi olmayan PM Alovlanma təhlükəsi və az ehtimal olunan dağılma təhlükəsi olan PM Təhlükə yaratmayan PM RXE, RXG, RXS Kütlə halında partlama təhlükəsinə az həssas olan PM Kütlə halında partlama təhlükəsinə fövqəlada az həssas olan PM Qazlar Tezalışan qazlar Yanmayan və tərkibində toksid olmayan qazlar (maye kriogen qazlar) Toksid qazlar Tezalışan mayelər (TM) Qapalı qablarda alovlanma temperaturu 60,5°C və ondan aşağı olan TM Tezalışan bərk maddələr (TBM), Özündən alışmaya meyilli maddələr, Su ilə birləşdikdə tezalışan qazlar əmələ gətirən maddələr Daşınmada yanma və ya yanğına səbəb olacaq təhlükə yaradan TBM Özündən alışmaya və qızmağa meyilli maddələr Su ilə birləşdikdə tezalışan qazlar əmələ gətirən və bu birləşmə nəticəsində alışan maddələr Turşu maddələr, Orqanik turşular Yanma təhlükəsi olmayan, əsasən oksigenin ayrılması nəticəsində digər əşyaların yanmasına səbəb olan maddələr Hərarətə davamlı olmayan və ekzotermik reaksiya nəticəsində bölünən orqanik turşular Toksid və infeksion maddələr İnsan orqanizminə daxil olması və ya dərisinə düşməsi ölüm və ya sağlamlığa ciddi zərər verən maddələr Tərkibində xəstəliyə səbəb olan canlı mikroorqanizmlər (bakteriya, virus, göbələk və s.) olan maddələr Diaqnostik sınaq və analiz nümunələri Radioaktiv materiallar Radioaktiv şüalanma dərəcəsi 5 mikro zivert/saatdan az olan maddələr Radioaktiv şüalanma dərəcəsi 500 mikro zivert/saatdan az olan maddələr Radioaktiv şüalanma dərəcəsi 2000 mikro zivert/saatdan az olan maddələr Uran – 233, uran – 235, pluton – 239, pluton – 241 və onların birləşmələri Korroziyaedici maddələr Sızma nəticəsində sağlamlığa və əşyalara zərər verə bilən maddələr (civə və s.) Digər təhlükəli yüklər Bu yüklərə quru buz, maqnitləşdirilmiş materiallar, polimerlər, daxili yanacaqlı mühərriklər və s. aiddir.
Cədvəl 7.3.
Yükgöndərənin bəyannaməsi 110
IATA kodu REX REX REX RCX RGX RXB RXC RXD
REX REX RFG RNG RCL RPG RFL RFS RSC RFW ROX ROP RPB RIS RDS RRW RRY RRY
RCM RMD ICE MAG RSB
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yükləmə zamanı sarğıda zədə və ya sızmalar aşkar edildikdə, bu yükün təyyarədən boşaldılmasına və ya uzaqlaşdırılmasına, təyyarənin, digər yüklərin və poçtun qorunmasına dair tədbirlər görülməlidir. İçində maye olan kombinə edilmiş və üz qablaşdırmasının üzərində ox işarəsi olan yüklər üst tərəfi yüxarı olmaq şərti ilə təyyarəyə yüklənməlidir. Radioaktiv materiallarla yüklənmiş konteynerlər təyyarənin yük bölməsində, sərnişin salonundan və ya pilot kabinəsindən uzaq olmaqla, nəqliyyat indeksinin (transport index TI) cəmindən asılı olaraq təhlükəsiz məsafədə yerləşdirilir. TI yükgöndərənin təhlükəli yük üçün bəyannaməsində rəqəmlərlə göstərilir. Vahidlər və kəmiyyətlər radioaktiv materiallarla yüklənmiş konteynerlərin ümumi sayı TI – nin cəmindən asılıdır. TI=0 kateqoriya I ağ, 0
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
«II-Sarı» və «III-Sarı» kateqoriyasından olan radioaktiv materiallarla yüklənmiş konteynerlərin canlı heyvanlarla təyyarənin eyni yük anbarında daşınmasına icazə verilmir. Tərkibində maqnit xüsusiyyəti olan materiallar təyyarənin yük bölməsində yerləşdirilərkən, onların təyyarənin maqnit kompası və bu kimi həssas cihazlara təsiri nəzərə alınmalı və bu təsir qüvvəsi minimuma endirilməlidir.
112
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Təhlükəli yüklərin digər yüklərlə əhatə olunması və ya bərkidilməsi uçuş zamanı onların yerdəyişməsinə imkan yaratmamalıdır. 7.1.4. Gizli təhlikəli əşyalar Bəzən ümumi ad altında təqdim olunan yük və baqajın tərkibində təhlükəli maddə və əşyalar olur. Bu əşyalara aşağıdakılar aiddir: Nəfəsalma aparatları–sıxılmış qazla və ya oksigenlə doldurulmuş balonlar ola bilər; Öküz sperması–quru buz və ya soyudulmuş mayeləşdirilmiş qazla birlikdə qablaşdırıla bilər; Turist ləvazimatı–tərkibində tezalışan qaz, maye, kibrit və digər təhlükəli əşyalar ola bilər; Kimyəvi maddələr–bir çox hallarda təhlükəli olurlar; Kriogen mayelər–arqon, neon və azot kimi aşağı temperatura malik sıxılmış qazlar; Balonlar–sıxılmış qazla doldurulmuş ola bilər; Stomatoloji aparatlar–tərkibində təhlükəli kimyəvi maddələr ola bilər; Diaqnostika cihazları–tərkibində infeksion maddələr ola bilər; Qazma avandanlığı–tərkibində partlayıcı və digər təhlükəli maddələr ola bilər; Elektrik avadanlığı–tərkibində maqnit, civə, elektron boru və ya nəm batareya ola bilər; Elektriklə qidalanan aparatlar–tərkibində nəm batareyalar ola bilər (ot kəsən mexanizm, əlil arabası, qolf arabası və s.); Dondurulmuş embrionlar–tərkibində maye halında azot və ya quru buz ola bilər; Dondurulmuş meyvə, tərəvəz və s.–quru buzdan istifadə edilə bilər; Məişət cihazları–tərkibində boya, aerozol və bu kimi təhlükəli materiallar ola bilər; Cihazlar–bura barometrlər, tərkibində civə olan lampalar, termometrlər və s. daxildir; Laboratoriya və sınaq avadanlığı–tərkibində təhlükəli kimyəvi maddələr ola bilər; Maşın detalları–tərkibində təhlükəli kimyəvi maddələr ola bilər (boyalar, yapışqanlar və s.); Tibb avadanlığı–tərkibində təhlükəli kimyəvi maddələr ola bilər; Avtomobillərin ehtiyat hissələri–tərkibində nəm batareyalar ola bilər; 113
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Sərnişinlərin baqajı–daxilində tezalışan məişət mayeləri, tərkibində tezalışan qazlar olan alışqan balonları, aerozollar və s. ola bilər; Əczaçılıq preparatları–tərkibində təhlükəli kimyəvi maddələr ola bilər; Foto ləvazimatı–tərkibində təhlükəli kimyəvi maddələr ola bilər; Təmir üçün nəzərdə tutulmuş materiallar–tərkibində təhlükəli maddələr ola bilər; Sınaq cihazları–tərkibində təhlükəli maddələr ola bilər; Üzgüçülük hovuzları üçün kimyəvi maddələr–tərkibində təhlükəli kimyəvi maddələr ola bilər; Elektrik avadanlığı və cihazları–tərkibində civə ola bilər; Alətlər–tərkibində partlayıcı maddələr, sıxılmış qazlar və ya aerozollar, tezalışma xarakterli yapışqanlar və s. ola bilər; Oyuncaqlar–tezalışan materialardan hazırlanmış ola bilərlər; Vaksinnər–quru buzla birlikdə qablaşdırıla bilər; Hava nəqliyyatı ilə daşınmasına icazə verilmiş təhlükəli yüklər xarakterindən, sayından və qablaşdırılmasından asılı olaraq iki kateqoriyaya bölünürlər: I. Sərnişin təyyarələrində daşınmasına icazə verilmiş təhlükəli yüklər; II. Ancaq yük təyyarələrində daşınmasına icazə verilmiş təhlükəli yüklər (Carqo Aircraft Only CAO). Qablaşdırmaya tətbiq edilən tələblər IATA–nın “Təhlükəli yüklərin daşınması qaydaları” nda (DGR) göstərilmişdir. Qablaşdırması və ya sarğısı zədələnmiş təhlükəli yüklərin təyyarəyə yüklənməsi qadağandır. Yekun yükləmə cədvəlinin müvafiq qrafasında və yükləməyə dair teleqramda təhlükəli yükün kodu və təyyarədəki yeri göstərilməlidir. Kriogen mayelərin (çox soyudulmuş sıxılmış qazlar) canlı heyvanlara və damazlıq yumurtalara yaxın məsafədə yüklənməsinə icazə verilmir. Zəhərləyici maddələrin canlı heyvanlara və germetik qabı olmayan ərzaq məhsullarına yaxın məsafədə yüklənməsi qadağandır. Maqniti olan materiallar təyyarədə yerləşdirilərkən onların digər cihazlara təsir etməsinin qarşısı alınmalıdır. Radioaktiv materiallar hava nəqliyyatı ilə IATA–nın “Təhlükəli yüklərin daşınması qaydaları”na uyğun daşınır. Yükləmə–boşaltma prosesi yüksək 114
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
təhlükəsizlik tədbirləri və bu işdə iştirak edən insanların diqqətli olmasını tələb edir. II və III kateqoriyadan olan radioaktiv materialların qabının üzərində transport indeksi (TI) olmadıqda və yaxud qab zədələndikdə onların daşınmasına icazə verilmir. Bu tip yüklərin təyyarədə olduğuna dair gəmi heyətinə məlumat (NOTOC) verilməli və yekun yükləmə cədvəlinin müvafiq qrafasında və teleqramda yükün kodu, yeri və transport indeksi göstərilməlidir. Məs: RRY/D/1. Qablaşdırma zədələndikdə personalın yükə 25 metrdən yaxın məsafədə yaxınlaşmasına icazə verilmir. 7.2. Qiymətli yüklər (Valuable cargo VAL ) IATA qaydalarına (TACT Rules b. 3.7.6.) əsasən Qiymətli yüklər (Valuable cargo) kateqoriyasına aşağıdakı yüklər aid edilir: 1 kq brutto çəkisinin qiyməti 1000 ABŞ dollarından (1000 USD) yüksək olan yüklər; qızıl, platin və platin qrupuna aid edilən metallar; banknotlar, çeklər, qiymətli kağızlar, səhmlər, istifadəyə hazır bank və kredit kartları; brilyant, zümrüd, sapfir və təbii mirvari; tərkibində brilyant, zümrüd, sapfir və mirvari olan bəzək məmulatları; gümüşdən, qızıldan və platindən hazırlanmış saatlar və bəzək əşyaları; qızıl və platindən hazırlanmış digər əşyalar. Bu tip yüklərin daşınmasında Siniflərə ayrılmış yüklərə tətbiq edilən tarif və yaxud Sinif tarifi S (Class Rates or Commodity Classification Rates) tətbiq edilir, bu tariflərin ölçü və xüsusiyyətləri TACT Rules b. 3.7.6. ətraflı şəkildə qeyd edilmişdir. Aşağıda şəkil 7.2 –də TACT Rules b. 3.7.3. bir fraqment qeyd edilir:
Şəkil 7.2. 115
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Qiymətli yüklərin və ya qiymətləndirilmiş yüklərin daşınmasında yükün qiymətləndirilməsinə görə əlavə yığım tətbiq edilir (valuation charge). Qiymətli yüklərin daşınmasında Sinif tarifi tətbiq edildikdə yük aviaqaiməsi aşağıda göstərilən qaydada tərtib edilir: «Rate class» qrafasında S qeyd edilir; «Commodity item no» qrafasında tarifin kodu və əlavənin miqdarı qeyd edilir. Məs: 150% Normal tarifə əlavə - N150; «Chargeable weight» qrafasında ödənilən çəki qeyd edilir; «Rate / charge» qrafasında müvafiq tarif qeyd edilir. 7.3.
Tez xarab olan yüklər (Perishable cargo)
Temperaturun və nəmişliyin dəyişməsi, həmçinin çatdırılma müddətinin uzadılması nəticəsində keyfiyyətini itirən və ya istifadəsi yararsız hala çevrilən yüklər tez xarab olan yüklər adlanır. Adətən bu yüklərə aşağıdakı yüklər aid edilir: 1. Təzə meyvə və tərəvəz. 2. Damazlıq yumurta. 3. Təzə güllər. 4. Buxarlanmış ətlər. 5. Balıqlar və digər su heyvanları. Tez xarab olan yüklər, yükün vaxtında və keyfiyyətinin yaxşı vəziyyətdə çatdırılması üçün bütün imkanların mövcud olduğu təqdirdə daşınmaya qəbul edilir. Beynəlxalq hava xətlərində tez xarab olan yüklərin daşınması IATA–nın “Yük daşımalarının avianəqliyyat vasitəsi ilə daşınmasının təşkilinin prinsipləri və tez xarab olan yüklərin emalına dair rəhbər sənəd” (Principles of Cargo Handling and Perishable Cargo Handling Guide) sənədi ilə tənzimlənir. Bu yüklərin hava limanlarındakı emalı IATA–nın “Airport Handling Manual” (AHM 346) sənədinə əsasən təşkil edilir. Bu sənəd 1 aprel 1996–cı ildən qüvvəyə minmişdir. Qeyd edilən sənədlərdən əlavə bu yüklərin daşınması ixrac/idxal edən dövlətlərin müvafiq qayda və qanunları ilə də tənzimlənir. IATA tez xarab olan yüklərin daşınmasına dair xüsusi sənəd “IATA perishable cargo handling manual” nəşr edib. Bu sənəd tez xarab olan yüklərin daşınması qaydalarını tam və ətraflı şəkildə əhatə edən doqquz bölümdən ibarətdir. Bu bölümlər cədvəl 7.4–də göstərilmişdir. 116
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hökumətlərarası Beynəlxalq Saziş Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora CITES
Emalın mümkün olması Perishable handling facilities
Yükləmənin mümkün olmaması və yüklərin bölünməsi Incompatible Loads and Segregation
Konteynerlər və onların hazırlanması Container and handling guidelines
Sarğı və emal General packaging and Handling requirements
Sənədlər və nişanlama Documentation and Labeling
Ölkələrin tələbləri (qaydaları) Government regulations
Daşınmaya qəbul etmə Acceptance
Əsaslar və təyinatlar Background and definitions)
IATA Perishable cargo handling manual
Cədvəl 7.4.
Bu sənəddə həmçinin tez xarab olan yüklərin daşınmasında tətbiq edilən əsas tələblər də göstərilmişdir. Bu tələblər aşağıdakılardır: a) xüsusi nişanlama (aşağıda göstərilən); b) bu yüklərin yük anbarında saxlanması müddəti qısa və aşağı temperaturlu xüsusi yerlərdə olmalıdır. Marşrutdakı hava limanlarının imkanları TACT Rules b. 7.3.2. göstərilmişdir; c) təxsisetmə birbaşa təşkil edilməlidir, yəni marşrutun bütün etaplarında bron olmalı və daşınma bu brona ciddi riayət edilməklə yerinə yetirilməlidir; d) əlavə sənədlərin təqdim edilməsi ölkə (TACT Rules b. 7.3.) və aviaşirkətin (TACT Rules b. 8.3.) tələblərinə uyğun olmalıdır; e) yük aviaqaiməsinin «Handling» qrafasında bu tip yüklərin daşınmasındakı xüsusi tələblər qeyd edilir, «Nature and Quantiti of goods» qrafasında yükün adı ətraflı şəkildə göstərilir (məs: fresh flowers / təzə güllər) və əlavə «perishable cargo» (tez xarab olan) göstərilə bilər); f) tez xarab olan təhlükəli olmayan yükün tərkibində quru buz olduqda bu yük təhlükəli sayılır, baxmayaraq ki, təhlükəli yüklərin daşınmasında tələb edilən manifest (DGD) bu daşımada tələb edilmir. Yük aviaqaiməsinin «Handling» qrafasında: “Təhlükəli yük–yükgöndərənin manifesti tələb edilmir” (Dangerous goods– Shipper’s declaration not requried) qeyd edilir; 117
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
g) ödəmə adi tariflə, amma əvvəlcədən PREPAID (TACT Rules b. 2.3.1.) təşkil edilir.
Daşınmaya, mövcud uçuş marşrutu və cədvəlinə uyğun, daşınma prosesində öz xüsusiyyətini itirməyən yüksək keyfiyyətə malik olan tez xarab olan və təcili yüklər qəbul edilir. Yükün daşınmasına dair sənədlər tam və düzgün şəkildə təqdim edilməlidir. Bu sənədlərdə yükün keyfiyyət xarakteristikası göstərilməli, heyvan məhsulları üçün sertifikat və baytarlıq şəhadətnaməsi, yük, karantin mövcud olan məntəqələrdən göndərildikdə isə xüsusi karantin sənədləri təqdim edilməlidir. Tez xarab olan yüklər xüsusiyyətlərinə görə aşağıdakılara bölünürlər: a) bitki mənşəli olanlar: meyvə və tərəvəz, giləmeyvə, göbələk və s.; b) heyvan məhsulları: ət və balıq məhsulları, yumurta, kürü və s. c) emal edilmiş: pendir, tərkibində çoxlu miqdarda piy və yağ olan məhsullar, kolbasa və dondurulmuş bitki mənşəli məhsullar; d) kəsilməmiş və köklü bitkilər: əkilmək üçün nəzərdə tutulmuş ağac və bitkilər, güllər, toxumlar və s. e) artırılması və ya çoxaldılması nəzərdə tutulmuş su heyvanlarının kürü və yumurtaları; f) tibbi–bioloji preparatlar: insan orqanları, embrionlar, vaksinlər, nümunələr və konservləşdirilmiş qan; g) mətbuat materialları: qəzet və jurnallar. Yükqöndərən yükün daşınmasının hansı şərtlərlə həyata keçirilməsi barədə daşıyıcıya yazılı şəkildə məlumat verməlidir. Məs: yükün son çatdırılma müddəti, yükləmə–boşaltma zamanı riayət olunmalı qayda və şərtlər və s. Bu məlumatlar yük aviaqaiməsində və yükün üzərində göstərilməlidir. Daşıyıcı, marşrut boyu bütün tədbirlərin təşkil edildiyinə, yəni yük üçün təxsisin və əgər ehtiyac olarsa, təkrar dondurma üçün lazım olan xüsusi tədbirlərin mövcud olduğuna əmin olduqdan sonra yükü qəbul etməlidir. 118
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yükün üzərinə IATA–nın «PER» (PERISHABLE– “Tez xarab olan yük“) birkası yapışdırılmalıdır.
Daşıyıcı, uçuş vaxtı hava gəmisinin yük anbarlarında mövcud olan hava temperaturu haqqında yükgöndərənə məlumat verməlidir. Tez xarab olan yüklər hava gəmisinə yüklənərkən onlara, uçuş vaxtı təyyarədə ehtiyac olduqda müxtəlif növ xidmətin göstərilməsi üçün şəraitin olması nəzərə alınmalıdır. Tərkibində maye olan tez xarab olan yüklərin daşınmasında tətbiq edilən tələblər “Nəm yüklər” in daşınmasındakı tələblərlə eynidir. Ərzaq məhsullarının (EAT) tərkibində toksid (RPB) və infeksiya (RIS) olan maddələrlə, insan cəsədləri (HUM), həmçinin canlı heyvanlarla (AVI) birlikdə hava gəmilərinin eyni yük anbarında daşınmasına icazə verilmir. Xüsusi saxlanma kateqoriyasından olan tez xarab olan yüklərin daşınmasına dair məlumat gəmi heyəti kapitanına mütləq verilməlidir. Tez xarab olan yüklərin daşınması zamanı uçuşlardakı yubanmalar minimuma endirilməlidir. Yubanmalar baş verdikdə xidmət vasitələri və texnologiyasından, həmçinin yubanmaların müddətindən və alternativ reyslərin mövcud olmasından asılı olaraq aşağıdakı prosedurlar həyata keçirilir: əgər yükə faydası olacaqsa, hava gəmisindəki havanın kondisioner vasitəsi ilə təmiz saxlanması; yükün hava gəmisindən boşaldılıb yük anbarında bu tip yüklər üçün nəzərdə tutulmuş yerlərə daşınması; yükgöndərənin və ya yükalanın razılığı ilə yükün digər reyslə göndərilməsi; hava gəmisinin yük anbarındakı temperaturu nəzarətdə saxlamaq. Yükgöndərən və yükalana qeyd edilənlərə dair ətraflı məlumat verilməlidir. Tez xarab olan yüklərin daşınması vaxtı Yük manifestində IATA qaydalarına əsasən kodlar mütləq göstərilməlidir: EAT–ərzaq məhsulları; PER– tez 119
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
xarab olan yüklər; HEG–yumurtalar; LHO–insan orqanları və ya qan; ICE– quru buz; WET–germetik olmayan konteynerdə yerləşdirilmiş “Nəm yüklər”. 7.3.1. Meyvə və tərəvəzin daşınması Meyvə və tərəvəzin daışnmasında taxta və karton qutulardan və səbətlərdən istifadə edilir. Daşınmada istifadə edilən qablarda havanın içəri daxil olması üçün dəliklər olmalıdır və bu qablar təyyarədə üst–üstə yığıldığı üçün içindəkilərin əzilməsinin qarşısının alınması məqsədi ilə onlar möhkəm materialdan hazırlanmalıdır. Qablara üzərində “Tez xarab olan yük” (PER) yazılmış birkalar yapışdırılır və onların üstünə başqa yüklərin, xüsusilə də ağır yüklərin yüklənməsi qadağan edilir. 7.3.2. Yumurtaların daşınması Yumurtalar adətən arı pətəyinə bənzər formada hazırlanmış xüsusi qablarda daşınır. Bu qablar qalın və möhkəm kartondan hazırlanmış qutulara yığılır. Qutuların üzərinə “Tez xarab olan yük” yazılmış və qutunun üst tərəfini ox işarəsi ilə göstərən birka yapışdırılır. Damazlıq yumurtaların (HEG) daşındığı təyyarədə I və II kateqoriyadan olan radioaktiv materiallar olarsa, onların arasında şüa keçirməyən maneə olmalıdır. Hava gəmisinin yük anbarındakı temperatur +10˚C ilə +15˚C arası, uçuş zamanı isə +27˚C – dən çox olmamalıdır. Yumurtaların daşınması zamanı yekun yükləmə cədvəlinin müvafiq qrafasında yükün yerləşdiyi yer, çəkisi və kodu (EAT və yaxud HEG) qeyd edilir. 7.3.3. Güllərin daşınması Güllər möhkəm və qalın kartondan hazırlanmış qutularda daşınır. Qutulara üzərinə “Tez xarab olan yük” (PER) yazılmış birkalar yapışdırılır. Təzə meyvə və tərəvəzlərin tərkibində etil qazlarının mövcud olduğunu və bu qazların güllərin xarab olmasına səbəb olacağını nəzərə alaraq onların bir yerdə daşınmasına, həmçinin qutuların təyyarənin yük anbarının döşəməsi və divarlarına toxunmasına icazə verilmir (arada maneə olmalıdır).Yekun yükləmə cədvəlinin müvafiq qrafasında yükün yerləşdiyi yer, çəkisi və kodu (PEF) qeyd edilir. 120
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
7.3.4. Ətin daşınması Ətin daşınması zamanı uçuşun bütün etaplarında gigiyena qaydalarına ciddi şəkildə riayət etmək lazımdır. Ət “Nəm yüklər” kateqoriyasına daxildir, onun bağlaması sukeçirməyən materialdan olmalı və daşınma zamanı təyyarədəki temperatur: a) təzə ət üçün 0˚C ilə +5˚C arası; b) dondurulmuş ət üçün mənfi 12˚C–dən aşağı olmalıdır. Daşımada tərtib edilən yekun yükləmə cədvəlinin müvafiq qrafasında yükün yerləşdiyi yer, çəkisi və kodu (PER) qeyd edilir. 7.3.5. Balıqların daşınması Təzə balıqlar sukeçirməyən konteynerlərdə hərarətin +5˚C qədər olduğu temperaturda daşınır. Dondurulmuş balıqlar içi parafinlə örtülmüş karton qutularda temperaturun – 12˚C yuxarı olmadığı şəraitdə daşınır. Daşımada tərtib edilən yekun yükləmə cədvəlinin (LOAD – SHEET) “REMARKS” qrafasında yükün yerləşdiyi yer, çəkisi və kodu (PER) qeyd edilir. 7.3.6. Qan və insan orqanlarının daşınması İnsan orqanları və qan (LHO) təyyarənin yük anbarında II və III kateqoriyadan olan radioaktiv materiallarla (RRY) bir yerdə, IATA – nın təhlükəli yüklərin daşınması qaydalarına uyğun (DGR 9.3.12. və cədvəl 9.3.D) təhlükəsizlik məsafəsinə riayət etmək şərti ilə daşına bilər. Təyyarənin yük anbarında insan cəsədi (HUM) insan orqanları (LHO) ilə bir yerdə daşındıqda onların arasında zəruri məsafənin təmin edilməsi vacibdir. İnsan orqanlarının digər insanların həyatının xilas edilməsi məqsədi ilə daşınmasını nəzərə alaraq, bu işi maksimum sürətlə təşkil etmək lazımdır.
121
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Radioaktiv izotopların daşınması DGR tələblərinə uyğun və təcili şəkildə təşkil edilməlidir. Narkotik və təhlükəli dərman kateqoriyasına aid edilən dərman preparatları mövcud qaydalara uyğun şəkildə emal edilib daşınmalıdır. 7.3.7. Xüsusi xidmət tələb edən yüklərin daşınması (Other cargo needed special handling) Bəzi yüklərin daşınmasında xüsusi xidmət tələb edilir ki, bu da bir çox hallarda sürətlə göstərilən xidmət olur. Bu yüklərə aşağıdakılar aid edilir: insan həyatının xilas edilməsi üçün zəruri olan tibbi preparatlar (drugs to save life); poçt, qəzetlər (air mail, newspapers); nasaz vəziyyətdə olan təyyarə üçün ehtiyat hissələr (Aircraft on ground); həssas yüklər (Vulnerable cargo) (tütün məmulatı, alkoqollu içkilər, saatlar və s.). Bu yüklərin daşınmasında bir çox hallarda, yükün çatdırılmasına zəmanət verildiyi üçün ekspres–tariflər tətbiq edilir. Bu daşımalarda əsas diqqət yükün bağlamasına olan tələblərin yerinə yetirilməsidir. 7.3.8. Nəşriyyat materialları Nəşriyyat materiallarının daşınmasında adətən güzəştli tariflər R (güzəştli Sinif tarifi) tətbiq edilir. Bu tariflərin ölçü və şərtləri TACT Rules b. 3.7.7. göstərilmişdir. Nəşriyyat materiallarının daşınmasında Sinif tarifi tətbiq edildikdə yük aviaqaiməsi aşağıda göstərilən qaydada tərtib edilir: «Rate class» qrafasında R qeyd edilir; «Commodity item no» qrafasında tarifin kodu və güzəştdən sonra qalan qalığın miqdarı qeyd edilir. Məs: 55% Normal tarifə güzəşt–N55, yəni GCR Normal tarifə 45% güzəşt tətbiq edilmişdir; «Chargeable weight» qrafasında ödənilən çəki qeyd edilir; «Rate / charge» qrafasında müvafiq tarif qeyd edilir. Qeyd etmək lazımdır ki, əgər nəşriyyat materiallarına GCR tarifi tətbiq edildikdə daşınmanın qiyməti güzəştli R tarifindən ucuz olarsa, o zaman ucuz olan tarif (GCR) tətbiq ediləcək və aviaqaimə aşağıdakı şəkildə tərtib ediləcək: «Rate class» qrafasında Q qeyd edilir; «Commodity item no» qrafası boş qalır (heç bir qeyd edilmir); «Chargeable weight» qrafasında ödənilən çəki qeyd edilir; «Rate / charge» qrafasında müvafiq tarif qeyd edilir. 122
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Aşağıda şəkil 7.3–də TACT Rules b. 3.7.7. bir fraqment qeyd edilir:
Şəkil 7.3.
7.4. Yük kimi daşınan baqaj Yük kimi daşınan baqaj dedikdə sərnişinin şəxsi əşyaları (geyim, portativ musiqi alətləri, idman ləvazimatı, çapetmə avadanlığı və s.) nəzərdə tutulur. Bu tip yüklər aşağıdakı şərtlərlə daşınır: a) sərnişinin hərəkət etdiyi marşrutdakı mövcud tarif tətbiq edilir və baqajın daşıyıcıya təhvil verilməsi onun sahibinin yola düşməsindən əvvəl təşkil edilməlidir; b) yükün (baqajın) sahibi onun tərkibinə dair bəyannamə tərtib etməli, daşınma və gömrük üçün zəruri olan sənədləri rəsmiləşdirməli və ödəməni yerinə yetirməlidir. Yükün gömrük prosedurlarından keçməsini yük sahibi və ya onun Agenti təşkil etməlidir; c) uçuşa dair informasiya (aviabiletin nömrəsi, reys və s.) yük aviaqaiməsində göstərilməlidir; d) bu tip yüklərin daşınmasında ümumi yüklər üçün tətbiq edilən GCR və ya əgər uyğun olarsa Xüsusi tarif SCR tətbiq edilir. Bu şərtlərlə daşınan baqaja güzəştli sinif tarifi R də tətbiq edilə bilər. Bu tarifin tətbiq edilməsi şərtləri TACT Rules b. 3.7.8. göstərilmişdir. Əgər ümumi yüklər üçün tətbiq edilən GCR tarifi tətbiq edilən R tarifindən ucuz olarsa, o zaman daha ucuz olan, yəni GCR tarifi tətbiq edilir və aviaqaimə aşağıdakı şəkildə tərtib edilir: a) «Weight / valuation charges» və «Other charges at origin» qrafalarında X göstərilir, yəni əvvəcədən ödəniş edilib; b) «Handling» qrafasında yük sahibinin hərəkətinə dair ətraflı informasiya qeyd edilir; 123
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
c) «Rate class» qrafasında R qeyd edilir (əgər GCR tarifi tətbiq edilirsə, o zaman bu tarifin kodu göstərilir və «Commodity item no» qrafasında qeydlər aparılmır); d) «Commodity item no» qrafasında tarifin kodu və güzəştdən sonra qalan qalığın miqdarı qeyd edilir. Məs: 65% Normal tarifə güzəşt – N65; e) «Chargeable weight» qrafasında ödənilən çəki qeyd edilir; f) «Rate / charge» qrafasında müvafiq tarif qeyd edilir; g) «Nature and quantiti of goods» qrafasında “Personal effeckts, not restricted” (şəxsi əşyalar, təhlükəli deyil) qeyd edilir və burada “not restricted” yükün yoxlanıldığını və təhlükəli olmadığını bildirir. Aşağıda şəkil 7.4–də Rules b. 3.7.8. bir fraqment qeyd edilir:
Şəkil 7.4.
7.4.
“Nəm yüklər” (Wet cargo)
IATA–nın “Təhlükəli yüklərin daşınması qaydaları”–nda (DGR) göstərilməyən, tərkibində maye olan və ya xarakteri etibarı ilə daxilində maye hazırlanma xüsusiyyəti olan yüklər “Nəm yüklər” adlanır. “Nəm yüklər” kateqoriyasına aşağıdakı yüklər aid edilir: sukeçirməyən konteynerlərdəki maye; sukeçirməyən konteynerlərə yüklənməyən yaş materiallar (yaş buza sarınmış balıqlar, təzə və ya dondurulmuş ət, yaş dəri və gönlər və buna bənzər materiallar); xarakteri etibarı ilə daxilində maye hazırlama xüsusiyyəti olan yüklər (canlı heyvanlar və s.).
124
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Daşınma zamanı baş verə biləcək hər hansı nasazlıqların (maye axmalarının və ya sızmalarının) qarşısını almaq üçün ciddi tədbirlər görmək lazımdır. Sukeçirməyən konteynerlər IATA qanunlarının tələbinə uyğun olmalı, yüksək keyfiyyətli materiallardan hazırlanmalı və uçuşun təşkil edildiyi yüksəklikdəki təzyiqin dəyişməsi onun sıradan çıxmasına və ya yararsız vəziyyətə düşməsinə səbəb olmamalıdır. Bu konteynerlərin tipi IATA–nın “Canlı heyvanların daşınması qaydaları”nda (Live Animals Regulations LAR) göstərilib. Konteynerlərə üzərində “Yuxarı” yazılmış birkalar yapışdırılır.
“Nəm yüklər”in təyyarəyə yüklənməsi zamanı mayenin təyyarənin içinə axmasının qarşısını almaq məqsədi ilə onun döşəməsi polimer və ya brezent örtüklə örtülür, konteynerlər üzü yuxarı vəziyyətdə yüklənir və bərkidilir, tətbiq edilən birkalar (This way up) və nişanlar tələblərə uyğun olmalıdır. Zədələnmiş və ya zədələnmə ehtimalı böyük olan bağlamalardan istifadə edilməsinə icazə verilmir, maye halında olan yüklərin germetik olmayan konteynerlərdə daşınması zamanı maye sızmalarının qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər (mayenin şüşə qablarda yerləşdirilməsi və s.) təşkil edilməlidir. Xarakteri etibarı ilə daxilində maye hazırlama xüsusiyyəti olan yüklər (canlı heyvanlardan başqa) germetik konteynerlərdə daşınmalıdır. “Nəm yüklər”in daşınması zamanı təyyarənin döşəməsi ilə onların arasında məsafə olmalı və yükün döşəməyə toxunmasının qarşısı alınmalıdır. Bu tədbirlər təyyarənin müxtəlif hissələrinin korroziyaya uğramasının və digər yüklərin xarab olmasının qarşısının alınması məqsədi ilə təşkil edilir. Maye axmaları və ya sızmaları baş verdikdə təcili surətdə daşıyıcı aviaşirkətin rəhbərliyinə və ya nümayəndəsinə və gəmi kapitanına bu barədə məlumat verilməlidir. 125
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yük aviaqaiməsində xüsusi qeydlər edilmir, nişanlama müvafiq qaydada edilir və bir çox hallarda tez xarab olan yüklərə tətbiq edilən nişanlar (This way up) bu yüklərə də tətbiq edilir. Yükləmə–boşaltma prosedurları yüksək diqqət və nəzarət altında yerinə yetirilməlidir. Adətən aviaşirkətlər bu tip yüklərin daşınması üçün hava gəmilərini əvvəlcədən hazırlayır və maye sızmalarının hava gəmisinin və digər yüklərin sıradan çıxmasının qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçirirlər. Əlavə sənədlərin təqdim edilməsi ölkə (TACT Rules b. 7.3.) və aviaşirkətin (TACT Rules b. 8.3.) tələblərindən asılı olur. 7.6.
İnsan cəsədinin daşınmas (Human remains)
İnsan cəsədlərinin daşınması hökumətin təsdiq etdiyi qanunlara uyğun olmalı və bunun üçün tələb olunan əsas sənədlərdən biri ölüm haqqında şəhadətnamədir. Nəqliyyat vasitələri ilə daşınan insan cəsədləri iki növ olur: 1) yandırılmış kül şəklində insan cəsədi (Human remains in ashes); 2) tabutla daşınan insan cəsədi (Human remains in coffin). Cəsədlərin saxlanması üçün beynəlxalq hava limanlarında xüsusi yerlər olur. İnsan cəsədləri taxta tabutlarda qurğuşun və ya sinkdən hazırlanmış germetik qutuların içində daşınır. Adətən tabutlar ağır yük kimi (HUM) qeyd edilir, ”xüsusi kateqoriyalı yük” blankı tərtib edilir və həmin blank gəmi heyətinə verilir. Bu yüklərin emosional xarakterli olduğunu nəzərə alan hava limanı və aviaşirkətin yük şöbələri onu xüsusi nəzarətdə saxlayırlar. Bu tip yüklərin daşınmasının xüsusiyyətləri aşağıdakılardan ibarətdir: a) yük aviaqaiməsinin tərtib edilməsi kiçik istisnalar edilməklə ümumi qaydada təşkil edilir; b) əlavə sənədlərin təqdim edilməsi ölkə (TACT Rules b.7.3.) və aviaşirkətin (TACT Rules b.8.3.) tələblərindən asılıdır; c) bu yüklərə xüsusi nişanlanma tətbiq edilmir, baxmayaraq ki, ox işarələri ilə nişanlanma (this side up) tətbiq edilir; d) bu yüklərin canlı heyvanlar və ərzaq məhsulları ilə bir yerdə saxlanmasına icazə verilmir; e) təxsisetmə bütün marşrut boyu əvvəlcədən təşkil edilir. Bu yüklər sərnişin təyyarələrinin ancaq yük anbarlarında və yük təyyarələrinin isə yük bölümündə daşınır (sərnişin təyyarələrində sərnişinlərlə bir yerdə göyərtədə 126
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
daşınması qadağandır) və onların canlı heyvan və ərzaq məhsulları ilə bir bölmədə daşınmasına icazə verilmir; f) tabutların daşınması, ümumi yüklər kimi daşınan küllərdən fərqli olaraq xüsusi diqqət tələb edir. Belə ki, cəsədlər taxta tabutlarda qurğuşun və ya sinkdən hazırlanmış su keçirməyən germetik qutuların içində daşınır; g) bu yüklər iriqabaritli və ağır olur, buna görə də hava limanı və aviaşirkətin fiziki imkanları daşımada mütləq nəzərə alınmalıdır; h) yükün çatdırılmasına dair informasiya yükalana əvvəlcədən çatdırılır və gömrük orqanları bu yüklərin qeyd edilməsi prosedurlarını yubanmalara yol vermədən sürətli şəkildə təşkil edirlər; i) bu yüklərin daşınması ümumi yüklərdən fərqli olaraq yüksək tariflə təşkil edilir, çünki bu yüklər “Xüsusi yüklər” kateqoriyasına aiddir və ona görə də Sinif tarifi S tətbiq edilir” j) ödəmənin “collect” formasında (yükalan tərəfindən ödənməsi) olması xüsusi razılıq əsasında ola bilər (TACT Rules b. 2.3.) Bu tip yüklərin daşınması və tariflərin tətbiq edilməsi qaydaları TACT Rules b. 3.7.9. göstərilmişdir (şəkil 7.5.).
Şəkil 7.5.
İnsan cəsədlərinin daşınmasında Sinif tarifi tətbiq edildikdə yük aviaqaiməsi aşağıda göstərilən qaydada tərtib edilir: «Rate class» qrafasında S qeyd edilir (əgər GCR tarifi tətbiq edilirsə, o zaman bu tarifin kodu göstərilir və «Commodity item no» qrafasında qeydlər aparılmır); «Commodity item no» qrafasında tarifin kodu və əlavənin ölçüsü qeyd edilir. Məs: 115% Normal tarifə əlavə –N115; «Chargeable weight» qrafasında ödənilən çəki qeyd edilir; «Rate / charge» qrafasında müvafiq tarif qeyd edilir. 127
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
İnsan cəsədlərinin daşınmasında tərtib edilən yekun yükləmə cədvəlinin (LOAD–SHEET) “REMARKS” qrafasında yükün yerləşdiyi yer, çəkisi və kodu (HUM) qeyd edilir. 7.7.
Şəxsi əşyaların (müşayiət olunmayan baqajın) daşınması (Personal effects (unaccompanied baggage))
Sərnişindən və onun əl baqajından ayrı daşınan və ona məxsus olan baqaj müşayiət olunmayan baqaj adlanır. Müşayiət olunmayan baqaj iki növ olur: 1. Baqajın pulsuz daşınan normasından (çəkisindən) artıq olan və sərnişinin aviaşirkətə əlavə ödəmə müqabilində daşınması üçün təqdim etdiyi baqaj. Belə hallarda yük (baqaj) yüksək tarif tətbiq edilməklə sərnişinlə eyni təyyarədə daşınır. 2. Sərnişin tərəfindən əvvəlcədən yük kimi təqdim edilən, yük aviaqaiməsi tərtib edilən və güzəştli tariflə daşınan baqaj. Bu yükün sərnişinlə eyni təyyarədə daşınması şərt deyil və o, həmin marşrutdakı digər təyyarə ilə də daşına bilər. Bu tip yüklərin daşınmasında yük aviaqaiməsi aşağıdakı şəkildə tərtib edilir: «Handling» qrafasında baqajın sahibinin aviabiletinin və reysin nömrəsi, uçuş tarixi və təyinat hava limanı göstərilir; «Nature and Quantity of Goods» qrafasında baqaja dair geniş informasiya (onun xarici görünüşü, rəngi və s.) göstərilir; əlavə sənədlərin təqdim edilməsi ölkə (TACT Rules b. 7.3.) və aviaşirkətin (TACT Rules b. 8.3.) tələblərindən asılıdır. Bundan əlavə gömrük orqanları üçün yükün tərkibi və oradakı əşyaların təxmini qiyməti də göstərilir. Əlavə edilən sənədlər «Handling» qrafasında qeyd edilir; yükgöndərən və yükalana dair məlumatların düzgün tərtib edilməsini yoxlamaq məqsədi ilə yükün nişanlanmasına xüsusi nəzarət etmək lazımdır; yuxarıda da qeyd edildiyi kimi baqaj sərnişinlə bir təyyarədə daşındıqda yüksək tarif tətbiq edilir ki, bu da həmin marşrutda birinci sinif biletin bir tərəfə (One Way) olan tam (100%) qiymətinin 1% - dir, yəni bu tip daşımada baqaj tarifi tətbiq edilir; yük kimi qeyd edilən və sərnişindən ayrıca daşınan baqaj ümumi yüklərin daşınmasında tətbiq edilən tarif ilə daşınır, bəzi hallarda bu daşımalarda güzəşt tətbiq edilir (Xüsusi tarif və ya Sinif tarifi). 128
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
7.8.
Kəskin qoxulu yüklərin daşınması (Strongly smelling goods)
Kəskin qoxulu yüklər xüsusi yüklər kateqoriyasına aid edilir və onların daşınması sukeçirməyən və hər tərəfi möhkəm saranmış, qoxu buraxmayan konteynerlərdə həyata keçirilir. Kəskin qoxulu yüklər–təzə dərilər, efir yağları, təzə və ya duzlanmış içalat (bağırsaqlar) öz növbəsində “Nəm yüklər” kateqoriyasına da aid edilir. Efir yağlarının daşınması metal və ya plastik qablarda və ya çəlləklərdə IATA–nın “Təhlükəli yüklərin daşınması qaydaları”–nın tələblərinə uyğun olaraq həyata keçirilir. Bu tip yüklərin daşınmasında əsas şərtlər: 1) yük daşınmaya qoxu buraxmayan sarğıda qəbul edilir; 2) tələblər və sənədlər–ölkə (TACT Rules b. 7.3.) və aviaşirkətin (TACT Rules b. 8.3.) tələblərinə uyğun olmalıdır. 7.9. İriqabaritli və ağır yüklərin daşınması (Outsized and heavy cargo ) Ölçüləri standart yük vahidinin (ULD) ölçülərindən böyük olan yüklər İriqabaritli yük adlanır. Onların yüklənməsi və boşaldılması üçün xüsusi avadanlıqlar tələb olunur. Çəkisi 150 kq çox olan yük ağır yük adlanır. Bəzi aviaşirkətlərdə istismar edilən təyyarənin tipindən asılı olaraq bu çəki (150 kq) dəyişir. Bu tip yüklərin daşınmasında əsas şərtlər: a) yükləmə – boşaltma prosedurlarında xüsusi avadanlıqdan istifadə edilir və yük daşınmaya, tranzit və təyinat hava limanlarında bu tip avadanlıqların mövcud olduğu təqdirdə qəbul edilir (TACT Rules b. 7.3.). Adətən daşıyıcı bu avadanlıqların mövcud olmasına dair informasiyaya əvvəlcədən malik olur; b) əgər yük daşınmaya sarğısız təqdim edilirsə, onun alt hissəsində avadanlığın (mexanizmin) onu qaldırması üçün xüsusi relslər olmalıdır; c) təxsisetmə əvvəlcədən təşkil edilir; d) əlavə sənədlərin təqdim edilməsi ölkə (TACT Rules b. 7.3.) və aviaşirkətin (TACT Rules b. 8.3.) tələblərindən asılıdır; e) ödəmə adətən aviaşirkətin xüsusi şöbəsinin hesabladığı məbləğ əsasında təşkil edilir, həmçinin hesablama yükün çəkisi və ölçüləri ilə deyil, onun təyyarənin anbarının həcmindən istifadə etdiyi sahə ilə müəyyən edilir.
129
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
7.10. Silah, hərbi ləvazimat və malların daşınması (Arms, Ammunition, War material) Bu yüklərin daşınması təhlükəsizlik və siyasi məsələlər ilə birbaşa bağlı olduğu üçün dövlətlərin müvafiq orqanlarının xüsusi nəzarətində olur. Bir qayda olaraq bu yüklərin daşınması hökumətlər səviyyəsində razılaşdırılır və onların idxal / ixrac prosedurları üçün müvafiq qərar və lisenziyalar tələb olunur. Digər sənədlər isə ölkə (TACT Rules 7.3.) və aviaşirkətin (TACT Rules 8.3.) tələblərindən asılı olur. Qeyd etmək lazımdır ki, bəzi daşıyıcılara bu tip yükləri daşımaq qadağan (embarqo) edilib. Bu yüklər bir çox hallarda təhlükəli yük kateqoriyasına aid edilir və onların daşınması ICAO–nun “Təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasına dair texniki təlimat“ (Doc. 9284–AN/905) və IATA–nın “Təhlükəli yüklərin daşınması qaydaları” (Dangerous Goods Regulations DGR) sənədləri ilə tənzimlənir. 130
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
7.11. Canlı heyvanların daşınması 1973–cü ildə Vaşinqton şəhərində keçirilmiş Ümumdünya Təbiəti Mühafizə İttifaqının (IUCN) Qətnaməsi əsasında qəbul edilmiş “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin Beynəlxalq Ticarət Konvensiyası” (Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora CITES) vəhşi fauna və floranın nadir və yoxolma təhlükəsi olan növlərinin idxal və ixracına məhdudiyyətlər tətbiq etmişdir. Bu sənəd eyni zamanda “Hökumətlərarası Beynəlxalq Saziş” adlanır. IATA–nın “Canlı heyvanların daşınması qaydaları”nda (Live Animals Regulations LAR) Vaşinqton Konvensiyasının tələbləri və məhdudiyyətləri nəzərə alınıb. Canlı heyvanların daşınmasında aşağıdakı amillərə diqqət edilməlidir: heyvanın növü, xarakteri, nəsli, cinsi, yaşı və çəkisi; heyvanın vəziyyəti, yəni üzərindəki tükü, boğaz olması, balalarının südəmər və ya böyük olması; daşındığı konteynerin və ya qəfəsin tipi; hava gəmisinin tipi; yük anbarındakı şərait (havalandırmanın sürəti və istiqaməti, temperatur və s.) tranzit və sonuncu hava limanlarındakı iqlim şəraiti; təyyarənin anbarında yükün yerləşdiyi yer; heyvana təsir göstərə biləcək başqa yüklərin olması; tələb edilən sənədlərin olması (yükgöndərənin canlı heyvan göndərmək üçün sertifikatı, heyvanın sağlamlıq sertifikatı, idxal və ya ixrac üçün razılıq və s.). Canlı heyvanların daşınmasında yükgöndərən zəruri sənədlərin hazırlanması və təqdim edilməsini, həmçinin onların göndərilmə, tranzit, transfer və təyinat ölkələrin tələblərinə uyğun olmasını təmin etməlidir. Bu sənədlər mövcud tələblərə uyğun olmalı, daşınmada ərazilərindən istifadə edilən ölkələrin müvafiq qanunlarının tələbləri ilə ziddiyyət yaratmamalı və daşınan yükə dair geniş məlumatı özündə əks etdirməlidir. Canlı heyvanların beynəlxalq hava nəqliyyatı ilə daşınması IATA–nın “Canlı heyvanların daşınması qaydaları” (Live Animals Regulations LAR) sənədi ilə tənzimlənir. Bu sənəd 12 bölmədən və Əlavələrdən ibarətdir (şəkil 7.6.).
131
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Qaydaların tətbiqi Application of these regulations Ölkələrin tələbləri Government regulations Daşıyıcıların tələbləri Carrier regulations Təxsisetmə (bronlaşdırma) və ön tədbirlər Reservations and advance arrangements Heyvanların davranışı Animal behavior Heyvanların siyahısı, xarici görünüşü və ölçüləri Listing, description and sizes of species Sənədlər Documentation Heyvanların daşındığı konteynerlərə tətbiq edilən tələblər Container requirements Nişanlama və yapışdırılan lövhələr Marking and labeling Xidmət prosedurları Handling procedures Hökumətlərarası Beynəlxalq Sazişin tələbləri CITES Təşkilatlar Office international Əlavələr Appendixes
Canlı heyvanların daşınması qaydaları Live Animals Regulations LAR
Şəkil 7.6.
IATA – nın təsnifatına əsasən heyvanlar aşağıdakı siniflərə bölünürlər: A –Amphibian (suda yaşayanlar); B –Brid (quşlar); C –Crustacean (xərçəngkimilər); F – Fish (balıqlar); I – Invertebrate (onurğasızlar); M –Mammal (məməlilər); R – Reptile (sürünənlər). Yuxarıda qeyd edildiyi kimi canlı heyvanların daşınmasına dair IATA xüsusi qaydalar tətbiq edir və bu sahədə fəaliyyət göstərənlər üçün IATA xüsusi hazırlıq kursları təşkil edir. Canlı hevanların hava nəqliyyatı ilə daşınmasında tətbiq edilən əsas tələblər aşağıdakılardan ibarətdir: 1. Yükgöndərənin Sertifikatı (Shipper’s Certification for Live Animals şəkil 7.7.). Bu sənəd xüsusi formaya malikdir, tərtib edilməsi və imzalanması ancaq yükgöndərən və ya onun yazılı şəkildə etibarnamə verdiyi nümayəndəsi tərəfindən həyata keçirilir, çünki bu sənədi imzalayan şəxs yükün daşınmaya hazırlanması və 132
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
sənəddə qeyd edilənlərin düzgün olmasına dair məsuliyyət daşıyır. Sertifikat iki nüsxədə tərtib edilir, bir nüsxə göndərilmə hava limanının yük şöbəsində saxlanılır, ikincisi isə yük aviaqaiməsi ilə birlikdə təyinat hava limanına göndərilir. Bu sənədin tərtib edilməsi qaydaları və bəzi xüsusiyyətləri IATA–nın “Canlı heyvanların daşınması qaydaları”nda (Live Animal Regulations LAR) göstərilmişdir. Sertifikatın arxa tərəfində canlı heyvanların daşınmaya hazırlanmasındakı əsas tələblər qısa şəkildə qeyd edilmişdir. 2. Canlı heyvanların daşınması ixrac edən (eksport), tranzit və təyinat ölkələrin ümumi tələblərinə (TACT Rules b. 7.3.) və daşımanı təşkil edən daşıyıcının qaydalarına (TACT Rules b. 8.3.) uyğun olmalıdır. Bundan əlavə ölkələr və daşıyıcılarla bağlı LAR–da qeyd edilən məhdudiyyətlər də nəzərə alınmalıdır. CITES–də göstərilmiş siyahıda olan heyvanların daşınması üçün əlavə sənədlər təqdim edilməlidir (vaksinasiyaya dair müxtəlif sertifikatlar, lisenziyalar, mənşə sertifikatı və s.). 3. Canlı heyvanların daşınması zamanı Yük aviaqaiməsində xüsusi qeydlər edilir: «Handling information» (yerüstü xidmət zamanı yükə göstərilən xüsusi qaydalar) qrafasında Shipper’s Certification for Live Animals və fasiləsiz işləyən telefon nömrəsi (məs: 24 hour contact phone no: 1234567) göstərilir. 4. «Nature and Quantity of Goods (Incl Dimension or Volume)» (daşınan malın sayı, ölçüləri və xüsusiyyətləri) qrafasında daşınan heyvanların sayı, sinifi və adı göstərilir. 5. Yüklərin nişanlanmasına xüsusi tələblər tətbiq edilir. Bu tələblər LAR–da göstərilmişdir. Standart nişanlardan (this way up) əlavə qəfəsin və ya konteynerin dörd tərəfinə şəkil 7.8 – də göstərilən Live Animals etiketi yapışdırılmalıdır. 6. Heyvanların daşındığı qəfəslər LAR–da göstərilmiş tələblərə uyğun olmalıdır. 7. Yüklərin hərəkəti, yüklənməsi və boşaldılması zamanı heyvanların temperatura, qoxuya və səsə həssas olduğu (reaksiya verməsi) mütləq nəzərə alınmalıdır. Bu tip yüklər yük anbarında ayrıca və qısa müddət ərzində saxlanılmalıdır. 8. Yük təyyarənin, temperaturunun həmin yükə müvafiq olan və ora yüklənmiş yüklərin canlı heyvanlarla birlikdə daşınmasına icazə verilmiş olan bölməsinə yüklənməlidir. 9. Canlı heyvanların daşınması zamanı xüsusi sənəd–təyyarəyə xüsusi yüklərin yüklənməsi və yerləşdirilməsinə dair informasiya NOTOC (Notice to Capitan) tərtib edilməlidir (təhlükəli yüklərin daşınmasında olduğu kimi). 10. Canlı heyvanlar daşınmaya qəbul edildikdə yük şöbəsinin səlahiyyətli nümayəndəsi check–list adlanan sənəd tərtib etməli, onun əsli göndərilmə hava 133
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
limanında saxlanmalı, ikinci nüsxəsi isə digər yük sənədləri ilə birlikdə təyinat hava limanına göndərilməlidir. 11. Bu tip yüklərin təxsis edilməsi əvvəlcədən təşkil edilməlidir. 12. Heyvanların daşınması zamanı onların yem və su ilə təmin edilməsi zərurəti olduqda, bu işin yerinə yetirilməsinə dair təlimatın hazırlanması və yemlə təmin edilməsi yükgöndərən tərəfindən təşkil edilməlidir. 13. Yükalana yükün çatdırılmasına dair informasiya yükün təyyarəyə yüklənməsi təsdiq edildikdən sonra və baş verən dəyişikliklər (yubanma, daşınmadan imtina və s.) əlavə olaraq aviaşirkət tərəfindən verilir. 14. Canlı heyvanların daşınması ümumi yüklərdən fərqli olaraq daha yüksək tarif ilə təşkil edilir, çünki bu yüklər xüsusi yük kateqoriyasına aid edilir və yüksək sinif tarifi S tətbiq edilir. Bəzi hallarda, təyin edilmiş hansısa marşrutda müəyyən edilmiş bir qrup yüklərin daşınmasında Xüsusi tarif tətbiq edilərsə və canlı heyvanlar da həmin qrupa daxil edildikdə onların daşınması həmin tariflə təşkil edilə bilər. 15. Canlı heyvanların daşınması TACT Rules b. 2.3. uyğun olaraq Prepaid (əvvəlcədən ödəmə yükgöndərən tərəfindən) formasında təşkil edilir. 16. Daşıyıcının məsuliyyəti daşınan heyvanın xüsusiyyəti ilə məhdudlaşır. Belə ki, heyvan stresə davam gətirməyə bilər, qəfəsdəki digər heyvan tərəfindən zədələnə bilər və s. Bu hallarda daşıyıcı məsuliyyət daşımır və şikayətlər də qəbul edilmir. Canlı heyvanlar IATA–nın “Canlı heyvanların daşınması qaydaları”–nın tələblərinə uyğun şəkildə hazırlanmış konteynerlərdə daşınmaya qəbul edilir. Canlı heyvanlar daşınma və yükləmə–boşaltma zamanı aşağıdakı materiallardan uzaq tutulmalıdırlar: germetik bağlı olmayan ərzaq məhsullarından (EAT); erkək ilə dişi eyni bölməyə yükləndiyi zaman onları mümkün olduqca bir birindən aralı tutmaq lazımdır; quru buzdan (ICE) və ya daşınmasında ondan istifadə edilən yüklərdən; kriogen halında olan mayelərdən (RCI); zəhərli (RPB, RHF) və infeksion (RIS) maddələrdən; II və III kateqoriyadan olan (sarı) radioaktiv materiallardan (RRY). Bu tip yüklər təyyarəyə yükləndikdə gəmi heyətinə buna dair məlumat verilir. Canlı heyvanların daşınmasında tərtib edilən yekun yükləmə cədvəlinin (LOAD–SHEET) “REMARKS” qrafasında yükün yerləşdiyi yer, çəkisi və kodu (AVI) qeyd edilir. 134
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Uçuşun təhlükəsizliyi, uçuş boyu heyvanlara nəzarət və ehtiyac olduqda xidmət göstərilməsi baxımından canlı heyvanlar daşınmaya qəbul edilərkən, adətən yükgöndərənin istəyi ilə yükü müşayiət edən də olur və bu tərtib edilən yekun yükləmə cədvəlinin “REMARKS” qrafasında qeyd edilir. Ev quşlarının daşınmasında əsas amillərdən biri də təyyarədəki hava və temperaturdur. Adətən daşınan quşlar bir günlük cücələr olur və nəmişliyə çox həssas olurlar. Bunun üçün optimal temperatur müsbət 15˚C ilə 20˚C arasında olur. Quşlar böyük miqdarda daşındığı üçün havanın təmiz olması əsas şərtlərdəndir. Bunun üçün quşların daşındığı qutuların üzərində müxtəlif ölçülərdə çoxlu sayda dəliklər açılır. Uçuşun vaxtı böyük olduqda hava gəmisinin anbarları quşların yemlənməsi üçün işıqlandırılmalıdır.
Şəkil7.8.
Dekorativ balıqların daşınması, həcminin təxminən 30%-i su ilə, qalan hissəsi isə təmiz oksigen qazı ilə doldurulmuş polietilen paketlərdə həyata keçirilir. Paketlər kartondan, ağacdan, plastikdən və ya penopolistiroldan hazırlanmış konteynerlərə yerləşdirilir.
135
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Paketlərdəki suyun temperaturu ən azı 48 saat ərzində müsbət 20˚C olmalıdır və bunun üçün konteynerlərin içi istilik keçirməyən materiallarla təchiz edilir. Paketlərin keyfiyyəti, su və qaz ilə doldurulması və içindəki balıqların diri qalması məsuliyyəti yükgöndərənin üzərinə düşür. Daşıyıcı yükün və konteynerlərin keyfiyyətini yoxlama hüququna malikdir.
Canlı heyvanları uçuş zamanı müşayiət edən şəxslər bu heyvanların daşınması və davranış qaydalarını yaxşı bilməli və zəruri təcrübəyə malik olmalı, daşınma zamanı xəstələnmiş və ya yaralanmış heyvanlara tələb olunan baytarlıq xidməti göstərməyi professional səviyyədə bacarmalıdırlar. 136
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Şəkil 7.12.
7 – ci Modula aid sınaq sualları: 1. ICAO–nun hansı sənədində “Təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasına dair texniki təlimat” göstərilmişdir? a) Doc.9284; b) Doc.9626; c) Doc.9161; d) Doc.8400. 2. IATA–nın “Təhlükəli yüklərin daşınması qaydaları” (Dangerous Goods Regulations DGR) neçə bölmədən ibarətdir? a) 5; b) 8; c) 10; d) 12. 3. Təhlükəli yüklər neçə sinifə bölünürlər? a) 6; b) 9; c) 10; d) 12. 4. Bunlardan hansı “ağır yük” kateqoriyasına aiddir? a) çəkisi 100 kq çox olan; b) çəkisi 50 kq çox olan; c) çəkisi 150 kq çox olan; d) çəkisi 200 kq çox olan. 137
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
5. Bunlardan hansı “xüsusi yüklər” kateqoriyasına aid deyil? a) şəxsi əşyalar; b) kəskin qoxulu yüklər; c) tez xarab olan yüklər; d) gəmi heyətinin baqajı. 6. Bu kodlardan hansı «Qiymətli yüklər» ə aiddir? a) BIG; b) AVI; c) PER; d) VAL. 7. Bu kodlardan hansı «Ərzaq məhsulları»na aiddir? a) EAT; b) AVI; c) PER; d) VAL. 8. Bu kodlardan hansı «Yumurtalar»a aiddir? a) EAT; b) AVI; c) PER; d) HEG. 9. Bu kodlardan hansı «Güllər»ə aiddir? a) EAT; b) AVI; c) PEF; d) VAL. 10. Bu kodlardan hansı «Nəm yüklər»ə aiddir? a) EAT; b) AVI; c) PER; d) WET. 11. Bu kodlardan hansı «Canlı heyvanlar»a aiddir? a) BIG; b) AVI; c) PER; d) VAL. 12. IATA – nın “Canlı heyvanların daşınması qaydaları” (Live Animals Regulations LAR) sənədi neçə fəsildən ibarətdir? a) 8; b) 10; c) 12; d) 9. 13. IATA – nın təsnifatına əsasən heyvanlar neçə sinifə bölünürlər? a) 5; b) 6; c) 7; d) 8. 14. Bu kodlardan hansı «Sürünənlər»ə aiddir? a) A; b) I; c) B; d) M. 15. Bu kodlardan hansı «Xərçəngkimilər»ə aiddir? a) A; b) I; c) C; d) F.
138
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
8 – ci MODUL. Yükləmə və boşaltma prosedurları 8.1. Yüklərin konteynerlərdə və paketləşdirilmiş şəkildə daşınması. 8.2. Yüklərin çatdırılması. 8.3. Yükün hərəkətinə dair informasiya. 8.4. Zədələnmiş yüklər.
Yüklərin hava gəmisinə yüklənməsi və ondan boşaldılması prosedurları adətən daşıyıcının personalı və texniki vasitələri ilə təşkil edilir. Buna baxmayaraq daşıyıcı zərurət yarandıqda bu prosedurların həyata keçirilməsinin yükgöndərən və ya yükalan tərəfindən təşkil edilməsini tələb etmək hüququna malikdir. Belə hallarda bu prosedurlara rəhbərlik və nəzarət etmək məsuliyyəti daşıyıcının üzərinə düşür. Daşıyıcı, iriqabaritli və ya ağır çəkili yüklərin yüklənməsi və boşaldılması prosedurlarının təşkil edilməsi üçün zəruri olan texniki avadanlıqları və vasitələri, həmçinin yüklərin hava gəmisinin yük bölmələrində bərkidilməsi üçün lazım olan xüsusi ləvazimatları yükgöndərəndən və ya yükalandan tələb etmək hüququna malikdir. 8.1.
Yüklərin konteynerlərdə və paketləşdirilmiş şəkildə daşınması
Müasir dövrdə yüklər hava nəqliyyatında xüsusiləşdirilmiş və universal konteynerlərdə, həmçinin paketləşdirilmiş şəkildə daşınır. Yüklərin daşınması qaydaları, beynəlxalq standart və normativ sənədlər əsasında istismar edilən hava gəmilərinin xüsusiyyətləri nəzərə alınaraq daşıyıcı tərəfindən müəyyənləşdirilir. Daşımalarda istifadə olunan konteynerlər və palletlər aviasiya müəssisəsinə və yükgöndərənə (yükalana) məxsus ola bilər. Aviasiya müəssisəsi malik olduğu konteyner və palletləri müqavilə əsasında yükgöndərənə (yükalana) icarəyə verə bilər. Yükgöndərən (yükalan) daşımalarda özünün balansında olan konteyner və palletlərdən daşıyıcının razılığı ilə istifadə edə bilər. Bu vasitələrin tipi və ölçüləri əvvəlcədən daşıyıcı ilə razılaşdırılmalıdır. Yük daşımalarında istifadə olunan konteyner və palletlər daşınma üçün yararlı və mövcud tələblərə uyğun olmalıdır. Bu vasitələrin texniki vəziyyəti uçuşun təhlükəsizliyini və yükün saxlanmasını təmin etmədikdə, onların istismarına icazə verilmir. Onların istismara yararlı olması daşıyıcı və yükgöndərən (yükalan) tərəfindən standart texniki tələblər və daşımanın şərtləri əsasında müəyyən edilir. İstismara yararsız olan bu vasitələrin daşınmada istifadə edilməsinə görə daşıyıcı və yükgöndərən (yükalan) məsuliyyət daşıyırlar. 139
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Daşıyıcı yükü qəbul edərkən yükgöndərənin (yükalanın) konteyner və paketləşdirmə vasitələrinin texniki vəziyyətinə nəzarət etməlidir. Bu vasitələrin texniki xidməti və təmiri onların sahiblərinin hesabına təşkil edilir. Bu prosedurlar normativ sənədlər əsasında həyata keçirilir.
Konteyner və paketlərlə daşınan yüklər bu vasitələrin ölçülərindən və yükgötürmə imkanlarından artıq olmamalıdır və bu vasitələrlə daşınan yüklərin qabları, bağlamaları və nişanları mövcud tələblərə uyğun olmalıdır. Yükgöndərən tərəfindən möhürlənmiş konteynerlərdə daşınan yüklərin nişansız daşınmasına icazə verilir. Möhürlənmiş konteyner və palletlərdə daşınan yüklər ancaq bir yükalana ünvanlanmalıdır. Bir konteyner və ya palletə ancaq eyni təyinat məntəqəsinə daşınan yüklər yüklənməlidir. Eyni konteyner və ya palletdə daşınan yüklər kimyəvi və fiziki xüsusiyyətlərinə görə bir–birinə mənfi təsir göstərməməlidir. 140
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hava gəmisinə yüklənən konteynerlər möhürlənməlidir. Yükgöndərən tərəfindən möhürlənmiş konteynerin özündə və ya möhüründə zədəsi olmadığı təqdirdə daşınan yüklərin itməsinə görə daşıyıcı məsuliyyət daşımır. 8.2.
Yüklərin çatdırılması
Daşıyıcı daşınmaya qəbul edilmiş yükü təyinat məntəqəsinə vaxtında çatdırmalıdır. Hava nəqliyyatında yükün çatdırılması müddəti onun daşınmaya qəbul edildiyi vaxtdan yükalana yükün təyinat hava limanına çatdırıldığına dair informasiyanın verildiyi vaxta qədər hesablanır. Bura yükün göndərilmə, aralıq (transfer) və təyinat hava limanlarında nəzərdə tutulmuş vaxt ərzində hazırlanması və saxlanması da daxildir. Ağırçəkili, iriqabaritli və kiçik partiyalardan ibarət olan yüklərin müntəzəm uçuşlar olmayan məntəqələrə daşınmasının müddəti daşıyıcı ilə yükgöndərən arasında razılaşdırılır. Daşıyıcı yükün çatdırılma vaxtından sonra 12 saat ərzində yükalana yükün aviaqaimədə göstərilən ünvana gəldiyinə dair informasiya verdikdə həmin yük vaxtında çatdırılmış hesab edilir. Aşağıdakı səbəblərdən yükün vaxtından gec çatdırılmasına görə daşıyıcı məsuliyyət daşımır: təbii fəlakətlər; uçuşlar üçün qeyri– əlverişli hava şəraitləri; dövlət orqanları tərəfindən uçuşlara məhdudiyyətlər tətbiq edildikdə; daşıyıcıdan asılı olmayan digər səbəblər. Yükün çatdırılması üçün təyin edilmiş vaxta daxil olmayan yubanmalar: yük, yükgöndərənin texniki vasitələri ilə yüklənərkən yüklərin yüklənməsindəki yubanmalar; aralıq (transfer) hava limanında növbəti reysin 24 saata qədər yubanması; göndərilmə və ya aralıq (transfer) hava limanında dövlət orqanlarının (sanitar, karantin və s.) tələbi ilə yüklərin göndərilməsindəki yubanmalar. Yüklərin daşınması müxtəlif növ nəqliyyat vasitələri ilə təşkil edildikdə, onların çatdırılması müddəti daşınmada iştirak edən nəqliyyat növlərindəki mövcud çatdırılma müddəti əsasında hesablanır. Hava gəmilərinin hərəkəti qadağan edildikdə və ya təxirə salındıqda, daşıyıcı yükgöndərəni və yükalanı məlumatlandırmalı və yükgöndərənin verəcəyi qərarı 141
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
gözləməlidir. 8.3.
Yükün hərəkətinə dair informasiya
Daşıyıcı, yükgöndərən və yükalanın xahişi əsasında yükün göndərilməsi və yubanmalar olduqda isə onun harada və nə vaxta qədər olduğuna dair onlara məlumat verməlidir (Pre Alert şəkil 8.1.).
Şəkil 8.1.
Bu məlumatlar aşağıdakılardan ibarət olur: master yük aviaqaiməsinin (Master AWB) nömrəsi; ev yük aviaqaiməsinin (Hause AWB) nömrəsi; reysin nömrəsi və uçuş tarixi; reysin nömrəsi və eniş tarixi; göndərilmə hava limanı; təyinat hava limanı; HAWB – da qeyd edilmiş yükün çəkisi, sayı və adı; HAWB – da qeyd edilmiş yükgöndərənin adı; HAWB – da qeyd edilmiş yükalanın adı, ünvanı, əlaqə telefonu və s.; ödəmənin məbləği və forması; təyinat məntəqəsində təqdim ediləcək xidmətlər. Yük Agenti yuxarıda qeyd edilən informasiyanı (Pre Alert) təyinat məntəqəsindəki nümayəndəsinə və ya tərəfdaşına İnternet saytından istifadə etməklə elektron poçt və ya faks vasitəsi ilə göndərə bilər. 142
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yükün çatdırılma vaxtında gecikmələr olduqda və onun harada olduğuna dair informasiya olmadıqda, daşıyıcı yükün axtarışına başlamalı və bu barədə yükgöndərənə və yükalana məlumat verməlidir. Yükgöndərən və yükalan yükün hərəkəti və axtarışına (yük itirildikdə) dair informasiya əldə etmək üçün göndərilmə və təyinat hava limanlarına müraciət edə bilərlər. Bu informasiyanın əldə edilməsi üçün əlavə ödəmələr tətbiq edilməməlidir. 8.4.
Zədələnmiş yüklər
Yükün zədələnməsi aşkar edildikdə aşağıdakı prosedurlar həyata keçirilir: zədə dəyərləndirilir (qiymətləndirilir); baş verəbiləcək hadisələr müəyyənləşdirilir: a) uçuşun təhlükəsizliyi; b) yükləmə–boşaltma proseslərində iştirak edən personalın təhlükəsizliyi; c) yükün daşınmaya yararlı olması. zədə ilə bağlı ətraflı informasiya müvafiq şöbələrə, nümayəndəliklərə və gəmi kapitanına çatdırılır. Daşınmaya yararlı zədələnmiş yüklər: Daşınma zamanı zədələnmiş, amma daşınmaya yararlı olan yüklərin daşınması, yük sənədlərində buna dair ətraflı məlumatlar (zədənin dərəcəsi, harada və nə vaxt baş verdiyi) qeyd edildikdən sonra təşkil edilir. Bu yüklər hava nəqliyyatı ilə daşınarkən zədənin aşkar edildiyi hava limanı personalı marşrutdakı bütün hava limanlarına buna dair xəbər verməli, zərurət yarandıqda isə bu tip yüklərin daşınması ilə bağlı mövcud qayda və təlimatları həmin hava limanları personalının nəzərinə çatdırmalıdır. Daşınmaya yararsız zədələnmiş yüklər: Daşınma zamanı zədələnmiş və daşınmaya yararsız vəziyyətə düşmüş yüklərə hava limanında aşağıdakı prosedurlar tətbiq edilir: bu yüklər təhlükəsiz və digər yüklərdən ayrı yerdə saxlanılır; yük sənədlərində (aviaqaimə, yük cədvəli, yük manifesti və yükləmə– boşaltma təlimatı) düzəlişlər edilir; yükgöndərənə, yükalana və daşıyıcı şirkətin müvafiq şöbələrinə dərhal məlumat verilir; tranzit yüklər zədələndikdə daşıyıcı şirkətin rəhbərliyinə və yaxud onun nümayəndəsinə və gəmi kapitanına məlumat verilir.
143
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
8– ci Modula aid sınaq sualları 1. Bunlardan hansı “Yükün hərəkətinə dair informasiya” ya daxildir? a) ödəmənin məbləği və forması; b) tətbiq edilən tarif; c) hava gəmisinin tipi; d) yük manifestinin nömrəsi. 2. Bu səbəblərdən hansı yükün vaxtından gec çatdırılmasına görə daşıyıcını məsuliyyətdən azad edir? a) hava gəmisində yaranan texniki nasazlıq; b) gəmi heyəti üzvlərindən birinin xəstələnməsi; c) aralıq (transfer) hava limanında növbəti reysin 24 saatdan çox yubanması; d) sərnişinlərdən birinin xəstələnməsi.
144
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
9 – cu MODUL. Yüklərin təxsis edilməsi (bronlaşdırılması) 9.1. Bronlaşdırmanın xüsusiyyətləri. 9.2. Yük aviadaşımalarının avtomatlaşdırılması. 9.3. Yükün yükalana təhvil verilməsi. 9.4. Transfer yüklər.
Təxsisetmə proseduru Yük Agentinin və ya aviaşirkətin əsas funksiyalarından hesab edilir. Avtomatlaşdırılmış bronlaşdırma sistemi olan aviaşirkətlərin reyslərinə Yük Agenti müstəqil şəkildə bronlaşdırma apara bilər. Bu prosedur Yük Agentinin İnternetə və ya aviaşirkətin xüsusi daxili şəbəkəsinə daxil olmaqla və zəruri məlumatları həmin sayta daxil etməklə təşkil edilir. Daxil edilən məlumatlar aviaşirkətin vahid informasiya mərkəzinə göndərilir və bir müddətdən sonra Yük Agenti yükün bronlaşdırılmasını təsdiq edən cavab alır. Bundan əlavə bronlaşdırma telefon, telefaks və ya elektron poçt vasitəsi ilə də təşkil edilə bilər. Belə olduqda Yük Agenti aviaşirkətə aşağıdakı informasiyanı göndərir: yük aviaqaiməsinin nömrəsi; yerlərin (yüklərin) sayı; yükün çəkisi (brutto); yükün adı (ətraflı); təyinat hava limanı (IATA–nın üç hərfli kodu); əlavə informasiya (tələb olunan temperatur, canlı heyvanların yemlənməsi vaxtı və s.); digər informasiya (adətən yükalana və ya onun agentinə məlumat vermək, onun ünvanı, telefonu və s.). Bu informasiyanı aviaşirkət aldıqdan sonra onu öz daxili sisteminə daxil edir və tələb olunan reysə bron tətbiq edilir. Onu da qeyd etmək lazımdır ki, bronu təsdiq edilmiş yükün həmin reyslə göndərilməsinə tam zəmanət vermək olmaz, çünki aviaşirkətdən asılı olmayan müxtəlif səbəblərdən yükün göndərilməsi təxirə salına bilər. Burada istisnalar ancaq yüksək tariflə ekspres xidmətlə göndərilən yüklərə aid edilə bilər. Bronu təsdiq edilmiş yüklərin vaxtında göndərilməməsi aşağıdakı səbəblərdən ola bilər: uçuş üçün əlverişli olmayan hava şəraiti; texniki səbəblərdən təyyarənin dəyişilməsi və ya reysin ləğv edilməsi; qəflətən dövlət tərəfindən tətbiq edilən embarqo; 145
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
sərnişinlərin baqajlarının çox olması (baqaj sərnişinlə bir təyyarədə daşınmalıdır); əvvəlcədən nəzərdə tutulmuş normadan çox olan yüksək tariflə ekspres xidmətlə göndərilən yüklər olduqda; növbədən kənar göndərilən yüklər olduqda (sıradan çıxmış təyyarə üçün ehtiyat hissələr, insanların həyatını xilas etmək üçün tibbi ləvazimat və s.); digər fors – major hallar. Qeyd etmək lazımdır ki, yüklərin hamısını deyil bir hissəsini göndərmək imkanı olduqda ilk növbədə bir neçə yükgöndərənə məxsus kiçik yüklər göndərilir (müştərilərin böyük hissəsinin tələblərini təmin etmək məqsədi ilə). 9.1.
Bronlaşdırmanın xüsusiyyətləri
Təcili yüklərin bronlaşdırılmasına dair məlumat aviaşirkətə verildikdə, onların təcili kateqoriyasına aid olduğu və yüksək tariflə göndərilməsi xüsusi qeyd edilməlidir. Belə yüklərin vaxtında çatdırılması üçün aviaşirkətin xüsusi xidmətindən istifadə etmək lazımdır. Yüklərin böyük su sahələrinin üzərindən olmayan və qısa məsafələrə daşınmasında (məs. Avropada) aviaşirkət avtomobil nəqliyyatından da istifadə edə bilər. Bi tip daşıma Road Feeder Service (RFS) adlanır və onun digər avtomobil nəqliyyatı ilə daşımalardan fərqi ondan ibarətdir ki, daşınma göndərilmə hava limanında tərtib edilmiş aviaqaimə əsasında təşkil edilir. RFS əsasında təşkil edilən daşımalar zamanı yük təyinat hava limanına təhvil verilir və yükalanın yerləşdiyi ünvan marşrut üzərində olsa belə yükün ona verilməsi qadağan edilir. Xüsusi yüklərin bronlaşdırılması əvvəlcədən aviaşirkət ilə razılaşdırılmalıdır, çünki bu yüklər üçün xüsusi daşıma vasitələrinə (temperatur saxlaya bilən konteyner, nəhəng heyvanlar üçün qəfəs və s.) ehtiyac ola bilər. Bəzi hallarda, xüsusən iriqabaritli yüklərin bronlaşdırılmasında, aviaşirkət Yük Agentindən onun yük göndərilmədikdə boş tonnaj üçün aviaşirkətə dəyən zərəri ödəməsinə dair xüsusi zəmanət müqaviləsi imzalamağı tələb edə bilər. Müasir dövrdə beynəlxalq aviadaşımaların texnoloji proseslərini bilmək lazımdır. Bu gün nəhəng və böyük aviaşirkətlər Hab adlanan və reyslərinin bir çoxu bu hava limanından təşkil edilən baza hava limanına malikdirlər. Əgər yük Hab hava limanından deyil, başqa amma bu aviaşirkətin uçuşları olan yerli hava limanından daşınmaya qəbul edilərsə, daşınma aşağıdakı şəkildə təşkil ediləcək: əvvəlcə yük aviaşirkətin yerli hava limanından Hab–a daşınacaq (hətta başqa ölkədən və daşıma istiqamətin əksinə olsa da); 146
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Hab hava limanında yük daşındığı hava gəmisindən və yerləşdiyi konteynerdən boşaldılaraq digər konteynerə, eyni təyinat hava limanına daşınması nəzərdə tutulan başqa yüklərlə birlikdə yüklənəcək; həmin konteyner başqa təyyarəyə yüklənəcək və Hab–dan təyinat hava limanına göndəriləcək. Bu şəkildə təşkil edilən daşımalarda yüklərin çatdırılmasında yubanmaların, yükün itməsi və zədələnməsi yaxud xarab olması ehtimalları böyükdür. 9.2. Yük aviadaşımalarının avtomatlaşdırılması İkinci Dünya müharibəsindən sonra mülki aviasiya sürətlə inkişaf etməyə başladı və aviaşirkətlər arasında əlaqələrin yüksək səviyyədə təşkil edilməsi üçün xüsusi bir telekomunikasiya şəbəkəsinə ehtiyac yarandı. Beləliklə, 1949–cu ilin fevral ayında Brüsseldə Belçikanın, İngiltərənin, Hollandiyanın, Danimarkanın, Norveçin, ABŞ–ın, Fransanın, İsveçin və İsveçrənin 11 aviaşirkətinin nümayəndələri tərəfindən Beynəlxalq Aviasiya Telekommunikasiya Cəmiyyəti (Societe International de Telecommunications Aeronautiques SITA) təsis edildi. Bu təşkilatın mənzil qərargahları Brüssel, Cenevrə və Amsterdam şəhərlərində yerləşir. Təşkilatın Nizamnaməsinə əsasən onun fəaliyyəti üzv dövlətlərdə mövcud olan rabitə vasitələrinin istismar edilməsi vasitəsi ilə avianəqliyyat müəssisələrinin fəaliyyəti ilə bağlı informasiyanın əldə edilməsini, öyrənilməsini, tətbiq edilməsini və ötürülməsini təmin etməkdir (şəxsi xarakter daşıyan məlumatlar istisna edilməklə). Bu təşkilat, müqavilə bağlamış hökumət və beynəlxalq təşkilatların müraciəti əsasında “hava–yer” əlaqəsi yaratmaq və aeronaviqasiya xidmətini təmin etmək imkanına da malikdir (maddə 3). Hazırda təşkilat 200–dən çox ölkədə, o cümlədən Azərbaycanda da fəaliyyət göstərən 500–dən çox aviaşirkət və müəssisəyə (səhmdar cəmiyyət), həmçinin 2700–dən artıq agentliyə xidmət göstərir. SITA öz fəaliyyətini IATA ilə sıx əməkdaşlıq etməklə həyata keçirir. Onun fəaliyyətini şərti olaraq iki qrupa bölmək olar: telekomunikasiya və məlumatların işlənilməsi. Yüklərin daşınması, bronlaşdırılması zamanı informasiyanın verilməsi və s. SITA şəbəkələri vasitəsi ilə təşkil edilir. Bu şəbəkələr vasitəsi ilə verilən informasiyanın həcminə və vaxtına qənaət edilməsi məqsədi ilə müəyyən standartlar (prosedurlar) qəbul edilmişdir. Bu prosedurlar–Yüklərə dair məlumat prosedurları (Cargo Intercheange Message Procedures (Cargo–IMP) adlanır. Demək olar ki, Cargo–IMP məlumatların elektron şəkildə ixtisarla verilməsində 147
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
xüsusi bir dil kimi istifadə edilir. Kommersiya məlumatlarının verilməsində tətbiq edilən istənilən sistem EDI–Electronic Data Intercheange adlanır və daşımalar bazarında fəaliyyət göstərən müəssisə və şirkətləri vahid informasiya məkanında birləşdirmək məqsədi daşıyır. 9.3. Yükün yükalana təhvil verilməsi Yük, müqavilədə və ya qaydalarda qeyd edilən bəzi hallar istisna edilməklə, yük aviaqaiməsində göstərilən yükalana və yaxud onun səlahiyyətli nümayəndəsinə verilməlidir. Daşıyıcı yükü yükalana yük aviaqaiməsində göstərilən şərtlərə əməl etdikdə, yükün alınmasını və heç bir iradı olmadığını öz imzası ilə təsdiq etdikdən sonra təhvil verir. Gömrük və digər dövlət orqanlarının tələbi ilə yükün bu orqanlara verilməsi, daşıyıcının yükü yükalana verməsi kimi qəbul edilir. Daşıyıcı gömrük və digər dövlət orqanlarının tələbi ilə yükün onlara verilməsini təsdiq edən sənədləri yükgöndərənə və ya yükalana təqdim etməlidir. Yükün son hava limanına gəlməsinə və yaxud onun geri qaytarılmasına dair daşıyıcı tərəfindən yükalana verilən informasiya təyyarənin hava limanına endiyi vaxtdan 6 saatdan, əgər yük tez xarab olan və ya təhlükəli yük kateqoriyasına aiddirsə, bu müddət 3 saatdan çox olmamalıdır. Bildiriş adətən poçt, elektron poçt və ya digər qəbul edilmiş vasitələrlə çatdırılır. Əgər yükgöndərən ilə daşıyıcı arasında yükün ünvanına çatdırılmasına dair razılıq yoxdursa, yükalan yükü hava limanında almalıdır. Yükalan yükü almaqdan imtina etdikdə və yaxud hər hansı səbəbdən onu ala bilmədikdə, daşıyıcı yükgöndərənin yük aviaqaiməsində göstərdiyi tələblərini və şərtlərini yerinə yetirməlidir. Yük aviaqaiməsində bu tələblər və ya şərtlər göstərilmədikdə və yaxud onların icrası mümkün olmadıqda daşıyıcının vəzifəsi aşağıdakılardan ibarətdir: yükün yükalan tərəfindən alınmadığına dair yükgöndərənə bildiriş göndərməli və onun növbəti təlimatlarını gözləməli; yükgöndərəndən 30 gün ərzində təlimat və ya göstəriş olmadıqda, ölkədəki mövcud qanunlara uyğun şəkildə yükün yükalana çatdırılmasına, geri qaytarılmasına və ya realize edilməsinə dair tədbirlər həyata keçirməlidir.
148
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yükgöndərən və ya yükalan yükün alınmaması ilə bağlı yaranan xərcləri daşıyıcıya ödəməlidir. Yükün, göndərildiyi ilk hava limanına geri qaytarıldığı vaxtdan 15 gün ərzində yükgöndərən bu xərcləri ödəməkdən imtina etdikdə, daşıyıcı yükü realize etmək hüququna malik olur və realizedən 10 gün əvvəl bu barədə yükgöndərənin yük aviaqaiməsindəki ünvanına bildiriş göndərir. Yükün satışından əldə edilən məbləğdən daşıyıcı, yükün daşınması ilə bağlı özünün və daşınmada iştirak edən digər şirkətlərin məruz qaldıqları bütün xərcləri ödəmək üçün özünün və həmin şirkətlərin hesabına köçürmək hüququna malikdir. Tez xarab olan yükün xarab olma təhlükəsi olduqda daşıyıcı təcili tədbirlər görmək hüququna malikdir. Bu tədbirlər daşıyıcının, yükgöndərənin və yükalanın maraqlarına uyğun olmalıdır. Yükgöndərən bu tədbirlərin icrası ilə bağlı yaranan xərcləri tam şəkildə ödəməlidir. Sənədsiz yük–hava limanına daxil olmuş yük aviaqaiməsi və digər tələb olunan sənədləri olmayan, sahibi bilinməyən yükə deyilir. Sənədsiz yük hava limanında sahibi tapılana qədər, 3 aydan çox olmamaq şərti ilə saxlanılır və sahibi müəyyən edilmədikdə qüvvədə olan mövcud qanuna uyğun şəkildə realizə edilir. Yükalan 2 il ərzində yükün realizə edilməsindən əldə olunan gəliri daşıyıcıdan, onun məruz qaldığı xərcləri ödədikdən sonra tələb edə bilər. 9.4. Transfer yüklər Transfer yüklər daşınma zamanı ərazilərindən istifadə edilən ölkələrin qanunlarının tələblərinə riayət edilməklə daşınır. Daşıyıcı yükün hər hansı bir ölkə tərəfindən geri qaytarılmasına görə məsuliyyət daşımır. Transfer yükün daşınması, marşrut boyu yükün daşınması üçün zəruri olan imkanların mövcud olması təsdiq edildikdən sonra başlanır. Transfer yükün transfer hava limanına çatdırılması ilə digər təyyarəyə yüklənməsi arasındakı vaxt fasiləsi, yükün həmin hava limanında rəsmi prosedurlardan keçməsinə lazım olan vaxtdan az olmamalıdır. Bu tip yüklərin daşınması başqa bir nəqliyyatla davam etdirildikdə, yük aviaqaiməsini verən və ya sonuncu daşıyıcı, daşınmada yükgöndərənin və ya yükalanın agenti kimi iştirak edir, yükün həmin nəqliyyatda xarab olması, xüsusiyyətini dəyişməsi və bu kimi nasazlıqlara görə məsuliyyət daşımır (əgər bu işdə onun günahı sübut edilməzsə). Belə hallarda daşıyıcı yükgöndərən və yükalan 149
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
tərəfindən yükün daşınmasına dair bütün əməliyyatların həyata keçirilməsi üçün lazım olan səlahiyyətlərlə təmin edilir. 9– cu Modula aid sınaq sualları: 1. Yüklərin daşınması, bronlaşdırılması, yük müştərilərinə informasiyanın verilməsi və s. hansı beynəlxalq təşkilatın şəbəkələri vasitəsi ilə təşkil edilir? a) BMT; b) SITA; c) IATA; d) ICAO. 2. Yüklərin təxsis edilməsində bu məlumatlardan hansını Yük Agenti aviaşirkətə bildirməlidir? yükgöndərənin adını; yükgöndərənin ünvanını; yük aviaqaiməsinin nömrəsini; yükalanın adını. 3. Yüklərin böyük su sahələrinin üzərindən olmayan və qısa məsafələrə daşınmasında (məs. Avropada) aviaşirkət avtomobil nəqliyyatından da istifadə edir. Bi tip daşıma necə adlanır? a) Cargo Intercheange Message Procedures (Cargo – IMP); b) Road Feeder Service (RFS) ; c) Electronic Data Intercheange (EDI); d) Handling procedures. a) b) c) d)
150
Şəkil 10.1.
151
Yükün daşınmasına dair müqavilə
Daşıyıcı ilə xarici aviaşirkətlər arasında bağlanmış müqavilə
Daşıyıcının qaydaları və ya normativ aktları
Ölkənin aviasiya haqqında qanunu (beynəlxalq müqavilə olmadıqda)
The Air Cargo Tariff Rules
Monreal Konvensiyası : Beynəlxalq hava daşımaları qaydalarının unifikasiyası haqqında Konvensiya (Monreal, 23.11.1999).
Qvadalaxara Konvensiyası : Müqavilə üzrə daşıyıcı olmayan şəxslərin həyata keçirdikləri beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Varşava Konvensiyasına Əlavə Konvensiya (Qvadalaxara, 18.09.1961).
Haaqa Protokolu :1929 – cu ildə Varşavada imzalanmış Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiyaya düzəlişlərin edilməsi haqqında Protokol (Haaqa, 28.09.1955).
Varşava Konvensiyası : Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası haqqında Konvensiya (Varşava, 12.10.1929).
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
10– cu MODUL. Yük daşımalarında tərəflərin məsuliyyəti 10.1. Tərəflərin məsuliyyəti. 10.2. Yüklərin sığortalanması. 10.3. Yüklərin daşınmasında tətbiq edilən ümumi sığorta şəhadətnaməsi. 10.4. Gömrük prosedurlarının təşkili. 10.1. Tərəflərin məsuliyyəti
Yüklərin hava nəqliyyatı ilə daşınmasını təhlükəsiz, səmərəli və yüksək səviyyədə təşkil etmək üçün əsas şərtlərdən biri daşımada birbaşa iştirak edən və etməyən Tərəflərin məsuliyyət dərəcələridir. Bu məsuliyyət dərəcələri aşağıdakı şəkil 10.1–də göstərilən sənədlərlə tənzimlənir:
Yüklərin hava nəqliyyatı ilə daşınması zamanı Tərəflərin məsuliyyətini müəyyənləşdirən sənədlər
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Daşıyıcı, yükün onun və ya agentinin sərəncamında olduğu müddət ərzində yükün itməsi, xarab olması və azalması üçün məsuliyyət daşıyır. Yükün təbii tərkibinə və ya daxilindəki gizli nasazlıqlara görə, yaxud daşıyıcıdan asılı olmayan səbəblər nəticəsində (iqlimin, temperaturun, atmosfer təzyiqinin dəyişməsi və s.) yox və ya xarab olması, həmçinin azalması üçün daşıyıcı məsuliyyət daşımır. Daşıyıcı, hətta bu hadisələrin baş verə biləcəyini ehtimal etsə belə, bu barədə yükgöndərəni xəbərdar etmək məsuliyyətini daşımır. Yükün daşınması zamanı gecikmələr nəticəsində yük müştərisinə dəyən zərərə görə daşıyıcı məsuliyyət daşıyır. Dəyən zərərin və ya nöqsanların yaranmasının qarşısını almaq üçün, daşıyıcı bütün tədbirlərin həyata keçirilməsini təmin etdiyini və ya bunun ondan asılı olmadığını sübuta yetirə bilmədikdə, qeyd edilən nasazlıqlarla bağlı məsuliyyət daşıyır. Zərər və nöqsanların baş vermə səbəbi birbaşa və ya dolayısı yollarla, yükün daşınması zamanı ərazilərindən istifadə edilən dövlətlərin qanunlarının tələbləri ilə bağlı, yaxud daşıyıcıdan asılı olmayan səbəblər üzündən baş verdikdə, daşıyıcı məsuliyyət daşımır. Daşınmada, yükgöndərənin ərazilərindən istifadə edilən dövlətlərin qanunlarına, qaydalarına və ya sərəncamlarına riayət etmədiyinin və ya sənədlərin tam şəkildə tərtib edilmədiyinin nəticəsində daşıyıcının ödədiyi cərimələr onun tələbi ilə yükgöndərən tərəfindən daşıyıcıya vaxtında ödənilməlidir. Daşıyıcı, istədiyi vaxt bu cərimələr üçün ödənilən məbləğin miqdarını yükgöndərənin daşıyıcının hesabında olan digər məqsədlər üçün nəzərdə tutulmuş vəsaitindən öz hesabına köçürmə hüququna malikdir. Gömrük və ya başqa orqanların tələbinə uyğun olaraq yükgöndərən (yükalan) göndərilən (gələn) yükə baxış keçirilərkən baxışda iştirak etməlidir. Yükgöndərənin (yükalanın) gömrük orqanlarının tələblərinə əməl etmədiyi səbəbi ilə uğradığı zərərə görə daşıyıcı məsuliyyət daşımır. Əgər yükgöndərənin (yükalanın) bu tələblərə əməl etmədiyi ilə bağlı daşıyıcıya zərər dəyərsə, yükgöndərən (yükalan) həmin zərəri tam şəkildə ödəməlidir. Yükün daşınması, ərazilərindən istifadə edilən dövlətlərin qayda və qanunlarına zidd olduğu təqdirdə, daşıyıcı yükü qəbul etməkdən imtina etməlidir və bunun üçün heç bir məsuliyyət daşımır. Daşımadakı yubanmalar nəticəsində yükün gecikməsi ilə əlaqədar yaranan zərərə görə daşıyıcının məsuliyyəti, bu prosesdəki iştirak payına uyğun şəkildə məhdudlaşır, yəni daşıyıcı yük aviaqaiməsini tərtib edib və yükü digər daşıyıcıların 152
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
vasitəsi ilə təşkil etdikdə o, həmin daşıyıcıların agenti kimi bu prosesdə iştirak edir. IATA – nın 600b sayılı Qətnaməsinə (Aviaqaimə – müqavilənin şərtləri) 30 dekabr 2009 – cu ildə edilmiş dəyişikliklər də nəzərə alınmaqla beynəlxalq yük aviadaşımalarında daşıyıcının məsuliyyəti yükün hər 1 kq (brutto) üçün Varşava Konvensiyasına əsasən 17 SDR–Special Drawing Rights (şərti maliyyə vahidi) və ya onun ekvivalenti, Monreal Konvensiyasına görə isə 19 SDR məbləğində müəyyən edilmişdir. SDR–Beynəlxalq Valyuta Fondu tərəfindən hesablanan maliyyə vahididir. Bu maliyyə vahidi, dünyanın aparıcı valyutalarının (ABŞ dolları, avro, ingilis funtu və yapon yeni) beynəlxalq ticarətdəki paylarına uyğun olaraq bu maliyyə vahidinin tərkibindəki orta xüsusi çəkisi ilə hesablanır. 2010 – cu ilin yekunlarına görə SDR – in tərkibibinin 44% - ni ABŞ dolları, 34% - ni avro, 11% - ni isə yapon yeni və ingilis funtu təşkil edir. Bu maliyyə vahidi fiziki əskinaz deyil və istənilən ölkənin pul vahidi üçün hesablana bilər, onun məzənnəsi bank bülletenlərində XDR kodu ilə dərc edilir. SDR–in ABŞ dollarına (USD) olan münasibəti TACT Rules bölüm 5.9.5. qeyd edilir. Bəzi ölkələr üçün SDR–in yerli valyuta ilə məzənnəsi başqa prinsiplə hesablanır və bu ölkələrin siyahısı TACT Rules bölüm 3.2. (Valuation charges / Yükün qiymətləndirilməsinə görə tətbiq edilən yığım) qeyd edilmişdir. Daşınmaya qəbul edilən yük, yükgöndərən tərəfindən əvvəlcədən qiymətləndirildikdə, daşıyıcının məsuliyyəti qiymətləndirilən miqdara uyğun təyin edilir. Yükün itməsi, azalması və ya xarab olması ilə bağlı dəyən zərər üçün məbləğin təyin edilməsində həmin yükün (yüklərin) çəkisi nəzərə alınır. Yükün azalmasının, itməsinin və ya xarab olmasının, həmin yük aviaqaiməsində göstərilən digər yüklərə də təsiri olarsa, dəyən zərər üçün məbləğin təyin edilməsində yüklərin ümumi çəkisi nəzərə alınır. Daşıyıcı, daşıma zamanı canlı heyvanları müşayiət edən şəxsin, heyvanların davranışları nəticəsində ölümü və ya uğradığı zərərə görə məsuliyyət daşımır. Heyvanları müşayiət edən şəxsin və heyvanın özünün, həmçinin digər heyvanların davranışı nəticəsində heyvanın (heyvanların) ölümü və ya uğradığı zərərə görə daşıyıcı məsuliyyət daşımır. Yuxarıda qeyd edilənlər əgər daşıyıcının və yaxud onun əməkdaşlarının diqqətsizliyi, səhlənkarlığı, qəsdən tələblərə əməl etməməsi və bu kimi davranışlar nəticəsində yaranarsa, bunun üçün daşıyıcı müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Daşıyıcının məsuliyyəti TACT Rules bölüm 2.1.3. (Carrier’s liability / 153
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Daşıyıcının məsuliyyəti) qeyd edilmişdir. Bu qaydalardan bəzilərində qeyd edilir ki, “ Daşıyıcı yükgöndərən, yükalan və ya digər şəxs qarşısında yükün itməsi, xarab olması və gecikməsi ilə bağlı dəyən zərərə görə məsuliyyət daşıyır”. “Yükün keyfiyyət və xüsusiyyəti, həmçinin daşınmaya qəbul edilməmişdən əvvəlki onda mövcud olan nöqsanlar yükün xarab olmasına səbəb olarsa, belə hallarda daşıyıcı məsuliyyətdən azad edilir”. “Yükgöndərənin, yükalanın və digər şəxslərin təsadüfi səhlənkarlıqları daşıyıcını qanuna uyğun şəkildə məsuliyyətdəın azad edir”. Burada daşıyıcının məsuliyyət dərəcəsinin yükün həqiqi qiymətindən çox olmaması qeyd edilmişdir. Əgər yükgöndərən bu məsuliyyətin yükün həqiqi qiymətindən yüksək olmasını istəyirsə, o zaman yük daşınmaya qəbul edilərkən yükgöndərən tərəfindən qiymətləndirilməli və müvafiq olaraq bunun üçün mövcud əlavə yığımlar ödənilməlidir. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, yük qiymətləndirilmədikdə və onun hər 1 kq–nın qiyməti 17(19) SDR–dən çox olmadıqda, daşıyıcı onun həqiqi qiymətinə görə məsuliyyət daşıyır. Əgər yükün həqiqi qiymətinin hər 1 kq – ı 17 (19) SDR–dən çox olarsa, daşıyıcı hər 1 kq üçün maksimum 17 (19) SDR miqdarında məsuliyyət daşıyır. Daşıyıcı, yükgöndərənin yük üçün göstərdiyi həqiqi qiyməti yoxlamaq hüququna malikdir. Yükün bir hissəsi xarab olduqda və ya itdikdə, hesablamalar xarab olan və ya itən çəkiyə görə təşkil edilir. Əgər bu xarab olan və ya itən hissənin yükün bütovlikdə qiymətinə təsir etməsi sübut edilərsə, o zaman hesablamalar yükün aviaqaimədəki ümumi çəkisinə görə aparılır. Yükgöndərənin və ya yükalanın günahı nəticəsində daşıyıcıya və ya digər yük sahiblərinə dəyən zərər müvafiq qanunların və ya normativ sənədlərin tələblərinə uyğun olaraq yükgöndərən və ya yükalan tərəfindən ödənilməlidir. Yükgöndərənin məsuliyyəti TACT Rules bölüm 2.1.2. (Responsibility of shipper / Yükgöndərənin məsuliyyəti) qeyd edilmişdir. Yükün itməsi, azalması və ya xarab olması ilə bağlı şikayətlərin bildirilməsi TACT Rules bölüm 2.1.4. (Limitations on claims and actions/Şikayətlərlə bağlı məhdudiyyətlər) göstərilmişdir. Yükün itməsi və ya xarab olmasına dair yükün alınması üçün təyin edilmiş şəxsdən daşıyıcıya yazılı şəkildə şikayət ərizəsi təqdim edildikdən sonra bununla bağlı prosedurlara başlanılır. Bu ərizədə şikayətin mahiyyəti (yükün detalları, aviaqaimənin nömrəsi), tələb olunan məbləğ və s. göstərilir. Şikayət ərizəsinə invoys (yükün xarakter və qiymətini əks etdirən sənəd) və təyinat hava limanında tərtib edilmiş və üç tərəfin – yükalanın, daşıyıcının və yerli agentin imzası ilə təsdiq edilmiş Akt əlavə edilir. Şikayət ərizəsi daşıyıcıya aşağıdakı qaydada təqdim edilməlidir: 154
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
yükün zədələnməsi ilə bağlı olan şikayət bu zədə aşkar edildikdə və ya yükün alındığı gündən ən geci 14 gün ərzində; yükün çatdırılmasında yubanmalar olduqda onun təhvil veridiyi gündən etibarən ən geci 21 gün ərzində; yük yükalana təhvil verilmədikdə (itirildikdə) yük aviaqaiməsinin tərtib edildiyi gündən 120 gün ərzində. Yük ilə bağlı şikayət ərizəsi buna səbəb olan hadisənin baş verdiyi gündən 2 il müddətinə qədər təqdim edilə bilər. Yük Agenti IATA – nın 833 sayılı Qətnaməsi və TACT Rules b.2.3.2. əsasən yükü, daşıyıcıya daşınmaya hazır vəziyyətdə (Ready for carriage) təqdim etməlidir. Bunun üçün aşağıdakılara riayət edilməlidir: Aviaqaimə mövcud tələblərə uyğun tərtib edilməli və daşıyıcıya ancaq ona məxsus olan nüsxələr təqdim edilməlidir. Daşınma üçün zəruri olan sənədlər idxal, ixrac və tranzit ölkələrin gömrük və dövlət orqanlarının tələbinə uyğun tam şəkildə tərtib edilməlidirlər. Yük nişanlanmalıdır (yükgöndərənin və yükalanın adları və s.). Yükün qablaşdırılması mövcud tələblərə uyğun olmalıdır. Yeni yapışdırılan birkalardakı yazılar aydın şəkildə oxunmanı təmin etməli, köhnələr isə xaric edilməlidirlər. Yük təhlükəli yüklər kateqoriyasına aid olduqda müvafiq sənədlərlə (Shipper’s declaration for dangerous goods) təmin edilməlidir. Canlı heyvanların daşınmasında IATA – nın “Canlı heyvanların daşınması qaydaları”na (IATA Live Animals Regulations) uyğun təşkil edilməlidir. Praktikada adətən Yük Agentinə yük müştərisi qarşısındakı məsuliyyət dərəcəsinin Aviaşirkətin onun (Yük Agentinin) qarşısındakı məsuliyyət dərəcəsi ilə eyni olması tövsiyyə edilir. 10.2. Yüklərin sığortalanması Beynəlxalq təcrübədə hava nəqliyyatı ilə daşınan yüklərin sığortası çox geniş yayılmışdır. Yüklərin sığortalanması onların daşınmasında meydana çıxan təsadüfi zərərdən müdafiə olunmaq imkanı yaradır və zərər dəydiyi hallarda isə maliyyə məsuliyyətini sığortaçının üzərinə qoymaqla yük sahibini gözlənilməz zərər və itkilərdən bir növ qoruyur. Sığortaya dair ədəbiyyatda yüklərin sığortası karqo (ispanca – yük), nəqliyyat vasitələrinin sığortası isə kolqo adlandırılır. Yüklərin sığortası çox geniş yayılmış sığorta əməliyyatlarındandır. Sığorta 155
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
olunan tərəf kimi yükgöndərən (yükalan) istənilən hüquqi və ya fiziki şəxs və şirkət ola bilər. Sığorta tərəfləri, yəni alıcı və satıcı konkret yüklərin sığortası üzrə müqavilə bağlayırlar. Bu müqavilədə tərəflərin hüquqi və iqtisadi münasibətlərinə aid olan daşıma şərtləri müəyyən edilir. Beynəlxalq təcrübədə yüklər müxtəlif sövdələşmə formalarında sığortalanır. Hava nəqliyyatı ilə daşınan yüklər adətən «FOB–FOB Airport» (FOB–free on boord) adlanan formada sığortalanır. Sığorta təşkilatları yükləri onların sığortalandığı ərazidə, göstərilmiş dəyər məbləğində qəbul edirlər. Bu təşkilatların sığorta məsuliyyəti yüklərin anbarlardan yolasalınma məntəqəsinə göndərilməsi anından başlayır və bütün daşıma müddətində davam edir. Yük təyinat məntəqəsinə çatanda sığorta məsuliyyəti başa çatır. Müqavilənin bağlanmasına dair müraciət ərizəsində aşağıdakı məlumatlar göstərilir: yükün dəqiq adı, miqdarı, qablaşdırma forması, çəkisi; daşıma sənədlərinin tarixi və nömrəsi; nəqliyyatın növü; yükün göndərilmə üsulu (qabda, açıq və s.); yükün göndərildiyi, yükləndiyi və təyinat məntəqələri; yükün göndərilmə tarixi; yükün dəyəri (sığorta məbləği); sığorta məsuliyyətinin növü (sığorta şərti). Müqavilə sığorta təşkilatının qərarı ilə əmlaka baxıldıqdan sonra bağlana bilər. Yük sahibi olan təşkilat əmlakın keyfiyyətində, yerləşdiyi məkanda baş verən bütün dəyişikliklər haqqında məlumat verməyə borcludur. Praktikada sığorta müqaviləsi «Sığorta şəhadətnaməsi» adlanır. «Sığorta şəhadətnaməsi»ndə göstərilən məlumatlar şəkil 10.2 – də qeyd edilmişdir. Beynəlxalq praktikada yüklərin sığortalanması aşağıdakı variantlarda tətbiq edilir: I variant a) baş verə biləcək hadisələrdən yükün tam və qismən zədələnməsi və ya məhv olması nəticəsində dəyən zərərlər; b) qəza səbəbindən yaranan zərərlər (nəqliyyat vasitəsinin qorunması xərcləri). II variant a) təbii fəlakətlər nəticəsində nəqliyyat vasitələrinin qəzaya uğraması 156
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
nəticəsində yükün zədələnməsi və ya məhv olması halları; b) partlayış nəticəsində yükün zədələnməsi və ya məhv olması halları; c) nəqliyyat vasitələrinin hərəkəti zamanı baş verən qəzalar nəticəsində dəyən zərərlər; III variant a) təbii fəlakətlər nəticəsində nəqliyyat vasitələrinin qəzaya uğraması nəticəsində yükün zədələnməsi və ya məhv olması halları; b) nəqliyyat vasitələrinin itməsi və yükləmə–boşaltma prosedurları zamanı baş verən gözlənilməz hadisələr nəticəsində dəyən zərər; c) regiondakı siyasi vəziyyətin qeyri–sabit olması nəticəsində yükün zədələnməsi və ya itməsi ilə yaranan zərər.
Şəkil 10.2.
Sığorta məsuliyyətinin növü (sığorta şərti)
Yükün dəyəri (sığorta məbləği
Yükün göndərilmə tarixi
Yükün göndərildiyi, yükləndiyi və təyinat məntəqələri
Yükün göndərilmə üsulu (qabda, açıq və s.)
Nəqliyyatın növü
Daşıma sənədlərinin tarixi və nömrəsi
Yükün dəqiq adı, miqdarı, qablaşdırma forması, çəkisi
«Sığorta şəhadətnaməsi» ndə göstərilən məlumatlar
Beynəlxalq yük daşımalarında yük agenti yükün sığortalanmasını yük sahibinin xahişi və ya razılığı əsasında aşağıda qeyd edilmiş şəkildə təşkil edir: 157
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
adətən yük agentləri sığorta şirkətləri ilə müqavilə bağlayırlar və həmin sığorta şirkətinin verdiyi imtiyazlar əsasında fəaliyyət göstərirlər. Sığorta şirkəti agentin sığorta ilə bağlı fəaliyyətinin məsuliyyətini öz üzərinə götürür və agentə güzəştli qiymətlər tətbiq etmək hüququ verir. Agent bu güzəştləri yükün sığortalanmasında tətbiq edir ki, bu da yük sahibini həm əlavə vaxt itkisindən və həm də xərclərdən azad edir. 10.3. Yüklərin daşınmasında tətbiq edilən ümumi sığorta şəhadətnaməsi Ümumi sığorta şəhadətnaməsi–təyin edilmiş marşrutla yüklərin müntəzəm daşınmasında və ya eyni cinsli yüklərin daşınmasında tətbiq edilən müqavilə forması nəzərdə tutulur. Bu şəhadətnamə yüklərin daşınması üzrə sənəd dövriyyəsini sadələşdirir, sənədlərdə göstərilmiş bütün yükləri əhatə edir və müxtəlif sığorta haqlarının ödənmə şərtlərini özündə əks etdirir. Sığortanın bu növü üzrə istənilən məntəqələr arasında müxtəlif nəqliyyat vasitələri ilə daşınan yükü və daşınma ilə bağlı yaranan nəqliyyat xərclərini sığortalamaq olar. Sığorta, daşıma zamanı baş verə bilən oğurluq, soyğunçuluq, hərbi iğtişaş, təbii fəlakət və s. nəticəsində yükün zədələndiyi və ya məhv olduğu təqdirdə sığortanın həcmindən asılı olaraq zərərin ödənilməsinə təminat verir. Bura, yükün zədə və ya məhv olması nəticəsində dəymiş zərər, həmçinin onun xilas və ya təmir olunmasına çəkilən xərc və ekspertiza xərcləri daxildir. Yüklərin sığortalanması–müxtəlif hadisələrin baş verməsi nəticəsində sığorta obyektinin uğradığı zərərin tam və ya qismən ödənilməsi şərtlərini özündə əks etdirən faktorlar sistemidir. Sığortaçı (sığorta şırkəti), təyin edilmiş məbləğ (sığorta haqqı) müqabilində dəyən zərərin ödənməsini bir öhdəlik kimi öz üzərinə götürür. Yüklərin nəql edilməsi əməliyyatları müxtəlif hadisələrin baş verməsi səbəbindən maddi itkilərlə (yükün zədələnməsi, məhv olması, itməsi və s.) birbaşa bağlı olduğu üçün onların söğortalanması məqsədəuyğun sayılır. Bu zaman sığorta obyekti kimi haqqında müqavilə bağlanan şəxsin əmlak maraqları çıxış edir və onun maddi itkilərdən qorunmasına zəmanət yaranır. Yüklərin hava nəqliyyatı ilə daşınması zamanı risklərin sığortalanması bir neçə sistem üzrə təşkil edilir. Məsələn: yalnız müqavilədə göstərilən risklərin sığortalanması, bəzi istisnalar edilməklə “bütün risklərin” sığortalanması və s. Bu istisnalara şüalanma, atom bombasının partlaması, hərbi əməliyyatlar nəticəsində yükün zədələnməsi və ya məhv olması, hərbi orqanlar tərəfindən yükün müsadirə edilməsi və s. halları aid edilir. 158
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Məməli və digər heyvanların yükü zədələməsi, sarğının pozulması və ya xarab olması nəticəsində, həmçinin yükün saxlanması qaydalarına əməl edilmədikdə onun xarab olması ilə bağlı risklər adətən sığortalanmır. Yüklərin hava nəqliyyatı ilə daşınmasında baş verən sığorta halları, yəni yükün zədələnməsi, xarab olması və itməsi zamanı aviadaşıyıcı yükgöndərənin (yükalanın) tələbi əsasında təyin edilmiş müddət ərzində kommersiya aktı tərtib etməlidir. Yükgöndərən (yükalan) bu akta aviaqaimənin surətini və sığorta sənədinin (sığorta polisi) əslini əlavə edərək sığorta şirkətinə uğradığı zərərin ödənməsinə dair müraciət edə bilər. Bu zaman yükgöndərən (yükalan) sənədlər əsasında aşağıdakıları sübut etməlidir: a) sığortalanmış əmlakda (yükdə) özünün maraqlarını (yüklə əlaqədar sərəncam vermək hüququnu) təsdiq edən sənədləri təqdim etməli; b) sığorta halının baş verməsini təsdiq edən sənədləri (kommersiya aktının əsli, yükə baxış aktı, səlahiyyətli orqanların hadisə ilə bağlı tərtib etdikləri digər sənədlər) təqdim etməli; c) dəyən zərərin həcmini (yükə baxış aktı, qiymətləndirmə aktı, ekspertlərin rəyi, təmir və ya əvəzetməni, həmçinin digər xərclər) təsdiq edən sənədləri. Yüklərin sığortalanması və zərərlərlə bağlı ödənişlər dövlətin müvafiq qanunnları və sığorta müqavilələrinin şərtləri ilə tənzimlənir. 10.4. Gömrük prosedurlarının təşkili Gömrük nəzarəti yük daşımalarında ən vacib və məsuliyyətli prosedurlardan sayılır. Belə ki, bu prosedurlar Yük Agentinin fəaliyyətində çox əhəmiyyətli yer tutur. Bu prosedurların yüksək səviyyədə təşkil edilməsi üçün bütün sənədlərin tələblərə uyğun şəkildə tərtib edilməsi və daşınan yükün idxal, ixrac və tranzit ölkələrin mövcud qanunlarına zidd olmamasını təmin etmək lazımdır. Azərbaycan Respublikasının gömrük sərhədindən keçən hava nəqliyyatı vasitələri, bu nəqliyyat vasitələri ilə daşınan malların gömrük rəsmiləşdirilməsi və onların gömrük nəzarətindən keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 21- ci və 27- ci fəsillərinə və gömrük işi ilə bağlı qəbul olunmuş normativ hüquqi aktların müddəalarına uyğun tənzimlənir. Hazırda qüvvədə olan «Azərbaycan Respublikasının gömrük sərhədindən keçən hava nəqliyyatı vasitələri, bu nəqliyyat vasitələri ilə daşınan malların gömrük rəsmiləşdirilməsi və onların gömrük nəzarətindən keçirilməsi Qaydaları» ında aşağıdakı terminlər tətbiq edilir: 1. Baş bəyannamə: mülki aviasiya sahəsində beynəlxalq sazişlərə uyğun olaraq «aeroportdan–aeroporta» prinsipi üzrə yazılmış və özündə hava gəmisi, onu 159
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
istismar edən gəmi heyəti, uçuş marşrutu və sair məlumatları əks etdirən daşıyıcının standart sənədi. 2. Yük (cargo) manifesti: hava gəmisi bortunda daşınan mallar haqqında məlumatları əks etdirən yük cədvəli. 3. Sərnişin manifesti: sərnişinlərin enmə məntəqələri nəzərə alınmaqla tərtib olunmuş siyahısı. 4. Texniki enmə: yanacaq doldurma, heyətin dəyişməsi və s. məqsədlərlə hava gəmisinin planlaşdırılmış enməsi. 5. Məcburi enmə: texniki nasazlıq, anlaşılmazlıq və bu kimi digər səbəbdən plandankənar hava gəmisinin enməsi. 6. Transfer: bir hava gəmisinin bortundan digər hava gəmisinin bortuna yüklərin yüklənməsi. 7. Beynəlxalq hava daşımaları: göndərilmə və təyinat məntəqələri müvafiq olaraq iki dövlətin ərazisində, yaxud bir ölkə ərazisində olmaqla, enmə məntəqəsi digər dövlətin ərazisində nəzərdə tutulan hava daşımaları. Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə əsasən gömrük sərhədindən uçuş keçirən bütün hava gəmiləri və onların vasitəsi ilə daşınan yüklər bəyan edilməklə gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçirilir. Yüklərin daşınması üçün istifadə olunan hava gəmiləri ölkənin gömrük qanunvericiliyinin tələblərinə müvafiq olaraq nəqliyyat vasitələrinə tətbiq edilən müvəqqəti idxal (ixrac) gömrük rejiminin şərtlərinə uyğun olaraq gömrük nəzarətindən keçirlər. Hava limanlarının rəhbərliyi tərəfindən hava gəmilərinin və onların vasitəsi ilə daşınan yüklərin gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçirilməsi üçün bütün lazımi şərait yaradılmalıdır. Yüklərin hava gəmilərinə yüklənməsi, boşaldılması və təzədən yüklənməsi, qablaşdırılması və yenidən qablaşdırılması yalnız gömrük orqanlarının razılığı əsasında müəyyən olunmuş yerlərdə həyata keçirilir. Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş normalarla həyata keçirilir. Buna misal olaraq 1944–cü ildə qəbul olunmuş Çikaqo Konvensiyasını göstərmək olar. Konvensiyanın 29–cu maddəsinə görə bu sənədlərə ekipajın hər bir üzvünə verilən şəhadətnamə, göndərilmə və təyinat məntəqəsi göstərilməklə sərnişinlərin siyahısı (sərnişin manifesti), yük üçün manifest və ətraflı bəyannamə, həmçinin bort jurnalı aid edilir. Bununla bərabər Konvensiya hava gəmilərinə gömrük nəzarətinin daha geniş beynəlxalq – hüquqi reqlamentasiyasını nəzərdə tutur və rəsmiləşdirilmə prosedurları hava nəqliyyatına xas olan sürət üstünlüyünə xələl gətirmədən aşağıdakı sənədlərin vahid formalarını müəyyənləşdirir: 160
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
a) əsas (baş) bəyannamə. Bu bəyannamədə digər məlumatlarla birgə hava gəmisinin istismarçısı, onun milli mənsubiyyəti, qeydiyyat nişanları, reysin nömrəsi, tarix, göndərilmə və təyinat məntəqələri, uçuş marşurutu, ekipaj üzvlərinin və sərnişinlərin sayı göstərilir; b) yük manifesti , bu manifestdə hava gəmisinin istismarçısı, yüklənmə məntəqəsi, yükü boşaltma məntəqəsi, aviaqaimə nömrəsi, yerlərin sayı, yükün növü qeyd olunur; c) minik kartları; d) ekipaj üzvlərinin şəhadətnaməsi.
10– cu Modula aid sınaq sualları: 1. Yüklərin daşınmasında bu sənədlərdən hansı tərəflərin məsuliyyətini müəyyənləşdirir? b) Tokio Konvensiyası 1963; c) Monreal Konvensiyası 1971; d) Monreal Protokolu 1988; e) Monreal Konvensiyası 1999. 2. Beynəlxalq yük aviadaşımalarında daşıyıcının məsuliyyəti yükün hər 1 kq (brutto) üçün nə qədər təyin edilmişdir? a) b) c) d) e) a) b) c) d)
25 USD; 30 USD; 17 SDR; 20 SDR. 19 SDR. 3. SDR – in USD – yə olan münasibəti hansı sənəddə dərc edilir? Air Passenger Tariff (APT); Passenger Air Tariff (PAT) ; The Air Cargo Tariff (TACT); Ölkələrin mərkəzi banklarının bületenlərində.
161
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
11 – ci MODUL.
Yük tarifləri
11.1. Dəyəri ödənilən çəki (Chargeable weight) 11.2.Yük tariflərinin təsnifatı. 11.3. Ümumi yüklərə tətbiq edilən tarif və yaxud Ümumi yük tarifləri (General Cargo Rates – GCR). 11.4. Xüsusi qruplara aid edilən mallara (yüklərə) tətbiq edilən tarif və yaxud Xüsusi tarif (Specific Commodity Rates – SCR). 11.5. Siniflərə ayrılmış mallara (yüklərə) tətbiq edilən tarif və yaxud Sinif tarifi (Class Rates or Commodity Classification Rates) 11.6. Yük vahidlərinə (ULD) tətbiq edilən tarif (ULD Rates). 11.7. Yığımlar. 11.8. Yığımların kodları. 11.9. Yükün qiymətləndirilməsi ilə bağlı tətbiq edilən yığımlar. 11.10. Dərc edilmiş tariflərin növləri və xüsusiyyətləri. 11.11. Müxtəlif növ yüklərin birgə daşınması.
IATA 1975–ci ildən başlayaraq yük aviadaşımaları üçün The Air Cargo Tariff (TACT) adlı rəsmi aviayük tarifləri kitabını dərc edir. Üç cilddən ibarət olan bu sənədin əsas hissəsini nəhəng aviaşirkətlərin müntəzəm reyslərdə yük daşımalarında istifadə etdikləri TACT Rules kitabı təşkil edir. Bu sənəd yük aviadaşıyıcıları üçün nəzərdə tutulmuş və özündə ümumi qaydaları əks etdirən altı əsas bölümdən ibarətdir. Bu məlumat kitabçasında (TACT Rules) yüklərin qəbulu, daşınması və təhvil verilməsi ilə bağlı hüquqi və təşkilati problemlərin həlli qaydaları göstərilmiş, yükgöndərənin, yükalanın və onun sahibinin, həmçinin daşıyıcının hüquqları və məsuliyyət dərəcələri aydın şəkildə müəyyən edilmiş, eyni zamanda yükün itməsi və ya zədələnməsi ilə bağlı şikayətlərin baxılması və təmin edilməsi qaydaları göstərilmişdir. Digər iki kitablar aşağıdakılardır: 1. RATES NORT AMERICA ISSUE – Şimali Amerika tarifləri – Kanada, ABŞ və IATA – nın birinci tarif zonasında yerləşən digər ölkələrdə mövcud olan yük tariflərini və onların növlərini özündə əks etdirir. Hər iki aydan bir, fevral, aprel, iyun, avqust, oktyabr və dekabr aylarının 1– dən qüvvəyə minmək şərti ilə nəşr edilir. 2. RATES WORLD WIDE ISSUE – Beynəlxalq ümumdünya tarifləri – Şimali Amerika tarifləri istisna edilməklə dünyada mövcud olan yük tariflərini 162
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
əhatə edir və hər iki aydan bir, fevral, aprel, iyun, avqust, oktyabr və dekabr aylarının 1 – dən qüvvəyə minmək şərti ilə nəşr edilir. Bu tariflər dərc olunanda elə təsəvvür yaranırdı ki, aviaşirkətlər yük daşımalarının satışında bu tarifləri təklif edəcək, Yük Agentləri isə öz mənfəətlərini nəzərə alaraq bu tariflərə kiçik əlavələr edəcək və ya aviaşirkətlərdən aldıqları komisyon ödəmələr hesabına qazanc əldə edəcəklər. Aviaşirkətlərin əksəriyyəti yük daşımalarında bu tariflərdən daha ucuz olan güzəştli tarifləri tətbiq etməyə başladılar və bunun əsas səbəbləri aşağıdakı amillər idi: Bir çox ölkələrdə yük aviaqaiməsinə vergi tətbiq edilir bə buna görə də qaimədə göstərilən tarif kiçik olduqda ödənilən verginin məbləği də ona müvafiq olaraq kiçik olur. Tələbat və təkliflərin çox olması və yük aviadaşımaları bazarlarındakı rəqabətin qiymət vasitəsi ilə tənzimlənməsi. Dünyadakı bəzi məntəqələr ticarət mərkəzi funksiyasını yerinə yetirdiyinə görə ora və oradan təşkil edilən daşımaların maya dəyəri digər məntəqələrlə müqayisədə daha ucuz olur. İri hava limanlarında inkişaf etmiş infrastrukturun və müasir texniki avadanlıqların istismarı sayəsində göstərilən xidmətlərin qiyməti ucuz olur və daşımalarla bağlı xərclərin də əsasını bunlar təşkil etdiyi üçün daşımaların maya dəyəri aşağı olur ki, bu da birbaşa tariflərə təsir edir. Mühüm müştərilərə digərləri ilə müqayisədə daha cəlbedici tariflər təklif edilir. Beləliklə, aviaşirkət Agentə Agent Tariflərinini (Agent Rates), yəni öz xidmətlərinin satış qiymətini təklif edir və bu tariflər Yük Agenti üçün daşımaların qiyməti mənasını kəsb etdiyinə görə eyni zamanda Net Rate adlanır. Bu tariflər konfidensial xarakter daşıyır, çünki aviaşirkətin müxtəlif Yük Agentlərinə təklif etdiyi tariflər fərqli olur. Agent də öz növbəsində gəlir əldə etmək məqsədi ilə bu tariflərə əlavələr edərək müştəriyə Satış tarifini (Selling Rate) təklif edir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, hazırda IATA tarifləri aşağıdakı hallarda tətbiq edilir: daşımanın həqiqi qiymətinin kənar şəxslərdən və müştərilərdən gizli qalması məqsədi ilə yük aviaqaiməsi tərtib edildikdə; IATA tarifləri bəzi tariflərin hesablanmasında baza kimi əsas götürülür və sonrakı hesablamalarda tətbiq edilir. IATA–nın yük daşımaları və satışı ilə əlaqədar təşkil etdiyi məşğələ və kurslarda IATA tarifləri istifadə edilir. 163
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yük tariflərinin təyin edilməsi prinsipləri demək olar ki, sərnişin tariflərindəkilərlə eynidir, fərq ondan ibarətdir ki, burada tətbiq edilən terminlər sərnişin tariflərindəkindən fərqlənir. Ümumi yüklər üçün müəyyən edilən tariflər, yükün hər bir yerinin çəkisinə görə müxtəlif olur, yəni hər bir yerin müəyyən edilmiş çəkidən çox və ya az olması prinsipi əsasında yük tarifi müəyyənləşdirilir. Yük tarifləri yükün hər bir kiloqram çəkisi üçün təyin edilir. Ümumi yüklər üçün təyin edilmiş tariflər daşımanın qiymətindən və xarakterindən asılı olmayaraq sabit saxlanılır. Əgər daşınan yük, digər kateqoriyadan olan və onun üçün xüsusi tarif təyin edilmiş yük qrupuna aid olarsa, bu zaman tətbiq edilən tarif ümumi yüklər üçün tətbiq edilən tarifdən fərqli olacaq. Dərc olunmuş sərnişin tariflərindən digər sərnişin tariflərinin müəyyən edilməsi prosesindəki baza kimi istifadə edilməsi prinsipi eyni şəkildə yüklər üçün də mövcuddur: digər tariflərin müəyyən edilməsində ümumi yük tariflərindən baza kimi istifadə edilir. Ümumi yüklər üçün müəyyən edilmiş tarifdən fərqli olan tariflər siniflərə bölünür: güzəştli və xüsusi. Güzəştli tariflər müqavilə əsasında daşınan yüklərin (qəzetlərin, jurnalların və s.), xüsusi tariflər isə daşınması xüsusi şərtlərlə təşkil edilən yüklərin (qiymətli metal və kağızlar, canlı heyvanlar və s.) daşınmasında tətbiq edilir. Yüklərin konteynerlərlə daşınması zamanı iki növ tarif tətbiq edilir: 1. Yük sahibi tərəfindən yüklər konteynerlərdə qablaşdırılmış və ya paketləşdirilmiş şəkildə daşınarkən (ULD sistemi) tətbiq edilən güzəştli yük tarifi; 2. Müxtəlif növ yüklərin daşınmasında güzəştli və ya yüksək tariflər bazasında hesablanmayan, yalnız konteynerdəki yüklərin hər növü üçün ayrıca müəyyən edilən yük tarifi. Bu daşımalarda istifadə olunan konteynerlər aviaşirkətə və ya yükgöndərənə məxsus olur. 11.1. Dəyəri ödənilən çəki (Chargeable weight) Yükün daşınması üçün ödəmələr yük aviaqiməsində qeyd edilən tarif əsasında aparılır və alınan rəqəmlər manata və yaxud tətbiq edilən valyutanın tam olmasına qədər yuvarlaqlandırılır. Ümumi yüklərin daşınması üçün ödəmələr yükün dəyəri ödənilən çəkisi (Chargeable weight) əsasında təşkil edilir. Dəyəri ödənilən çəki, brutto çəki (Actual gross weight) və ya həcm çəkisi (Volume weight) ola bilər. Bunlardan böyük olanı tətbiq edilir. Ödəmə yükün çəkisinə görə aparıldıqda, onun brutto çəkisi tam kiloqrama 164
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
qədər yuvarlaqlanır və bu çəki bir kiloqram üçün tətbiq edilən tarifə vurulur (TACT Rules b. 3.9.3.). Yük yüngül və iriqabaritli olduqda ödəmə onun çəkisinə görə deyil, həcminə görə aparılır. Yüngül və iriqabaritli yük, yükün uzunluğunun, eninin və hündürlüyünün cantimetr ilə olan ölçülərinin hasilinin 6000–ə bölünməsi ilə (a×b×c/6000 sm³= dəyəri ödənilən çəki; burada a,b,c–yükün sm ilə olan ölçüləridir) hesablanır (TACT Rules b. 3.9.4.). Alınan nəticə yükün faktiki çəkisi ilə müqayisə edilir: həcm çəkisi brutto çəkidən kiçik olduqda – brutto çəki, böyük olduqda isə həcm çəkisi tətbiq edilir. Yükün hər 1 brutto/kq–na düşən həcmi 6000 sm³ və ya ondan çox olarsa yük yüngül çəkili hesab edilir. Yükün yüngül olmasını adətən sadə prinsip əsasında müəyyən edirlər: 1 kub metr həcmə malik olan yükün çəkisi 167 (166.6) kq – dan az olmamalıdır, yəni 1 m³ həcmə malik olan yükün çəkisi 167 kq – dan çox olarsa, ödəmə yükün faktiki çəkisinə görə təşkil edilir. Yük dairəvi və ya buna bənzər formada olduqda, ən böyük ölçülər hesaba alınır. Bir neçə yerdən ibarət olan yük partiyaları daşınmaya qəbul edildikdə, onların ümumi ölçüləri təyin edilir və 6000 rəqəminə bölünür. Alınan nəticə yüklərin brutto çəkilərinin cəmi ilə müqayisə edilir. Bir neçə misalı nəzərdən keçirək: 1) Çəkisi 300 kq və qabarit ölçüləri 151,9×128,8×120,2 sm olan yükü nəzərdən keçirək. Qabarit ölçülərini yuvarlamaq lazımdır: 151,9 = 152sm; 128,8 =129sm; 120.2 = 120sm. Həcm çəkisi 152×129×120 = 2352960 sm³. Bu rəqəmi 6000 – ə bölmək lazımdır. 2352960 / 6000 = 392,16 kq = 392kq. Faktiki çəkini (300 kq) alınan çəki (392 kq) ilə müqayisə edir və 392 ˃ 300 olduğu üçün ödəmə 392 kq – a görə təşkil edilir. 2) Çəkisi 12 kq, diametri 51 sm və hündürlüyü 60 sm silindir formasında olan yükün ödənməsini nəzərdən keçirək. Həcm çəkisi 51×51×60 = 156060 sm³. Bu rəqəmi 6000 – ə böldükdə (156060 / 6000 = 26,01) 26 kq alınır və bu çəki (26 ˃ 12) ödəmə üçün əsas götürülür. 3) İki yerdən ibarət olan yüklərin daşınmasını nəzərdən keçirək: birinci yükün çəkisi 12 kq, diametri 51 sm və hündürlüyü 60 sm silindir formasındadır. İkinci yükün qabarit ölçüləri 100×50×70 sm, ağırlığı 105 kq – dır. Bu yüklər üçün tətbiq edilən tarifin hesablanması belə olacaq: (51×51×60 + 100×50×70) / 6000 = 84,343 = 84,5 kq. Bu tip daşımalarda yerlərin həcmlərinin cəmi 6000 rəqəminə bölünür və ümumi çəki ilə müqayisə edilir. Bizim misalda ümumi çəki 105+12 = 117 kq – dır. 117 ˃ 84,5 olduğuna görə ödənilən çəki 117 kq olacaq. 165
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
11.2. Yük tariflərinin təsnifatı Yüklərin hava nəqliyyatı ilə daşınması zamanı tətbiq edilən tariflər aşağıdakılardan ibarətdir: 1. Ümumi yüklərə tətbiq edilən tarif və yaxud Ümumi yük tarifləri (General Cargo Rates – GCR). 2. Xüsusi qruplara aid edilən mallara (yüklərə) tətbiq edilən tarif və yaxud Xüsusi tarif (Specific Commodity Rates – SCR). 3. Siniflərə ayrılmış mallara (yüklərə) tətbiq edilən tarif və yaxud Sinif tarifi (Class Rates or Commodity Classification Rates). 4. Yük vahidlərinə (ULD) tətbiq edilən tarif (ULD Rates). 11.3. Ümumi yüklərə tətbiq edilən tarif və yaxud Ümumi yük tarifləri (General Cargo Rates – GCR) Emalında və daşınmasında xüsusi tələblər tətbiq edilməyən yüklər ümumi yüklər adlanır. Ümumi yüklərin daşınmasında tətbiq edilən tariflər digər tariflərlə müqayisədə daha çox tətbiq edilir, bu tarif digər tariflərin müəyyən edilməsində baza rolunu oynayır və digər tariflərin təyin edilməsinə qədər olan müddət ərzində dərc və tətbiq edilir. Bu tariflər aşağıdakılara bölünürlər: M–minimal yığım–birdəfəlik yük daşınmasında, göndərilmə məntəqəsindən təyinat məntəqəsinə kimi bir yük aviaqaiməsi ilə rəsmiləşdirilmiş ən kiçik məbləğ müqabilində təşkil edilən daşınmada tətbiq edilir. Bu tarif, yükün ödənilən çəkisinin və tətbiq edilən tarifin səviyyəsinin əsasında hesablanan tariflə müqayisə edilir. Alınan nəticə (tarif) minimal yığımdan kiçik olarsa, o zaman minimal yığım tətbiq edilir. Yükün çəkisindən asılı olmayaraq bu yığımdan daha ucuz tarifin tətbiq edilməsinə icazə verilmir; N–normal tarif – birinci çəki kateqoriyasına aid olan (45 kq – a qədər) yüklərin daşınmasında tətbiq edilir; Q–miqdar tarifi – çəki kateqoriyasına uyğun hesablanan tarifdir. Bu tarif aşağıda göstərilən şəkildə tətbiq edilir: a) miqdar tarifindəki çəki kateqoriyaları 45, 100, 300, 500 və 1000 kiloqramdan ibarətdir; b) çəki diapazonu üçün qüvvədə olan miqdar tarifinin səviyyəsi. Bu diapazon bir çəki kateqoriyasından növbəti çəki kateqoriyasına qədər olan kütlədən 0.5 kq çıxmaq və ya onu 1 kq – a qədər yuvarlamaq ilə müəyyən edilir. Sonuncu çəki kateqoriyasına çəki baxımından məhdudiyyətlər tətbiq edilmir. 166
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
c) miqdar tarifinin birinci çəki kateqoriyası ilə müəyyənləşdirilən normal tarifin tətbiq edildiyi çəki diapazonundan 0,5 kq çıxmaqla təyin edilir. B, K–əsas və yarım kiloqram tarifi – bəzi Avropa ölkələrində tətbiq edilir, hesablama metodu: B+K × ödənilən çəki. Çəkisi 1000 kq – dan çox olan yüklərin daşınmasında tətbiq edilən tariflər aviaşirkətlərin xüsusi təklifləri (şərtləri) əsasında təşkil edilir. Tariflərin qurulma sisteminə əsasən daşınan yükün çəkisi artdıqca tətbiq edilən tarif də ucuz olur. Məsələn: IATA tarifi Helsinki (HEL) – Nyu–York (NYC) marşrutunda avro ilə olan tarifi məzərdən keçirək: M N +45 +100 +300 +500
58,87 7,40 5,42 2,76 2,46 2,25 Yuxarıda qeyd edilən tarif aviaşirkət tərəfindən Yük Agentinə təqdim edilir. Müxtəlif yüklər üçün bu tarifi tətbiq etməklə 1 kq yükün daşınma qiymətini təyin edək: 1) normal tariflə (N) 1 kq yükün daşınma qiyməti: 7,40 avro/kq × 1kq = 7,40 avro. Ancaq bu marşrutda Minimal yığım (M) mövcud olduğuna görə (M yükün çəkisindən asılı olmayaraq tətbiq edilir) onu tətbiq edirik ki, bu da 58,87 avrodur. 2) normal tariflə (N) 5 kq yükün daşınma qiyməti: 7,40 avro/kq × 5 kq = 37,00 avro. Bu marşrutda mövcud olan Minimal yığım (M) N tarifindən böyük olduğu üçün onu tətbiq edirik, yəni yük üçün 58,87 avro ödənilir. 3) normal tariflə (N) 10 kq yükün daşınma qiyməti: 7,40 avro/kq × 10 kq = 74,00 avro. Minimal yığım (M) normal tarifdən (N) kiçik olduğu üçün N tətbiq edilir, yük üçün 74,00 avro ödənilir. 4) normal tariflə (N) 35 kq yükün daşınma qiyməti: 7,40 avro/kq × 35 kq = 259,00 avro. Minimal yığım (M) normal tarifdən (N) kiçik olduğu üçün N tətbiq edilir, yük üçün 259,00 avro ödənilir. Qeyd: N tarifi ancaq 45 kq–a qədər olan yüklər üçün tətbiq edilir. 5) yükün çəkisi artdıqca daşınmanın qiyməti aşağı düşür. Yükün çəkisi 45 kq olduqda hər 1 kq üçün 5,42 avro ödəniləcək. Məs: 5,42 avro/kq ×45 kq = 243,90 avro. 6) Miqdar tarifi (Q) ilə çəkisi 280 kq olan yükün daşınma qiymətini təyin edək: 2,76 avro/kq ×280 kq=772,80 avro. Bu yükü 300 kq–a qədər artıraraq, 300 kq 167
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
və ondan ağır yüklər üçün tətbiq edilən tarifdən istifadə edək: 2,46 avro/kq × 300 kq = 738,00 avro. Yaxşı olar ki, yük daşınmaya qəbul edilərkən onun çəkisi 280 kq əvəzinə 300 kq bəyan edilsin və 772 avro deyil, 738 avro ödənilsin. 7) Çəkisi 220 kq olan yükün daşınma qiymətini təyin edək: Ümumi yük tarifi aşağıdakı variantlarla təyin edilir: 2,76 avro/kq × 220 kq = 607,20 avro. Yükün çəkisini 300 kq qədər artırmaq məqsədə uyğun deyil, çünki 772 > 607,20. Yuxarıda aparılan hesablamalardan belə nəticə çıxarmaq olar: a) kiçik və yüngül çəkili yüklərin (5 kq – a qədər) daşınmasında Minimal yığım (M) daha çox tətbiq edilir; b) Normal tarif (N) tətbiq edildikdə daşınmanın qiymətinin Minimal yığımdan (M) böyük olmasına diqqət etmək lazımdır; c) həmçinin Normal tarif (N) tətbiq edildikdə daşınmanın qiymətini 45 kq olan yük üçün tələb olunan qiymətlə müqayisə etməli və hansının daha sərfəli olmasını müəyyən etməli; d) Miqdar tarifi (Q) tətbiq edildikdə və yükün çəkisi növbəti çəki kateqoriyasına yaxın olduqda, qiyməti bu çəki kateqoriyasına görə hesablamaq lazımdır. Alınan nəticə yükün faktiki çəkisi üçün tətbiq edilən tariflə müqayisə edilməli və kiçik məbləğ tətbiq edilməlidir, çünki IATA qaydalarına görə (TACT Rules bölüm 3.9.3.) daşınmanın qiyməti mümkün olduğu qədər minimal olmalıdır. Beləliklə IATA, yüklərin daşınmasında GCR tarifləri tətbiq edildikdə bütün variantları müqayisə etmək və daşımanı ən ucuz qiymətlə təşkil etmək imkanı yaradır. Ümumi yük tarifi aşağıdakı şərtlərlə tətbiq edilir: ümumi yük tarifinin səviyyəsi yükün daşınmasında bir kiloqram yükün həqiqi ölçüləri (çəkisi) üçün təyin edilir (minimal yığımdan başqa); istiqamət üçün təyin edilmiş ümumi yük tarifinin tətbiqində vaxt məhdudiyyətləri tətbiq edildikdə, həmin istiqamətdə qüvvədə olan bütün növ tariflərin tətbiqində vaxt məhdudiyyətləri tətbiq edilir; ümumi yük tarifi, yükün daşınmasında xüsusi yüklərə tətbiq edilən SCR və ya sinif tariflərinin tətbiq edilməsi qadağan edildikdə tətbiq edilir. 11.4. Xüsusi qruplara aid edilən mallara (yüklərə) tətbiq edilən tarif və yaxud Xüsusi tarif (Specific Commodity Rates – SCR). Yükün daşındığı istiqamətdə əgər ümumi yük tarifi təyin edilmişsə, həmin istiqamətdə bu tarif güzəşt/yüksəldilmə ilə tətbiq edilə bilər. Bu güzəşt/yüksəldilmə faiz ilə göstərilir və tətbiq edilir. Xüsusi yüklərə tətbiq edilən tarif (SCR) Xüsusi 168
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
tarif (C) də adlanır və o ancaq təyin edilmiş göndərilmə və təyinat məntəqələri arasında daşınmasına icazə verilmiş xüsusi yüklər qrupu kateqoriyasından olan yüklərin daşınmasında tətbiq edilir. Bu tarif (SCR) ümumi yüklər üçün tətbiq edilən tarifdən (GCR) kiçik (ucuz) olur. Xüsusi tarifin tətbiq edilməsinin əsas məqsədi müəyyən qruplara aid edilən yüklərin daşınmasını güzəştli şərtlərlə təşkil etməkdir. Bu da öz növbəsində bu yüklərin konkret ölkələrə daşınmasını hər iki tərəf üçün – həm daşıyıcı və həm də yükgöndərən üçün iqtisadi cəhətdən əlverişli edir. Güzəşt/yüksəldilmə çəki diapazonu üçün müxtəlif şəkildə aşağıdakı şərtlərlə tətbiq edilir: a) minimal yığım üçün – minimal yığımın kodu (M) göstərilməklə; b) yükün çəkisindən asılı olmayan tarifdə – normal tarifin kodu (N) göstərilməklə; c) çəki diapazonu üzrə yükün çəkisindən asılı olan tarifdə – normal (N) və miqdar (Q) tariflərinin kodları göstərilməklə; d) müəyyən edilmiş çəki kateqoriyasından başlanan və yükün çəkisindən asılı olan tarifdə – miqdar tarifinin kodu (Q) göstərilməklə. Güzəşt/yüksəldilmə tətbiq edilən çəki kateqoriyaları əsas miqdar tarifinin tətbiq edildiyi çəki kateqoriyaları ilə uyğun olur. Xüsusi tarif, “Yüklərin növləri” məlumat kitabında yükün adını (növünü) və müvafiq nömrəsini (kodunu) müəyyən etdikdən sonra tətbiq edilir. “Yüklərin növləri” məlumat kitabında daşıyıcı, qəbul edilmiş qaydalara uyğun şəkildə müəyyən dəyişikliklər və əlavələr də edə bilər. Bu kitabda yüklər oxşar xüsusiyyətlərinə görə qruplara bölünmüş və hər qrupa müvafiq nömrələr təyin edilmişdir. Xüsusi tarif tətbiq edilərkən ümumi yük tarifi baza kimi əsas götürülür və mütləq ölçülərdə qeyd edilir. Qeyd edildiyi kimi, SCR tarifləri müəyyən qrup malların daşınmasında tətbiq edilir və bu malların siyahısı TACT Rates book–da göstərilmişdir. TACT Rates book–un 2.3. bəndində bu mallar tərkibində 1000 daxili nömrə qeyd edilmiş 10 qrupa bölünmüşdür. Əsas qruplar aşağıdakılardır: 0001–0999–əti yeyilən heyvanlar və tərəvəz məhsulları (edible animal and vegetable products); 1000–1999– canlı heyvanlar, əti yeyilməyən heyvanlar və tərəvəz məhsulları (live animals, inedible animals and vegetable); 2000–2999–parça, lif və onlardan hazırlanan məmulatlar (textiles products; fibres and manufactures);
169
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
3000–3999–metal və ondan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və elektrik malları istisna edilməklə (metals and manufactures, excluding machinery, vehicles and electrical equipment); 4000–4999–avadanlıqlar, nəqliyyat vasitələri və elektrik malları (machinery, vehicles and electrical equipment); 5000–5999–qeyri–metal minerallar və onlardan hazırlanan məmulatlar (non – metallic minerals and manufactures); 6000–6999–kimyəvi məhsullar (chemicals and related products); 7000–7999–kağız, rezin, saman və taxtadan hazırlanan məmulatlar (paper, reed, rubber and wood manufactures); 8000–8999–elmi, peşəkar və dəqiq alətlər və cihazlar (scientific, professional and precision instruments, apparatus and sipplies, musical instruments and accessories); 9000–9999–digər mallar (miscellaneous). Bu qruplar da öz növbəsində hər birinin tərkibində 100 növ mal olan 10 kiçik qruplara bölünür. Qeyd olunan bu kiçik qruplar malların müəyyən edilməsini asanlaşdırır. Buna misal olaraq birinci qrupu nəzərdən keçirək: 0001–0999–«Əti yeyilən heyvanlar və bitki ərzaq məhsulları» (edible animal and vegetable products): 0001–0099–ərzaq, ədviyyat və sərin içkilər (foodstuff, spices, beverages); 0100–0199–sərin içkilər, çay və qəhvə (beverages, coffee, tea); 0200–0299–süd məhsulları, yumurta və dondurma (dairy products, eggs, ice cream); 0300–0399–balıq, dəniz məhsulları və qurbağalar (fish and seafood, frogs); 0400–0499–meyvə və giləmeyvələr (fruits, berries, melons); 0500–0599–buğda və ondan hazırlanan məmulatlar (grains and grain preparations, cereal foods); 0600–0699–ət və ət məmulatları (meat, slaughtered poultry and game, sausages, meat pies); 0700–0799–ədviyyat və köklər (roots and spices); 0800–0899–tərəvəz, şorba və xəmir mayaları (vegetables, soup, yeast); 0900–0999–digər mallar (miscellaneous edible animal and vegetable products which could not be classified between 0001–0899). Bu tip kiçik qruplar digər böyük qrupların hamısında mövcuddur. Bundan əlavə 9–cu qrupdan daha asan istifadə etmək üçün, 9700–dən 9799–ə qədər nömrələri arasında bir çox yükləri əhatə edən xüsusi qrup tərtib edilmişdir. Məs: 9735 nömrəsinə 70–dən çox mal və 20 ədəd SCR kodu daxildir. SCR nömrələri 170
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
TACT Rates book–un 2.4. bəndində daha ətraflı şəkildə izah edilmişdir. Dərc edilmiş tariflərin göstərildiyi bölümdə Xüsusi tariflərin izahı belə məna kəsb edir: ITEM–də göstərilən nömrələr SCR tarifinin tətbiq edildiyi malların qrup nömrələrini bildirir. Qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Xüsusi tarif müəyyən edilmiş ölkələr arasında yük aviadaşımaları sahəsində işgüzar aktivliyin sürətləndirici iqtisadi mexanizmi rolunu oynayır. IATA qaydalarına əsasən yüklərin daşınması mümkün olan ən ucuz tariflə təşkil edilməlidir. Yük, Ümumi yüklər kateqoriyasına aid olduqda (onun daşınması GCR tarifi ilə mümkün olduqda) və bu yük konkret marşrutda eyni zamanda Xüsusi yüklər qrupuna daxildirsə (SCR tarifi ilə daşınması mümkündürsə), belə şərtlərdə ən ucuz tarif tətbiq ediləcək. Bir çox hallarda bu tarif Specific Commodity Rates tarifi olacaqdır. Xüsusi tarifin tətbiq edilməsi üçün bu amillərə diqqət etmək lazımdır: 1) Daşınan yükün hansı qrupa və SCR nömrələri olan kiçik qrupa aid olduğu TACT Rates–in 2.3. bəndində müəyyən edilir. 2) Marşrutdakı tarif müəyyən edildikdən sonra (TACT Rates book) ITEM–də bu mala (yükə) uyğun olan (birinci amildə müəyyən edilmiş) nömrə qeyd edilir (cədvəl 11.1). 3) Müəyyən edilmiş nömrələri TACT Rates book 2.4. bəndində bu nömrələrə ən yaxın (uyğun) olanı təyin edilir. 4) Təyin edilmiş nömrə SCR tarifində müəyyən edildikdən sonra yükün daşınması üçün SCR tarifindəki həmin nömrəyə uyğun tarif tətbiq edilir. Yuxarıda qeyd edilənlər TACT Rates 3.6.3. bəndində göstərilmişdir. Əgər mal (yük), SCR–də bir nömrədən çox variantda müəyyən edilmişsə, o zaman mala daha çox uyğun olan nömrə tətbiq ediləcək, hətta bu variantdakı tarif böyük (baha) olsa da. Belə hallarda əgər yükün çəkisi ikinci Cədvəl 11.1. nömrədəki çəkiyə uyğun olarsa, o zaman ikinci nömrədəki tarif tətbiq edilə bilər və ümumilikdə daşımanın qiyməti birinci nömrədəki hesablamadan kiçik, çəki isə minimal olacaq. Bunu bir misal ilə izah edək: çəkisi 280 kq olan xalçanın (carpet) Dubay (DBX) – Qlazqo (GLA) marşrutu ilə daşınmasını nəzərdən keçirək. 171
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
1) TACT Rates Book 2.3. bəndi vasitəsi ilə malın (xalça– carpet) hansı qrupa aid olduğu müəyyən edilir: bu yük (mal) 2000–2999 nömrəli qrupa aiddir (cədvəl 11.2.). 2) Tariflərin siyahısında bu mala uyğun nömrə müəyyən edilir: bu diapozonda DBX– GLA marşrutu üçün 2000 – 2999 nömrəli qrup üçün uyğun nömrələr 2199 və 2865–dir (cədvəl 11.4.). 3) Bu nömrələrə hansı malların aid olduğu müəyyən edilir: bu 2865–dir. Təyin edilən Cədvəl 11.2 tarif tətbiq edilir. 4) Tariflər cədvəlindən (cədvəl 11.3.) göründüyü kimi SCR 2865 qrupu üçün ən uyğun tarif 500 kq yük üçün AED 9,95–dir, yəni tarif ancaq 500 kq–dan başlayan yüklər üçün tətbiq edilə bilər. Əgər bu yük üçün qeyd edilən tarif tətbiq edilərsə, ödəmə 500 kq × 9,95 AED = 4975 AED təşkil edəcək. Əgər malın nömrəsi SCR–dəki nömrəyə az uyğun olan, amma çəkisi daha yaxın olan çəkinin tarifi ucuz olarsa, o zaman daha ucuz olan tarif tətbiq edilə bilər. Cədvəldəki bu çəki 250 kq, tarif isə 10,50 AED–dir. 280 kq × 10,50 AED = 2940 AED. Bu daşımada Cədvəl 11.3. daha ucuz olan tarif (2940 AED) tətbiq ediləcək və bu da öz növbəsində IATA–nın TACT Rules b. 3.9.3. qaydasının mümkün olan variantların hamısının müqayisə edilməsini və ən əlverişlisini (ucuz) seçmək imkanı yaratdığını təsdiq edir. Yüklərin daşınmasında Xüsusi tariflər (Specific Commodity Rates– SCR) tətbiq edildikdə yük aviaqaiməsi aşağıda göstərilən qaydada tərtib edilir: «Rate class» qrafasında C qeyd edilir; «Commodity item» qrafasında malın qrupunun SCR–dəki nömrəsi qeyd edilir. Cədvəl 11.4. Məs: «2199»; «Chargeable weight» qrafasında tətbiq edilən çəki (280,0) qeyd edilir; «Rate / charge» qrafasında müvafiq tarif (10,50) qeyd edilir.
172
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
11.5. Siniflərə ayrılmış mallara (yüklərə) tətbiq edilən tarif və yaxud Sinif tarifi (Class Rates or Commodity Classification Rates). Sinif tarifi, təyin edilmiş yüklərin Ümumi yük tarifinin (GCR) müəyyən faizi ilə (çox və ya az) daşınmasında tətbiq edilir. Bu tariflər konkret marşurut üçün dərc edilmir və IATA – nın tarif zonalarından asılı olaraq yüklərin hava nəqliyyatı ilə daşınmasında tətbiq edilir. Sinif tarifi aşağıdakı yüklərin daşınmasında tətbiq edilir: canlı heyvanlar (Live animals): IATA TACT Rules b.3.7. (Class Rates) əsasında hesablanmış tarif tətbiq edilir; canlı heyvanların daşınması üçün nəzərdə tutulmuş xüsusu qurğu (Animal stalls); canlı heyvanların daşındığı konteyner və bu kimi qurğu (Animal kontainers other than stalls); qəzet, jurnal, dövri mətbuat, kitab, kataloq, Brayl şriftli ədəbiyyat və gözdən əlillər üçün nəzərdə tutulmuş vəsait (newspapers, magazines, periodicals, books, catalogues, Braille type equipment and talking books for blind): yükün çəkisindən asılı olaraq ümumi minimal, normal və ya miqdar tarifi tətbiq edilir; yük kimi daşınan müşayiət olunmayan baqaj (Baggage shipped as cargo); yükün çəkisindən asılı olaraq ümumi minimal, normal və ya miqdar tarifi tətbiq edilir; insan donor gözləri və qurudulmuş buynuzlar (human eyes and dehydrated corneas) qiymətli yüklər (Valuable cargo): yükün çəkisindən asılı olaraq 100% yüksəldilmiş ümumi minimal, normal və ya miqdar tarifi tətbiq edilir; insan cəsədi (tabut) (Human remains): IATA TACT Rules b.3.7. (Class Rates) əsasında hesablanmış tarif tətbiq edilir; insan cəsədi (kül): ümumi minimal tarif tətbiq edilir; bir günlük quşların (cücə) daşınmasında 50% yüksəldilmiş normal tarif tətbiq edilir; özü hərəkət edən nəqliyyat vasitələri (Automotive vehicles). Sinif tarifi, ümumi tarif təyin edildikdən sonra müəyyənləşdirilir və onun səviyyəsi: ümumi minimal, normal və miqdar tarifləri və ya ümumi minimal və normal tarif kimi təyin edilir; güzəşt/yüksəldilmə ümumi minimal, normal və miqdar tariflərinə və ya minimal və normal tariflərə faizlə tətbiq edilir. Sinif tarifində tətbiq edilən güzəşt/yüksəldilmə müxtəlif ola bilər. Sinif tarifi 173
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
aşağıdakı şərtlərlə tətbiq edilir: a) sinif tarifi ümumi minimal, normal və miqdar tarifləri kimi təyin edildikdə, yükün çəkisindən asılı olaraq, ümumi minimal, normal və ya miqdar tarifləri tətbiq edilir; b) sinif tarifi ümumi minimal və normal tarifləri kimi təyin edildikdə, yükün çəkisindən asılı olmayaraq, ümumi minimal və normal tariflər tətbiq edilir; c) sinif tarifi minimal, normal və miqdar tariflərinə güzəşt/yüksəldilmə faizi kimi təyin edildikdə, yükün çəkisindən asılı olaraq, bu faiz ümumi minimal, normal və ya miqdar tariflərinə tətbiq edilir; d) sinif tarifi ümumi normal tarifə güzəşt/yüksəldilmə kimi təyin edildikdə, yükün çəkisindən asılı olmayaraq, bu faiz ümumi normal tarifə tətbiq edilir. Qeyd etmək lazımdır ki, R (Reduced) kodu aşağı faizli tarifin tətbiq edilməsini, S (Surcharged) kodu isə yüksək faizli tarifin tətbiq edilməsini göstərir. TACT Rules–in b. 3.2.7. IATA–nın tarif zonalarının daxilində və onların arasında canlı heyvanların daşınmasında tətbiq edilən tariflərin cədvəli (cədvəl 11.5.) göstərilmişdir. Bu cədvəldə qeyd edildiyi kimi bir çox hallarda canlı heyvanların daşınmasında yüksəldilmiş sinif tarifi S tətbiq edilir. Qeyd etmək lazımdır ki, TACT Rules–in sonuncu nəşrindən istifadə etmək lazımdır. Cədvəldəki qeydlərin izahı TACT Rules–də göstərilmişdir. Məsələn: GCR – General Cargo Rate (IATA – nın Ümumi yüklər üçün dərc edilmiş tarifi «(***) % of appl. GCR»–daşınma yükün çəkisindən asılı olmayaraq göstərilən marşrutda ümumi yüklər üçün tətbiq edilən müvafiq tarifin (GCR) *** faizi hesablanmaqla təşkil edilir. «(***) % of Normal GCR»–daşınma yükün çəkisindən asılı olmayaraq ümumi yüklər üçün tətbiq edilən Normal tarifə (N GCR) *** faizi hesablanmaqla təşkil edilir. Məs: 150% of Normal GCR – IATA – nın dərc edilmiş Normal tarifi (ən yüksək tarif kimi) 150% artırılaraq yükün hər 1 kq üçün onun çəkisindən asılı olmayaraq tətbiq edilir; «appl. GCR»–daşınma ümumi yüklər üçün tətbiq edilən müvafiq tariflə (GCR) heç bir əlavə edilmədən təşkil edilir (appl. – applicable); Minimal yığımların məbləği TACT Rules–in 2–ci bölümünün m. 3.7. göstərilmişdir. Ödəmə üçün çəki, hesablanarkən canlı heyvanla daşındığı qəfəsin (konteynerin), yemin və s. birlikdə olan çəkisi nəzərə alınır. Yük üçün iki əlavə (faiz) mövcud olduqda (göndərilmə və təyinat ölkələrində), göndərilmə ölkəsindəki 174
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
əlavəyə üstünlük verilir. Canlı heyvanların daşınmasında Sinif tarifi tətbiq edildikdə yük aviaqaiməsi aşağıda göstərilən qaydada tərtib edilir: «Rate class» qrafasında S qeyd edilir; «Commodity item no» qrafasında tarifin kodu və əlavənin ölçüsü qeyd edilir. Məs: Minimal tarifin 200% - i belə yazılacaq: M200, Normal tarifin150% - i N150; «Chargeable weight» qrafasında dəyəri ödənilən çəki qeyd edilir; «Rate / charge» qrafasında müvafiq tarif qeyd edilir.
Exception: 1. Within and from the South West Pacific sub-area: 200% of the aplicable GCR. 2. Minimum charges covering all areas, excluding between countries in the ECAA. The minimum charge for cinsignments of live animals is 200% of the applicable minimum charge. Note: The above charges shall be applicable to carriage of both the animal and its container, subject to the provisions of Rule 3.7.3.
Cədvəl 11.5.
Məs: London–Nayrobi marşrutu ilə qəfəslə birlikdə brutto çəkisi 60 kq olan qoyun daşınır. Qəfəsin ölçüləri 120×40×70 sm. Bu daşıma IATA – nın 2 – ci tarif zonasının daxilində təşkil edildiyi üçün Normal tarifin 150%–i tətbiq edilir (cədvəl 11.5. Within 2 (see also Rule 3.7.1.3.)). Bu marşrutda dərc edilmiş N tarif TACT Rates book – da 1 kq üçün 5,85 ingilis funtu (GBP) təşkil edir. 5,85GBP × 150% = 8,775 GBP/kg. 60×8,775=526,5GBP. 175
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yük aviaqaiməsi aşağıda göstərilən qaydada tərtib edilir: «Gross weight» qrafasında 60,0 qeyd edilir; «Kg/lb» qrafasında K qeyd edilir; «Rate class» qrafasında S qeyd edilir; «Commodity item no» qrafasında tarifin kodu və əlavənin ölçüsü N150 qeyd edilir; «Chargeable weight» qrafasında dəyəri ödənilən çəki 60,0 qeyd edilir; «Rate / charge» qrafasında müvafiq tarif 8,775 qeyd edilir; «Total» qrafasında 526,5 qeyd edilir; «Nature and Quantity of Goods (Incl Dimension or Volume)» qrafasında One Live Sheep (120×40×70 cms) qeyd edilir, (Sheep– qoyun). 11.6. Yük vahidlərinə tətbiq edilən tarif (ULD Rates) Yük vahidlərinə (ULD) tətbiq edilən tariflər aşağıdakılardır:
U kodu ilə göstərilən əsas (baza) tarif. E kodu ilə göstərilən əlavə tarif. X kodu ilə göstərilən razılaşdırılmış əlavə tarif. Y kodu ilə göstərilən güzəştli tarif. W kodu ilə göstərilən əlavə çəki üçün tarif. 11.7. Yığımlar
Yığımlar aşağıdakı qaydada təyin edilir: daşıyıcı bəzi iriqabaritli, təhlükəli, təcili, ağır çəkili və xüsusi şərtlər tələb edən yüklərin daşınması ilə bağlı göstərilən əlavə xidmətlər üçün yığımlar təyin etmək hüququna milikdir; əlavə xidmətlərin siyahısı daşıyıcı tərəfindən müəyyən edilmiş qaydada təyin edilir; yığımlar tariflər təyin edildikdən sonra müəyyən edilir; yığımlar mütləq ölçülərdə, ümumi və ya tətbiq edilən tarifə əlavə edilmiş faiz kimi qeyd edilir. 11.8. Yığımların kodları Tətbiq edilən yığımların həcminin və hansı tip yüklərə tətbiq edilməsinin, həmçinin hansı növ xidmətin göstərilməsinin aydın şəkildə bilinməsi məqsədi ilə onlara kodlar təyin edilir. Bu kodlar aşağıdakı cədvəldə göstərilmişdir: 176
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
M – müxtəlif yığımlar.
MC – terminal yığımı;
SO – yükün anbarda saxlanması üçün tətbiq edilir;
BI – sənədləşdirmə prosedurları üçün tətbiq edilir;
HR – insan cəsədlərinin daşınmasında tətbiq edilir;
VA – qiymətli yüklərin daşınmasında tətbiq edilir;
LA – canlı heyvanların daşınmasında tətbiq edilir;
AW – aviaqaimənin tərtib edilməsi üçün tətbiq edilir;
IA – təcili yüklərin daşınmasında tətbiq edilir;
FD – imtiyazlı (prioriteti olan) yüklərin daşınmasında tətbiq edilir;
KA – ağır çəkili yüklərin daşınmasında tətbiq edilir;
RA – təhlükəli yüklərin daşınmasında tətbiq edilir;
Yığımların kodları
Cədvəl 11.6.
«A» kodu agentin, «C» daşıyıcının, «A» və «C» isə qeyd edilənlərin hər ikisinin eyni yük üçün yığımın tətbiq etdiklərini bildirir. 11.9. Yükün qiymətləndirilməsi ilə bağlı tətbiq edilən yığımlar Yükün daşınmasına dair bağlanan müqaviləyə əsasən yükgöndərən yükü qiymətləndirmə hüququna malikdir və bu yük aviaqaiməsinin müvafiq qrafasında qeyd edilməlidir. Qiymətləndirməyə məhdudiyyətlər tətbiq edilmir, lakin yükgöndərənin təyin etdiyi məbləğ yükün həqiqi qiymətindən çox olmamalıdır. Daşıyıcı yükgöndərənin təyin etdiyi məbləğin yükün həqiqi qiymətinə uyğun olmasını yoxlamaq hüququna malikdir. Yük qiymətləndirilmədikdə, daşıyıcının məsuliyyəti yükün həqiqi qiymətinə görə, ancaq hər kiloqramın 17 SDR–dən (TACT Rules b. 3.2.) çox olmamaq şərti ilə müəyyən edilir. Yükün qiymətləndirilməsi ilə bağlı tətbiq edilən yığım, adətən yükün hər bir kiloqramı üçün təyin edilmiş qiymətin 0,75% - i qədər olur. 11.10. Dərc edilmiş tariflərin növləri və xüsusiyyətləri Dərc edilmiş tariflər, yük vahidlərinə tətbiq edilən tarif istisna edilməklə, aşağıdakı xüsusiyyətlərə malikdirlər: tarif, göndərilmə hava limanından təyinat hava limanına qədər olan daşıma 177
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
üçün nəzərdə tutulur və ancaq bu istiqamətdə qüvvədə olur; tarif, hava xəttinin yüklənməsindən asılı olmur və ancaq daşıyıcı tərəfindən dəyişilə bilər; aeroport – aeroport tarifi yükün hava limanına çatdırılması, emalı və s. üçün əlavə yığımların tətbiqini nəzərdə tutmur; tarif göndərilmə ölkəsinin və ya daşıyıcının istifadə etdiyi valyutada dərc edilir (bir çox hallarda ABŞ dollarında (USD) və ya avro (EUR) ilə); daşıma üçün tətbiq edilən tarif, aviaqaimənin rəsmiləşdirildiyi gündə qüvvədə olan tarif olacaq. IATA–nın dərc edilmiş tarifləri TACT (The Air Cargo Tariff) kitabçasında (Bölüm 4.1.) dərc edilir. Cədvəl 11.7–də tariflərin dərc edildiyi cədvəldən bir fraqment göstərilmişdir. Burada göndərilmə şəhərləri (departure cities) əlifba sırası ilə göstərilmiş, onların mənsub olduqları ölkələrin iki hərfli kodu və üç hərfli IATA kodları, yerli valyutanın (local currency) adı və kodu, tarif üçün tətbiq edilən ölçü vahidi (weight unit) kiloqram və ya funt göstərilir. Hər bir göndərilmə məntəqəsi üçün əlifba sırası ilə təyinat məntəqələri (arrival cities) göstərilir və aşağıda qeyd edilən qrafalarda bu şəhərlərə dair məlumat verilir: Date–bu tarifin tətbiq edilməsinin son tarixi (5 rəqəmli kod: ilk iki rəqəm gün, üç və dördüncü rəqəmlər ay və beşinci rəqəm isə ili göstərir). Tarifin tətbiqi ilə bağlı məhdudiyyətlər mövcud olmadıqda bu qrafada heç bir qeyd aparılmır. Type–rəqəm və ya hərif ULD–nin tipini Cədvəl 11.7. göstərir. Note–nömrəli izahat (məs: AA001, 03211) TACT Rates Book–un bölüm 3– də yerləşən məlumata aid əlavə informasiya verilir: daşıyıcının kodu (məs: J201– AZAL, əlavə 01) onu bildirir ki, bu aviaşirkətdə əlavə şərtlər mövcuddur və onların şifrələrinin açılışı TACT Rates Book–un bölüm 3.1–də göstərilib. Item–xüsusi tariflərin C (Specific Commodity Rates–SCR) tətbiq edildiyi yük qruplarının nömrələri (bölüm 13. Xüsusi tariflər). Bu qrupların geniş siyahısı TACT Rates Book– un bölüm 2–də göstərilmişdir (0006–ərzaq və içki, 0007– meyvə və tərəvəz və s.). 178
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Min weight–bu tarifin tətbiq edilməsi üçün minimal çəki (bölüm 4.5. Ümumi yük tarifləri). M–minimal tarif (ümumi yüklər üçün tarif). N–normal tarif. 45–45 kq – dan başlayan yüklərin 1 kq – ı üçün olan tarif. 100–100 kq – dan başlayan yüklərin 1 kq – ı üçün olan tarif. Local Curr–bu sütunda göndərilmə məntəqəsinin altında qeyd edilmiş valyutanın müvafiq tarifə görə miqdarı göstərilmişdir. 11.11. Müxtəlif növ yüklərin birgə daşınması Aşağıdakı yüklərin “Müxtəlif növ yüklərin birgə daşınması” kateqoriyası ilə daşınmasına icazə verilmir: qiymətli yüklər; canlı heyvanlar; insan cəsədi; diplomatik poçt; müşayiət olunmayan baqaj. Eyni tarif və şərtlərlə daşınan müxtəlif növ yüklərin eyni hava gəmisində daşınması “Müxtəlif növ yüklərin birgə daşınması” kateqoriyasına aid edilir. Bu daşımada tərtib edilən yük aviaqaiməsində yüklərin hamısının adları, çəkiləri və tətbiq edilən tariflər ayrı–ayrı göstərilməlidir, əgər bir aviaqaimədə bu mümkün olmadıqda, aviaqaiməyə səhifə (vərəq) əlavə edilir. İki və daha çox yerdən ibarət olan daşınmada şərtlər və tarif bütün yerlər üçün eyni olduqda ödəmə, çəki və ya həcm üçün ümumi şəkildə tətbiq edilir. Müxtəlif növ yüklərin birgə daşınması zamanı yükgöndərən ümumi çəki–bruttonu və ya həcmi ümumi şəkildə bəyan edərsə: dəyəri ödənilən çəki, eyni növdən olan yüklərin daşınmasında tətbiq edilən şərtlərlə hesablanır; ödəmə, tətbiq edilən tarifin dəyəri ödənilən çəkiyə vurulması ilə hesablanır. Müxtəlif növ yüklərin birgə daşınması zamanı yükgöndərən çəki–brutto və ya həcmi hər növ yük üçün ayrıca şəkildə bəyan edərsə: dəyəri ödənilən çəki, hər yer və ya yerlərin eyni növdən olan yüklərin daşınması üçün tətbiq edilən şərtlərlə müəyyənləşdirilir; ödəmə, tətbiq edilən tarifin hər yerin və ya yerlərin çəkisinə vurulmaqla hesablanır; 179
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
bir bağlamada bir neçə növdən olan yüklər daşındıqda, buradakı yüklərdən hansının tarifinin daha yüksək olduğu nəzərə alınır və bu tarif bütün yüklər üçün tətbiq edilir. Müxtəlif növ yüklərin birgə daşınması zamanı qiymətləndirmə, ayrı–ayrı yüklər üçün deyil, ümumi çəkiyə görə müəyyən edilir. Birbaşa tariflər: göndərilmə və təyinat məntəqələri arasında birbaşa tarif olmadıqda, daşıyıcının razılığı ilə daşımanın qiyməti ərazi (sektor) tariflərinin cəm edilməsi ilə hesablanır. Tariflərin tətbiq edilməsi aşağıdakı ardıcıllıqla təşkil edilir: 1. Xüsusi tarif; 2. Sinif tarifi; 3. Ümumi tarifə güzəşt/yüksəldilmə; 4. Ümumi tarif. 5. Əgər birbaşa tarif mövcuddursa, o tətbiq edilir, əgər mövcud deyilsə, aralıq məsafələrdəki tariflərin cəmi tətbiq edilir. Beynəlxalq yük daşımalarını həyata keçirən aviaşirkətlər dərc edilmiş rəsmi tarifləri tətbiq edirlər. IATA–nın dəstəyi ilə beynəlxalq təşkilat olan IAP (International Airline Publications) tərəfindən tərtib edilən TACT (The Air Cargo Tariff) istifadə edilən əsas rəsmi tarif sənədidir. Bu sənəd üç cilddən ibarətdir və Ümumi yük tarifi qaydaları TACT Rules bölməsində dərc edilir və aviaşirkətlər müntəzəm reyslərdə bu tarifləri tətbiq edirlər. Hava gəmisinin tam və ya müəyyən bir həcminin icarəsi zamanı yüklərin daşınmasında tətbiq edilən tariflər çarter yük tarifləri adlanır. 11– ci Modula aid sınaq sualları: 1. Yüklərin konteynerlərlə daşınması zamanı tətbiq edilən tariflər neçə növdən ibarətdir? a) 3; b) 4; c) 2; d) Belə tarif mövcud deyil. 2. The Air Cargo Tariff (TACT) neçə kitabdan ibarətdir? a) 2; b) 3; c) 1; d) 4. 3. Bunlardan hansı Xüsusi yüklərə tətbiq edilən tarifdir? a) General Cargo Rates – GCR; b) Specific Commodity Rates – SCR ; c) Class Rates; d) ULD Rates. 4. Bunlardan hansı miqdar tarifinin kodudur? a) A; b) Q; c) N; d) M. 180
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
5. Bu çəkilərdən hansı birinci çəki kateqoriyasına aiddir? a) 45 kq qədər ; b) 45 kq çox; c) 100 kq; d) 250 kq. 6. Yük vahidi üçün tətbiq edilən Ümumi yük tarifi hansı kodla işarə edilir? a) E; b) U; c) X; d) Y. 7.Terminal yığımı hansı kodla işarə edilir? a) VA; b) HR; c) MC; d) SO.
181
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
12– ci MODUL. Yük aviaqaiməsi (AIR WAYBILL)
12.1. Ayrıca daşınan yüklər. 12.2. Cəm şəklində daşınan yüklər. 12.3. Yük aviaqaiməsinin tərtib edilməsi qaydaları. 12.4. Yüklərin daşınmasının şərtləri. 12.5. Müqavilənin əlavə şərtləri.
Yük aviaqaiməsi (Air WayBill / consignment note) – yükgöndərənin tapşırığı ilə onun adından tərtib edilmiş və onunla daşıyıcı arasında bu sənəddə göstərilmiş yükün daşıyıcının marşrutu üzrə daşınmasına dair müqavilənin bağlanmasını təsdiq edən sənəddir. Yük aviaqaiməsi iki növ olur: 1. Master yük aviaqaiməsi (Master Air WayBill – MAWB). Bu sənəd on bir rəqəmli nömrəyə malikdir: ilk üç rəqəm IATA tərəfindən verilən prefiks nömrəsidir, növbəti səkkiz rəqəm yük aviaqaiməsinin seriya nömrəsidir və bunlardan yeddisi bilavasitə qaimənin nömrəsi səkkizinci isə ondan əvvəlki yeddi rəqəmli nömrənin yeddi rəqəminə bölünməsində alınan nəticəni göstərir (“yoxlama rəqəmi” adlanır). MAWB nömrəsi vasitəsi ilə təxsis etməni və yükün hərəkətini izləmək kimi prosedurları müvafiq sistemlərdə (İnternet və aviaşirkətin saytlarında) təşkil etmək mümkündür. 2. Ev aviaqaiməsi (House Air WayBill – HAWB). Bu sənəd ilk etapda nömrəsiz olur və sonradan onu tərtib edən Yük Agenti ona nömrə qeyd edir. Bu nömrə əsasında yük ancaq Yük Agentinin sistemində izlənə bilər. Bu qaimə yardımçı xarakteri daşıyır, baxmayaraq ki, onu Yük Agenti özünün qaydaları və müştərinin istəyinə uyğun tərtib edir, lakin IATA qaydalarına əsasən tərtib edilməsi tövsiyyə edilir. Yuxarıda göstərilən aviaqaimələrdən başqa Yük Agentləri 1986–cı ildən başlayaraq yük aviadaşımalarında «Neytral aviaqaimə» (Not Negotiable Air Waybill) tətbiq edirlər. Yük aviaqaiməsində (Air WayBill) göstərilən müqavilənin şərtləri IATA–nın 600a (CSC17) nömrəli Qətnaməsinin əsas müddəalarının qısa izahıdır. Yük aviaqaiməsində müqavilənin şərtləri, daşıyıcının beynəlxalq daşımalarda yükün 182
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
itməsi, zədələnməsi, xarab olması, azalması və yubanması ilə əlaqədar məsuliyyət dərəcəsini təyin edir. Müqavilənin şərtləri özündə aşağıdakıları ehtiva edir: daşınmaya qəbul edilmiş yükün təyin edilmiş məntəqəyə çatdırılması və yükalana təhvil verilməsinə dair daşıyıcının məsuliyyəti, daşınma xərclərinin ödənməsi məsuliyyəti; yükün geri qaytarılması, alıcının dəyişilməsi və alıcının hər hansı səbəbdən yükdən imtina etdikdə hansı şərtlərə əməl olunacağı; yükün təyin edilmiş məntəqəyə çatdığına dair alıcıya daşıyıcı tərəfindən informasiya verilməsi məsuliyyəti və alıcının yükü vaxtında almasına dair məsuliyyəti; müqavilənin şərtlərinin pozulmasına dair tətbiq edilən cərimə sanksiyaları və kommersiya aktlarının tərtib edilməsi; yükün daşınması zamanı yükgöndərənin ölkənin qanun və normativ sənədlərinin tələblərinə riayət etmək məsuliyyəti; təhlükəli yüklərin daşınması şərtlərinə dair informasiya. Yük aviaqaiməsinin funksiyaları aşağıdakılardan ibarətdir: 1. Yük aviaqaiməsi daşınma prosesində iştirak edən tərəflər arasında hesablamalar aparmaq üçün maliyyə–hesab, nəzarət və həmçinin gömrük prosedurlarının qeydiyyatı üçün əsas sənəddir. Yük aviaqaiməsinin “Üz tərəfi” aşağıdakıları əks etdirir: yükgöndərənin və yükalanın rekvizitləri (adı və hüquqi ünvanı, bankdakı hesab nömrəsi); daşıyıcının rekvizitləri (kodu və bankdakı hesab nömrəsi); reysin nömrəsi, marşrut, göndərilmə və çatdırılma tarixi və məntəqələri; daşınan yükə dair məlumat (adı və yerlərin sayı, ölçüləri və həcmi, brutto çəkisi və elan edilmiş qiyməti); ödəməyə dair informasiya; yükalana yükün gəlməsinə dair verilən informasiya qrafası; yükün daşınmasına dair verilən informasiya qrafası; yükün xarakterinə dair yükgöndərənin verdiyi informasiya qrafası; yükgöndərənin, yükalanın və yük agentinin imzaları, tarix və möhür; iştirak edən tərəflər arasında aparılan hesablamalara dair informasiya. Yuxarıda qeyd olunan rekvizitlər və məlumatların Yük aviaqaiməsində yerləşdirilməsini elə təşkil etmək lazımdır ki, qeydiyyat aparmaq üçün texniki cəhətdən çətinliklər yaranmasın.
183
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
2. Beynəlxalq yük daşımalarında yük aviaqaiməsi əsasən 8, bəzən isə daha çox 12 nüsxədə IATA standartlarına və tələblərinə uyğun şəkildə tərtib edilir. Bu nüsxələrin rəngləri və kimin üçün nəzərdə tutulması şəkil 12.1 – də göstərilmişdir. Orijinal 1 (For issuing carrier) rəsmiləşdirən daşıyıcı üçün Orijinal 2 (For consignee) yükalan üçün Orijinal 3 (For shipper) yükgöndərən üçün Surət 4 (Delivery receipt) yükün alınmasını təsdiqləyən imza Surət 5 (For airport of destination) təyinat hava limanında gömrük üçün Surət 6 (For third carrier) üçüncü daşıyıcı üçün Surət 7 (For second carrier) ikinci daşıyıcı üçün Surət 8 (For first carrier) ilk daşıyıcı üçün göndərilmə h/l saxlanılr Surət 9 (For agent) satışı həyata keçirən agent üçün Surət 10, 11, 12 (Extra copy for carrier) daşıyıcı üçün əlavə nüsxələr
Yaşıl Çəhrayı Mavi Sarı Ağ Ağ Ağ Ağ Ağ Ağ
Şəkil 12.1.
Yük aviaqaiməsinin nüsxələri aşağıdakı qaydada tərtib edilir: orijinal 3 (yükgöndərən üçün – for shipper) mavi rəngdə olur və yük göndərənə verilir, yükün qəbulunu və daşıyıcı ilə yükgöndərən arasında müqavilənin bağlanmasını təsdiq edir; surət 8 (ilk daşıyıcı üçün – for first carrier) ağ rəngdə olur və göndərilmə hava limanında qalır; orijinal 1 (rəsmiləşdirən daşıyıcı üçün – for issuing carrier) yaşıl rəngdə olur, hesabat üçün daşıyıcıda qalır və daşıyıcı ilə yükgöndərən arasında müqavilənin bağlanmasını təsdiq edir; orijinal 2 (yükalan üçün – for consignee) çəhrayı rəngdə olur, yükü təyinat hava limanınadək müşayiət edir və yük, yükalana verilərkən ona təqdim edilir; surət 4 (yükün alınmasını təsdiqləyən imza – delivery receipt) sarı rəngdə olur, alıcı tərəfindən imzalanır, sonuncu daşıyıcıda qalır və yükün təhvil verilməsini (çatdırılmasını) və müqavilənin yerinə yetirilməsini təsdiq edir; surət 5 (for airport of destination) ağ rəngdə olur, təyinat hava limanında gömrük üçün daşıyıcı tərəfindən lazım olduqda istifadə etmək üçün nəzərdə tutulur; surət 6 (üçüncü daşıyıcı üçün – for third carrier) ağ rəngdə olur, üçüncü daşıyıcı üçün nəzərdə tutulur; surət 7 (ikinci daşıyıcı üçün – for second carrier) ağ rəngdə olur, ikinci daşıyıcı üçün nəzərdə tutulur; surət 9 (satışı həyata keçirən agent üçün – for agent) ağ rəngdə olur, satışı həyata keçirən agentdə qalır. 184
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
surətlər 10, 11, 12 (Extra copy for carrier) ağ rəngdə olurlar, daşıyıcı üçün əlavə nüsxələr. 3. Yük aviaqaiməsi aşağıdakıların mövcud olmasını təsdiq edir: a) yükün daşınmasına dair yükgöndərən ilə aviaşirkət arasında müqavilə (müqavilənin şərtləri orijinal nüsxələrin arxa hissəsində qeyd edilir); b) yükün qəbul edilməsinə dair sənəd; c) hesablamaların aparılmasına dair sənəd; d) tərəflərin məsuliyyətlərini təsdiq edən sənəd; e) sığortanı təsdiq edən sənəd (əgər aviaşirkətə buna dair müraciət edilibsə); f) yükləmə – boşaltma prosedurlarına dair təlimat; g) gömrük prosedurları üçün sənəd; h) yükün yükalana təhvil verilməsini təsdiq edən sənəd. Yük aviaqaiməsinin yuxarıda sağ küncündə «non negotiable» qeyd edilir və bu da yükün ancaq aviaqaimənin yükalan qrafasında göstərilmiş şəxsə verilməsinin qanuna uyğun olmasını təsdiq edir. Aviaqaimənin etibarlılıq müddəti onun imzalandığı vaxtdan yükün yükalana və ya onun Agentinə təhvil verildiyi vaxta qədərdir. Daşımanın növündən asılı olaraq sənədlər iki şəkildə tərtib edilir: ayrıca və cəm şəklində daşınan yüklər üçün. 12.1.
Ayrıca daşınan yüklər
Ayrıca daşınan yüklər üçün Yük Agenti MAWB qaimələrindən istifadə edir. Yük Agenti MAWB–da həqiqi yükgöndərəni və yükalanı, yükə dair məlumatı, ödəmənin hansı formada olduğunu göstərir və daşımanın qiyməti qrafasını tərtib edir. Tərtib edilmiş sənədlər tranzit və təyinat hava limanları üçün ayrı – ayrı zərflərə yerləşdirilir. Bu zərflər möhürləndikdən sonra aviaqaiməyə əlavə edilir, buna qədər isə aviaqaimənin ilk üç nüsxəsi ondan götürülür və aşağıda qeyd edilən ünvanlara verilir: Nüsxə 1 (Orijinal 3) yükgöndərənə verilir. Nüsxə 2 (Surət 8) Yük Agentinin və ya göndərilmə hava limanının arxivində saxlanılır. Nüsxə 3 (Orijinal 1) maliyyə hesablamaları üçün aviaşirkətə verilir. Təhlükəli yüklər və canlı heyvanlar daşındıqda zərflərə bu yüklərin daşınmasında tələb olunan sənədlər də əlavə edilir. 185
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yükün üzərinə yükgöndərən və yükalana dair məlumatdan, həmçinin əlavə informasiya və xüsusi yüklər üçün tətbiq edilən nişandan əlavə üzərində aviaşirkətin loqotipi qeyd edilmiş kağızdan lövhə də (yarlıq) yapışdırılır. Şəkil 12.2– də loqotipdə qeyd edilən informasiya göstərilmişdir.
Ştrix – kod nişanına dair informasiya (bar – coded information)
Yükə dair əlavə məlumat (handling information)
Yerlərin ümumi sayı
Qaimədəki yükün ümumi çəkisi
Bu yerin çəkisi
Təyinat məntəqəsi ( IATA kodu)
Tranzit məntəqə (IATA kodu)
Göndərilmə məntəqəsi (IATA kodu)
MAWB nömrəsi
Loqotip (ayrıca daşınan yüklər üçün)
Şəkil 12.2.
Bu lövhə ştrix–kod nişanına (bar–coded information) malikdir və onun vasitəsi ilə yüklərin emalı və qəbulu sisteminə həmin yükə dair informasiyanın daxil edilməsi prosesini sürətləndirir. Yük təyinat hava limanına çatdırıldıqda aviaqaimədə göstərilən yükalana buna dair informasiya verilir və yük ancaq ona verilir. Aviaşirkətin loqotipi – Label AIRWAYBILL No.
771–1234 5675
DESTINATION BAK TOTAL WEIGHT No. OF THIS PIECES 106 PIECE 11,7 TOTAL WEIGHT THIS CONSIGMENT 1662 K TRANSFER STATION(S) OTHER HANDLING INFORMATION HWB No. 77147126
Azerbaijan Airlines 186
K
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
12.2.
Cəm şəklində daşınan yüklər
Müxtəlif yükgöndərənlərdən toplanan yüklər eyni istiqamətə göndərildikdə, yəni təyinat məntəqələri eyni olan yükləri Yük Agenti bir yerə cəm edərək bir reyslə və ya bir təyyarə ilə göndərdikdə hər bir yükgöndərənin daşınmaya (Yük Agentinə) təqdim etdiyi yük (yüklər) üçün ayrıca HAWB tərtib edir. Bu sənəddə (HAWB) ancaq bu yükə dair məlumatlar: həqiqi yükgöndərən və yükalan, yükün adı, ödəmənin forması, tarif və s. göstərilir. Yük Agenti bu sənədlərin üzərində öz istəyinə uyğun hərif və yaxud rəqəmlərdən ibarət nömrələr yazır (nişanlayır). Yükgöndərənlərin daşınmaya təqdim etdikləri sənədlər müvafiq olaraq hər bir HAWB – a ayrıca əlavə edilir və bu sənədlər hamısı bir yerə cəm edilərək zərfə yerləşdirildikdən sonra möhürlənir. Bu zərfə Master aviaqaimə (MAWB) və Yük manifesti (Consolidation Manifest) əlavə edilir. Bu tip yük daşımalarında MAWB bütün yüklər üçün vahid bir sənəd hesab edilir, bu sənəddə yükgöndərən Yük Agenti–Konsolidator, yükalan isə Yük Agenti– Dekonsolidator olur. MAWB–da yüklərin adı göstərilmir, cəm edilmiş yüklər əlavə edilmiş Manifestdə (Consolidation as per attached Manifest) və yaxud siyahıda (Consolidation as per attached list) qeyd edilir. Hava gəmisinə yüklənmiş yüklərə dair yekun informasiyanın qeyd edildiyi yük cədvəli Yük Manifesti adlanır. Yük Manifestində adətən aşağıda qeyd edilənlər göstərilir: Göndərilmə ölkəsindəki Yük Agentinin (Konsolidatorun) adı və ünvanı. Təyinat ölkəsindəki Yük Agentinin (Dekonsolidatorun) adı və ünvanı. MAWB – nin nömrəsi. Daşımanı həyata keçirən aviaşirkətin adı. Göndərilmə və təyinat məntəqələri. Reysin nömrəsi və uçuş tarixi. HAWB – ların nömrələri və onların hər birində aşağıdakılar qeyd edilir: a) sonuncu təyinat məntəqəsi; b) yükgöndərənin və yükalanın adı; c) yerlərin (yüklərin) sayı; d) yükün adı; e) yükün çəkisi; f) ödəmənin məbləği və növü; MAWB – da göstərilən yüklərin ümumi sayı və çəkisi. 187
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yük Manifestinin tərtib edilməsi Yük Agenti tərəfindən ümumi qaydalara riayət etməklə öz istəyinə uyğun şəkildə təşkil edilir. Yük Manifesti bir neçə nüsxədə tərtib edilir, MAWB ilə birlikdə zərfə yerləşdirilir və təyinat məntəqəsinə göndərilir. Təyinat məntəqəsində Yük Agenti–Dekonsolidator zərfin içindəki sənədlərlə tanış olduqdan sonra yükləri HAWB–larda göstərilən yükalanlara çatdırır. Yüklərin bu şəkildə HAWB–lara uyğun paylanması Dekonsolidasiya adlanır. Yükün üzərinə yükgöndərən və yükalana dair məlumatdan, həmçinin əlavə informasiya və xüsusi yüklər üçün tətbiq edilən nişandan başqa üzərində aviaşirkətin loqotipi qeyd edilmiş kağızdan lövhə (yarlıq) yapışdırılır. Bu lövhədə birbaşa daşınan yüklərdəki lövhədən fərqli olaraq HAWB – ların nömrələrinin göstərilməsi vacibdir. Loqotipdə aşağıdakı informasiya qeyd edilir: master aviaqaiməsinin (MAWB) nömrəsi; ev aviaqaiməsinin (HAWB) nömrəsi; göndərilmə məntəqəsi (üç hərifli IATA kodu); tranzit məntəqə (üç hərifli IATA kodu); təyinat məntəqəsi (üç hərifli IATA kodu); bu yerin çəkisi; qaimədəki yükün ümumi çəkisi; yerlərin ümumi sayı; yükə dair əlavə məlumat (handling information); ştrix – kod nişanına dair informasiya (bar – coded information). Sənədlər aşağıdakı qaydada paylanır: yükgöndərənlərin hamısı yükün göndərilməsini təsdiq edən HAWB–ın Orijinal 3 nüsxəsini alırlar; yükalanların hamısı yükün təhvil verilməsini təsdiq edən HAWB–ın Orijinal 2 nüsxəsini alırlar; göndərilmə ölkəsində Yük Agenti MAWB–ın Orijinal 3 nüsxəsini və Surət 8 özündə saxlayır; aviaşirkətə MAWB–ın Orijinal 3 nüsxəsi verilir; digər sənədləri Dekonsolidator təyinat ölkəsində özündə saxlayır. Bu sənədlərdən HAWB–ların Surət 4 (Delivery receipt) vərəqləri yükalanın yükü aldığına dair imzası üçün istifadə edilir. Bu sənəd (Surət 4 HAWB) yükün yükalana göstərilən ünvanda təhvil verildiyini (Proof of Delivery POD) təsdiq edir və göndərilmə ölkəsindəki Yük Agentinə göndərilir. Yük, aviaqaiməsi düzgün tərtib edildikdə yük daşınmaya qəbul edilir. Yük aviaqaiməsində yükə dair göstərilən məlumatlar daşıyıcı tərəfindən yoxlanılmalıdır. 188
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Yük aviaqaiməsinin tərtib edilməsi qaydaları TACT Rules b. 6.2–də (Completion of Air Way Bill) geniş və ətraflı şəkildə göstərilmişdir. Yuxarıda qeyd edilən MAWB, HAWB və Yük manifestinin nümunələri aşağıda göstərilmişdir. Master yük aviaqaiməsi – Master Air Way Bill (MAWB)
189
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Ev yük aviaqaiməsi – House Air Way Bill (HAWB)
Yük manifesti – Cargo Manifest
190
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
12.3. Yük aviaqaiməsinin tərtib edilməsi qaydaları Yük aviaqaiməsi (Air Way Bill), yükgöndərən və ya onun səlahiyyətli nümayəndəsi (Yük Agenti) tərəfindən tərtib edilmiş, yükün hava nəqliyyatı ilə daşınmasına dair daşıyıcı ilə yükgöndərən arasında bağlanan müqaviləni təsdiq edən hüquqi sənəddir. Onun düzgün tərtib edilməsinə dair məsuliyyəti yükgöndərən (TACT Rules b. 6.1.6.) daşıyır. Yük aviaqaiməsində edilən düzəlişlər və əlavələr bütün nüsxələrdə qeyd edilməli və aviaşirkətin nümayəndəsi tərəfindən təsdiq edilməlidir. Qeydlər latın əlifbası hərfləri, rəqəmlər isə ərəb rəqəmləri ilə göstərilməlidir. Aviaqaimə, aviaşirkətin tələbi ilə ingilis, fransız və ya ispan dillərində tərtib edilə bilər. Əgər qaimənin yuxarıda göstərilən dillərdən başqa dildə tərtib edilməsi tələb edilərsə (TACT Rules b. 7. Information by countries), verilən məlumatların hamısı eyni zamanda ingilis dilində də göstərilməlidir. Yük aviaqaiməsi aşağıdakı qaydada tərtib edilir: «Shipper’s Name and Address» 1–ci qrafada daşıyıcının adı və ünvanı göstərilir; «Consignee’s Name and Address» 2–ci qrafada yükalanın adı və ünvanı göstərilir; «Airport of Departure (Addr of First Carrier) and Requested Routing» 3– cü qrafada daşımanın başlandığı (göndərilmə) hava limanı göstərilir; «Airport of Destination» 4–cü qrafada marşrutdakı sonuncu (təyinat) hava limanı göstərilir; «Declared Value for Customs» 5–ci qrafada gömrük üçün yükün elan edilmiş qiyməti göstərilir; «Handling information» 6–cı qrafada yerüstü xidmət zamanı yükün emalı üçün əlavə məlumatlar göstərilir; «No. of Pieces RCP» 7–ci qrafada yüklərin sayı göstərilir; «Gross Weight» 8–ci qrafada yükün brutto çəkisi göstərilir; «Kg lb» 8a qrafasında çəki vahidi göstərilir; «Chargable weight» 9–cu qrafada yükün dəyəri ödəniləcək çəkisi göstərilir; «Rate/Charge» 9a qrafasında hər çəki vahidinə tətbiq edilən tarif (hər 1 kq üçün) göstərilir; «Total» 9b qrafasında daşınmanın yekun məbləği göstərilir; «Nature and Quantity of Goods (Incl Dimension or Volume)»10–cu qrafada daşınan malın sayı, ölçüləri və xüsusiyyətləri göstərilir; 191
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
«Signature of Shipper or his agent»11–ci qrafada yükün qablaşdırılmasının onun xüsusiyyətinə uyğun olmasını təsdiq edən daşıyıcının və ya satış agentinin imzası göstərilir (təhlükəli yüklər və s.); «Date, Time, at, Place» 12, 13, 14 və 15–ci qrafalarda yük qaiməsinin tərtib edildiyi tarix, vaxt və yer göstərilir; 16, 17 və 18–ci qrafalarda müqavilənin şərtləri haqqında məlumat göstərilir; «Signature of Consignee or his agent» 19-cu qrafada yükalanın və ya onun agentinin imzası qeyd edilir; «Account Information» 20–ci qrafada ödənişin hansı formada olduğu göstərilir. Yükün xarici görünüşü, qablaşdırılması və tərkib hissəsi qənaətbəxş deyilsə, yükü göndərən bu nasazlıqları yük aviaqaiməsində göstərməlidir. Yük xüsusi keyfiyyətlərə malik olduqda və daşınmanın xüsusi şərtlərlə təşkil edilməsinə zərurət yarandıqda, yükgöndərən buna dair məlumatları yük aviaqaiməsində göstərməlidir. Yükgöndərən bu şərtlərə əməl etmədikdə, daşıyıcı yük aviaqaiməsində bu məlumatları göstərmək hüququna malikdir (borcu deyil), edilən düzəlişlər və əlavələri öz imzası və möhürü ilə təsdiq etməlidir. Yükgöndərənin xahişi ilə yük aviaqaiməsi daşıyıcı tərəfindən tərtib edilərsə, yükgöndərən yük aviaqaiməsində göstərilən məlumatların ətraflı, düzgün və dəqiq olmasına dair daşıyıcı qarşısında tam məsuliyyət daşıyır və bunun nəticəsində daşıyıcıya və yaxud başqa şəxsə dəyən zərəri ödəməlidir. Yük aviaqaiməsində edilən düzəlişlər möhürlə təsdiqlənmiş formada ancaq daşıyıcı və ya onun agenti tərəfindən aparıla bilər, başqa şəxslər tərəfindən edilən düzəlişlər isə qeyri–qanuni hesab edilir. 12.4. Yüklərin daşınmasının şərtləri Yük aviaqaiməsinin ön səhifəsində göstərilən qeyddə bildirilir: daşınmaya qəbul edilən və yuxarıda göstərilən yük, daşınmaya yararlı vəziyyətdə olmalıdır, ona sonrakı səhifədə yazılan müqavilənin müddəaları tam şəkildə şamil edilir. Daşıyıcının məsuliyyətinin məhdud edildiyi maddələrə yüköndərənin diqqət etməsi lazımdır. Müqavilə özündə aşağıdakıları ehtiva edir: 1. Müqavilənin şərtlərinə əsasən daşıyıcı yükü təyin edilmiş məntəqəyə vaxtında çatdırmalı və təyin edilmiş yükalana onu təhvil verməlidir, yükgöndərən isə öz növbəsində yükün daşınması ilə bağlı bütün xərcləri tam şəkildə ödəməlidir. 192
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
2. Yükgöndərən, müəyyən edilmiş qaydaya uyğun şəkildə daşınmaya verdiyi yükü göndərilməmişdən əvvəl onu geri almaq, yük aviaqaiməsində göstərilmiş yükalanı yük ona verilməmişdən əvvəl dəyişmək və yükü yükalan almadıqda və ya ala bilmədikdə yükün aqibətinə dair qərar vermək hüququna malikdir. 3. Daşıyıcı yükün təyinat hava limanına gəlməsini yükalana bildirməli, yükalan isə onu vaxtında təhvil almalıdır. Daşınma prosesində yük xarab olduqda, yükalan ondan imtina etmək hüququna malikdir. 4. Yükalan gələn yükü vaxtında almadıqda və yaxud ondan imtina etdikdə, daşıyıcı bu barədə yükgöndərənə məlumat verməli və yükü özündə saxlamalıdır. Bu halda yükün saxlanılması ilə bağlı xərcləri yükgöndərən ödəməlidir. Müqavilədə təyin edilmiş vaxta qədər yükgöndərən və ya yükalan tərəfindən yük geri alınmadığı təqdirdə, o sahibsiz sayılır, qanuna və ya müqavilənin şərtlərinə uyğun şəkildə realizə edilir. 5. Yükün daşınmasında yaranan yubanmalarda daşıyıcının günahı olarsa, o hər saat üçün müqavilənin şərtlərinə və ya ölkənin müvafiq qanunlarına uyğun şəkildə cərimə ödəməlidir. Adətən bu cərimələr hər saat üçün ölkədəki minimum əmək haqqına görə hesablanır və bu məbləğ daşınma üçün ödənən məbləğin yarısından (50%) çox olmamalıdır. 6. Daşıyıcı yükgöndərənin (yükalanın) tələbinə uyğun olaraq lazım olduqda kommersiya aktı tərtib etməlidir. Aktın tərtib edilməməsi yükgöndərəni (yükalanı) şikayət etmək və ya iddia ərizəsi vermək hüququndan məhrum etmir. Bu prosedurlar ölkədəki mövcud aviasiya haqqında qanunla tənzimlənir. 7. Daşıyıcı, yükgöndərən və ya yükalan tərəfindən şikayət daxil olduğu təqdirdə şikayətlə bağlı faktları araşdırmalı və ərizənin verildiyi gündən ən gec 30 gün ərzində ona yazılı surətdə cavab verməlidir. 8. Silahların, hərbi sursatın, zəhərli, tezalışan, radioaktiv və başqa təhlükəli yüklərin daşınması ölkədəki mövcud qanunlar və beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Daşınmada yaranan nasazlıqlar tranzit ölkələrin ərazisində baş verdikdə, həmin ölkənin məsuliyyət dərəcəsinə Varşava Konvensiyasına uyğun məhdudiyyətlər tətbiq edilir və yükün xarab olan, əzilən və ya itən hər kiloqramı üçün SDR 17 (şərti maliyyə vahidi) məbləğində cərimələr ödənilir.
193
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
194
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili Airline code number / Aviaşirkətin 3 rəqəmli prefiksi qeyd edilir (aviaşirkət qaimədə prefiksini göstərmədikdə), (TACT Rules b.1.4.). 1A Aviaşirkətin kodu Göndərilmə hava limanının 3 hərifli kodu qeyd edilir 1 Airport of departure / Göndərilmə hava limanı (TACT Rules b.1.2.3. və b.1.2.4.) Aviaqaimənin 8 rəqəmli seriya nömrəsi qeyd edilir 1B Serial number / Seriya nömrəsi (aviaşirkət tərəfindən qeyd edilmədikdə) Shipper’s name and address / Yükgöndərənin adı və ünvanı 2 Aviaqaiməni tərtib edən aviaşirkət və ya agent tərəfindən 3 Shipper’s account number/Yükgöndərənin qeyd edilir hesab nömrəsi 4 Consignee’s name and address / Yükalanın adı və ünvanı Yükü çatdıran aviaşirkət tərəfindən qeyd edilir 5 Consignee’s account number / Yükalanın hesab nömrəsi 6 Issuing carrier’s agent, name and city / Aviaqaiməni tərtib edən yük agentinin adı və ünvanı Agentin 7 rəqəmli IATA kodu və ya CASS – ın nömrəsi 7 Agent’s iata code /IATA Agentinin kodu qeyd edilir. 8 Issuing carrier’s agent Aviaqaiməni tərtib edən Agent qeyd edir. accounting number / Yük agentinin hesab nömrəsi Hava limanlarının adları tam şəkildə göstərilir. Airport of departure and requested routing / 9 Göndərilmə hava limanı və arzuedilən marşrut Zərurət olduqda aşağıdakılar göstərilir: Ödəmənin şərtləri-nağd (cash), çek ilə (cheque) və s. Baqaj göndərildikdə-onun sahibinin biletinin və reysinin nömrəsi, marşrut; Accounting Geri qaytarılan yük olduqda- onun göndərildiyi information (birinci) aviaqaimənin nömrəsi; 10 Hesaba dair məlumat Daxili hesablamar üçün aviaşirkətin yükgöndərənə və ya Yük Agentinə təyin etdiyi referens nömrəsi; Ödəmə kredit kartı ilə olduqda- onun nömrəsi; Yükalandan başqa bu hüquqa malik olan ikinci şəxs (Handling) A- Təyinat və ya tranzit hava limanının 3 hərfli IATA kodu; Routing and B- Birinci aviaşirkətin adı (tam) və ya iki simvollu kodu; destination - F- yük tranzit hava limanında digər aviaşirkətin 11 Marşrut və təyinat təyyarəsinə yükləndikdə tərtib edilir: «TO» qrafasında məntəqəsi təyinat hava limanının 3 hərfli, «BY» qrafasında isə aviaşirkətin iki simvollu IATA kodları qeyd edilir. Belə hallarda bu aviaşirkətlər arasında INTERLİNE müqaviləsinin olmasına diqqət etmək lazımdır (TACT Rules .8.1.). Hesablamaların aparıldığı valyutanın ISO tərəfindən təyin edilmiş 3 hərfli kodu göndərilmə hava limanında Currency (aviaqaimənin orada tərtib edildiyi üçün) qeyd edilir 12 195
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili Valyuta 13
14
15
Charge code Ödəmənin kodu Weight charge and valuation charge – prepaid/collect / Çəki və elan edilmiş qiymət üçün ödəmə – prepaid/collect All other charges at origin – prepaid/ collect/ Göndərilmə məntəqəsindəki digər ödəmələr – prepaid /collect
(TACT Rules b.5.7.). Digər hava limanlarında da hesablamalar bu valyuta ilə aparılır. İstisna hallar 33A və 33B qrafalarında göstərilmişdir. Məlumatlar elektron vasitələrlə verildikdə tərtib edilir. Kodlar TACT Rules b. 6.2. 12-ci bəndində göstərilir. A – B yığımların göndərilmə məntəqəsində hansı şərtlərlə ödənilməsindən asılı olaraq («Prepaid» və ya «Collect») qrafa X işarəsi ilə qeyd edilir.
A – B digər yığımların göndərilmə məntəqəsində hansı şərtlərlə ödənilməsindən asılı olaraq («prepaid» və ya «collect») qrafa x işarəsi ilə qeyd edilir. Tranzit və təyinat məntəqələrində ortaya çıxan ödəmələr yükalan tərəfindən (collect), ödənilməsi əvvəlcədən bəlli olanlar isə əvvəlcədən yükgöndərən tərəfindən (prepaid) ödənilir. Yükgöndərən tərəfindən yükün elan edilmiş qiyməti göstərilir. Qiymət elan edilmədikdə nvd (no value declared) qeyd edilir. Yükgöndərən tərəfindən gömrük üçün elan edilmiş qiymət göstərilir. Qiymət elan edilmədikdə ncv (no customs value) qeyd edilir (tact rules b. 7.3.). Təyinat hava limanının 3 hərfli IATA kodu göstərilir.
Declared value for carriage / daşınma üçün elan edilmiş qiymət Declared value for 17 customs / gömrük üçün elan edilmiş qiymət 18 Airport of distination təyinat hava limanı 1A Flight date / reysin tarixi Aviaşirkətin nümayəndəsi tərtib edir. B Sığorta aviaşirkət tərəfindən təşkil edildikdə tərtib edilir, Amount of insurance bu olmadıqda xxx göstərilir sığorta baş verdikdə burada 20 sığortanın məbləği yükün sığorta məbləği, 23, 28A və 28B qrafalarında daşımanın ümumi qiymətini hesablamaq üçün sığortanın mükafatı göstərilir. Burada aşağıdakılar göstərilə bilər: Handling information Nişanlama və sarğıya dair qeydlər; Göstərilən xidmətlərə Əlavə tələblər (keep away from direct sinlight); Yük baqaj olduqda- sahibinin uçuşuna dair ətraflı 21 dair məlumat məlumat; Yükün çatdığına dair məlumatın veriləcəyi ünvan; Aviaqaiməyə əlavə edilmiş sənədlərin siyahısı: dangerous goods as per attached shipper’s declaration, shipper’s certification for live animals və s. Avropa ittifaqı daxilində daşınan yüklər üçün xüsusi Customs status of “customs origin code” tətbiq edilməklə tərtib edilir. 21A shipment Gömrük statusu TACT Rules b. 6.2. Eyni tariflə daşınan yüklərin sayı göstərilir. Bir neçə tarif Number of pieces tətbiq edildikdə eyni tariflə daşınan yüklərin yerlərinin 22A Yerlərin sayı sayı ayrıca göstərilir. Ümumi say isə 22J qrafasında qeyd edilir. Çəki vahidi göstərilmədən ağırlıq rəqəmlə qeyd edilir. 22B Gross weight / 16
196
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili çəki brutto 22C Kg, lb / kiloqram və ya funt 22D Rate class / tarifin sinifi
Çəki vahidi göstərilir: «k» kiloqram, «l» isə funt olduğunu bildirir. Tətbiq edilən tarifin kodu qeyd edilir. Bu qrafa yükün növündən asılı olaraq aşağıdakı şəkildə tərtib edilir: Xüsusi tarif C tətbiq edildikdə yükün aid olduğu qrupun kodu qeyd edilir; Commodity item number / Güzəştli R və ya yüksəldilmiş S tarifi tətbiq edildikdə, hesablamanın aparıldığı baza tarififnin bir hərfli kodu qeyd edilir (adətən Ümumi yüklər üçün (GCR) tətbiq edilən minimal M və ya normal N tariflərin kodundan 22E yükün növünün nömrəsi sonra rəqəmlə faiz göstərilir. Məs: R tarifi üçün normal tarifə 35% tətbiq edilən güzəşt belə göstərilir: N65, S tarifi üçün minimal tarifə 50% əlavə edilmiş tarif isə M150 qeyd edilir. ULD (U) bazasında hesablanan tarif 22D qrafasında bu tarifin kodu ilə yanaşı X göstərilməklə qeyd edilir. Ödənilən çəki qeyd edilir.U tarifi tətbiq edildikdə TACT Chargeable weight Rules b.6.2. M.18.7.göstərilən qaydada tərtib edilir. 22F / Ödənilən çəki Tarifin rəqəmlə məbləği qeyd edilir. 22G Rate / charge / tarif Eyni tariflə daşınan yüklərin daşıma qiymətinin cəmi. 22H Total / Yekun tarif Bu qrafa aşağıdakı şəkildə tərtib edilir: Nature and quantity of Birbaşa və back-to-back daşımalar zamanı yükün adı qeyd edilir; goods (including dimensions or volume / Təhlükəli yüklər üçün Dangerous goods regulations-a uyğun yükün adı; Yükün adı (ölçüləri və Canlı heyvanlar üçün Live animals regulations-a həcmi göstərilir) uyğun; 22I Cəm şəklində daşınan yüklər üçün Consolidation as per attached list; Ödəmə yükün həcminə görə olduqda onun ölçüləri və həcmi qeyd edilir; ULD tətbiq edildikdə onun kodu X işarəsi ilə yanaşı qeyd edilir (22D); Yükgöndərənin və ya gömrük orqanlarının tələbi ilə yükə dair əlavə məlumat qeyd edilə bilər (yükün mənşəyi və gömrük kodu). 22J Total number of pieces 22A – da göstərilən yerlərin ümumi sayı qeyd edilir. yerlərin ümumi sayi 22B – də qeyd edilən yüklərin ümumi çəkisi qeyd edilir. 22K Total gross weight / ümumi çəki (brutto) Daşımanın ümumi qiyməti qeyd edilir. 22L Total amount / ümumi məbləğ Aviaşirkət göstərdiyi xidmətə uyğun kodları qeyd edir: Service code xidmət kodu -airport to airport. A -service shipment (xidməti yük). B -company material (aviaşirkətin materialları). 22Z C -door to door service (qapıdan-qapıya). D 197
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili F J P S T
Other charges
23
Digər yığımlar
-flight specific (xüsusi reys). - priority service (prioritetli çatdırma). -small package service (kiçik bağlamanın çatdırılması). -substitute trick (yük avtomobili ilə əvəz etmə). -charter. Əlavə yığımlar: weight charges, valuation charges 3 hərfli kodlarla göstərilir və sonuncu hərf yığımın kimə məxsus olduğunu bildirir. A- agentə (Due agent) Cdaşıyıcıya (Due carrier). İlk iki hərf aşağıdakıları bildirir: AC – animal container – canlı heyvanların daşınması üçün konteynerə görə; AS – assambly service fee – yükün komplektləşdirilməsinə görə; AT – attendant – nəzarət üçün; AW – air waybill fee – aviaqaimənin rəsmiləşdirilməsinə görə; BR – bank release – bank xidmətlərinə görə CD- clearing and handling destination –təyinat məntəqəsindəki gömrük və difər xidmətlərə görə; CH - clearing and handling origin – göndərilmə məntəqəsindəki gömrük və difər xidmətlərə görə; DB – disbursment fee – təyinat və göndərilmə məntəqələrindəki xidmətlərə görə; DF – distributon service fee – distryubüter xidmətlərinə görə; FC – charges collect fee – collect xidmətinə görə; GT – government tax – dövlət yığımları; HR – human remains – insan cəsədinin daşınmasına görə; IN – insurance premium – sığorta yığımları; LA – live animals – canlı heyvanların daşınmasına görə; MA – miscellaneous charge – due agent – agent üçün yığım; MB – miscellaneous charge – unassigned – agent və ya daşıyıcı üçün yığım MC – miscellaneous charge – due carrier – daşıyıcı üçün yığım; MD to MN – miscellaneous charge – due last carrier – sonuncu daşıyıcı üçün yığım; MO to MZ – miscellaneous charge – due issuing carrier – birinci daşıyıcı üçün yığım; PK – packaging – sarğı üçün yığım; PU – pick up – yükün hava limanına çatdırılması üçün yığım; RC – dangerous goods fee – təhlükəli yüklərin daşınmasına görə; SD – surfance charge – destination – təyinat məntəqəsindəki yerüstü xidmətlərə görə; SI – stop in transit – tranzit məntəqədəki xidmətlərə görə; 198
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Weight charge – 24 pepaid/collect A,B çəki üçün ödəmə əvvəlcədən/kollekt Valuation charge – prepaid/collect 25 elan edilmiş qiymət A, B üçün ödəmə əvvəlcədən/kollekt 26 Tax A, B Vergilər Total other charges – due agent prepaid 27 collect / Agentə ödənən A, B digər yığımların cəmi əvvəlcədən/kollekt Total other charges – due carrier prepaid 28 collect / daşıyıcıya A, B ödənən digər yığımların cəmi əvvəlcədən/kollekt 29 Unitled / adsız A, B
Total prepaid / collect / 30 A, B Cəmi əvvəlcədən/ kollekt
31
Shipper’s certification box / yükgöndərənin sertifikasiya qrafası
SO – storage origin – göndərilmə məntəqəsində yükün saxlanması üçün; SP – separate early release – ayrıca sürətli xidmət üçün; SR – storage distination – təyinat məntəqəsində yükün saxlanması üçün; ST – state sales tax – satışa görə dövlət yığımı; SU – sufrance charge – yerüstü yığımlar; TR – transit – tranzit üçün yığımlar; TX – taxes – vergilər; UN – ULD handling – ULD emalına görə. 21L – də alınan məbləğ qeyd edilir, A – da əvvəlcədən (prepaid), B – də kollekt (collect) ödəmə göstərilir. 16 qrafada göstərilmiş elan edilmiş qiymət (valuation charge) üçün ödənən məbləğ qeyd edilir, A – da əvvəlcədən (prepaid), B – də kollekt (collect) ödəmə göstərilir. 24 və 25 qrafalar eyni olmalıdır (prepaid və ya collect). Yükün çəkisi və ya qiymətinə (weight or valuation charges) görə tətbiq edilən verginin cəmi qeyd edilir, A– da əvvəlcədən (prepaid), B– də kollekt (collect) ödəmə göstərilir. Ətraflı izahat 23 qrafada verilir. A qrafası agent göndərilmə ölkəsində onu təsdiq etdikdə tərtib edilir, təyinat məntəqəsində yükalan agentə göndərilmə məntəqəsindəki xidmətlər üçün ödəməni yerinə yetirdikdən sonra bu məbləğ B qrafasında göstərilir. Bu qrafalarda ancaq ümumi məbləğ göstərilir. A qrafasında göndərilmə məntəqəsində daşıyıcıya ödənilmiş yığımlar göstərilir. B qrafasında disbursement fee, yəni təyinat məntəqəsində yükalanın daşıyıcıya ödədiyi məbləğ göstərilir. Bu qrafalarda ancaq ümumi məbləğ göstərilir. Tərtib edilmir, istisna hallarda aviaşirkət əlavə məlumatlar üçün istifadə edir. A qrafasında Prepaid ödəmələrin, B qrafasında Collect ödəmələrin cəmi göstərilir. Bu məbləğ aşağıdakılardan ibarətdir: Çəki üçün ödəmə (WEIGHT CHARGE, qrafa 24A,B); Elan edilmiş qiymət üçün ödəmə ( VALUATION CHARGE qrafa 25 A və ya B); Vergilər (TAX qrafa 26 A və ya B); Agentə ödənən digər yığımların cəmi (TOTAL OTHER CHARGES – DUE AGENT qrafa 27 A və ya B); Daşıyıcıya ödənən digər yığımların cəmi (TOTAL OTHER CHARGES – DUE CARRIER qrafa 28 A və ya B); Yükgöndərənin və ya onun Agentinin adı və imzası qeyd edilir. Burada aşağıdakılar qeyd edilir: Qaimənin rəsmiləşdirildiyi tarix (ay mütləq tam və ya 199
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
32A Carrier’s execution B, C box daşıyıcının identifikasiya qrafası
33
33A 33B
33C 33D
For carrier’s use at destination / təyinat məntəqəsində daşıyıcı üçün Currency conversion rates / Konvertasiyanın məzənnəsi Cc charges in destination currency kollektin cəmi yerli valyuta ilə Charges at destination / təyinat məntəqəsindəki yığımlar Total collect charges / Kollektin ümumi məbləği
ixtisarla hərflərlə göstərilməlidir); Rəsmiləşdirilən yerin adı (şəhərin adı tam göstərilməlidir); Rəsmiləşdirən aviaşirkətin və ya onun Agentinin adı; Aviaşirkətin və ya onun Agentinin imzası. Bir çox hallarda Agent yükgöndərən tərəfindən daşıma üçün təyin etdiyi Agent və eyni zamanda aviaşirkətin satış üzrə Agenti rolunu oynadığı üçün adlar, ünvanlar və imzalar 31 və 32 qrafalarda olanlarla eyni olmalıdır. Adətən tərtib edilmir, istisna hallarda sonuncu daşıyıcı zərurət yarandıqda tərtib edir. Qrafa 12 – də göstərilmiş valyutanın təyinat ölkəsinin valyutasına olan məzənnəsi qeyd edilir. Onun tərtib edilməsi daşıyıcıdan asılıdır və çox nadir hallarda baş verir. Qrafa 30 B – də göstərilən məbləğ təyinat ölkəsinin valyutasında qeyd edilir. Onun tərtib edilməsi daşıyıcıdan asılıdır və çox nadir hallarda baş verir. Təyinat məntəqəsindəki yığımlar qeyd edilir. Bu qrafanın tərtib edilməsi daşıyıcıdan asılıdır. Yerli valyuta ilə kollektin ümumi məbləği qeyd edilir. Bu qrafanın tərtib edilməsi daşıyıcıdan asılıdır.
200
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili 1A
1
1B
99
Shipper’s Name and Address
Shipper’s Account Number
3
Not Negotiable
99
1C
2
Air Waybill Issued by
99 1D
Copies 1, 2 and 3 of this Air Waybill are originals and have h same validity. Consignee’s Name and Address
Consignee’s Account Number
5
It is agreed that the goods described herein are accepted in apparent good order and condition (except as noted) for carriage SUBJECT TO THE CONDITIONS OF CONTRACT ON THE REVERSE HEREOF. ALL GOODS MAY BE CARRIED BY ANY OTHER MEANS INCLUDING ROAD OR ANY OTHER CARRIER UNLESS SPECIFIC CONTRARY INSTRUCTIONS ARE GIVEN HEREON BY THE SHIPPER, AND SHIPPER AGREES THAT THE SHIPMENT MAY BE CARRIED VIA INTERMEDIATE STOPPING PLACES WHICH THE CARRIER DEEMS APPROPRIATE. THE SHIPPER’S ATTENTION IS DRAWN TO THE NOTICE CONCERNING CARRIER’S LIMITATION OF LIABILITY. Shipper may increase such limitation of liability by declaring a higher value for carriage and paying a supplemental charge if required. 1E
4
Issuing Carrier’s Agent Name and City
Accounting Information
10 6
Agent's IATA Code
14A
Account No.
7
8
Airport of Departure (Addr. of First Carrier) and Requested Routing To
By First Carrier 11A
Routing and Destination
to
by 11C
Flight/Date
18
15B
9
11B Airport of Destination
15A 14B
13
to 11D
by 11E
For Carrier Use Only
Currency 11F
Flight/Date
19A
CHGS
WT/VAL PPD
12
Other
COLL PPD
Declared Value for Customs
16
17
INSURANCE - if carrier others Insurance, and such insurance is requested in accordance with the conditions the real, indicate amount to be insured in figures in box marked "Amount of Insurance". 20B
Amount of Insurance
20
19B
Declared Value for Carriage
COLL
Handling Information 20A
21 SCI No. of
Gross
Pieces
Weight
kg
Rate Class
lb
22A
Chargeable Weight
Commodity
RCP
Rate
Nature and Quantity of Goods (incl. Dimensions or Volume)
Total
Charge
21A
Item No.
22B
22E
22C
22D
22F
22G
22H
22I
22Z
22J
22K
Prepaid
22L
Weight Charge
Collect
Other Charges 24B
24A
23
Valuation Charge 25A
25B
Tax
26B
26A
Total Other Charges Due Agent
Shipper certifies that the particulars on the face hereof are correct and that insofar as any part of the
27A
27B
consignment contains dangerous goods, such part is property described by name and is in proper condition for carriage by air according to the applicable Dangerous Goods Regulations.
Total Other Charges Due Ñarrier 28A
28B
31 29A
29B Signature of Shipper or his Agent
Total Prepaid
Total Collect
30A
30B 32A
Currency Conversion Rates
32B
32C
CC Charges in Dest. Currency 33A Executed on (date)
For Carrier's Use only at Destination
Charges at Destination
33
at (place)
Signature of issuing Carrier or its Agent
Total Collect Charges 33C
33D
1A
1B
12.5. Müqavilənin əlavə şərtləri 1. 12 oktyabr 1929–cu ildə Varşava şəhərində imzalanmış beynəlxalq hava daşımalarına dair Varşava Konvensiyası və ona edilmiş düzəlişləri özündə ehtiva edən 8 sentyabr 1955–ci ildə Haaqa şəhərində imzalanmış Haaqa Protokoluna əsasən tətbiq edilən sənədlərin unifikasiyası (vahid şəklə salınması). 201
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
2. Müqaviləyə əsasən təşkil edilən daşıma “beynəlxalq daşıma” adlanarsa, bu daşımaya Varşava Konvensiyasında müəyyən edilmiş məsuliyyət dərəcələri tətbiq edilir. 3. Bu daşıma yuxarıda qeyd edilənlərdən əlavə qüvvədə olan qanunvericilik aktları, hökumət sərəncamları, tətbiq edilən tariflər, qaydalar, təlimatlar və daşımanın şərtləri ilə həyata keçirilir. 4. Müqavilənin şərtlərinə uyğun olaraq daşıyıcı yükün onun nəzarəti altında olduğu müddət ərzində, yəni yükalana yük təhvil verilənə qədər, yükə görə məsuliyyət daşıyır. 5. Yükün gəlməsini yükalana vaxtında bildirmək və mövcud qaydalar əsasında yükü ona təhvil vermək lazımdır. 6. Müqavilə bağlamış şəxs daşıyıcıya şikayətini yazılı şəkildə bildirdikdə aşağıdakı şərtlərə əməl etməlidir: yük aşkar şəkildə zədələndikdə – yükü aldıqdan sonra 14 gün ərzində; yük yubandıqda–yükü aldıqdan sonra 21 gün ərzində; yük itirildikdə–yükün təhvil verilməli olduğu tarixdən 120 gün ərzində. 7. Yazılı şikayətlər yuxarıda göstərilən müddət ərzində daşıyıcıya təqdim edilməlidir. Ümumilikdə iddialar təyyarənin son hava limanında endiyi tarixdən 2 il müddətindən gec olmamaq şərti ilə təqdim edilə bilər. 8. Yükgöndərən daşımada iştirak edən və uçuş zamanı ərazilərindən və hava məkanlarından istifadə edilən ölkələrin qüvvədə olan qanunlarının və hökumət sərəncamlarının şərtlərinə əməl etməlidir. 9. Agentin və daşıyıcının digər nümayəndələrinin müqavilənin şərtlərini dəyişmək hüququ yoxdur. 12– ci Modula aid sınaq sualları: 1. Yük aviaqaiməsi (Air Way Bill) neçə növ olur? a) 3; b) 4; c) 2; d) 8. 2. Master yük aviaqaiməsinin (MAWB) nömrəsi neçə rəqəmdən ibarətdir? a) 12; b) 13; c) 11; d) 14. 3. Beynəlxalq yük daşımalarında Master yük aviaqaiməsi (MAWB) neçə nüsxədə tərtib edilir? a) 8 və ya12; b) 13; c)10; d) 6. 4. Yükün daşınmasında yaranan yubanmalarda daşıyıcının təqsiri olarsa, ödədiyi cərimənin maksimum məbləği daşınma üçün ödənən ümumi məbləğin neçə faizindən çox olmamalıdır ? a) 10%; b) 25%; c) 50%; d) 75%. 202
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
İstifadə olunan ədəbiyyat Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu. 2005. «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 094 saylı 11.06.2007–ci il tarixli qərarı. 3. Azərbaycan Respublikasının Mülki Aviasiyasında Uçuşların Təhlükəsizliyinin İdarə Edilməsi üzrə Dövlət Siyasəti (UTİS). 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş «Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları». 5. Nəcəfov E.M., Əliyev S.İ., Axundov X.Ə. Beynəlxalq aviadaşımaların təşkili və texnologiyası. Bakı, 2012. 6. Əliyev S.İ. Yük daşımaları. Bakı, 2014. 7. Əhmədli M.V. Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması. Bakı 2011. 8. «Azərbaycan Hava Yolları» QSC «Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları». Əmr № 120. 15.02. 2013. 9. И. ., . ., Э. . . , 2012. 10. . . . . 2008. 11. . . . . 2002. 12. Э.К. . . 2010. 13. . ИК . . 9440. 14. У . 9 К . . 1980. 15. . . 2000. 16. Airport Handling Manual IATA. 17. IATA «Dangerous Goods Regulations». 2013. 18. ICAO «Technical Instructions for the safe transportation of dangerous goods by air». 2013. 19. IATA «Dangerous Goods traning program» Book 4, 2013. 20. IATA «Live Animal Regulations». 21. IATA «The Air Cargo Tariff » TACT.
1. 2.
203
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
MÜNDƏRİCAT Giriş............................................................................................................................... 4 1–ci Modul. Beynəlxalq yük aviadaşımalarının tənzimlənməsi................................... 8 1.1. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (International Civil Aviation Organization ICAO)...................................................................................................... 8 1.2. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (International Air Transport Association IATA) ....................................................................................................... 14 1.3. Beynəlxalq Ekspeditorlar Assosiasiyası Federasiyası (International Federation of Freight Forwarders Associations FIATA)......................................... 23 1.4. E –FREIGHT standartı.................................................................................... 39 1–ci Modula aid sınaq sualları.................................................................................. 43 2–ci Modul. Yük agenti və onun əsas funksiyaları ................................................ 44 2.1. Yük Agenti........................................................................................................... 44 2.2. Yük konsolidatoru............................................................................................... 51 2– ci Modula aid sınaq sualları................................................................................. 52 3–cü Modul. Yük aviadaşımalarının coğrafiyası..................................................... 53 3.1. Yük alyanslarının yaranması.............................................................................. 53 3.2. Aviaşirkətlərin kodları məlumat kitabçası ( Airline Coding Directory).......... 57 3.3. Xüsusi diqqət tələb edən yüklərin kodları ......................................................... 58 3.4. Tarif zonaları............................................................................................. 58 3 – cü Modula aid sınaq sualları.............................................................................. 60 4–cü Modul. Uçuş cədvəli ................... .................................................................. 61 4.1. Beynəlxalq vaxt cədvəli ................................................................................. 61 4.2. Uçuş cədvəlindən istifadə edilməsi qaydaları.................................................. 62 4 – cü Modula aid sınaq sualları.............................................................................. 64 5–ci Modul. Hava gəmisi və onun quruluşu........................................................... 65 5.1. Təyyarələrin növləri .......................................................................................... 66 5.2. Yüklərin daşınmasında tətbiq edilən məhdudiyyətlər...................................... 68 5.3. Təyyarənin maksimal çəkisinə görə tətbiq edilən məhdudiyyətlər.................. 70 5.4. Yük vahidləri (Unit Load Devices ULD)......................................................... 71 5.5. Yük vahidlərinin kodlaşdırılması....................................................................... 76 5 – ci Modula aid sınaq sualları................................................................................ 77 6–cı Modul. Hava limanlarında təşkil edilən prosedurlar................................ 78 6.1. Hava limanı........................................................................................................ 78 6.2. Yüklərin daşınmaya qəbul edilməsinin şərtləri................................................ 81 6.3. Qəbul edilən yükə tətbiq edilən ümumi tələblər.............................................. 82 6.4. Yüklərin sarğısına tətbiq edilən tələblər............................................................ 86 6.5. Yüklərin nişanlanmasında tətbiq edilən tələblər................................................ 87 6.6. Yüklərin çəkilməsi qaydaları............................................................................. 88 6.7. Beynəlxalq hava limanlarında yük aviadaşımalarının inkişaf perspektivləri və əsas məsələlər....................................................................... 89 6–cı Modula aid sınaq sualları................................................................................. 100 7 – ci Modul. Xüsusi yüklər (Special Cargoes) .................................................. 102 204
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
7.1. Təhlükəli yüklər (Dangerous Goods) ............................................................. 7.1.1. Təhlükəli yüklərin təsnifatı............................................................................ 7.1.2. Təhlükəli yüklərin daşınmaya qəbul edilməsi ...................................... 7.1.3. Təhlükəli yüklərin hava gəmisinə yüklənməsi..................................... 7.1.4 . Gizli təhlükəli əşyalar.......................................................................... 7.2. Qiymətli yüklər (Valuable cargo VAL) ......................................................... 7.3. Tez xarab olan yüklər (Perishable cargo) ...................................................... 7.3.1. Meyvə və tərəvəzin daşınması..................................................................... 7.3.2.Yumurtaların daşınması............................................................................... 7.3.3. Güllərin daşınması........................................................................................ 7.3.4. Ətin daşınması............................................................................................... 7.3.5. Balıqların daşınması..................................................................................... 7.3.6. Qan və insan orqanlarının daşınması.......................................................... 7.3.7. Xüsusi xidmət tələb edən yüklərin daşınması (Other cargo needed special andling) ..................................................................................................... 7.3.8. Nəşriyyat materialları ............................................................................... 7.4. Yük kimi daşınan baqaj................................................................................. 7.5. “Nəm yüklər” (Wet cargo) ............................................................................ 7.6. İnsan cəsədinin daşınması (Human remains).................................................. 7.7. Şəxsi əşyaların (müşayiət olunmayan baqajın) daşınması (Personal effects (unaccompanied baggage)).......................................................................... 7.8. Kəskin qoxulu yüklərin daşınması (Strongly smelling goods)...................... 7.9. İriqabaritli və ağır yüklərin daşınması (Outsized and heavy cargo)............... 7.10. Silah, hərbi ləvazimat və malların daşınması (Arms, Ammunition, War material)................................................................................................................... 7.11. Canlı heyvanların daşınması.................................................................. 7 – ci Modula aid sınaq sualları………………………………………........ 8 – ci Modul. Yükləmə və boşaltma prosedurları........................................... 8.1. Yüklərin konteynerlərdə və paketləşdirilmiş şəkildə daşınması............ 8.2. Yüklərin çatdırılması ................................................................................... 8.3. Yükün hərəkətinə dair informasiya......................................................... 8.4. Zədələnmiş yüklər................................................................................... 8–ci Modula aid sınaq sualları.............................................................................. 9–cu Modul. Yüklərin təxsis edilməsi (bronlaşdırılması).................................... 9.1. Bronlaşdırmanın xüsusiyyətləri ................................................................... 9.2. Yük aviadaşımalarının avtomatlaşdırılması.................................................. 9.3. Yükün yükalana təhvil verilməsi................................................................... 9.4. Transfer yüklər................................................................................................ 9–cu Modula aid sınaq sualları............................................................................... 10– cu Modul. Yük daşımalarında tərəflərin məsuliyyəti............................. 10.1. Tərəflərin məsuliyyəti........................................................................... 10.2. Yüklərin sığortalanması........................................................................ 10.3. Yüklərin daşınmasında tətbiq edilən ümumi sığorta şəhadətnaməsi.. 205
103 107 109 109 113 115 116 120 120 120 121 121 121 122 122 123 124 126 128 129 129 130 131 137 139 139 141 142 143 144 145 146 147 148 149 150 151 151 155 158
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
10.4. Gömrük prosedurlarının təşkili............................................................... 10–cu Modula aid sınaq sualları.............................................................................. 11–ci Modul. Yük tarifləri...................................................................................... 11.1. Dəyəri ödənilən çəki (Chargeable weight)……………………………. 11.2. Yük tariflərinin təsnifatı................................................................................... 11.3. Ümumi yüklərə tətbiq edilən tarif və yaxud Ümumi yük tarifləri (General Cargo Rates – GCR).................................................................................................. 11.4. Xüsusi qruplara aid edilən mallara (yüklərə) tətbiq edilən tarif və yaxud Xüsusi tarif (Specific Commodity Rates – SCR).................................................... 11.5. Siniflərə ayrılmış mallara (yüklərə) tətbiq edilən tarif və yaxud Sinif tarifi (Class Rates or Commodity Classification Rates)................................... 11.6. Yük vahidlərinə tətbiq edilən tariflər (ULD Rates)...................................... 11.7. Yığımlar............................................................................................................. 11.8. Yığımların kodları............................................................................................. 11.9. Yükün qiymətləndirilməsi ilə bağlı tətbiq edilən yığımlar............................. 11.10. Dərc edilmiş tariflərin növləri və xüsusiyyətləri................................... 11.11. Müxtəlif növ yüklərin birgə daşınması.................................................... 11–ci Modula aid sınaq sualları ................................................................................ 12–ci Modul. Yük aviaqaiməsi (AIR WAYBILL).......................................... 12.1. Ayrıca daşınan yüklər.............................................................................. 12.2. Cəm şəklində daşınan yüklər.................................................................. 12.3. Yük aviaqaiməsinin tərtib edilməsi qaydaları......................................... 12.4. Yüklərin daşınmasının şərtləri................................................................ 12.5. Müqavilənin əlavə şərtləri..................................................................... 12–ci Modula aid sınaq sualları.............................................................................. İstifadə olunan ədəbiyyat......................................................................................... Mündəricat................................................................................................................
206
159 161 162 164 166 166 168 173 176 176 176 177 177 179 180 182 185 187 191 192 201 202 203 204
Beynəlxalq yük aviadaşımalarının satışı və təşkili
Dərs vəsaiti «Mülki Aviasiya» redaksiya heyəti tərəfindən baxılmış və çapına icazə verilmişdir. Çapa hazırlanmışdır 02.06.14.
Dərs vəsaiti «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyasının Poliqrafiya Mərkəzində çap olunmuşdur. Tirajı 50 nüsxə.
207